bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Azərbaycanda selektiv abort mifi

Tural Həmid Tural Həmid
., Gender
03 Avqust 2022
Oxuma vaxtı:10 dəqiqəyə oxunur
Azerbaijan YEAs news EC in Brussels group e1617542136638
Paylaş

Hazırda Azərbaycanda cəmiyyətin əsas müzakirə mövzularından biri də selektiv abortla bağlı yayılan xəbərlərdir. 2019-cu ildə aparılan araşdırmaya görə, 1970-2017-ci illər arasında dünyada 45 milyon qız uşağı selektiv abortun qurbanı olub və bunun 97%-dən çoxu Hindistan və Çinin payına düşür.[1] Qeyd edilən statistikalarda Zaqafqaziya ölkələri – Azərbaycan, Ermənistan və Gürcüstanın selektiv abort üzrə dünyada lider ölkələr olması haqqında məlumat verilir. Lakin aparılan bu araşdırmalar Azərbaycanın, Ermənistanın, eləcə də Gürcüstanın tarixi demoqrafik prosesi analiz edilmədən aparıldığı üçün insanlarda yanlış təsəvvür formalaşdırır. Yazıda Azərbaycanın, eləcə də ermənilər və gürcülərin yaşadığı ərazilərdə cinsi disbalans haqqında məlumat veriləcək.

İrəvan quberniyası

Cənubi Qafqazda əhalinin demoqrafiyasiyası ilə bağlı ilk sistemli mənbə Çar Rusiyasının 1897-ci ildə həyata keçirdiyi ilk ümumi siyahıyaalınmadır. Həmin siyahıyaalınmaya əsasən, Rusiya imperiyasının əhalisi 125.680.682 nəfər idi və imperiya ərazisində hər 100 kişiyə 101,05 qadın düşürdü. Bu siyahıyaalınma zamanı ölkənin digər regionlarından fərqli Cənubi Qafqazda ciddi şəkildə qadın və kişi sayında fərq olduğu ortaya çıxmışdı. Həmin dövrdə azərbaycanlılarla ermənilərin qarışıq yaşadığı İrəvan quberniyasında bu fərq aşkar nəzərə çarpırdı. Belə ki, quberniyanın 829.556 nəfər əhalisinin 441.889 nəfəri kişi (53,3 faiz) , 387.667 nəfəri (46,7 faiz) isə qadın idi. Maraqlıdır ki, şəhərlərdə qadın sayı qəzalarla müqayisədə xeyli az idi. Bunu hər 100 kişiyə düşən qadın sayısı baxımından aşağıdakı cədvəldə daha yaxşı görmək olar:

Cədvəl 1. Hər 100 kişiyə düşən qadın sayı baxımdan İrəvan quberniyası
Bildschirmfoto 2022-08-03 um 20.54.07Mənbə: Troynitskiy, 1905:VIII.

Cədvəldən göründüyü kimi, kişilər bütün qəzalarla və şəhərlərdə qadınlardan sayca çox idi. Xüsusən də kəndlərlə müqayisədə şəhərlərdə qadınların azlığı diqqəti cəlb edir. Nisbətən balans Yeni Bəyazid, ən yüksək disbalans isə Aleksandropol qəzasında müşahidə olunur. Qeyd edim ki, bu 2 qəzada əhalinin çox hissəsini ermənilər təşkil edirdi. İrəvan quberniyasında qadınların az olmasını şəhərlərdə ordu hissələrinin yerləşməsi ilə də izah etmək olar. Əsgər və zabitlərin siyahıdan çıxarılacağı təqdirdə İrəvan quberniyasında hər 100 kişiyə düşən qadın sayı təxminən 86-a yaxın idi.

Yelizavetpol quberniyası

Çar Rusiyasında kişilərin sayı ilə qadınların sayı arasında disbalans Yelizavetpol quberniyasındada müşahidə edilirdi. Quberniyada yaşayan 878.415 nəfər əhalinin 480.012 nəfəri kişi (54,6 faiz) , 398.403 nəfəri (45,4 faiz) qadın olmuşdur. İrəvan quberniyasında olduğu kimi Yelizavetpol quberniyasında da qəza mərkəzlərində qadın sayı qəzaların özü ilə müqayisədə xeyli az idi.

Cədvəl 2. Yelizavetpol quberniyasında kişilərin sayı (faiz ilə)
Bildschirmfoto 2022-08-03 um 20.54.12Mənbə: Troynitskiy, 1904:IV.

Cədvəldən göründüyü kimi, Ağdaşın 82, Qazaxın 76, Cəbrayıl şəhərinin 71 faizini kişilər təşkil edirdi. Ağdaş bu baxımdan Çar Rusiyasında qadına nisbətdə ən çox kişilərin yaşadığı şəhər olmuşdur (528 nəfər əhalinin 434-ü kişi, 94-ü qadın idi).[2] Qəzada 0-9 yaşlı uşaqların 162.399-u oğlan, 135.221-i qız idi. 1897-ci il statistikasına görə, yalnız Şuşa qəzasında və mərkəzi Şuşa şəhərində qadın-kişi nisbətində nisbi balans müşahidə edilib.

Bakı quberniyası və digər ərazilər

Cənubi Qafqazda qadın və kişi arasındakı ən yüksək disbalans Bakı quberniyasında müşahidə edilirdi. Quberniyada yaşayan 826.716 nəfər əhalinin 458.065 nəfəri kişi (55,4 faiz) , 368.651 nəfəri (44,6 faiz) qadın olmuşdur.

Cədvəl 3. Bakı quberniyasında kişilərin sayı (faiz ilə)
Bildschirmfoto 2022-08-03 um 20.54.16
Mənbə: Troynitskiy, 1905:1.

Bakı quberniyasında qadınların sayında ən az göstərici Bakı qəzasında qeydə alınıb. Qəza mərkəzlərindən isə Göyçay şəhəri fərqlənirdi (2201 nəfər əhalinin 1348-i kişi, 853-ü qadın idi). Qadın-kişi nisbətində balans Quba qəzası, qəza mərkəzlərindən isə Salyan yaşayış məntəqəsində müşahidə edilib. Bu kimi göstəricilər Tiflis quberniyasında da qeydə alınıb. Həmin quberniyada azərbaycanlılar yaşayan Borçalı qəzasında əhalinin 54,8 faizi, Zaqatala dairəsinin isə 53,9 faizi kişilərdən ibarət idi (Troynitskiy, 1905:1) Gürcülərin çoxluqda yaşadığı digər quberniyalarda da nəticə bundan fərqli deyildi. Sadəcə Siqnax qəzasının mərkəzi Siqnax şəhərində qadınların sayı cüzi fərqlə kişilərdən çox idi. Digər quberniyalarda qəza mərkəzləri daxil bütün regionda kişilərin sayı üstün olmuşdu. Maraqlıdır ki, Bakı quberniyası ilə sərhəd olan Dağıstan oblastında qadınların sayı kişilərin sayından çox olmuşdur. Bu oblastda yaşayan avarlar, darginlər, ləzgilər, lakların cinsi nisbətində qadınlar üstün olsa da, azərbaycanlılar, tatlar, ermənilər, gürcülər arasında kişilərin sayı daha çox idi. Cənubi Qafqaz xalqlarının bu tendensiyası digər oblastlarda olan göstəricilərdə də müşahidə edilirdi. Azərbaycanlılar arasında kişilərin sayının çox olmasını həm oğlan uşaqlarının çox doğulması, həm də Çar Rusiyası rəsmiləri tərəfindən icbari hərbi xidmətdən azad edilməsi ilə əlaqələndirmək olar. Lakin əsgər gedən erməni və gürcülərdə də kişilərin qadınlara nisbətən çox olması bunun regiona xas demoqrafik göstərici olduğunu deməyə imkan verir. 1897-ci il statistikasına əsasən, Azərbaycan əhalisinin 54,9 faizi kişi, 45,1 faizi qadın idi. Bu Azərbaycan tarixinin bilinən ilk və ən yüksək göstəricisi hesab edilir.

Sovet dövründə demoqrafik vəziyyət

Çar Rusiyasının 1917-ci ildə süqutu və daha sonra ölkədə baş verən xaos, müharibələr cinsi balansda çox böyük dəyişikliklər yaratdı. Müharibələrdə kişilərin ölməsi nəticəsində balans qadınların xeyrinə dəyişdi. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra ilk rəsmi siyahıyaalma 1926-cı ildə həyata keçirildi. Bu siyahıyaalma nəticələrinə görə 85.968 km² ərazisi olan Azərbaycan SSR-in 2.314.571 nəfər əhalisi vardı ki, onların 1.212.859-u kişi (52,4 faiz), 1.101.712 nəfəri (47,6 faiz) isə qadın idi. 1926-cı ildə Sovet hökumətinin apardığı siyahıyaalmada Çar Rusiyasında olduğu kimi oğlan uşaqlarının daha çox doğulması müşahidə edildi. Bu dövrdə Azərbaycanda hər 1000 nəfər kişiyə 908 qadın düşürdü. Lakin 1930-cu illərdə Stalinin apardığı repressiyalar, müharibələrdəki itkilər nəticəsində kişilərin sayı azalmağa başladı. 1939-cu ildə aparılan Sovet siyahıyaalınmasına görə, Azərbaycanda kişilərin sayı 51,2 faizə qədər düşdü. Eyni zamanda bu dövr ərzində kişilərin yaş ortalaması xeyli aşağı düşdü. Aşağıdakı cədvəldə kişilərin qadınlardan daha tez həyatını itirdiyini əyani şəkildə görmək mümkündür.

Cədvəl 4. Azərbaycan SSR əhalisinin cinslərə görə yaş tərkibi (%)
Bildschirmfoto 2022-08-03 um 20.54.24
Mənbə: Əliyeva, 2010:36.

1941-ci ildə Böyük Vətən müharibəsinin başlaması ilə Azərbaycan tarixində ilk dəfə gender balansı qadınların xeyrinə dəyişdi. Müharibədə 350 min nəfərin həlak olması və onların mütləq əksəriyyətinin kişi olması nəticəsində qadınların sayı kişiləri ötüb keçdi. 1939-1959-cu illərdə Azərbaycanda kişilərin sayında cəmi 110 min artım olsa da qadınlarda bu rəqəm 400 minə yaxın idi. 1959-cu ildə aparılan Sovet siyahıyaalınmasına görə, Azərbaycan SSR əhalisinin 52,5 faizini qadınlar təşkil edirdi. Bu dövrdə Azərbaycanda hər 1000 nəfər kişiyə 1105 qadın düşürdü. Qadınların say çoxluğu doğuma təsir etmədi. 1959-1977-ci illərdə oğlan uşaqlarının çox doğulması nəticəsində hər min nəfər kişiyə düşən qadın sayı 1048 nəfərə qədər azaldı. Bundan sonrakı illər ərzində isə balans gah qız uşaqlarının, gah da oğlan uşaqlarının sayca çox doğumu qeydə alındı. 1989-cu ilə qədər davam edən nisbi balans 1990-cı ildə oğlan uşaqlarının xeyrinə dəyişməyə başladı.

Müasir dövrdə vəziyyət

1991-ci ildə SSRİ-nin dağılması, ölkədə baş verən siyasi proseslər, müharibə və köç dalğası əhalinin sayında dəyişikliklər yaratsa da əsrin əvvəllərində olduğu kimi gender balansında ciddi bir dəyişiklik yaratmadı. Azərbaycanın Birinci Qarabağ müharibəsi zamanı verdiyi itkilər qadın-kişi nisbətinə təsir etmədi. 1992-ci ildə hər min nəfərə düşən 1048 qadın sayı 20 illik dövr ərzində 1002 nəfərə qədər düşdü. 2021-ci il statistikasına əsasən, Azərbaycanın 10.119.100 nəfərə əhalisi var və qadınlar ölkə əhalisinin 50,1 faizini təşkil edir. Oğlan uşaqlarının doğulmasında artım nəticəsində yaxın illərdə kişilərin sayca qadınları keçəcəyi proqnozlaşdırılır.

Cədvəl 5. Azərbaycanda illər üzrə əhali artımı (rəqəmlə)
Bildschirmfoto 2022-08-03 um 20.54.26
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Nəticə

Azərbaycanda, eləcə də Ermənistanda selektiv abortların həcmi ilə bağlı aparılan beynəlxalq araşdırmalar bunu son 40 ildəki tendensiya ilə izah etməyə çalışır. Misal üçün, “Biososial elmlər” jurnalında yayımlanan məqalədə həm Ermənistanın, həm də Azərbaycanın 1992-ci ilə qədər doğulan oğlan və qızların sayı arasında əlaqənin qanunauyğun olması, məhz bu tarixdən etibarən isə hər iki ölkədə selektiv abortların artdığını bildirməsidir. Qeyd edilən araşdırma 1978-1992-ci illərdəki göstəricini əsas bazis kimi götürmüşdür. Belə ki, bu göstəriciyə görə 1978-ci ildə Azərbaycanda hər 1000 kişiyə 1052 qadın, 1991-ci ildə isə 1048 qadın düşmüşdür. Məqalə müəllifləri sadəcə 14 illik period zamanı formalaşan balans əsasında belə bir nəticəyə gəliblər ki, 1992-ci ildən etibarən Azərbaycanda selektiv abortların sayı artmağa başlayıb. Ancaq məqalə müəllifləri 1897-ci ildən 1977-ci ilə qədərki dövrü demək olar ki, iqnor ediblər. Bundan başqa, araşdırmaçılar 1998-ci ilə qədər hər 1000 kişiyə düşən 1028 qadın sayının növbəti il necə 1048 nəfərə yüksəldiyini izah etməyiblər. Bu, bir il ərzində qadınların xeyrinə çox böyük dəyişiklik idi. 1999-cu ildə Azərbaycan tarixində ilk dəfə olaraq kişilərin sayında əvvəlki illə müqayisədə azalma müşahidə olunmuşdur. Müxtəlif illərdə baş verən bəzi dəyişikliklər regionda oğlan uşaqlarının daha çox doğulması faktını inkar edə bilməz. Nəzərə çatdırılan faktlar onu göstərir ki, Azərbaycan, eləcə də Ermənistan və Gürcüstanla bağlı selektiv abort iddiaları həqiqəti əks etdirmir. Bütün bu qeyd edilənlər o demək deyil ki, Azərbaycanda ümumiyyətlə selektiv abort yoxdur. Abortların sayı və bunun həyata keçirilməsi səbəbləri haqqında dövlətin müfəssəl statistikası olmadan selektiv abortun yekun demoqrafiyaya təsirini bilmək mümkün deyil. Lakin son 130 illik dövrdə Qafqaz regionunda oğlan uşaqlarının daha çox doğulması bu disbalansın təbii proses olduğunu, selektiv abortun bu prosesə ciddi formada təsir göstərmədiyini əyani şəkildə göstərir.

İstifadə olunan ədəbiyyat

Dimri, A., Gille, V., & Ketz, P. (2021). Measuring sex-selective abortion: How many women abort?.

Garenne, M., & Hohmann, S. (2014). Gender saturation in the Southern Caucasus: Family composition and sex-selective abortion. Journal of Biosocial Science, 46(6), 786-796.

https://elar.urfu.ru/bitstream/10995/91877/1/978-5-7996-3044-7_2020.pdf

https://www.researchgate.net/profile/Michel-Garenne/publication/260369587_Gender_saturation_in_the_Southern_Caucasus_Family_composition_and_sex-selective_abortion/links/54b90dd30cf2c27adc490f9f/Gender-saturation-in-the-Southern-Caucasus-Family-composition-and-sex-selective-abortion.pdf

Алиева, Ф. (2010). О ДЕМОГРАФИЧЕСКОМ СОСТОЯНИИ В АЗЕРБАЙДЖАНСКОЙ ССР В 1920-1940 ГГ. Вестник Дагестанского государственного университета. Серия 2: Гуманитарные науки, (4), 33-40.

Мотревич, В. П. (2000). Историческая демография России: учебное пособие.

Тройницкий, И. А. (1904). Первая Всеобщая перепись населения Российской империи 1897. Елизаветпольская губерния. Том LXШ.

Тройницкий, И. А. (1905). Первая Всеобщая перепись населения Российской империи 1897. Эриванская губерния. Том LXXI.

Тройницкий, И. А. (1905). Первая Всеобщая перепись населения Российской империи 1897. Тифлисская губерния. Том LXIX.

Тройницкий, И. А. (1905). Первая Всеобщая перепись населения Российской империи 1897. Бакинская губерния. Том LXI.

 

[1] Lixtenşteyn selektiv abort həcminə əsasən dünya birincisidir.

[2] Bu qədər fərqin olması yaşayış məntəqəsində olan hərbçilərin sayı ilə də əlaqəli ola bilər.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör