Azlogos
  • Kimlər var
  • Bizi tanı

Ruanda soyqırımı və ABŞ, Fransa, Belçikanın qanlı əlləri Gürcü ədəbiyyatında azərbaycanlılar Şərqdən Qərbə. Söz və göz mədəniyyəti Allaha ən sadə və ən səmimi yalvarış məkanı Çağdaş kinematoqrafiyada əsas trendlər Etibar qazanmağın vacibliyi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Neqativdən uzaq tənqid necə olur?!

Rafiq Hunaltay Rafiq Hunaltay
Sərbəst
27 Fevral 2019

Həyat çox sürətlidir. Həqiqətən də insan su kimidir, töküldüyü qabın formasını gec ya da tez alır, almaq məcburiyyətindədir. Əksi mümkün deyil. Məşhur ifadədə deyildiyi kimi “bizi öldürməyən şeylər bizi daha güclü edir”. Ötən il şəxsən mənim üçün uğurlu keçdi. İstər iş həyatımda, istər şəxsi işlərimdə ilin mənə qazandırdıqları çox oldu. Eyni zamanda öyrətdikləri boldur. Bugünkü mövzum isə başqadır. Bu dəfə bir az bizi əhatə edən neqativlərdən və tənqiddən yazacam.

Niyə ətrafımızda bu qədər neqativ dolu insanlar var, niyə biz tənqidin əsl mahiyyətini düzgün anlamırıq, ümumiyyətlə tənqid nədir, necə olmalıdır və s. 2019-cu ilin ilk yazısını bu mövzuya həsr edərək ümid edirəm ki, oxuyanlara və mövzumun “qəhrəmanlarına” faydası toxunacaq və onlar bir bütöv ili neqativi özlərindən kənarlaşdıracaq, yıxıcı yox daha yaradıcı olacaq. Ən əsası isə bu yazı vasitəsilə “insan ömrü başqalarının həyatını yaşayacaq qədər uzun deyil” fikrini təbliğ etmək istəyirəm. Başlayaq.

İlk öncə açaq vikipediyanı. Tənqidin tərifi belə yazılıb:

“Tənqid – şifahi, yazılı və ya feli ola bilər. Lüğət mənası ilə tənqid – hər hansı bir insan, əsər və ya mövzunun doğru-yanlış, əskik-artıq, gözəl-çirkin cəhətlərini tapıb göstərmə işidir”.

mənbə: wikipedia

Tənqid ancaq pisləmək deyil

“Doğru-yanlış, gözəl-çirkin, əskik-artıq” – sözlərinə yəqin ki, fikir verdiz. Bəli, tənqid, ancaq pisləmək, ancaq neqativləri göstərmək deyil. Tənqid ancaq səhvləri qabartmaq deyil. Təbii ki, səhvlər deyilməlidir. Amma ancaq səhvlər? Bugün biz nə görürük? Ya ancaq tərif, ya da ancaq tənqid. Halbuki, ən gözəli hər hansısa bir işə münasibət bildirəndə onun hər iki – müsbət və mənfi tərəflərini qeyd etməkdir. Hər işdə zəhmət var. Və əlbəttə ki, hər işin mütləq və mütləq müsbət tərəfləri var.

Səhvləri qeyd edirsinizsə, eyni cəsarəti müsbətləri də deməklə göstərməlisiniz. Yox əgər buna diliniz “çönmürsə”, onda icazə verin sizə acizanə şəkildə “kompleksiniz var” deyim Siz ancaq tərif edəndə gülməli göründüyünüz kimi, ancaq tənqid edəndə də qeyri-ciddi görünürsünüz. Ən pisi də odur ki, bu halı davam etdirən insan zamanla gözdən düşür. İnanın, ətrafımda belə adamlar az deyil. Onların bir çoxu səhvini anlayıb, bir çoxu da təəssüf ki, danışdıqca, davam etdikcə daha dərinə batır. Bəzən tənqidi təklif halında vermək, demək də effekt verir. Belə olanda qarşı tərəf onu daha rahat qəbul edir nəinki birbaşa sərt tənqid formasında.

Tənqid şüar deyil

Tarixdə marksist tənqid – şüarçı tənqid anlayışı var. Bu nə deməkdir? Yəni Siz öz aləminizdə guya “tənqid” edirsiniz, halbuki ancaq şüar səsləndirirsiniz. Şüar tənqid deyil, ona görə ki, o həll göstərmir, bir yol təklif etmir. Və hamımız bilirik ki, şüar adətən sadə xalq kütlələrinin “damarına işləmək” üçün “bəzədilmiş mesajdır”. Bu isə tənqid ola bilməz. Bəzədilmiş tənqid obyektiv ola bilməz.

Bizim marketinq camiamızda da bu formada “şüarçı”lar var. Onlar adətən bu tip cümlələr qururlar: “bizdə nə vaxt düzgün reklam çəkiləcək, buna reklam deməyə dilim gəlmir, bir sözlə bərbad, əşşi boş ver, düzələn deyil (p.s. özü də dəhşət düzəldib axı), kimsə bunları aldadıb və s.” Tam səmimi deyim ki, hər hansı şərhdə bu ifadələri görən kimi oxumuram daha, maraqlı gəlmir. Əvvəl aşıb-coşurdum, sağ olsun dostlarım, məni tənqid etdilər ki, aqressiv olmaq olmaz.

Mən də tənqiddən nəticə çıxarıb türklər demiş daha “altdan alıram”. Ən yaxşı halda gülürəm, kefim açılır. Məsələn, belə yazanlar da olur: “bunun marketoloqu hara baxır görəsən”. Dünyanın kəşfiyyat sistemləri bəzi açar sözləri yazıb onu telefonda səsləndirənləri “bloklayan” kimi mən də bu açar sözü harda görsəm o saat ətrafımda bir neqativdən də azad olduğumu düşünürəm.

Düzdü, hərdən adam istəyir beləsinə cavab olaraq yazsın ki, “bağışlayın, çox-çox üzr istəyirəm, sən allah xətrinə dəyməsin, icazənlə cavab verim – canına azzara baxır” Amma sonradan ona da vaxt itirmək istəmirsən. Bu yaşa çatmışam və bu sözü istifadə edənlərin 99%-nin Marketinqin M-dən belə xəbəri yoxdur. Oturub elmə, nəzəriyyəyə, nə bilim lap praktikaya “oturtsan” başlayacaq kəkələməyə. Sizə də tövsiyyə edirəm ki, bu cür neqativlərə gülün keçin. Onlar mənim vətənimin “gözəl övladlarıdır”, dəyməyin!

Tənqid “üzüm yemək yerinə bağbanı döymək” deyil

Burada özümdən heç nə yazmayıb yenə sözü verirəm wikipediyaya.

“Ailə və cəmiyyətdə mənfi tənqidə bağlananlar getdikcə hər şeydə bir əskiklik axtararlar. Rəqabət və qısqanclıq da insanı davamlı tənqidə aparar. Qısaca, “üzüm yemək yerinə bağbanı döymək” üçün danışmaq olmaz.”

mənbə: wikipedia

Tənqid fikrin və ya işin müzakirəsidir

Bir dəfə Teymur Paşamla oturub Celal Şengörün CNN Türkə məşhur intervyusuna baxırdıq. Celal bəy ixtisasca geoloq olsa da hərtərəfli adamdır. Çıxışlarını izləmənizi məsləhət görürəm. Celal bəy hələ Türkiyə üçün deyir ki, burada heç bir universitet fikir istehsal etmir. Çox dərin sözdür. Fikir qalıcıdır, insan yox. İnsanı zatən insan edən onun fikirləri, əməlləridir. Məsələn, Siz bir reklam paylaşın.

Mütləq bir nəfər çıxacaq və yazacaq, “voopşe filan şirkət niyə özünə şirkətəm deyir” Sən də onun səviyyəsinə düşmək istəsən gərək cavab kimi yazasan ki, “ay inək, ay möö, mən axı başqa şeydən danışıram. Mən deyirəm gedək çay içək, sən deyirsən armud şirindi. Savadın çatır işi professional müzakirəyə aç, savadın çatmır eybi yox, olan işdi, qabiliyyətin çatıb təhqir eləmə”. Özü də çox maraqlı hal var. Kimsə bu cür yazıb səni öz aləmində tənqid edə bilər, amma Siz “mən bu fikirlə razı deyiləm” yazsaz, deyəcəklər “tənqidi qəbul edə bilmirsiz” Nə ölməli və gülməli dünyadır, vallah.

Zaman keçdikcə anlayırsan ki, çalışıb məsələlərə quşbaxışı baxmağı öyrənməlisən. Tənqid edərkən kiməsə qarşı qıcığınız varsa, ən yaxşı halda heç olmasa şərhlərdə bunu hiss etdirməyin. Əksinə hiss etdirəndə doğru yazdığınız şeylər belə qərəz kimi qəbul edilir. Yadıma gəlir Fİl yarananda maraqlı tizerlər edirdik. Yaxın ətrafımızdan başqa heç kim bilmirdi məsələni. Bizi sevməyən adamlar da fərəhlə paylaşırdılar. Amma elə ki, bilindi paylaşdığını silən kim, əks-hücuma keçən kim və s. Bu da bir daha özümün özümə sübutum oldu ki, biz hələ də fikirləri müzakirə mərhələsində deyilik.

Düzgün tənqid necə olur?!

Təniqddə niyyət və üslub çox önəmlidir. Təbii ki, normal məntiqli insan az qala istənilən tənqidi fikirdə niyyətin hansı istiqamətdə olduğunu hiss edir. Üslub isə tənqid edənin artıq mədəniyyətinə, əxlaqına bağlı bir şeydir. Təəssüf ki, bu xüsusiyyəti düzəltmək çox çətindir. Ən yaxşısı belələri ilə ünsiyyətdə olmamaqdır. Yaradıcı tənqid etmək üçün üslubunuza çox diqqət edəcəksiniz. Yuxarıda yazdığım kimi əməyi küçümsəməyəcəksiniz. Bu halda insanlar Sizinlə ünsiyyətdən zövq alar, Sizinlə daha çox məsləhətləşmək ehtiyacı hiss edərlər.

Bir qrup insanı kimsə aldadıb ki, “tənqid” edəndə daha ağıllı görsənirsən. Bəli, aldadıb. Dünyada ən rahat söz “bu nəsə mənim xoşuma gəlmir” sözünü demək və ya yazmaqdı. Amma çox az adam NİYƏ adlı əks-suala tutarlı cavab verə bilər. Amma özünü hər hansı bir ixtisasın mütəxəssisi hesab edən də cavab verə bilməyəndə anlamırsan ki, bu hərəkəti naşılığına yazasan, ya da sadəcə qərəz olduğunu bilib fikir verməyəsən. Dünyanın bir çox ölkələrində keçirilən forumlarda olmuşam, heç birində bizdəki vəziyyəti görməmişəm.

Bir cəhd etsən, səni o cəhddən iyrəndirənə qədər üstünə gələcəklər. Təbii ki, burada ən vacib məsələ geri çəkilməmək, yorulmamaq, öz doğrularına, prinsiplərinə daima sadiq qalmaqdır. Bir çox tanıdığım adam var ki, əsassız tənqid və təhqirlərdən dolayı işindən soyuyub. Qətiyyən olmaz.

Biz ildə 4-5 forum keçiririk, məsələn. Biri bitir o birinə hazırlıq başlayır. Tənqidləri oxuyuram, adekvat olanlarından nəticə çıxarıram. Təhqir və açıq qərəzlilərinə isə sadəcə bir növbəti işlə cavab verməyə üstünlük verirəm. Odur ki, əsassız tənqidlərə görə ruhdan düşmək olmaz, əksinə bu sizə əlavə güc verməlidir ki, əksini sübut edəsiniz. Aradan illər keçəcək və kimin kim və harada olduğu bütün sualların cavabı olacaq.

Tənqidin inkişafı digər sahələrin inkişafı ilə düz mütənasibdir

Əgər cəmiyyətdə tənqidin inkişafı arzuolunan səviyyədə deyilsə, bunu təkcə tənqidçilərin üzərinə atmaq da düz olmaz. Kimsə ədəbi tənqidçidirsə, ədəbiyyat necə inkişaf edirsə, onun tənqidi də ona uyğun olur. Marketinq ölkədə hansı inkişaf tempindədirsə, marketinq adına görülən işlərin tənqidi də o səviyyədədir.

Amma bu bizi rahatlatmamalıdır. Ümumiyyətlə hər kəs tənqid edə bilməz fikri də səhvdir. Düzdür bəzən olur ki, ömründə bir dəfə reklam çəkməyən, çəkiliş meydançası görməyən, bazara bir brend gətirməyən adam da elə şərh verir ki, əlin üzündə qalır. Amma ümumən “yumurtadan danışmaq üçün toyuq olub yumurtalamağa ehtiyac yoxdur”. Hamının fikrini ifadə etmək hüququ var. O fikrin boş və ya dolu olması isə artıq başqa məsələdir.

Sonda daha bir müşahidəmi də bölüşmək istəyirəm. Böyük ehtimalla Siz də bunun fərqinə varmısınız. Davamlı tənqid edən adamlar adətən şəxsi həyatlarında və ya iş həyatlarında xoşbəxt olmayan adamlardır. Bunu bir çox belə adamı tanıyan biri kimi deyirəm. Dərinə getsəz, hətta psixi problemləri olanlara da rast gələrsiniz. Təbii ki, paxıllıq və kini xəstəlik kimi saymırsızsa, onda bunu da əlavə edin.

Yazdıqca, maraqlı hadisə yadıma gəldi. Bir gün xanım tanışlardan birini qarşı masada ağlayan gördüm. Səbəbini soruşub öyrənəndə bilmədim gülüm, yoxsa ağlayım. Deyim Siz də bilin. Deyir “filankəs qızı mən uşaqlıqdan tanıyıram. Çox tupoy qızdır. Universitetdə də oxuya bilmirdi. Amma gəl ki, qəşəng bəxti var. Boş dili gör haralara gedib çıxıb, fb-də görürəm dəli oluram. Əsas incidən də odur ki, onun Chanell sumkası var, mənim yox. Mən ali təhsilli, savadlıyam. Niyə mənim olmamalıdır?!” Sözün bitdiyi an.

Uzun yazının qısası dostlar, neqativlərdən uzaq olun. Həyatın gözəlliyindən həzz alın, başınızı qaldırın ətrafa baxın. Cəmiyyətdə qüsurlar həmişə olacaq. Amma “heç vaxt düzələn deyil” fikrini beyninizə yeritdikcə və parallel olaraq da düzəlməsi üçün heç nə etmədikcə, ancaq özünüzə ziyan vuracaqsınız. Nə bilim, həyatdı da. Özünüzə yaxşı baxın.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Ruanda soyqırımı və ABŞ, Fransa, Belçikanın qanlı əlləri
.

06 Mart 2021
Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
Bildschirmfoto 2021-02-23 um 10.38.37
Sərbəst

Urbanizasiya və onun problemləri – 1

23 Fevral 2021
Data-Journalism
.

Data jurnalistikası

23 Fevral 2021
bicycle-clock-1200x700
.

“Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi”

21 Fevral 2021
EICHMANN
.

Adolf Ayxman: Mossadın nasist ovu

20 Fevral 2021

Redaktorun seçimi

Planet hirsini necə soyudur?

Mühacirlərin missiyası

Dəyməz

Azərbaycanda biznes forumların bugünü və gələcəyi

Heç olmasa indi

Şort və universitet

Vegetarianlığı bəşəriyyət üçün “məhvedici” adlandırdılar

Elm məbədindən zorakılıq ocağına

Azərbaycanlı mühacirlər vətənə qayıtsınmı?

“Daşnak” Armine Adibekyana cavab

Koronavirusdan sonra da qapalı məktəb

2020. Dəyişmə zamanı.

Sabaha adlaya bilməyən solçuluq

“Mamblkor: kino köklərinə qayıdır?”

Biz nəyə görə ağlayırıq?

Onurğa travmam

Hipnoz barədə

Allaha ən sadə və ən səmimi yalvarış məkanı

Gələcək əvvəlki kimi bizimdir: avtonomizm və post-kapitalizm

Yayı olmayan il

Qurtuluş, yoxsa faciə?

Ağdərə döyüşləri

Azərbaycanda və Ermənistanda yəhudi olmaq

Mehriban Əliyeva: “Özgə dərd olmur”

Textual – Gündüz Ağayev təqdim edir

Covid-19 və konspirasiya nəzəriyyələri. Fake-news ehtiyacımız

Azərbaycanda katolik olmaq

Ərdoğanın, yoxsa Əliyevin dəmir yumruğu?

Parc de la Distance – Covid-19 həyat tərzi

“Corona” şilləsi

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel