Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Nifrətin sevgi dili. Müharibəyə sözardı

Rəşad Babalı Rəşad Babalı
Vətən müharibəsi
27 Yanvar 2021
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
141520707 494321671964644 6505287204304582666 n
Paylaş

44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin əzmi barədə xoş sözləri təkcə özümüz yox, dolayısıyla ermənilər də demiş oldu. Məsələn, onlardan biri Azərbaycan hərbçisinin necə əzmlə üzərlərinə gəldiklərini belə təsvir etmişdi: “Üstümüzə robot kimi gəlirdilər. Güllə çiynindən dəyir, yıxılır amma ayağa durub üstümüzə gəlir. Yoldaşını gülləylə vurub öldürürük, digəri heç nəyə baxmadan irəliləyir. Bunlar elə-belə insanlar ola bilməzlər. Narkotikadan istifadə edən suriyalılardır. Azərbaycanlılar belə döyüşə bilmirlər”.

Ermənilərin özlərini təsəlli etmək üçün uydurduqları miflərin bir neçə çıxış nöqtəsi var. Daima aşağıladıqları azərbaycanlılar “necə olur ki, qalib gəlir?” sualı, işğal olunmuş torpaqların azad edilməsi əməliyyatının leqallığını şübhə altına almağa sövq edir. Anlaşılandır. Həmçinin, Qərbin islam terroru xofundan da gen-bol yararlanan Ermənistan, özünə əlavə dəstək cəlb etmək istəyirdi. Fransa, Rusiya və İran kimi dövlətlər də ermənilərin propaqandasına ortaq olmuşdular. Radikal qüvvələrin müharibədə iştirakı bizi narahat edir ifadəsi ermənilərin tərəfində döyüşən suriyalı, livanlı erməniləri nəzərdə tutmurdu hər halda.

44 gün ərzində Ermənistan ordusu adlı bir mənanı boşa çıxaran ordunun fərdləri sadəcə hərbi mükəlləfiyyətlərini yerinə yetirmirdilər. “Voyenkomat”dan “povestka” gəlib deyə müharibəyə yollanmamışdılar. Çağırış vərəqini əlinə alan sevincindən uçurdu. “Voyenkomat”ların qarşısında böyük qələbəlik yığılmışdı. Onların önəmli hissəsi müharibəyə can atanlar idi. Savaşı toy-bayram kimi qəbul edən, ölümə rahatlıqla gedən insanların stimulu nə idi, bəs? Əvvəlki müharibədən cəmi 26 il keçmişdi. Həmin dövrü görənlər baş verənləri danışa bilmişdilər. Qələbələr, məğlubiyyətlər, səriştəsiz komandanlıq və s. haqda hamımız az-çox eşitmişik. Qazilərə göstərilən münasibətdən də xəbərdar idik. Bunlara baxmayaraq gedirdi insanlar cəbhəyə. Özlərindən sonra qoyub gedəcəklərinin taleyini düşünmədən hətta.

Onlara stimul verən duyğuların adı KİN və QİSAS idi. Bəli, müasir dünyanın bəşəriyyətin canından söküb çıxartmaq istədiyi şeylər. “Unut baş verənləri və nifrəti yayma” – dünyada trend olan dəyər budur. Problem yaşamısansa, ziyan çəkmisənsə bunun əvəzini çıxma. Məhkəməyə verə bilərsən, hüquqi yolla dəyən zərəri kompensasiya etdirə bilərsən. Ancaq əsla adekvat əvəz çıxmaq haqda düşünmə. Bu anlayışı məlum qruplar, mərkəzlər illərlə xalqımıza yeritməyə çalışdı. Daha doğrusu bəlli çevrələrə. Onlar vasitəsilə də daha geniş kütlələrə və nəhayət dövlətə təsir etmək nəzərdə tutulurdu. “Ermənilər torpaqlarınızı işğal edib, insanlarınızı vəhşicəsinə öldürüb, yüz minlərlə insanınızı evlərindən didərgin salıb, əmlaklarına, canına ziyan vurub. Başa düşürük. Lakin bunlar keçmişdə qaldı. Ağrı-acını unudun demirik, sadəcə bunun əvəzini çıxmayın. Qisas barədə əsla düşünməyin. Buna imkan da vermərik. Ən yaxşı çıxış yolu olanları yavaş-yavaş unutmaqdır. Torpaq, ərazi bütövlüyü kimi söhbətlər insan həyatından, gələcəyinizdən dəyərli ola bilməz. Siz qonşunuzla (ermənilərlə) dil tapmağa çalışın. Onlar pis insanlar deyil. Sizin güzəştlərinizi xoş niyyət kimi qarşılayıb əvəzini verəcəklər. Kin əsla uğur vəd etmir. Qəlbinizi daima narahat edən, sizi inkişafdan saxlayan hissdir…”

Neo-liberal Qərbin bizə dərsləri idi bunlar. Bunun üçün heç bir vasitədən çəkinmədi, milyonlar tökdü – səfərlər, seminarlar, kurslar, kitablar, təhsil imkanı və s. Xeyri oldumu? Müharibədə gördük ki, çox az. KİN və NİFRƏT onların “sevgi dili”nə qalib gəldi.

Bizdəki liberallar üçün hərbçi, əsgər sadəcə dövlətin əlindəki güc vasitələrindən biridir. Əmr verirsən, əmri icra edir. Vəssalam. Əsgərin ruh halı, motivasiyası, bəs? O nə olan şeydir, əgər əmr varsa? Ancaq unudurlar ki, sadəcə əmrlə döyüşənlər sayca, silahca, texnikaca dəfələrlə üstün olsalar da məğlub oldular. Vyetnamda amerikanlar, Əfqanıstanda sovet ordusu, Əlcəzairdə fransızlar, Anadoluda yunanlar və s. Əsgərin motivasiyası yox idi və hamısı da işğal üçün oradaydı. Yerli əhaliyə qarşı elə şeylər edikləri onlara qarşı KİN, NİFRƏT qazandırmışdı. Necə ki, ermənilərə qarşı bizdə bu hisslər baş qaldırmışdı. İllərlə də o kinin sönməsinə imkan vermədik. Dövlət, fərdlər, qazilər, didərginlər. Xocalını görüb qisas hissi oyanmayan, düşmənə nifrət etməyən yox kimi idi. Elə bir gün gəlsə də qisasımızı alaq düşüncəsi birmənalı olaraq hakim olmuşdu bu illər ərzində.

Bir dəfə ermənilər və liboş müxalif kəsim uşaq baxçasında müəllimin körpələrə erməniləri düşmən kimi göstərməsini vəhşilik, dözümsüzlük aktı kimi təqdim etmişdilər. Sülh quşlarımız iddia edirdilər ki, belə şeylərdən sonra hansı erməni bizimlə yaşamaq istəyər? Ümumiyyətlə ermənifobiyanı, erməni düşmənçiliyini bir kənara qoymalıyıq. Uşaqlarımıza sevgi dili öyrətməliyik. Qoy körpələr Xocalını yox, “Qardaşdır Azərbaycan-Hayastan” ruhunda böyüsün.

Müharibə göstərdi ki, sülhə, qardaşlığa hazırlıq ancaq birtərəfli qaydada olub. Düşmən nəinki sülhə hazırlaşıb, qardaşlıq xəyalları qurub, işğal etdiyi torpaqlardan da əlavə yerləri almağı xəyal edib. “Ən yaxşı azərbaycanlı, ölü azərbaycanlıdır” cümləsini onlar hələ qalib ola-ola təkrarlayıb dururdular. Ən yaxşı azərbaycanlı, ən yaxşı halda işğalla razılaşan, şələ-şüləsini yığıb “gəldikləri yerə”, Orta Asiyaya köçəndir.

Azərbaycan Qarabağdakı hərbi uğurunu dünyanın müasir trendlərinə qarşı gələrək qazandı. Nifrəti, qisası daima yaşadaraq, bəsləyib artıraraq qazandı. Düşmən üzərinə hücum edən hər bir kəsin ağlında törədilən qırğınların, işğalın qisasını almaq dururdu. Uşaqlıqda o kinlə, nifrətlə böyüməyin nəticəsində düşmən gülləsi üzərinə gözünü qırpmadan getdi bizim əsgər. Hər şeyi unudub “sevgi dili”ylə böyüsəydi nə Vətən Müharibəsi olacaqdı, nə də torpaqlar azad olunacaqdı. İnsanlar işğalla barışacaq, azad olunub-olunmamasının elə də bir əhəmiyyəti olmayacaqdı.

Bundan sonra KİN və NİFRƏTə ehtiyac olacaqmı? Olacaq, lakin formatı dəyişməklə. Başımıza gələnlər əsla unudulmamalıdır. Atılan bütün addımlarda, düşmənin bütün davranışlarında həmin süzgəc işə düşməlidir. Ermənistanla münasibətlər tədricən düzəlməyə doğru getsə də, bu, yaddaşımızın silinməsi bahasına başa gəlməməlidir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

5fbc1a3b2030276d632d3f28
.

Mina Problemi ilə bağlı Ermənistana Çağırış

Şəhla Cəlilzadə
08 İyun 2021
Qazax xerite1
.

Azərbaycan-Ermənistan münaqişəsi: Qazax cəbhəsi

Tural Həmid
22 May 2021
1051148708
Vətən müharibəsi

Sergey Lavrov Qarabağa giriş qaydalarını açıqlayıb

AzLogos
21 Mart 2021
65440311 dad5 4aca 83ce 4deedd65fee5
.

ABŞ-ın Qafqazda gözü və qulağı

AzLogos
19 Mart 2021
9f00fd328fe2415d9252552e5d918552
Vətən müharibəsi

“Rusiyanın hərbi texnikası dünyanın ən yaxşısıdır…”

AzLogos
03 Mart 2021
1308428334 993221
.

Xocalı qətliamı haqqında hər şey

Tural Həmid
26 Fevral 2021
Soldiers Armenia
.

Həqiqəti bulandıran miflər, müharibədə ermənilərin məğlubiyyətinə səbəb oldu

AzLogos
06 Fevral 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör