Azlogos
  • Kimlər var
  • Bizi tanı

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir? Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail "Kitabi-Dədə Qorqud"un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər? Rəqəmsal konslager
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Uşaqlıq zədəsi haqqında

Seymur BaycanSeymur Baycan
Sərbəst
30 Yanvar 2021
Nə fərqi var, eşşəyə ya sağdan mindin, ya da soldan.
Atalar məsəli.

Bilirsiniz məni nə əsəbləşdirir? Hansısa şəxsin bədnam, cinayətkar əməllərindən, hansısa şəxsin qeyri-adekvat , bəzən hətta qəribə hərəkətlərindən danışan kimi bir dəstə adam tez-tələsik həmin şəxsin uşaqlığını təftiş etməyə başlayır. Deyirlər ki, uşaqlıqda atası onu döyüb, uşaqlıqda sevgi görməyib, uşaqlıqda əziyyət, aclıq çəkib, nə bilim uşaqlıqda biskvit, dondurma yeməyib, limonad icməyib və sairə və ilaxır. Freyddən beş-altı cümlə oxuyanlar dayanmadan “beynimizi xarab etməklə” məşğuldur.

Hesaba vursan, bəlkə də uşaqlıqda məni Hitlerdən, Mussolinidən, Pol Potdan çox döyüblər. Hələ ətrafdakı uşaqlarla müqayisədə, Hacıbala Abutalıbov demişkən, inanın ki, ən az döyülən uşaqlardan biri mən idim. Ətrafdakı uşaqlarla müqayisədə mənim döyülməyim heç döyülmək sayılmazdı. İndi bilmirəm vəziyyət necədir, bəndəniz uşaq olan vaxtlarda uşağı döymək norma, tərbiyənin ən effektiv üsulu hesab olunurdu. Adamlar gecə-gündüz işləyirdilər. Plan doldururdular. Heç kimdə vaxt və hövsələ yox idi ki, səni qabağına qoyub səhvini, düz hərəkət etmədiyini uzun-uzadı, kamali-ədəblə başa salsın. Çoxları ümumiyyətlə tərbiyənin digər üsullarından yerli-dibli xəbərdar deyildi. Uşaq hansısa səhvə yol verəndə, əxlaq kodeksinə zidd hərəkət edəndə, şillə-təpik-yumruq, yun çubuğu, çomaq, yoğun mətfil, paltarçırpan və digər cəza alətləri işə salınırdı. Hərənin öz cəza aləti, öz cəza üslübu vardı. Yadımdadır bir qohum uşaq evdən iki-üç manat pul oğurlamışdı. Böyüklər onun belə hərəkət etməsinə görə dəhşətə gəlmişdilər. Necə dəhşətə gəlmişdilərsə, qaşığı odda qızdırıb qışqırda-qışqırda onun sağ əlinə basmışdılar. Ki, bir daha oğurluq etməsin. Bu, rəsmən inkvizisiya dövrünün cəzası idi.

Məktəbdə də müəllimlər uşaqları yaman döyürdülər. Dərs oxumayan, dərsə gecikən, dərsdən qaçan, pəncərə şüşəsi sındıran, saçını uzadan, geyim qaydasını pozan, jurnal, kitab cıran, sinifə quş, kərtənkələ, ilan buraxan, divarlara tərbiyəsiz, kobud şəkillər çəkən, sevgi məktubu yazan və bu qəbildən olan digər xoşagəlməz, bədnam əməllər törədən şagirdlər müəllimlər tərəfindən zorakılığa məruz qalırdılar. Özü də uşaqlar məktəbdə döyüləndə, gedib evdə valideynlərinə onu döyən müəllimdən şikayət edə bilmirdilər. Çünki, əksər hallarda uşaqlar evdə müəllimdən şikayət edəndə, evdəkilər də bonus olaraq təzədən bir partiya uşağı döyürdülər. Fikirlərini də belə əsaslandırırdılar: filankəs müəllim boş yerə adam döyməz, yəqin nəsə bir zibil qaynatmısan. Ədalət naminə onu da mütləq qeyd etməliyəm ki, dərsini oxuyan, qaydaları pozmayan uşaqlarla müəllimlərin əsla işi olmurdu. Əksinə dərsini oxuyan və qaydalara riayət edən uşaqlara müəllimlər hədsiz hörmətlə yanaşırdılar. Hər dövrün öz qayda-qanunları var. O dövrdə də məktəbdə belə qayda-qanunlar hökm sürürdü.

Günəşi küləş kimi başa düşməyə adət etmiş adamlar belə güman etməsinlər ki, burada zorakılığı, döyməyin, döyülməyin effektiv tərbiyə üsulu olduğunu təbliğ etməkdəyəm. Belə bir niyyətim yoxdur. Zorakılığa, dava-dalaşa, təpik-yumuruğa nifrət edirəm. Bir neçə dəfə dalaşmağa məcbur olmuşam. Bunu heç cür özümə bağışlaya bilmirəm. Bir dava xüsusən yaddaşımda dərin iz buraxıb. Hərbi xidmətdə olanda bir əsgərlə sözümüz çəp gəldi. Kazarmada boş, qaranlıq otaq vardı. Münasibətimizə aydınlıq gətirmək üçün getdik həmin boş, qaranlıq otağa. Orada bir-birimizə girdik. Bu zaman mənim üçün (sonralar dərk etdiyim) dəhşətli bir hadisə baş verdi. Necə oldusa dava zamanı əlim bir anlıq dava etdiyim adamın ürəyinin üstünə düşdü. Onun ürəyi şiddətlə döyünürdü. Sonralar, lap sonralar mən başa düşdüm ki, onun ürəyi hərəkət etdiyinə görə deyil, həyacan keçirdiyinə, bəlkə də qorxduğuna görə elə şiddətlə döyünürmüş. Əlimin altında o ürəyin şiddətlə döyünməsini son vaxtlar daha tez-tez, daha canlı hiss edirəm. Elə bil həmin dava iyirmi il əvvəl yox, bir həftə bundan əvvəl baş verib. Belə anlarda özümə lənət oxuyuram. Canımı qoymağa yer tapmıram. Əlimi kəsib atmaq istəyirəm. Axı necə olub ki, mən vəhşi heyvana çevrilmişəm? Axı məsələni dava-dalaşsız da asanlıqla həll etmək olardı. Bəli, hər şeyi öz adıyla çağırsaq, dava edən, təpik-yumuruqla danışan adamın vəhşi heyvandan heç bir fərqi yoxdu. Hətta vəhşi heyvanlar belə dava edən, təpik-yumuruqla danışan adamlardan daha üstün canlılardı. Çünki, onlar qanmırlar, onlar üçün “dava-dalaş etmək olmaz” mövzusunda qalaq-qalaq kitablar yazılmayıb.

O dava yadıma düşəndə özümə təsəlli verirəm ki, çox da ürəyinə salma, sən gənc idin, həyatdan xəbərin yox idi, gələcəkdə bu davanın sənə necə əziyyət verəcəyini, ruhunu necə incidəcəyini, ruhunu necə əzəcəyini bilə bilməzdin. Amma bu təsəllilərin bir qram da xeyiri olmur. Vicdan əzabı məni məhv edir. Tərslikdən dindar da deyiləm. Dindar olsam tövbə edərəm, yəqin ki, bir az yüngülləşərəm. Bu mənada dindar adamlara, Allaha, hansısa fövqəl gücə inananlara bəzən qibtə edirəm. Tövbə etmək, tövbə edib yüngülləşmək üçün bir neçə dəfə Leselidze küçəsində yerləşən katolik kilsəsinin qapısına qədər getmişəm. Qapının ağzında dayanıb, geri qayıtmışam. Bir dəfə hətta içəri də girdim. Amma yenə də tövbə etməyə gücüm, cəsarətim çatmadı. Daha doğrusu tövbə etməkdə məna görmədim. İnanmaya-inanmaya tövbə etməyin mənası varmı? Məncə yoxdur. Bu çox ağır vəziyyətdir. Tövbə etmək, yüngülləşmək istəyirsən, lakin tövbə etməyə, yüngülləşməyə məkan tapa bilmirsən. Beləcə bir zamanlar axmaqlığım üzündən etdiyim günahın indi mənə verdiyi ağır əzabı çəkməyə, çiyinlərimdə daşımağa məcburam…

***

Bəzi yoldaşlar iddia edə bilərlər ki, əgər uşaqlıqda döyülmüsənsə, uşaqlıqda zədələr almısansa, deməli, sənin əlinə sadəcə imkan düşməyib, əlinə imkan düşsəydi, sən də Hitler kimi adamları qaz kameralarına doldura bilərdin. Elə şey yoxdur. Bir neçə gün əvvəl televizorda beynəlxalq xəbərlər proqramında qəribə bir xəbər verdilər. Amerikada bir adam camaatın itlərini oğurlayıb, itləri yaşadığı həyət evinin zirzəmisində ac saxlayırmış, camaatın itlərini oğurlayıb, itləri zirzəmidə acından öldürürmüş. Adam camaatın itlərini oğurlayıb zirzəmidə ac saxlamaqdan, itləri zirzəmidə acından öldürməkdən həzz alırmış. Axmaqlığın dərəcəsinə bax. Yəni, onu demək istəyirəm ki, söhbət təkcə insanları qaz kameralarına, ölüm düşərgələrinə doldurmaqdan, zorakılığın, şiddətin, amansızlığın miqyasından getmir. Adam istəsə öz miqyasında hər cür yaramaz, əclaf əməllər törədə bilər. Mən də gedib camaatın itini-pişiyini oğurlayıb ac saxlaya bilərəm. Razılaşaq ki, ən azı bunu etməyə gücüm çatar. Amma etmirəm. Edə bilmərəm. Təbiətim yol verməz. Əksinə, imkanım çatan qədər hər gün küçə itlərini yemləyirəm. Sözümün canı ondan ibarətdir ki, axmaq adam elə axmaq adamdır. Uşaqlıqda döyülməyin və ya döyülməməyin, uşaqlıqda sevgi görməyin və ya görməməyin, uşaqlıqda əziyyət çəkməyin və ya çəkməməyin məsələyə məncə bir o qədər dərindən aidiyyatı yoxdur. Uşaqlıqda hər cür sevgi görmüş o qədər axmaq, əclaf adamlar var ki…

Ümumiyyətlə, insan mürəkkəb varlıqdır. Əks halda bu qədər əsərlər yazılmazdı, bu qədər filmlər çəkilməzdi. Etiraf edim ki, mənim bu zədə-mədə, insan psixası-zad söhbətlərindən elə də başım çıxmır. Sadəcə fikirlərimi, müşahidələrimi yazmaq istədim. Yazıda ciddi quşlar buraxmışamsa xahiş edirəm bu sahənin mütəxəsisləri buraxdığım quşları anlayışla qarşılasınlar. Mən heç psixoloqla psixiatrın arasındakı fərqin nədən ibarət olduğunu bilmirəm. Psixiatrla psixoloqun fərqini bir neçə dəfə özüm üçün dəqiqləşdırmişəm. Çox müddət keçməmiş psixiatrla psixoloqun arasındakı fərqin nədən ibarət olması yenə də yadımdan çıxıb. Gördüm psixiatrla psixoloqun arasındakı fərqin nədən ibarət olması yaddaşımda qalmır, söhbətin başını buraxdım. Əgər bir söhbət heç cür yadımda qalmırsa, boş yerə niyə özümə əziyyət verməliyəm? İşimi asanlaşdırmaq, özümü sığortalamaq, savadsızlığımı ört-basdır etmək üçün qeyri-rəsmi atmosferdə həm psixiatrı , həm də psixoloqu baş işinə baxan adam, baş ustası, ən yaxşı halda baş doktoru adlandırıram. Necə ki, Azərbaycanın bəzi bölgələrində baytar həkimi adamlar zarafatla eşşək doxduru adlandırırlar.

Məni sadəcə bəzi şəxslərin hamını, hər kəsi dərindən tanımaqlarına, hamının hər bir hərəkətinə guya öz aləmlərində dəqiq izah, dərin şərh vermələrinə iddia etməkləri əsəbləşdirməkdədir. Türklər demişkən hardandır bu güvən partlaması? Bu əminlik hansı mənbələrdən qidalanmaqdadır?

f4d7cacf-6b46-48f2-86e3-797073097e97İnsanı sona qədər tanımaq mümkündürmü? Bu sualla doktor Orxan Zamanlıya müraсiət etdim. Doktor Orxan Zamanlının cavabı:

“Verdiyin suala cavab olaraq deyim ki, kiminsə başqa insanın fikirlərini, xarakterini dəqiq bilməsi, “oxuması” mümkün olan şey deyil. Bunu ancaq təxmin etmək olar. Hərə öz peşəsi çərçivəsində…

İnsanlar öz daxili aləmlərini çox yaxşı gizlədirlər. Yoxsa psixoterapevtiya niyə aylar, illər tələb edərdi? Elə bir seansda insanın xarakterini görmək olardı, ikinci seansda da nə etmək lazım olduğu deyilərdi, vəssalam.

Heç lap dərininə getsək, insanın özü də bəzən bilmir onun içi nədir, harada qaldı bunu kimsə kənardan görə?”.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
Bildschirmfoto 2021-02-23 um 10.38.37
Sərbəst

Urbanizasiya və onun problemləri – 1

23 Fevral 2021
Data-Journalism
.

Data jurnalistikası

23 Fevral 2021
bicycle-clock-1200x700
.

“Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi”

21 Fevral 2021
EICHMANN
.

Adolf Ayxman: Mossadın nasist ovu

20 Fevral 2021
800px-Flag_of_Nakhichevan_ASSR_(1937-1940).svg
.

Naxçıvan MSSR-in qurulması (İkinci hissə)

20 Fevral 2021

Redaktorun seçimi

Genləri “qayçılayan” CRISPR/Cas9 nədir?

Azərbaycanlılar niyə memuar yazmır?

Eşq olsun seçkilərə!

Qoçu Əsgərlərin başı buynuz-bayraqlı müəllimə-generalları

Bakı erməniləri: Qarabağın qurbanları

Kassandra kompleksi, yoxsa perpetuum mobile?

Şəhid biznesi

Mühakimə edən mələklər

“Ramiz Mehdiyev” ictimai təhtəlşüur kimi

Şəriətdən qorx, qadını sıx, LGBTI-ni döy…

Evlənmək istəyənlər üçün təlimatlar

İndi biz kimə inanaq?

Zibilə dönən həyat

At gücü

Gənc publisistlər üçün məsləhətlər

Bakının identikliyi

Türkiyə-Rusiya münasibətlərində Azərbaycanın yeri və rolu

Xankəndinə niyə girmədik?

Əkrəm Əylislinin son çırpınışları

“Qıraxdın” iqtisadiyyatı

Azərbaycan-Çeçenistan münasibətləri

Hər şey çox pisdir və daha da pis olacaq

İnternet blokadasında itirdiklərimiz – qazandıqlarımızdır

Biz nəyə görə ağlayırıq?

Karantin və nikah

Milli Jokerlər

İnsanın insanı istismar etməsi barədə bədii-fəlsəfi esse

Psixodelik preparatlar sənayesi kölgədən çıxmağa hazırdır

İnsan təkamülünü “çürüdən” 12 mif

100 illik Cümhuriyyət – zərurət, yoxsa təsadüf? – 2 hissə

Uşaqlıq zədəsi haqqında

Seymur BaycanSeymur Baycan
Sərbəst
30 Yanvar 2021
Nə fərqi var, eşşəyə ya sağdan mindin, ya da soldan.
Atalar məsəli.

Bilirsiniz məni nə əsəbləşdirir? Hansısa şəxsin bədnam, cinayətkar əməllərindən, hansısa şəxsin qeyri-adekvat , bəzən hətta qəribə hərəkətlərindən danışan kimi bir dəstə adam tez-tələsik həmin şəxsin uşaqlığını təftiş etməyə başlayır. Deyirlər ki, uşaqlıqda atası onu döyüb, uşaqlıqda sevgi görməyib, uşaqlıqda əziyyət, aclıq çəkib, nə bilim uşaqlıqda biskvit, dondurma yeməyib, limonad icməyib və sairə və ilaxır. Freyddən beş-altı cümlə oxuyanlar dayanmadan “beynimizi xarab etməklə” məşğuldur.

Hesaba vursan, bəlkə də uşaqlıqda məni Hitlerdən, Mussolinidən, Pol Potdan çox döyüblər. Hələ ətrafdakı uşaqlarla müqayisədə, Hacıbala Abutalıbov demişkən, inanın ki, ən az döyülən uşaqlardan biri mən idim. Ətrafdakı uşaqlarla müqayisədə mənim döyülməyim heç döyülmək sayılmazdı. İndi bilmirəm vəziyyət necədir, bəndəniz uşaq olan vaxtlarda uşağı döymək norma, tərbiyənin ən effektiv üsulu hesab olunurdu. Adamlar gecə-gündüz işləyirdilər. Plan doldururdular. Heç kimdə vaxt və hövsələ yox idi ki, səni qabağına qoyub səhvini, düz hərəkət etmədiyini uzun-uzadı, kamali-ədəblə başa salsın. Çoxları ümumiyyətlə tərbiyənin digər üsullarından yerli-dibli xəbərdar deyildi. Uşaq hansısa səhvə yol verəndə, əxlaq kodeksinə zidd hərəkət edəndə, şillə-təpik-yumruq, yun çubuğu, çomaq, yoğun mətfil, paltarçırpan və digər cəza alətləri işə salınırdı. Hərənin öz cəza aləti, öz cəza üslübu vardı. Yadımdadır bir qohum uşaq evdən iki-üç manat pul oğurlamışdı. Böyüklər onun belə hərəkət etməsinə görə dəhşətə gəlmişdilər. Necə dəhşətə gəlmişdilərsə, qaşığı odda qızdırıb qışqırda-qışqırda onun sağ əlinə basmışdılar. Ki, bir daha oğurluq etməsin. Bu, rəsmən inkvizisiya dövrünün cəzası idi.

Məktəbdə də müəllimlər uşaqları yaman döyürdülər. Dərs oxumayan, dərsə gecikən, dərsdən qaçan, pəncərə şüşəsi sındıran, saçını uzadan, geyim qaydasını pozan, jurnal, kitab cıran, sinifə quş, kərtənkələ, ilan buraxan, divarlara tərbiyəsiz, kobud şəkillər çəkən, sevgi məktubu yazan və bu qəbildən olan digər xoşagəlməz, bədnam əməllər törədən şagirdlər müəllimlər tərəfindən zorakılığa məruz qalırdılar. Özü də uşaqlar məktəbdə döyüləndə, gedib evdə valideynlərinə onu döyən müəllimdən şikayət edə bilmirdilər. Çünki, əksər hallarda uşaqlar evdə müəllimdən şikayət edəndə, evdəkilər də bonus olaraq təzədən bir partiya uşağı döyürdülər. Fikirlərini də belə əsaslandırırdılar: filankəs müəllim boş yerə adam döyməz, yəqin nəsə bir zibil qaynatmısan. Ədalət naminə onu da mütləq qeyd etməliyəm ki, dərsini oxuyan, qaydaları pozmayan uşaqlarla müəllimlərin əsla işi olmurdu. Əksinə dərsini oxuyan və qaydalara riayət edən uşaqlara müəllimlər hədsiz hörmətlə yanaşırdılar. Hər dövrün öz qayda-qanunları var. O dövrdə də məktəbdə belə qayda-qanunlar hökm sürürdü.

Günəşi küləş kimi başa düşməyə adət etmiş adamlar belə güman etməsinlər ki, burada zorakılığı, döyməyin, döyülməyin effektiv tərbiyə üsulu olduğunu təbliğ etməkdəyəm. Belə bir niyyətim yoxdur. Zorakılığa, dava-dalaşa, təpik-yumuruğa nifrət edirəm. Bir neçə dəfə dalaşmağa məcbur olmuşam. Bunu heç cür özümə bağışlaya bilmirəm. Bir dava xüsusən yaddaşımda dərin iz buraxıb. Hərbi xidmətdə olanda bir əsgərlə sözümüz çəp gəldi. Kazarmada boş, qaranlıq otaq vardı. Münasibətimizə aydınlıq gətirmək üçün getdik həmin boş, qaranlıq otağa. Orada bir-birimizə girdik. Bu zaman mənim üçün (sonralar dərk etdiyim) dəhşətli bir hadisə baş verdi. Necə oldusa dava zamanı əlim bir anlıq dava etdiyim adamın ürəyinin üstünə düşdü. Onun ürəyi şiddətlə döyünürdü. Sonralar, lap sonralar mən başa düşdüm ki, onun ürəyi hərəkət etdiyinə görə deyil, həyacan keçirdiyinə, bəlkə də qorxduğuna görə elə şiddətlə döyünürmüş. Əlimin altında o ürəyin şiddətlə döyünməsini son vaxtlar daha tez-tez, daha canlı hiss edirəm. Elə bil həmin dava iyirmi il əvvəl yox, bir həftə bundan əvvəl baş verib. Belə anlarda özümə lənət oxuyuram. Canımı qoymağa yer tapmıram. Əlimi kəsib atmaq istəyirəm. Axı necə olub ki, mən vəhşi heyvana çevrilmişəm? Axı məsələni dava-dalaşsız da asanlıqla həll etmək olardı. Bəli, hər şeyi öz adıyla çağırsaq, dava edən, təpik-yumuruqla danışan adamın vəhşi heyvandan heç bir fərqi yoxdu. Hətta vəhşi heyvanlar belə dava edən, təpik-yumuruqla danışan adamlardan daha üstün canlılardı. Çünki, onlar qanmırlar, onlar üçün “dava-dalaş etmək olmaz” mövzusunda qalaq-qalaq kitablar yazılmayıb.

O dava yadıma düşəndə özümə təsəlli verirəm ki, çox da ürəyinə salma, sən gənc idin, həyatdan xəbərin yox idi, gələcəkdə bu davanın sənə necə əziyyət verəcəyini, ruhunu necə incidəcəyini, ruhunu necə əzəcəyini bilə bilməzdin. Amma bu təsəllilərin bir qram da xeyiri olmur. Vicdan əzabı məni məhv edir. Tərslikdən dindar da deyiləm. Dindar olsam tövbə edərəm, yəqin ki, bir az yüngülləşərəm. Bu mənada dindar adamlara, Allaha, hansısa fövqəl gücə inananlara bəzən qibtə edirəm. Tövbə etmək, tövbə edib yüngülləşmək üçün bir neçə dəfə Leselidze küçəsində yerləşən katolik kilsəsinin qapısına qədər getmişəm. Qapının ağzında dayanıb, geri qayıtmışam. Bir dəfə hətta içəri də girdim. Amma yenə də tövbə etməyə gücüm, cəsarətim çatmadı. Daha doğrusu tövbə etməkdə məna görmədim. İnanmaya-inanmaya tövbə etməyin mənası varmı? Məncə yoxdur. Bu çox ağır vəziyyətdir. Tövbə etmək, yüngülləşmək istəyirsən, lakin tövbə etməyə, yüngülləşməyə məkan tapa bilmirsən. Beləcə bir zamanlar axmaqlığım üzündən etdiyim günahın indi mənə verdiyi ağır əzabı çəkməyə, çiyinlərimdə daşımağa məcburam…

***

Bəzi yoldaşlar iddia edə bilərlər ki, əgər uşaqlıqda döyülmüsənsə, uşaqlıqda zədələr almısansa, deməli, sənin əlinə sadəcə imkan düşməyib, əlinə imkan düşsəydi, sən də Hitler kimi adamları qaz kameralarına doldura bilərdin. Elə şey yoxdur. Bir neçə gün əvvəl televizorda beynəlxalq xəbərlər proqramında qəribə bir xəbər verdilər. Amerikada bir adam camaatın itlərini oğurlayıb, itləri yaşadığı həyət evinin zirzəmisində ac saxlayırmış, camaatın itlərini oğurlayıb, itləri zirzəmidə acından öldürürmüş. Adam camaatın itlərini oğurlayıb zirzəmidə ac saxlamaqdan, itləri zirzəmidə acından öldürməkdən həzz alırmış. Axmaqlığın dərəcəsinə bax. Yəni, onu demək istəyirəm ki, söhbət təkcə insanları qaz kameralarına, ölüm düşərgələrinə doldurmaqdan, zorakılığın, şiddətin, amansızlığın miqyasından getmir. Adam istəsə öz miqyasında hər cür yaramaz, əclaf əməllər törədə bilər. Mən də gedib camaatın itini-pişiyini oğurlayıb ac saxlaya bilərəm. Razılaşaq ki, ən azı bunu etməyə gücüm çatar. Amma etmirəm. Edə bilmərəm. Təbiətim yol verməz. Əksinə, imkanım çatan qədər hər gün küçə itlərini yemləyirəm. Sözümün canı ondan ibarətdir ki, axmaq adam elə axmaq adamdır. Uşaqlıqda döyülməyin və ya döyülməməyin, uşaqlıqda sevgi görməyin və ya görməməyin, uşaqlıqda əziyyət çəkməyin və ya çəkməməyin məsələyə məncə bir o qədər dərindən aidiyyatı yoxdur. Uşaqlıqda hər cür sevgi görmüş o qədər axmaq, əclaf adamlar var ki…

Ümumiyyətlə, insan mürəkkəb varlıqdır. Əks halda bu qədər əsərlər yazılmazdı, bu qədər filmlər çəkilməzdi. Etiraf edim ki, mənim bu zədə-mədə, insan psixası-zad söhbətlərindən elə də başım çıxmır. Sadəcə fikirlərimi, müşahidələrimi yazmaq istədim. Yazıda ciddi quşlar buraxmışamsa xahiş edirəm bu sahənin mütəxəsisləri buraxdığım quşları anlayışla qarşılasınlar. Mən heç psixoloqla psixiatrın arasındakı fərqin nədən ibarət olduğunu bilmirəm. Psixiatrla psixoloqun fərqini bir neçə dəfə özüm üçün dəqiqləşdırmişəm. Çox müddət keçməmiş psixiatrla psixoloqun arasındakı fərqin nədən ibarət olması yenə də yadımdan çıxıb. Gördüm psixiatrla psixoloqun arasındakı fərqin nədən ibarət olması yaddaşımda qalmır, söhbətin başını buraxdım. Əgər bir söhbət heç cür yadımda qalmırsa, boş yerə niyə özümə əziyyət verməliyəm? İşimi asanlaşdırmaq, özümü sığortalamaq, savadsızlığımı ört-basdır etmək üçün qeyri-rəsmi atmosferdə həm psixiatrı , həm də psixoloqu baş işinə baxan adam, baş ustası, ən yaxşı halda baş doktoru adlandırıram. Necə ki, Azərbaycanın bəzi bölgələrində baytar həkimi adamlar zarafatla eşşək doxduru adlandırırlar.

Məni sadəcə bəzi şəxslərin hamını, hər kəsi dərindən tanımaqlarına, hamının hər bir hərəkətinə guya öz aləmlərində dəqiq izah, dərin şərh vermələrinə iddia etməkləri əsəbləşdirməkdədir. Türklər demişkən hardandır bu güvən partlaması? Bu əminlik hansı mənbələrdən qidalanmaqdadır?

f4d7cacf-6b46-48f2-86e3-797073097e97İnsanı sona qədər tanımaq mümkündürmü? Bu sualla doktor Orxan Zamanlıya müraсiət etdim. Doktor Orxan Zamanlının cavabı:

“Verdiyin suala cavab olaraq deyim ki, kiminsə başqa insanın fikirlərini, xarakterini dəqiq bilməsi, “oxuması” mümkün olan şey deyil. Bunu ancaq təxmin etmək olar. Hərə öz peşəsi çərçivəsində…

İnsanlar öz daxili aləmlərini çox yaxşı gizlədirlər. Yoxsa psixoterapevtiya niyə aylar, illər tələb edərdi? Elə bir seansda insanın xarakterini görmək olardı, ikinci seansda da nə etmək lazım olduğu deyilərdi, vəssalam.

Heç lap dərininə getsək, insanın özü də bəzən bilmir onun içi nədir, harada qaldı bunu kimsə kənardan görə?”.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
Bildschirmfoto 2021-02-23 um 10.38.37
Sərbəst

Urbanizasiya və onun problemləri – 1

23 Fevral 2021
Data-Journalism
.

Data jurnalistikası

23 Fevral 2021
bicycle-clock-1200x700
.

“Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi”

21 Fevral 2021
EICHMANN
.

Adolf Ayxman: Mossadın nasist ovu

20 Fevral 2021
800px-Flag_of_Nakhichevan_ASSR_(1937-1940).svg
.

Naxçıvan MSSR-in qurulması (İkinci hissə)

20 Fevral 2021
FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel