bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Brave New World, yoxsa planetar rəqəmsal konslager?

Elmir Mirzəyev Elmir Mirzəyev
Covid-19
09 Aprel 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Ezgif.com webp to jpg (1)
Paylaş

Artıq həftələrdir bütün fantastların, antiutopiklərin, sürrealistlərin bir zamanlar təsvir etdiyi mənzərələr içində yaşamaqdayıq.

Robert Sheckley, Ray Bradbury, Isaac Asimov, Aldous Huxley, Struqatski qardaşları, Yevgeni Zamyatin, George Orwell, Frans Kafka, Aleksandr Belyayev, Pelevinlə Sorokin – hamısı gedib işinin dalınca.

Dünya rəsmən dayanıb, Azərbaycanın şairlər ordusunun bir çox yerlərdə gəldi-gəlmədi istifadə etdiyi “dayan dünya” kimi klişesi sözün hərfi mənasında təcəssüm edib. Daha doğrusu hərəkət var, amma anlamı başqadır – bu hərəkət içində maska daşıyan Çin təyyarələrinin üstündə aparıcı dünya dövlətlərinin davası, Fransada Chloroquine adlı maddənin bu virusdan sağaldıcı olub-olmadığı mövzusunda qızğın debatlar, Avropa Birliyinin əsaslarını sarsıdan hadisələr baş verəndə, Türkmənistanda “koronavirus” kəlməsi belə qadağan edilir, azərbaycanlıların da bu arada günü dövlətlə SMS oyunu oynamaqla keçir.

Böyük böhranlar hər zaman bəşəriyyətin “formatlanması”na gətirib çıxarır, bu dəfə də istisna olmayacaq. Bunu artıq kimsə müzakirə etmir, hamını düşündürən başqa şeydir – bu dəyişikliklər necə bir dünyaya gətirib çıxaracaq? İngilis fantastı Aldous Huxley bir zamanlar gələcək haqqındakı fantaziyalarını öz məşhur romanında “Brave New World” adlandırmışdı. Görən indi adını nə qoyacağıq?

Bu necə bir dünya olacaq, gözlərimiz önündə formalaşan planetar rəqəmsal konslager, yoxsa futbol və show industriyasına axmaqcasına yatırılan milyardların elmə, konkret tibbi axtarışlara yönəldiyi daha mükəmməl bir dünya?

Qərb mətbuatında hazırkı hadisələri II Dünya Müharibəsindən sonrakı ən ağır dövr adlandırırlar, amma fikrimcə bu məhz Qərb coğrafiyasına aiddir, çünki bizə, şərti olaraq “şərqi avropalılar” adlandırılanların coğrafiyasına bunu aid etmək çətindir. Bir zamanlar Putinin Sovet İttifaqının dağılmasını “XX əsrin ən böyük geosiyasi fəlakəti” adlandırması Qərb coğrafiyasında gülüş və istehza doğurmuşdu, amma indiki azacıq gəlişmələr fonunda Avropada indiyə kimi ağzına qədər dolu supermarketlərdən tualet kağızı və undan tələm-tələsik boşaldılmış rəfləri görüncə homo sapiensin hüsnündəki kültür maskasının necə də nazik və incə olduğuna bir daha təəccüblənməyə bilmirsən. Söhbət Putindən və onun təbliğat maşınından getmir, nəhəng coğrafiyanı əhatə edən sovetlərin qəflətən dağılması və burada oturuşmuş iqtisadi sistemin tam çökməsi dövründə bu coğrafiyada insanlar real aclığın qorxunc üzü ilə qarşılaşmışdı, Qafqaz və Balkanlarda isə bunun üstünə müharibənin, etnik konfliktlərin dəhşətləri əlavə edilmişdi.

Bircə məsələ şübhəsizdir ki, bu pandemiyadan sonrakı dövrdə bir çox ölkələrdə dövlət istər-istəməz səhiyyə sisteminə, insanlarsa sosial və fərdi gigiyena vərdişlərinə yenidən göz atmalı olacaqlar. Vərdişlər ümumiyyətlə çox dəyişəcək, göz görəsi başqa xarakter alacaq, salamlaşmadan tutmuş qida qəbuluna, turistik səfərlərdən dini baxışlara kimi.

Kiçik haşiyə: Burada azca da olsa ciddi-qaşqabaqlı söhbətlərdən yayınaq. Bakıda hardasa mileniumdan sonrakı onuncu illərdə glamour civilərin arasında bir dəb vardı. Demək spa salonlarından çıxmayan, gündəlik həyatda high level class sərgiləyən bu xanımların bir şakəri vardı – ildə bir dəfə Hindistana səfər edir, orda bilmirəm, bir Sai-baba (ya da nə bilim hansı baba) adlı bir müdriki-müqəddəs varmış, onun yanına gedirlərmiş. Demək uçağın uça biləcəyi yerə kimi gedib çıxan bu civilər, yolun ardını yerli minik vasitələri ilə qət etməli olur, antisanitariyadan boğulan Hindistanın allah bilir hansı ştatının cəngəlliklərində o qardaşın çirkli ayağını bunların başına vurması üçün hər fədakarlığı edirmişlər. Qardaş da qəbulu zamanı rəsmən bunların başına öz çirkli-müqəddəs ayağını qoyurmuş, civilər də bundan bayılırmış, «от нирваны, от обуревающего чувства благоденствия, ну понимаешь да.»

Şühbəsiz ki, bu hadisələrdən sonra bütün bunlara da münasibət dəyişiləcək, daha əvvəlki tək səyahətlər yəqin ki, mümkün olmayacaq. Son onillikdə dünyada vizaların tədricən aradan qalxması və bir çox istiqamətdə low cost uçaqların peyda olması çox böyük bir insan kütləsi üçün səyahəti, traveling-i adi, sıradan by default bir nəsnəyə çevrilmişdi. Sanki az qala bütün planet sanskrit mantrasındakı “bütün dünya – bir ailədir” deyiminin real təzahürünə dönmüşdü. İndi alınan azadlıqlar pandemiyadan sonrakı dövrdə geri qayıtmasa necə olacaq, kimsəyə bəlli deyil.

Bir məsələ aydındır ki, son illər insanların bu qədər hərəkətli olması artıq xüsusi xidmətləri, ümumiyyətlə dövlət bürokratiyasını narahat etməyə bilməzdi. Hazırda isə mövcud reallıq bir çox dövlətlərin zamanında boyunlarına götürdükləri konvensiyalardan legitim surətdə geri çəkilməsinə çox böyük şanslar yaratmışdır. Dünyanın bütün nöqtələrində, o cümlədən Avropada çoxdan baş qaldırmış millətçillərlə antiqlobalistlərin bu münbit şəraitdən yığacaqları bəhrə haqda Apostrofun növbəti buraxılışında bəhs edərik.

İnsanların öz zamanına baxışı da dəyişəcək, zatən hazırda, hamının məcburi downshifting həyat tərzi sürməyə məhkum edilməsi, “dolce far niente” moduna keçməsi fonunda bu artıq hiss edilməkdədir.

Sonda hazırkı pandemiya haqda bilib-bilmədiklərimizin qısa xülasəsinə göz ataq. Koronavirus haqda bu günə artıq dəqiq məlumdur ki:

Evdən çıxmaq olmaz, amma lazım olsa, mümkündür.

Maskalar əslində heç kömək də etmir, lakin geyilməlidir.

Mağazalar bağlanır, lakin lazım olduqda açılır.

Xəstəxanalara getmək faydasızdır, çünki vaksin-filan yoxdur, ancaq getməlisiniz.

Bu virus ölümcüldür, amma prinsipcə qorxulu deyil.

Əlcəklər kömək etməyəcək, amma taxılmasında zərurət var.

Hamı evdə qalır, amma hamı da gəzir.

Özünüzə yaxşı baxın, məşhur pritçada deyildiyi kimi bu da keçib gedəcək.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Britigan COVIDConspiracy 38x24cm 1320x834
.

Covid-19 və konspirasiya nəzəriyyələri. Fake-news ehtiyacımız

AzLogos
01 Mart 2021
Ən yaxşı vaksinasiya strategiyası
.

Ən yaxşı vaksinasiya strategiyası

AzLogos
10 Fevral 2021
Xəstəliklərin şəxsi və milli tarixi dəyişməsi
.

Xəstəliklərin şəxsi və milli tarixi dəyişməsi

AzLogos
10 Fevral 2021
Great Depression unemployed 1024x746
.

Keçmiş pandemiyanın dərsləri

AzLogos
09 Fevral 2021
Bildschirmfoto 2021 02 06 um 12.05.57
.

Pandemiyanın qazananı…

Vüsal Quliyev
18 Mart 2021
Koronavirus – sərbəstliyə və qaydaları pozmağa öyrəşənlərin məğlubiyyəti
.

Koronavirus – sərbəstliyə və qaydaları pozmağa öyrəşənlərin məğlubiyyəti

AzLogos
05 Fevral 2021
Box 20200403 QAndAWithColleenKirkPanicBuying Hero
.

Koronavirus isteriyasına son verin. Azərbaycanı açın

Aqşin İbişov
22 Yanvar 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör