Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Ən güclü olmağa hələ çox var

Zaur Xudiyev Zaur Xudiyev
Sərbəst
07 Oktyabr 2019
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
B92f6f0d 42d8 4f7d 8d8d 36f86805c7ad
Paylaş

Olduqca dəyişkən olan Azərbaycan gündəmi son günlər iki idman xəbəri ilə yeniləndi.

Bunlardan biri “Qarabağ”ın Avroliqanın qrup mərhələsində “Düdelanj”la oyunu və matçda baş verən hadisələr idisə (bu barədə geniş yazmışıq), digəri Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun Dünya Kubokunda çinli Ding Lirenlə görüşdə qalib gəlməsi və çempion olmasıdır.

Detallara girməmişdən onu qeyd edim ki, ölkə gündəminin belə intellektual hadisə ilə dəyişməsi şəxsən mənim üçün çox maraqlı və sevindiricidir.

Əvvəlcə nəzər salaq, görək, dünya kubokunda çempionluq bizə nə qazandırdı?

Son zamanlar Şəhriyar Məmmədyarovun kölgəsində qalan və mötəbər turnirlərdə zəif çıxış edən Teymur Rəcəbovun geridönüşü qeyd olunmalıdır. Azərbaycan şahmatının vunderkindi uzun zaman sonra yenidən bütün dünyada adını duyura bildi. Xüsusilə də final görüşündə çinli Ding Lirenlə oyunlarda göstərdiyi əzmkarlıq və iradə onun necə güclü bir şahmatçı olduğunu bir daha sübut etdi. Təsadüfi deyil ki, final mərhələsində son partiyaları şərh edən, hazırda dünyanın bir nömrəsi olan və altı ildir dünya çempionluğunu heç kimə verməyən Maqnus Karlsen Rəcəbovun qələbəsinə təəccübünü belə ifadə etmişdi: “Özümü axmaq kimi hiss edirəm. Son partiyada Teymura qələbə şansı verməmişdim və oyunun ən yaxşı halda bərabərlikə bitəcəyini düşünürdüm, amma Rəcəbov möhtəşəm geridönüş edərək hər kəsi təəccübləndirdi”.

Turnirdə 5 şahmatçı ilə təmsil olunan Azərbaycan Dünya Kubokunda ilk dəfə yarımfinal, final və çempionluq sevinci yaşadı. Bütün bu ilklərin altında Teymur Rəcəbovun imzası var.

Son zamanlar yaxşı formada olan və müxtəlif turnirlərdə uğurla çıxış edən Şəhriyar Məmmədyarov 1/8 final mərhələsində komanda yoldaşı Rəcəbova rəqib olmasaydı, bəlkə də hər iki şahmatçımızın ifasında yarımfinal həyəcanı yaşaya bilərdik.

Ölkə olaraq FİDE-nin dünya reytinqində ilk dəfə iki nəfərlə “ilk 10-luq”da təmsil olunmaq şansımız var.

Bütün bunlar əlbəttə ki, möhtəşəm hadisələrdi və önəmli nüanslardı.

Teymurun Dünya Kubokunu qazanması ölkə idmanı adına ən az digər fərdi növlərdə qazanılmış Olimpiya çempionluqları, dünya birincilikləri qədər vacibdir.

Lakin, bu qələbədən sonra ictimaiyyət arasında eyforiyadan yaranmış bir təəssürat, fikir var…

Teymur hazırda dünyanın ən güclüsüdürmü?

Xeyr!

Gəlin, hər şeyi, öz adı ilə çağıraq…

Çünki Dünya Kuboku ayrılıqda kifayət qədər nüfuzlu yarış olsa da, həm də dünyanın ən güclüsünə – Şahmat Tacının sahibinə qarşı oynamaq üçün təşkil olunan “İddiaçılar turniri”nə vəsiqə verən çoxsaylı yarışlardan biridir.

Yəni, dünyanın ən güclüsü olmaq istəyən şahmatçılar uzun və çətin bir neçə yoldan keçməlidirlər.

Əvvəlcə onu qeyd edim ki, Tacın hazırkı sahibi norveçli super zəka  Maqnus Karlsendi. O, 2013-cü ildə hindistanlı Vişvanatan Ananda qalib gələrək əldə etdiyi dünya çempionluğunu qoruyur.

Bu titulu ondan almaq üçün isə “İddiaçıların turniri”ndə qələbə qazanmaq, ardınca isə Karlsenə qalib gəlmək lazımdır.

Yol uzun, proses çətin, hədəf uzaqdadır. Amma əlçatmaz deyil.

Yetər ki, məhz son Dünya Kubokunda olduğu kimi bütün Azərbaycan xalqının dəstəyini arxasına alan təmsilçilərimiz (Teymur Rəcəbov artıq vəsiqəni əldə edib, Şəhriyar Məmmədyarov isə bunun üçün turnirlərə qatılmalıdır) ürəklə və həvəslə oynasınlar.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
1
.

Azərbaycan solunun qısa tarixi – I hissə

Tural Həmid
16 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör