ABŞ-ın Şimal-Qərb universitetindən alimlər, tozun illər keçdikcə təkamül edərək daha təhlükəli hala gəldiyini və insan sağlamlığına ağır ziyan vura biləcəyini sübut ediblər. Səbəb – tozun tərkibindəki mikroorqanizmlərdir.
Mütəxəssislər 42 toz nümunəsi üzərində təcrübə aparmış və tozun, antibakterial vasitə və sabunlarda olan triklozan maddəsi topladığını aşkar etmişlər.
Qeyd edilir ki, triklozan nəinki zərərli mikroorqanizmləri öldürmür, əksinə onları müxtəli antibiotiklərə qarşı daha müqavimətli edir. Science Alert xəbər verir ki, nəticədə illər keçdikcə mikroorqanizmlər təkamül edir və insanda bir sıra, hətta sağalmaz xəstəliklərə səbəb olur.
ABŞ-da antibiotiklərə qarşı dözümlü infeksiyalardan ildə 25 minə yaxın insan ölür. Toz qapalı məkanlarda xüsusilə təhlükəlidir. Araşdırmalar göstərir ki, ali məktəblərdə, idman zallarında, barlarda və kitabxanalardakı toz, mütləq triklozan ehtiva edir. Yeri gəlmişkən, 2016-cı ildən, bu maddənin gigiyena vasitələrinin komponenti kimi istifadəsi qadağan olunub.
Statistikaya görə, şəhər sakini dəqiqədə milyard toz dənəciyi tənəffüs edir, kənd sakini isə – sadəcə 40 milyon. Adi mənzildə iki həftə ərzində döşəmənin bir kvadrat santimetrinə 12 min toz zərrəciyi oturur. Şəhər sakinlərinin evlərinin təmizliyinə xüsusi diqqət yetirməsi zərurəti də, buradan yaranır.