bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Ziddiyyətlər ölkəsi

Cavid Ramazanov Cavid Ramazanov
., Mövqe
26 Dekabr 2019
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
686e0cf6 aafd 4bf5 805a 814f9252ae15
Paylaş

Milyonlarla insanı konkret bir ərazidə yaşamağa və vətəndaşlıq qavramına inandırmaq, əslində möcüzəyə tən bir nailiyyətdir. Bunun üçün dövlətlər məlumunuz, müəyyən hekayələrə və ya fəlsəfəyə ehtiyac duyurlar. Bu fəlsəfəni biz prinsiplər toplusu kimi də xülasə edə bilərik və adətən bu prinsiplər dövlətlərin atributlarında əks olunurlar.

Uzağa getmədən götürək elə qonşularımızı. Ermənistan dövləti məsələn, fəlsəfəsini “Erməni Soyqırımı”, erməni xalqının qədim, zəhmətkeş, dinc və istedadlı olması üzərində qurub. Gürcülərin də fəlsəfəsi oxşardır: qədimliyə, gürcü kilsəsinə, əlifbasına və unikal mədəniyyətə istinad edir. Müasir İran dövlətinin fəlsəfəsi qədim dövlətçilik ənənələrinə, İran mədəniyyətinə, şiə məzhəbinə və şəriətə; Türkiyəninki türk kimliyinə, dövlətçilik ənənələrinə və fatehçiliyə; Rusiyanınkı isə nəhəng əraziyə, dilə, nüvə potensialına və imperiya tarixinə əsaslanır.

Bəs bu iddialı və kifayət qədər davakar qonşuların arasında Azərbaycanın fəlsəfəsini qısa və konkret necə ifadə etmək olar?

Bəlkə də tarixçilər bunu daha yaxşı xülasə edərlər, amma bu, heç də göründüyü kimi asan deyil. Hər ağızdan bir avaz gəlir çünki. Kimisi deyir biz türkük, kimisi deyir yox, hamımız azərbaycanlıyıq; kimisi deyir müsəlmanıq, kimisi deyir deyilik, bizdən əsl müsəlman çıxmaz; kimisi deyir tariximiz qədimdir, Mannaya, Midiyaya gedib çıxır, kimisi də deyir yox e, biz yeni xalqıq; müəyyən bir çevrə AXC-yə istinad edir, Məmməd Əmin Rəsulzadənin ulu öndər olduğunu deyir, meydan hərəkatına rəğbətlə baxır, iqtidar və onu dəstəkləyən çevrə isə Heydər Əliyevin müasir Azərbaycan dövlətinin banisi olduğunu, ulu öndər adının da məhz ona yaraşdığını iddia edir, prezident də o biri tərəfdən tez-tez meydan hərəkatını pisləyir, meydan hərəkatı liderlərini satqın adlandırmaqdan çəkinmir. Xalq adlandıra biləcəyimiz böyük bir apolitik kütləyə isə sanki bu söhbətlər ümumiyyətlə, maraqsızdır, özünü cəncələ salmaq istəmir, necə deyərlər, başını aşağı salıb bir tikə çörəyini qazanmağa çalışır.  

Ziddiyətlərimiz çoxdur bizim, özümüzün özümüzdən baş açması müşkül məsələdir, o ki qaldı başqaları baş aça.

Ziddiyətlərin hədsiz çox olması bir mənada təhlükəlidir də, qonşularımızın maraqla izlədiyimiz siyasətindən öyrəndiklərimiz bizə deyir ki, ziddiyyətlərdən özünü gözləmək əşəddu ehtiyacdır: çünki ziddiyyətlər cəmiyyətlərin ayağına dolaşan və irəliləmələrinə macal verməyən düyünlərə bənzəyir. Ermənistan məsələn, bir tərəfdən deyir dinc və məzlumam, o biri tərəfdən isə qonşusunun ərazisini qamarlayıb, hələ o birilərində də gözü var. Gürcüstanda mühafizəkarla müasirlər, ruspərəstlərlə avropapərəstlər qırışırlar, etnik parçalanma qorxusu da var. Türkiyə Atatürkçülük-Osmanlıçılıq, laikçilik-dindarlıq, türkçülük-kürdçülük, solçuluq-sağçılıq və digər çoxlu –çıların qarşıdurmasında girinc qalıb. İran orta əsrlərlə müasirlik arasında çabalayır. Rusiyanın isə cahanşümul ambisiyaları özünün potensialına uyğun gəlmir.

Hərçənd qonşularımız ziddiyyətlərdən bol olsalar da, bunlarla yol getməyə də öyrəşiblər artıq, bir növ adətkardılar. Üstəlik onlarda proqressiv adlandırıla biləcək qrupların da sayı çoxdur, insan potensialları var yəni, cəmiyyətləri ayıq-sayıq və təcrübəlidir.

Biz isə əfsuslar olsun ki, ilin-günün bu vaxtında da, kollektiv şəkildə özümüzü tanımaq və ifadə etmək mərhələsinə gəlib çatmamışıq. Qarşımızdakı yol dolanbac və dumanlıdır, ziddiyyətlər də bir tərəfdən əl-ayağımızü düyünləyib, hərəkət edə, istiqaməti müəyyənləşdirə bilmirik. Etnik ziddiyyətə görə, artıq ərazimizin əhəmiyyətli qismini itirmək də bizə kar eləməyib, dünya hərlənib fırlandıqca, biz də özümüz üçün hərlənib fırlanırıq…

Amma bizdə, yəni indiki Azərbaycan Respublikasının təxmini sərhədləri daxilində əzəl başdan, elə bir xətt olub ki, daima aktual olub. Bu yeganə sabit və dəyişməz prinsip biz azərbaycanlıların formalaşmasında əməllicə rol oynayıb. Bayrağın qırmızı rəngində öz əksini tapan bu xətt müasirləşmək, avropalaşmaq prinsipidir ki, Əli bəy Hüseynzadə hətta bunu “firəngləşmək” kimi xarakterizə edib.

Bütün digər xtlər zəmanənin gərdişlərində əyilsələr də, ziqzaqlar cızsalar da, bəzən gözdən itib, bəzən yenidən peyda olsalar da, müasirləşmək xətti bizdə yeganə xətt olub ki, daim göz önündə olub.  

Əslində avropalaşmaq prinsipi cümhuriyyətçilərdən də əvvələ gedib çıxır. Ondan götürək ki, bizim intellektual tariximiz Mirzə Fətəli Axundovun avropasayağı komediyaları ilə başlayır. Axundovdan üzü bəri Azərbaycandakı intellektual hərəkatların demək olar, hamısı ya dolayı (rus intelligensiyasının təsiriylə), ya da birbaşa surətdə Avropa istiqamətli olub. Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti Avropasayağı idi, maarifçilərin üslubu, əsaslandıqları dəyərlər, “Molla Nəsrəddin”in özü Avropasayağı idi. İlk opera, teatr, milyonçuların tikdirdiyi binalar Avropasayağı idi. AXC liderlərinin əldə bayraq tutduğu dəyərlər – parlamentli respublika, qadınlara səsvermə hüququ, plüralizm, Bakı Dövlət Universitetinin yaradılması və sair Avropa dəyərləri idi.

Doğrusu, tariximizdəki öyündüyümüz məsələlərin əksəriyyəti avropalaşmaqla bağlıdır.  Və biz əgər bu avropalaşmaq tarixini çıxdaş edərsək, əlimizdə bir ovuc orta əsr şairindən, sərkərdəsindən, ilahiyyatçısından və ziddiyyət düyünlərindən başqa bir şey qalmaz…

70 llik Sovet eksperimentindən sonra da əsas götürülən təməl prinsiplər Avropa dəyərləri oldu. Demokratiyaya can atmaqdan tutmuş, iqtisadiyyata, mədəniyyətə, memarlığa, idmana və bütün digər sahələrə qədər.

Azərbaycan müstəqil ölkə olandan sonra Asiya deyil, Avropa təşkilatlarına qoşuldu. Əsas iqtisadi tərəfdaşı Avropa Birliyi oldu. Neft-qaz boruları bizi Avropaya caladı. Bakı yenidən tikiləndə, Avropasayağı memarlıq əsas götürüldü. Ölkədə “Avroviziya”, “Avropa Oyunları” keçirildi, “Qarabağ” Avropa Çempionlar Liqasında, Avroliqada oynadı. Gələn il də Bakıda futbol üzrə Avropa Çempionatının oyunları keçiriləcək. Əhalimiz Avropa qiyafələrində gəzir, Avropada müalicə olunmağı, uşaq oxutdurmağı, bankda pul saxlamağı arzulayır. Son illərdə camaatımızın mühacirətə axınında da əsas istiqamət Avropa olub.

Axı bunlar məlum faktlardır, yazmağa nə ehtiyac var, deyə bilərsiniz. Amma məlum heç də həmişə məlum olmur və bəzən faktların üzərindən asanlıqla keçilir. Necə ki, Azərbaycan Prezidenti İlham Əliyev 27 noyabrda Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində çıxış edərkən, “Biz Avropaya inteqrasiya etməyəcəyik” bəyanatını verdi. Bununla da Azərbaycanda ən yüksək səviyyədə ölkə quruculuğunda və xalqın formalaşması prosesində ən təməl prinsiplərdən biri, bəlkə də birincisi sual altına alındı.

Bu bəyanata cəmiyyət tərəfindən, siyasilər, intellektuallar, oxumuşlar tərəfindən ciddi bir reaksiyanın gəlməməsi də bir digər ağrılı məqamdır. Bu bir daha göstərdi ki, bizim üçün prinsiplər o qədər də əhəmiyyətli deyil, ürəyimiz istəyəndə, prinsiplərin üzərindən o yana, istəməyəndə də, bu yana keçə bilərik.

Halbuki dövlət başçısı səviyyəsində “Avropaya inteqrasiya etməyəcəyik” demək, istər bir blef olsun, istər Rusiya qorxusundan qaynaqlansın, istər şəxsi maraqlara xidmət etsin – nə olmasından asılı olmayaraq, özlüyündə nəinki yanlış və qüsurlu, həm də çox riskli və təhlükəli gediş idi. Avropalaşmaq prinsipinin ortasından xətt çəkmək, onsuz da mürtəce ideyalara gəbə olan cəmiyyətimizdə təkcə mürtəcelərin, fundamentalistlərin ayaq açmasına bəhanə vermir, həm də vizyonumuzun, identikliyimizin, ümumilikdə ziddiyyətlərimizin daha da dolaşmasına gətirib çıxarır.

“Avropaya inteqrasiya etməyən”dən sonra, ziddiyyətlərimiz o qədər düyünlənə bilər ki, kələfin ucunu asanlıqla itirə, əlimizi-ayağımızı biraz da dolaşdıra bilərik.  

Çünki biz bilmirik türkük, yoxsa azərbaycanlı; qədimik, yoxsa gənc; müsəlmanıq, yoxsa proqressiv dünyəvi; Rəsulzadəçiyik, yoxsa Heydərçi; cümhuriyyətçiyik, yoxsa prezidentin ətrafında sıx birləşmişik. İndi məlum oldu ki, yolumuzun istiqaməti heç Avropaya da deyilmiş, ümumiyyətlə, heç avropalaşmaq niyyətimiz də yoxmuş.

Yaxşı, ağalar, onda siz özünüz deyin: indi biz kimik və haraya gedirik?

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör