Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Kayfda olan adamın fikirləri

Ələkbər Əliyev Ələkbər Əliyev
., Mövqe
28 Dekabr 2019
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
WhatsApp Image 2018 01 28 at 00.37.34
Paylaş

Rusca bir deyim var: «Хочется и рыбку съесть и на х.й сесть». Deyəcəksiniz ki, «bizdə də «nə yardan doyur, nə əldən qoyur» var». Olsun, amma ruslardakının yerini vermir.

Cavid bu haqda yazmışdı «Ziddiyyətlər ölkəsi» adlı essesində. Oxudum və düşündüm ki, biz səliqəli, bitkin, inandırıcı miflərimizin olmasını, «dünya»nın da bizim bütün versiyalarımızla razılaşmasını çox istəyirik. Əksi baş verəndə inciyirik. «Axı haqq bizimlədir, haqlı bizik…»

Yox, biz əlbəttə başa düşürük ki, yolunda getməyən nələrsə var. Müasir azərbaycanlılar xarici dünya qarşısında müdafiəsiz və hazırlıqsız yetişdirilir. Mənə azad internet imkanından danışmayın – bağçadan yuxarı siniflərə qədər, yəni ən kritik yaş dövründə vətəndaş sistemin məngənəsindədir və beyninə nə doldurulsa o məlumatlar ömrüboyu onu müşayiət edəcək.

Siz mənə deyin rəvadırmı dünyanın harasındasa erməni adı, abidəsi, məbədi görüb şok keçirməsi bir azərbaycanlının? Azərbaycandan kənara çıxan kimi regionun tarixi haqda tamam başqa şeylər eşidən azərbaycanlı bu vəziyyətdə nə etməlidir? Nə qədəri gedib oxuyacaq, araşdıracaq, analiz edəcək və nə qədəri o qənaətə gələcək ki, «dünya ermənilərlə əlbir olub»? Bu haqda daha ətraflı “Məhrumiyyətlər haqda gecə düşüncələri“ adlı yazıdan oxuya bilərsiniz. 

Miflər ona görə yaranır ki, quru faktlologiya nifrət dozasını lazımi səviyyədə saxlamağa kifayət etmir. Quru «ərazi münaqişəsi» olmaz. «A-nın ərazisi B tərəfindən işğala məruz qalıb, etnik təmizləmə aparılıb. İndi də danışıqlar gedir, müharibə variantı hələlik istisna olunur, görək başımıza nə gəlir…»

Yox, olmaz. Avama bunlar bəs eləmir, lazımi kondisiya üçün fəryad olmalıdır («Fəryad» filmi çox doğru zamanda çəkilmişdi). Beləliklə mifqayırma üzrə ümummilli səfərbərlik başlayır. Pərakəndə, zövqsüz, elmsiz amma ümummilli. Amma səfərbərlik.

İnsanları qınamalı deyil. Müasir insan belə məsələlərdə diqqətli, dəqiq, səliqəli ola bilməz çünki qarnı, mədə-bağırsaq traktı dünənkinə görə daha tez-tez qıcıqlanır. Sovetlərin çökməsi jeans geyinmək və saqqız çeynəmək arzusunun gündən-günə şişməsi ilə sinxron gedirdi. İnsanlar bu gün daha çox jeans geyinmək və saqqız çeynəmək istəyir. Smartfonlar, aksesuarlar, avtolar, əşyalar, əşyalar, əşyalar zərurətdir bu gün. Bu zərurət təmin olunmursa narazıyam, gedib kreditə girəcəm, çünki sahib olmaq haqqımdır, qurtardı getdi.

Bu konsyumerizm əxlaqı, çılğın istehlakçılıqla «sosial-iqtisadi problemlər» bitən deyil. İstehlakçılığın qloballaşması hökumətlərin, iqtidarların baş ağrısı olub. Adamlar əşya, cihaz, səyahət tələb edirlər, bunlara təməl hüquq kimi yanaşırlar. Qloballaşma turizmdə vəhşi sürətə çatıb, bəşəriyyət dayanmadan hərəkət edir, səmada reaktiv alüminyum boruların «əlindən tərpənmək olmur». Şimali Koreya, Türkmənistan kimi bir neçə küpəgirən quruluşdan başqa adamlar hər yerdə hərəkətdədir.

İstehsalçının tamahı artdıqca, istehsal olunan hər şeyin təməl ehtiyac olduğu fikri bütün mümkün kanallarla istehlakçıya təlqin olunacaq. Odur ki, biz nə qədər ağıllı cümlələr qursaq da, adamların fikri-zikri maddiyyatdır. İnsanların mənəvi tələbatı filanı qalmayıb. İnsanlar hər şeydən doyublar. Sinizm və fatalizm varlığımızı bürüyüb, biz heç nəyə inanmırıq. Nə romana, nə simfoniyaya, nə kinoya. Almaq, satmaq, tıxmaq… hətta, bunlardan da yorulmuşuq.

Sosializm gec-tez bu vakxanaliyaya əncam çəkməli olacaq. Ənənəvi üsullarla.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör