Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

AzLogos müsabiqə elan edir

AzLogos AzLogos
Sərbəst
10 Sentyabr 2019
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
WhatsApp Image 2019 09 05 at 09.57.19
Paylaş

Xaricdə yaşayan azərbaycanlı yazar və publisistlərin birgə ərsəyə gətirdikləri Azlogos.eu saytı yeni bir layihəyə başlayıb. Sayt publisistlər üçün “İdentifikasiya axtarışında: siyasi kimlik və milli ideya” adlı yazı müsabiqəsi elan edib. 

Müsabiqə ilə bağlı musavat.com-a danışan saytın həmtəsisçilərindən biri, İsveçrədə yaşayan Ələkbər Əliyev bildirib ki, məqsəd cəmiyyətdəki milli kimliyimizlə bağlı fikir ayrılığına aydınlıq gətirmək və cəmiyyətin düşünən insanlarının iştirakı ilə müzakirə etməkdir:

“Biz, AzLogos olaraq düşünürük ki, bu bizim hamımızın həmrəy olduğumuz bir problemdir. Milli kimlik məsələsində biz gürcülərdən və ermənilərdən fərqli olaraq hələ bir qərara gələ bilməmişik. “Azərbaycanlı” ifadəsi ilə razı olmayanlar da var, özlərini etnik azlıq adlandıranlar var, türk adlandıranlar var. Cəmiyyətdə bir konsensus yoxdur. Biz bu konsensusun olmasını və cəmiyyətin ziyalı təbəqəsinin, düşünən insanların bu mövzudakı fikrini bilmək istəyirik. Ona görə bu müsabiqə elan olundu”.

Ə.Əliyev qeyd etdi ki, mövzunun adı da çox aydın qoyulub və orada suala yer yoxdur: “Qələminə güvənənlər yazsınlar görək biz kimik və hara gedirik. Bu olmadan, milli kimliyimizlə bağlı məsələyə aydınlıq gətirmədən əsla heç nə düzəlməyəcək. Biz 10 milyonluq bir xalq olaraq konsensusa varmalıyıq. Bu qədər fikir haçalanması, ixtilaf yaşanması onu göstərir ki, bu şəkildə nə Qarabağ problemini həll edə biləcəyik, nə də tam formalaşmış bir dövlət, xalq ola biləcəyik. 

Müsabiqənin şərtlərinə gəlincə, publisistlərdən yazılarında Azərbaycan xalqının siyasi xalq kimi təşəkkül tapmasının tarixi və bu tarixə müxtəlif yanaşmalar; milli kimlik axtarışları; milli ideya və ideologiya kimi anlayışların müasir dünyada yeri; etnik mənsubiyyət və s. kimi mövzuları əhatə etmələri gözlənilir.

«Biz kimik, hara gedirik, bizi nə birləşdirir?» – bizi narahat edən sual budur.

Yaradıcılıq fantaziyasına məhdudiyyət qoymaq istəməsək də, buna məcburuq. Beləliklə:

– Dil publisistik olmalıdır (bədiilik esse janrı çərçivəsində məqbuldur, hekayə istəmirik).
– Yazılar 10 min işarəni keçməməlidir.

Daha əvvəl heç bir yerdə dərc olunmamış yazılar redaksiya@azlogos.eu ünvanına göndərilir. 

Yazıları bizə gerçək ad və soyadınızla yox, təxəllüslə göndərməlisiniz. Müsabiqədə qalib gəldiyiniz təqdirdə, e-mail vasitəsilə sizə xəbər veriləcək. Seçəcəyiniz təxəllüsün sizə məxsus olduğunu nəticələr açıqlanana qədər, publik sferada elan etdiyiniz təqdirdə, müsabiqədən kənarlaşdırılacaqsınız.

Yazıların qəbulu 5 sentyabr-25 oktyabr 2019 tarixləri arasında həyata keçiriləcək. 

Qaliblər 20 noyabra qədər müəyyənləşəcək və həmin gün elan olunacaq. Qalib gələn müəlliflərdən gerçək ad və soyadları öyrənilərək, yazılarının AzLogos-da dərcinə başlanacaq.

Mükafat fondu

1-ci yer – 1000 AZN
2-ci yer – 700 AZN
3-cü yer – 500 AZN

Müsabiqədə qalib gəlməyən, lakin AzLogos-da dərci uyğun görülən yazı üçün – 100 AZN.

Musavat.com

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
1
.

Azərbaycan solunun qısa tarixi – I hissə

Tural Həmid
16 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör