Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Məhrumiyyətlər haqda gecə düşüncələri

Ələkbər Əliyev Ələkbər Əliyev
., Mövqe
01 Mart 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Gz6oVWzjuacLefY90q
Paylaş

Azərbaycanda məhrumiyyətlə barışıb, məhrumiyyətdə yaşayıb, məhrumiyyətdə ölənlər var və onlar çoxluqdur. Məhrumiyyətlər – nəyinsə uğruna olmayanda, məhrumlarda qəzəb yaradır. Təkrarçılıq olacaq, bir dəfə yazmışdım – məsələn, ibadət edən dindar bilir ki, cənnətlə mükafatlanacaq. Bütün dini təlimlər nəsə vəd edir. Vəd olmadan hərəkət yoxdur. Bütün ibadətlər və məhrumiyyətlər cənnət, Allah rizası uğrunadır.

Məhrumiyyətin sonunda mükafatlandırılacağı cənnətə, ümumiyyətlə qiyamət gününə, axirətə səmimi qəlbdən iman edə bilməyən adam – narahat adamdır. Çünki istidə baş bağlamağın, içki içməməyin, oruc tutmağın mənasını dərk etmir. Narahat, gərgin olduğuna görə də «əgər belədirsə, onda mən də başqalarının həyatını zəhər edəcəm» rejimində yaşayır. Belələrinə «aqressiv dindar» deyirlər, amma onlar aqressiv deyil, saxtakar dindardır. Səmimi iman edən kəsi sağda-solda nə baş verdiyi – kimin içdiyi, çəkdiyi, gəzdiyi, Seymur demişkən «tikdirib-sökdürdüyü» – maraqlandırmır. Ürəyində bütün fasiq və kafirlərə hidayət diləyir, həyatını yaşayır.

Sözümün canı, azərbaycanlılar məhrumiyyətlərinin səbəbini dəqiq bilsələr, üç-beş «idealisti» çıxmaqla, ölkədə demək olar ki, narazı elektorat qalmayacaq. Adamlar dəqiq bilməlidir ki, regionun lider dövlətinin vətəndaşı nə münasibətlə 150 manat pensiya alır? Hansısa bir həqiqətin daşıyıcısı olduqlarına inanmadan, azərbaycanlılar məhrumiyyətlərdən zövq almayacaqlar.

İnsanlar aldanmaq, inanmaq istəyir ki, bütün bu işlərin bir mənası var. Fəlsəfəyə ehtiyac yoxdur, insanlar çox praktik düşünür – «bunun mənə faydası nədir? Mənə sərf edirmi?» Sistem bu suallara cavab verməlidir. Ola bilsin sistem belə bir problemin mövcudluğunu qəbul eləmir. Bəlkə də, hər şeyin qaydasında olduğunu, azərbaycanlıların nəyin uğruna məhrumiyyətlərə dözdüklərini bildiyini hesab edir?

***

Bu gün azərbaycanlıların inandıqları şeylər çox yox, bir balaca ayaqlarını kənara qoyan kimi, çox ciddi, güclü bir rəqib – həyatın reallığı ilə toqquşur. Çünki azərbaycanlılar ölkələrinin, regionun tarixini bilmək baxımından şikəst xalqdır.

Ermənilərdən tarixə vurğunluq mərəzini mənimsədikləri gündən bəri, üç-beş məşhur klişe ilə idarə edirlər. Onlar üçün ermənilər göbələkdir, srağagün torpaqdan çıxıblar, hindistanlı ya da balkanlı qaraçılardır. Nə olsun ki, bütün dünya tarixi bunu inkar edir. Əsas bizim düzgün tariximizdir, biz ona inanırıq. Humanitar boşboğazlığın tacıdır tarix. Azərbaycanda da ən boşboğaz, avara adamlar tarixçilərdir. Əzbər pozan yeni nəsil tarixçilərimizin sayı isə, bir əlin barmaqları qədərdir.

Adi şeyləri ya bilməyən, ya bilmək istəməyən bizim adamlar prinsipcə belə bir fikri yaxın buraxmırlar ki, sənin bir dövlətə malik olmağın, «azərbaycanlı» adlanmağın və sahib olduğunu qorumaq haqqın erməninin bu bölgədə neçənci əsrdən məskunlaşmasından asılı deyil. Qədimliyə bu gün kimin, harada hüsnü-rəğbəti var ki, bizim adamlar qədimliyə can atır?

Azərbaycanlılar ölkələrinin, regionun tarixini bilmək baxımından şikəst xalqdır ona görə ki, orta statistik azərbaycanlı uşaqlıqdan saxta şeylər öyrənir, sonradan adicə internetdə fərqli interpretasiya görüb çaşır. Axı bizdə tarix dərsliyində, regionun hansısa əsrə aid xəritəsində «Armenia»nı göstərdiyinə görə müəllifi az qala linç edirlər, «Armenia»sız xəritələri öyrənən azərbaycanlılar isə gec-tez gülməli vəziyyətə düşürlər. Olmazmı ki, «Armenia»nı da yazasan və buna öz şərhini verəsən?

Həyat, təcrübə onu göstərir ki, adətən qədimlik, miatsum qızdırmasına tutulanda axırı iki-üç milyon, müflis vəziyyətdə, dünya siyasi xəritəsində subyektliyin olmadan qalmaqdır. Özü üçün pis, bizim üçün pis. Kasıb qonşu nəyimizə lazımdır?

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör