“YouGov” Britaniya Analitik Agentliyinin araşdırmalarına əsasən, 18 yaşdan 36 yaş arası, demək olar ki, hər on qadından dördü şəxsi yazışmalarda özü istəmədən dikpik (ing. “dick pics”) – həmsöhbətinin penisinin fotosunu alıb. Hazırda bir çox alimlər dikpik fenomeninin sirrini çözməyə çalışırlar.
Rusiya Ali İqtisadiyyat Məktəbinin magistrantları – Aleksandr Finiarel, Yuliya Koreşkova, Maksim Ladrie və Alberto de Migel, intim foto mübadiləsi eləyən insanları nəyin təşviq etdiyini və bu məsələdə gender stereotiplərinin rolunun olub-olmadığını anlamaqdan ötrü 600 insan arasında sorğu aparıblar. Lenta.ru sorğunun nəticələrini və müəlliflərin mülahizələrini dərc edib.
«QƏLBİN AYNASI»
“Deyirlər, gözlər – qəlbin aynasıdır. Razı deyiləm. Məncə, insanın qəlbinin aynası – penisi və onun şəklini necə çəkməyidir”, – yayda böyük səs-küyə səbəb olmuş “Eyforiya” serialının bir seriyasında dikpiklərin qiymətləndirilməsi ilə bağlı təlimat belə başlayır. Bu cümlələri səsləndirən qəhrəman (qadın) şəkildə cinsi orqanların ölçüsünə yox, başqa detallara – otaqdakı predmetlərə, penisin və əllərin təmizliyinə diqqət yetirməyi təklif edir. Personajın fikincə, razılaşdırılmamış faylı göndərənin xəstə, ya da təhlükəlu olduğu barədə, məhz, onlar, məlumat verə bilər.
AİM-in magistrantları da dikpikin insan və cəmiyyət haqqında hansı məlumatlar verə biləcəyini araşdırıblar. 592 insan arasında keçirilən sorğuda, əsasən, Moskva və Piterin ali məktəblərinin tələbələrindən ibarət olan respondentlər gender, oriyentasiya və sözügedən fotolardan nə qədər tez-tez istifadə etdikləri, kimə göndərdikləri barədə sualları cavablandırıblar.
Sorğunun nəticələri gözlənilməz olub. Əldə edilən nəticələrə görə, qadın və kişilərin əksəriyyəti (63%) həyatında, heç olmazsa, bir dəfə intim fotolarını başqalarına göndərib. Eyni zamanda bu, kişilərin xoşuna gəlir, qadınların böyük hissəsinin isə yox.
Bu tip davranışa təkcə gender yox, oriyentasiya da təsir edir. Kişi respondentlərin arasında ən çox intim foto göndərənlər homoseksuallar (80%) və biseksuallardır (73%), heteroseksuallar isə siyahıda axırıncı yerdədilər (48%).
Qadınlar arasında isə əksinə, sözügedən fotoları daha çox homoseksuallar yox, biseksuallar göndərirlər (53%-ə qarşı 69%), heteroseksual respondentlər isə bu ikisinin arasındadır (57%).
Lakin bu statistikada təhriflər olması mümkündür, çünki sorğu, çoxlarının haqqında danışmağa çəkindiyi tabu bir mövzuya toxunur. Özlərini narahat hiss edən respondentlər sorğunun suallarından qaça, ya da yalan danışa bilərdilər. Verilən cavablara respondentlərin oriyentasiyası da təsir ehtmiş ola bilər: homo və heteroseksuallarda fərqli intim foto mübadiləsi mədəniyyəti formalaşıb.
Digər tərəfdən böyük şəhərlərdə yaşayan, ali təhsilli gənclərin davranışlarını Rusiya əyalətlərində yaşayan ortastatistik insanın davranışı ilə eyniləşdirmək olmaz.
Birincilər, tanışlıq tətbiqlərindən istifadə edərkən, adətən, birgecəlik seks axtarır, intim fotolara daha rahat yanaşır, eyni zamanda icazəsiz gələn intim fotonun söhbət üçün doğru başlanğıc olmadığı fikri ilə razılaşırlar.
Statistikada təhriflərin mümkünlüyünü sınaq suallara verilən fərqli cavablar da təsdiqləyir. Belə ki, nəticələrə görə, respondentlər özləri istəmədən intim fotoları daha çox alıblar, nəinki göndəriblər.
Lakin istənilən araşdırmada təhrif ehtimalı bu və ya digər şəkildə mövcuddur, ən əsası – onları müəyyənləşdirmək və nəticələri həmin təhriflərə uyğun şəkildə məhdudlaşdırmaq lazımdır. Məsələn, qadınların və kişilərin eyni tezliklə intim foto mübadiləsi apardığını dəqiq demək mümkün deyil.
Bununla belə, bir çox nəticələrin həqiqətəuyğunluğuna əmin olmaq mümkündür. Məsələn, qadınlar, icazəsiz intim fotoları kişilərdən daha tez-tez alırlar, amma özləri də tez-tez göndərirlər.
Eyni zamanda homoseksual kişilər arasında dikpik göndərmək təcrübəsi geniş yayılıb, homoseksual qadınlar arasında isə yox.
“ÖLDÜRMƏK İSTƏYİR, YA YOX?!”
Norveçli araşdırmaçı Amanda Karlsson hesab edir ki, dikpiklərin bir neçə anlamı olur: bu, flirt də ola bilər, seks təklifi də, zarafat və ya təhqir də. İnsanların, göndərdikləri, ya da aldıqları dikpikləri necə yozacaqları tərəflərin yaxınlıq dərəcəsindən asılıdır. Adətən, dikpiklər dostlara zarafat olaraq, sevgiliyə – flirt məqsədilə, həmkarlara, yaxud yadlara isə – təhqir etmək, hətta qorxutmaq üçün göndərilir.
Amma bizim məlumatlara görə, cinsi orqanın şəkli yaxın olduğumuz insanlar kimi, yadlarla ünsiyyətdə də seks təklifi rolunu oynaya bilər.
30 yaşlı gey Sergey deyir ki, qarşı tərəf onu seks üçün maraqlandırırsa, hətta ilk mesajda dikpik göndərə bilər və bu zaman həmsöhbətin ünsiyyəti kəsməsi ehtimalı onu qorxutmur.
“Geylər arasında intim foto mübadiləsi tamamilə normal sayılır. Hətta mən, həyatında, ən azı, bir dəfə bunu etməmiş insan tanımıram. Sənə elə ilk mesajda penis, gündəyməz, tors şəkli göndərə bilərlər. Hərdən üzün fotosunu istəmək daha çətin olur, çünki əgər söhbət sadəcə “hukap”dan gedirsə (ing. “Hook up” – “s…şmə”), çoxları üçün üz vacib deyil”.
“Hər kəs ilk növbədə ölçüləri – boy, çəki, penisin uzunluğu və seksual meyllər – öyrənməyə çalışır. Gey-tanışlıq tətbiqlərində dikpik – əl sıxmaq kimi bir şeydir”, – 23 yaşlı gey Aleksandr deyir.
Maraqlıdır ki, bəziləri penisi sosial orqan hesab eləyir.
“Oğlanlar tez-tez hamamda, soyunma yerlərində vəs. digər oğlanların penislərini görürlər, onları müqayisə və müzakirə edirlər, onlarla qürurlanırlar”, – “The Village” nəşrinin, qadınlara razılaşdırılmamış dikpiklər göndərən müsahibi deyir.
Vulva və ya vagina belə konnotasiyalara (qiymətləndirmə) malik deyil. “Qadın genitaliyalarının kişi cinsi orqanı kimi təhdidedici göründüyünü düşünmürəm. Mənə elə gəlir ki, dikpik bir konsept qismində daha çox alçaltmaqla bağlıdır, halbuki qadın genitaliyası – feminist diskursunun bir parçası, qadın dəyərliliyinin simvoludur”, – Karlssonun araşdırmasında iştirak edən qadın respondentlərdən biri söyləyir.
25 yaşlı lesbiyan Yekaterina, rus araşdırmaçıların, qadınlarla kişilərin intim fotolara fərqli münasibət göstərdikləri ilə bağlı nəzəriyyəsini təsdiqləyir. “Sadəcə özümü gözəl hiss eləyirdim və çiynimin şəklini elə çəkdim ki, sinəm görünsün. Duyğularımı sevdiyim qadınla da paylaşmaq istədim və fotonu ona göndərdim”, – Yekaterina deyir.
Doğrudan da, kişilərin və qadınların ünsiyyət tərzi həddindən artıq fərqlidir.
Kişi gender sosiallığı səbəbindən, kişilər emosiyasız və laqeyd görünməyə can atırlar. Qadınlar isə, əksinə, münasibətlərdə emosional işi yerinə yetirirlər.
Fəlsəfə və genderdən bəhs edən Youtube kanalının aparıcısı, transgender keçid yaşamış Natali Vinn maraqlı sosial təcrübəsindən danışır: “Qadına çevrilməyimin daha bir üstünlüyü də ondan ibarətdir ki, mən qadın mühitinə inteqrasiya etdim və gördüm ki, onlar, simpatiyalarını açıq ifadə etmək yolu ilə qarşılıqlı dəstək təklif eləyirlər. Kişi mühitində belə şey yoxdur.”
Natalinin fikrincə, bu, partnyor axtarışı zamanı kişi və qadınların özlərini necə apardıqlarına da təsir edir: “Əgər sən kişisənsə, seçdiyin strategiya – müxtəlif qadınlara mümkün qədər çox mesaj göndərməkdir. Çünki qadınlar çox mesaj alırlar və sənin işin digər oğlanlardan daha ürəyəyatan olmaqdır. Əgər qadınsansa, sadəcə şezlonqda uzanıb təklifləri qəbul eləyə bilərsən. Ancaq biz qadınlar üçün tanışlıq tətbiqlərində uzun-uzadı söhbətin əsas məqsədi – qarşı tərəfin bizi öldürmək istəyib-istəmədiyini anlamaqdır”.
Odur ki, hətta qadın kişi ilə sadəcə sekslə məşğul olmaq istəsə belə, əvvəlcə müəyyən bir müddət onunla ünsiyyətdə olmağa çalışacaq. Kişilər isə qadınlar tərəfindən öldürülmək, ya da zorlanmaq təhlükəsi ilə üzləşmədiklərinə görə, tez-tez birbaşa onları maraqlandıran məsələyə keçirlər, o cümlədən bundan ötrü dikpiklər göndərirlər. Və bu zaman onlar, qarşı tərəfin naz edəcəyini gözləyirlər. Buna görə də, naz olmayanda və qadın dərhal seksə razılaşanda kişilər karıxa bilərlər.
25 yaşlı biseksual Yelizaveta danışır: “Məndə bir neçə dəfə belə olub. Oğlanlar dərhal “Seks?” yazıblar, mən də “Olar.” cavabını vermişəm. Ancaq bu cavabdan sonra oğlanlar nədənsə bir müddət susurdular və nə yazacaqlarını bilmirdilər. Halbuki mən söhbəti uzatmağa başlayanda hər şey normal gedirdi”.
Bəzi gey respondentlər də eyni şeyi söyləyirlər. Yəni hər iki tərəfin istəkləri üst-üstə düşür, ancaq dialoqun necə keçəcəyi ilə bağlı fərqli və ziddiyyətli gözləntilər ucbatından ümumi məqsədə catmaq alınmır. Və sözügedən fərqlərin yaranma səbəbi, məhz, respondentlərin genderidir.
“DÜNYA GÖRMƏLİDİR”
İntim fotolar hər zaman konkret bir anlam ehtiva etmir. Tez-tez bu öz gözəlliyini hiss etmək və onu başqaları ilə bölüşməyin bir yoludur.
24 yaşlı heteroseksual Yuliya etiraf edir ki, erotik fotolardan həm oyun, həm zarafat, həm də özünütəqdimat kimi istifadə edir.
“Əgər mən seksual göründüyümü düşünürəmsə və əhvalım da buna uyğundursa, o zaman şəkil göndərirəm və əvəzində qarşı tərəfdən də eyni tipli fotolar gözləmirəm. Mən, daha çox özümü göstərmək, “görün, mən necə gözələm-filan” demək və təbii ki, qarşı tərəfin xoşuna gəlmək istəyirəm. Elə olur ki, qarşı tərəfdən zəng gözləyirəm, çünki belə danışmışıq. Mən də hamamdayam. Çoxlu fotolar çəkirəm ki, acığa ona göndərim, sonra da zəngə cavab verməyim. Hərdən də sadəcə uğurlu fotolar çəkirəm, məsələn, qəşəng bir alt paltarında. Onda hətta yaxın rəfiqələrimə də göndərirəm”, – o deyir.
Kişilər öz bədənlərini seksual obyekt kimi qavramağa alışmayıblar, buna görə də, penislərini göstərmək məsələsinə daha rahat yanaşırlar. Onlar üçün bu, həm frustrasiya, həm də qürur predmeti – göstərməyə layiq görülən bir şey ola bilər.
Hesab olunur ki, böyük penis – sahibinin gücünü, hökmünü, dominantlığını ehtiva edir. Təsadüfi deyil ki, anonim respondentlərdən biri boynuna alıb ki, dikpik göndərməyinin sadəcə bir səbəbi var: “Çünki bu 23 sm-lik gözəlliyi dünya-aləm görməlidir”.
Həmsöhbətinə intim fotolar göndərməkdə pis heç nə yoxdur, əgər şərtlər uyğundursa: yəni artıq müəyyən bir münasibət və qarşılıqlı seksual gözləntilər yaranıbsa. Razılaşdırılmamış dikpiklər, “döşlərini çək, göndər” tələbi alan qadınlar özlərini alçaldılmış və təhqir olunmuş hiss edirlər. Onlar üçün bədənin intim hissələri özəl kateqoriyasına aiddir. Buna görə də, pornoqisas, daha çox qadınlara qarşı istifadə olunur, çünki cəmiyyət kişiləri yox, qadınları mühakimə eləməyə meyllidir.