Azlogos
  • Qaydalar
  • Kimlər var

Ədəbiyyatın üç üzü: Şopenhauer, Niçe və Froyd Azərbaycanda selektiv abort mifi Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014) Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin? Donbassda soyqırım iddiası Korrupsiya taledir?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Cəsarətli olmaq haqqında

Orxan Adıgözəl Orxan Adıgözəl
Sərbəst
19 Avqust 2019

“Cəsarətini itirən hər şeyini itirər.”

Volfanq Göte 

Məncə cəsarət hissi üçün deyiləcək ən sadə tərif bu olardı ki, sən qorxsan da qabağa getməyi seçirsən. Bu qorxusuzluq yox, əksinə, qorxu üzərində qələbədir.

Cəsarət barədə müxtəlif adamların müxtəlif fikirləri var. Aristotelin fikrincə cəsarət qorxaqlıqla çılğınlıq arasında yer ala biləcək incə qatdır.

Filosofun cəsarət barədə fikri çox maraqlı səslənir. Cəsur kəslər qorxudan məhrum deyillər, onlar sadəcə çılğınlıqları ilə minimum riskləri nəzərə alır və digərlərindən fərqlənirlər. İkincilər isə risk məsələsini maksimum şəkildə hesaba alır və qorxularına qarşı gələ bilmirlər.

Cəsarət elə bir xüsusiyyətdir ki, insan konkret hansısa hədəfə görə qorxusunun öhdəsindən gəlir. Təsəvvür elə ki, köhnə dağılmış körpünün üstü ilə gedirsən. Aşağı zülmətə, qaranlığa qərq olub, körpünün o tayında sənin və dostların üçün burdakından da faydalı qida ehtiyatı, keyfiyyətli resurslar var. Körpünü keçmək istəyirsən və bu elə də asan deyil. Arxaya çevirilib körpünü keçməkdən vaz keçsən, səni çox az adam qınayacaq. Bunu etməklə nə acından öləcəksiniz, nə də dünya dağılacaq. Ancaq körpünü keçsən öz üzərinizdə, daha doğrusu qorxun üzərində qələbə qazanacaq, özünə və ətrafındakılara daha çox fayda gətirmiş olacaqsan.

Belə baxanda problemlər, çətin günlər, uğursuzluqlar həmişə olub, olacaq da. Bilirsiniz kimin problemi yoxdur? Cavab sadədir: ölülərin!

Bəli, yaşayırıqsa, problem də olacaq, xoşagəlməz başqa şeylər də. Dünyaya gəlməmişdən öncə heç kim bizə cənnət kimi həyat vəd verməmişdi. İndi, əgər bu aydındırsa, o da anlaşılan olmalıdır – kim ki, problemlərin təsirindən hürküb, geri çəkilməyəcəksə, irəli getməklə təkcə müvəffəqiyyət əldə etməyəcək. O adam həm də xarakterini qüvvətləndirəcək.  

Əgər adamın ruhunda ehtiraslardan əsər-əlamət yoxdursa, daxilində hansısa yüksək hədəfi çatışmırsa, o, çətin ki, cəsarətlə yadda qala bilə. İndi burda söhbət miqyası daha böyük cəsarətdən gedir. Ruhu qovuran ehtiraslar, müəyyən ideya və dəyərlərə söykənən hədəflər, cəsarətin əsas atributları sayılır.

***

Böyük inqilabçı və islahatçı Atatürk, Türkiyə Cumhuriyyətini quranda niyə risk etdiyini və nə üçün qarşısına çıxan meneələri aşdığını çox yaxşı bilirdi. Atatürkün şücaətini və cəsarətini məhz ehtirasdan və yüksək hədəfdən ibarət həmin daxili atributlar o cür bərəkətli və səmərəli etdi. Bu çox vaxt belə olur. İnsan öz ideyalarına ürəkdən inanırsa, o, qorxuları ilə baş edir və onların qarşısında yıxılmır, hətta yıxılsa da durub, yolunu davam etdirir.  

Səsyazan qurğu olan fonoqrafın və elektrik lampasının ixtiraçısı Tomas Edisonu da uğurlu şəxsiyyətə çevirən onun cəsarəti oldu. Ətrafındakıların ona inanmadığı vaxtda, o özünə inandı və yüzlərlə uğursuz cəhddən sonra elektrik lampasını ixtira etdi. Onun hiperzəhmətkeşliyi insanı heyran edir. Elektrik lampası üçün daxili xətti material axtararkən Edison, 6 min materialı sınaqdan keçirmişdi. Lampanın kömür zəncirinin xarakteristikasını tərtib edərkən o, 45 saat laboratoriyada fasiləsiz işləmişdi. Təsəvvür edin, Edison, ömrünün axır günlərinə qədər gündə 15-16 saat işləyirdi.

Dünya az qala hər saat tələb edir ki, onu tədqiq edib, öyrənsinlər. Elmin və texnikanın bu qədər inkişafına baxmayaraq, hər gün hansısa cəsur insan nəyinsə yenisini aşkara çıxarır, kəşf edir. Əgər insan dünyaya olan marağını və həvəsini itirsə, o, sanki bir şəxsiyyət kimi həlak olur. Ancaq əgər öyrənmək, araşdırmaq və dərk etmək cəhdi varsa, deməli onda tez-tez cəsarət nümayiş etdirmək və risk etməklə bərabər, həmçinin hamının gedə bilmədiyi yüksəkliklərə qalxmaq şansı da olacaq.

İnsan inandığı dəyərlərin, ideyanın sağlamlığına əmindirsə və onlar mötəbər təcrübə hesabına, müxtəlif sınaqlardan keçərək formalaşıbsa, onda həmin dəyərlərin, ideyanın üzərində möhkəm dayanmaq lazımdır. Həyatda çox vacib şeylər var: zəifləri qorumaq, ədalətə nail olmaq – bunları çox az adam eləyir. Başqaları susduğu və yalanlara uyduğu halda, sən susmursan və haqsızlığa boyun əymirsən. Hətta sənə çoxlu pul və başqa imkanlar təklif olunsa da, sən nəfsinə məğlub olmur və dəyərlərindən vaz keçmirsən.

İnsanlar hər dəfə haqsıslıq və ədalətsizlik qarşısında susanda, dünya daha da qaranlıq və xoşagəlməz yer olmağa başlayır. Bu ən çox elə insanın özünə hörmətsizliyidir.

İndi başa düşürsünüz ki, niyə ölkəmiz belə boz və qaranlıqdır və insan kimi bizə nə üçün hörmət edilmir?! Çünki özümüz özümüzə hörmət qoymur və haqsızlıq qarşısında qorxudan susuruq. Özünə hörmət etməyənə kim hörmət edəcək?!

Cəsarəti bir neçə şəkildə nümayiş etdirmək olar:

– Fiziki cəsarət

Çox vaxt birinci ağıla gələn fiziki cəsarət olur. Uşaqlıq xatirələrimiz başqalarını xilas etməkdən ötrü öz həyatlarını risklə atan cəsarətli döyüşçülər haqqında miflər və hekayələrlə doludur. Onlar təkcə mifik qəhrəmanlar deyillər. Hər ölkə öz qəhrəmanları ilə fəxr edir, onlar haqda kitablar yazır, filmlər çəkir, dünyaya gələn uşaqlara həmin qəhrəmanların adlarını qoyurlar. Bəs görəsən həmin uşaqlar o qəhrəmanların yaşına çatanda müxtəlif situasiyalarda az da olsa cəsarətli ola bilirlər?!  

– İntellektual cəsarət

Bəşəriyyət həmişə müxtəlif qlobal problemlərlə rastlaşır: ərzaq çatışmazlığı, havanın çirkliliyi, resurs qıtlığı və s. Biz həm də o dahi kəslərin cəsurluğu ilə fəxr edirik ki, onlar köhnə ideyaları yeniləyib, daha innovativ dəyişikliklər yarada bilirlər.

İntellektləri ilə cəsarət nümayiş etdirib, çətin dünyanı yeni ideyalarla asanlaşdırmağa çalışan Sokratdan, Qalileyə qədər olanlara, ondan sonrakılara, həmin yenilikçi ideyaları yaradan və məşəl kimi daşıyan hər bir ziyalıya bütün bəşəriyyat minnətdar olmalıdır. 

Bu şəxslər qılınc və avtomatla yox, daha çox kitab və qələm vasitəsi ilə cəsarət göstəriblər.

– Mənəvi cəsarət

Mənəvi cəsarət göstərən adamlar öz qətiyyət və daxili gücləri hesabına həm fiziki, həm də başqa təzyiqlərdən çəkinmədən mübarizə aparanlardır. Bu cəsarətin kökündə yüksək əxlaq və alicənablıq durur.

Burda ilk ağlıma gələn nümunə Mahatma Qandi oldu. O, heç bir siyasi təsir və ordu olmadan Hindistanı azad etdi. Həmin an onun ancaq mənəvi cəsarəti vardı. Qandi hansı ideya və dəyər uğrunda mübarizəyə girdiyindən xəbərdardı. O, ölümü belə gözə alıb, təhdid və şantajlardan çəkinmədən sona qədər geri addım atmadı və istəyinə nail oldu.

Bəşəriyyətin fiziki, intellektual və mənəvi cəsur şəxsiyyətlərə həmişə ehtiyacı var. Məhz onlar tarixi irəli hərəkətə gətirir və sübut edir ki, insan vəhşi heyvanın inkişaf mərhələsinin növbəti pilləsi deyil. Yəni, insan təkcə yeyib, içib, çoxalmaqla kifayətlənən bioloji varlıq deyil.  

Cəsarət xüsusiyyəti əslində hamıda var. Onu daha çox impulslaşdıran kənar təsirlərdir. Kitablar, filmlər, tanıdığımız, tanımadıqlarımızın hansısa nitqi, çıxışı cəsarət duyğusunu qabarda bilər. Başlıca təsir isə çox vaxt evdən, ailədən gəlir. 

Daxilən azad valideynlər övladlarına cəsarət hissini bolluca ötürə bilirlər. Düzdür, əgər kiminsə valideyni onu cəsur böyütməyibsə də, bu  o demək deyil ki, həmin adam ömür boyu cəsarətsiz qala bilər. Hər bir kəs qorxularının üzərinə gedərək, özünü psixoloji olaraq inkişaf etdirib, cəsarət keyfiyyətini yüksəldə bilər. Bir şey var ki, bu xüsusiyyət mənəvi dəyərlər aşağı olanda itir, ya da özünə qara qütbdə yer seçir. Ona görə də dəyişmək istəyənlər özlərinə niyə və nə üçün dəyişmək istədikləri barədə suallar verməlidilər.

Unutmaq olmaz ki, cəsur kəs zalımların düşmənidir. Çünki o, qorxusunu boğur və mübarizədən vaz keçmir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

1623100562_132879_89
.

Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014)

27 İyul 2022
1782596528_0_0_1281_720_600x0_80_0_0_5e1bea2e8efa8471b7c6f2cfc1e0c9d0
.

Donbassda soyqırım iddiası

22 İyul 2022
Nietzsche_c_picture-allianceHeritage-Images_120332734_955
.

İnsan necə ağıllı ola bilər?

06 İyul 2022
14499020563061354277_1000x669
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində (1991-1993) – (3-cü hissə)

01 İyul 2022
2
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti (1991-1993) illərində – (2-ci hissə)

24 İyun 2022
15445403495c0fd0bd1ced00.18296051-750x375
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində (1-ci hissə)

15 İyun 2022

Redaktorun seçimi

Müşfiq haqqında donoslar – 2

Gürcüstanı yenidən yaradan şəxs

Haikou sahil kitabxanası

Dıydıqizm və dılğırizm

Qonşu Rusiyada “Yeni gənc nazir” təcrübəsi

OneWeb qlobal internet layihəsi ilk peyklərini orbitə çıxarıb

İntellektualların kapitalizm nazı

Tarlabaşının son rəqsi – Rəna Əfəndi təqdim edir

Qar – Abbas Atilayın təqdimatında

Nabat kimi olmayan “Nabat”

Liberal hegemoniya və millətçilik

“Soprano klanı”. Möhtəşəm serial

Totalitarizm və Avanqard – XX əsr Avropa incəsənəti prizmasında

Dr. Vasif İsmayıl: “Kişilərin ən böyük dərdi penis ölçüsüdür”

Ramiz Mehdiyevi bitirən səbəb

Azərbaycanlı alimə 5.3 milyon euro

Atomik Türkiyə 

Avropa və biz

Bozbaş bişirmək azadlığı

Feministlərin ciddi səhvləri

Teymur Hacıyev: “Azərbaycanda operator tapa bilmirəm”

«Səni deyirlər» – böhran kommunikasiyasına dair keyslər

Risk etməyə dəyərmi?

Müqayisəli kütlə haqda kiçik esse

Asılısınız?

Siyahqələmin divləri, əcinnələri, küpəgirənləri

Çörəyi dizində Ermənistan

Şəhidlərin ruhunu incitməyən fişəng

Bakının konstruktivizm dövrü memarlığı: XX əsrin 1920-1930-cu illəri

T. Yüzbəyov: “Belə cəmiyyətdə fahişəyə seks işçisi demək?”

Cəsarətli olmaq haqqında

Orxan Adıgözəl Orxan Adıgözəl
Sərbəst
19 Avqust 2019

“Cəsarətini itirən hər şeyini itirər.”

Volfanq Göte 

Məncə cəsarət hissi üçün deyiləcək ən sadə tərif bu olardı ki, sən qorxsan da qabağa getməyi seçirsən. Bu qorxusuzluq yox, əksinə, qorxu üzərində qələbədir.

Cəsarət barədə müxtəlif adamların müxtəlif fikirləri var. Aristotelin fikrincə cəsarət qorxaqlıqla çılğınlıq arasında yer ala biləcək incə qatdır.

Filosofun cəsarət barədə fikri çox maraqlı səslənir. Cəsur kəslər qorxudan məhrum deyillər, onlar sadəcə çılğınlıqları ilə minimum riskləri nəzərə alır və digərlərindən fərqlənirlər. İkincilər isə risk məsələsini maksimum şəkildə hesaba alır və qorxularına qarşı gələ bilmirlər.

Cəsarət elə bir xüsusiyyətdir ki, insan konkret hansısa hədəfə görə qorxusunun öhdəsindən gəlir. Təsəvvür elə ki, köhnə dağılmış körpünün üstü ilə gedirsən. Aşağı zülmətə, qaranlığa qərq olub, körpünün o tayında sənin və dostların üçün burdakından da faydalı qida ehtiyatı, keyfiyyətli resurslar var. Körpünü keçmək istəyirsən və bu elə də asan deyil. Arxaya çevirilib körpünü keçməkdən vaz keçsən, səni çox az adam qınayacaq. Bunu etməklə nə acından öləcəksiniz, nə də dünya dağılacaq. Ancaq körpünü keçsən öz üzərinizdə, daha doğrusu qorxun üzərində qələbə qazanacaq, özünə və ətrafındakılara daha çox fayda gətirmiş olacaqsan.

Belə baxanda problemlər, çətin günlər, uğursuzluqlar həmişə olub, olacaq da. Bilirsiniz kimin problemi yoxdur? Cavab sadədir: ölülərin!

Bəli, yaşayırıqsa, problem də olacaq, xoşagəlməz başqa şeylər də. Dünyaya gəlməmişdən öncə heç kim bizə cənnət kimi həyat vəd verməmişdi. İndi, əgər bu aydındırsa, o da anlaşılan olmalıdır – kim ki, problemlərin təsirindən hürküb, geri çəkilməyəcəksə, irəli getməklə təkcə müvəffəqiyyət əldə etməyəcək. O adam həm də xarakterini qüvvətləndirəcək.  

Əgər adamın ruhunda ehtiraslardan əsər-əlamət yoxdursa, daxilində hansısa yüksək hədəfi çatışmırsa, o, çətin ki, cəsarətlə yadda qala bilə. İndi burda söhbət miqyası daha böyük cəsarətdən gedir. Ruhu qovuran ehtiraslar, müəyyən ideya və dəyərlərə söykənən hədəflər, cəsarətin əsas atributları sayılır.

***

Böyük inqilabçı və islahatçı Atatürk, Türkiyə Cumhuriyyətini quranda niyə risk etdiyini və nə üçün qarşısına çıxan meneələri aşdığını çox yaxşı bilirdi. Atatürkün şücaətini və cəsarətini məhz ehtirasdan və yüksək hədəfdən ibarət həmin daxili atributlar o cür bərəkətli və səmərəli etdi. Bu çox vaxt belə olur. İnsan öz ideyalarına ürəkdən inanırsa, o, qorxuları ilə baş edir və onların qarşısında yıxılmır, hətta yıxılsa da durub, yolunu davam etdirir.  

Səsyazan qurğu olan fonoqrafın və elektrik lampasının ixtiraçısı Tomas Edisonu da uğurlu şəxsiyyətə çevirən onun cəsarəti oldu. Ətrafındakıların ona inanmadığı vaxtda, o özünə inandı və yüzlərlə uğursuz cəhddən sonra elektrik lampasını ixtira etdi. Onun hiperzəhmətkeşliyi insanı heyran edir. Elektrik lampası üçün daxili xətti material axtararkən Edison, 6 min materialı sınaqdan keçirmişdi. Lampanın kömür zəncirinin xarakteristikasını tərtib edərkən o, 45 saat laboratoriyada fasiləsiz işləmişdi. Təsəvvür edin, Edison, ömrünün axır günlərinə qədər gündə 15-16 saat işləyirdi.

Dünya az qala hər saat tələb edir ki, onu tədqiq edib, öyrənsinlər. Elmin və texnikanın bu qədər inkişafına baxmayaraq, hər gün hansısa cəsur insan nəyinsə yenisini aşkara çıxarır, kəşf edir. Əgər insan dünyaya olan marağını və həvəsini itirsə, o, sanki bir şəxsiyyət kimi həlak olur. Ancaq əgər öyrənmək, araşdırmaq və dərk etmək cəhdi varsa, deməli onda tez-tez cəsarət nümayiş etdirmək və risk etməklə bərabər, həmçinin hamının gedə bilmədiyi yüksəkliklərə qalxmaq şansı da olacaq.

İnsan inandığı dəyərlərin, ideyanın sağlamlığına əmindirsə və onlar mötəbər təcrübə hesabına, müxtəlif sınaqlardan keçərək formalaşıbsa, onda həmin dəyərlərin, ideyanın üzərində möhkəm dayanmaq lazımdır. Həyatda çox vacib şeylər var: zəifləri qorumaq, ədalətə nail olmaq – bunları çox az adam eləyir. Başqaları susduğu və yalanlara uyduğu halda, sən susmursan və haqsızlığa boyun əymirsən. Hətta sənə çoxlu pul və başqa imkanlar təklif olunsa da, sən nəfsinə məğlub olmur və dəyərlərindən vaz keçmirsən.

İnsanlar hər dəfə haqsıslıq və ədalətsizlik qarşısında susanda, dünya daha da qaranlıq və xoşagəlməz yer olmağa başlayır. Bu ən çox elə insanın özünə hörmətsizliyidir.

İndi başa düşürsünüz ki, niyə ölkəmiz belə boz və qaranlıqdır və insan kimi bizə nə üçün hörmət edilmir?! Çünki özümüz özümüzə hörmət qoymur və haqsızlıq qarşısında qorxudan susuruq. Özünə hörmət etməyənə kim hörmət edəcək?!

Cəsarəti bir neçə şəkildə nümayiş etdirmək olar:

– Fiziki cəsarət

Çox vaxt birinci ağıla gələn fiziki cəsarət olur. Uşaqlıq xatirələrimiz başqalarını xilas etməkdən ötrü öz həyatlarını risklə atan cəsarətli döyüşçülər haqqında miflər və hekayələrlə doludur. Onlar təkcə mifik qəhrəmanlar deyillər. Hər ölkə öz qəhrəmanları ilə fəxr edir, onlar haqda kitablar yazır, filmlər çəkir, dünyaya gələn uşaqlara həmin qəhrəmanların adlarını qoyurlar. Bəs görəsən həmin uşaqlar o qəhrəmanların yaşına çatanda müxtəlif situasiyalarda az da olsa cəsarətli ola bilirlər?!  

– İntellektual cəsarət

Bəşəriyyət həmişə müxtəlif qlobal problemlərlə rastlaşır: ərzaq çatışmazlığı, havanın çirkliliyi, resurs qıtlığı və s. Biz həm də o dahi kəslərin cəsurluğu ilə fəxr edirik ki, onlar köhnə ideyaları yeniləyib, daha innovativ dəyişikliklər yarada bilirlər.

İntellektləri ilə cəsarət nümayiş etdirib, çətin dünyanı yeni ideyalarla asanlaşdırmağa çalışan Sokratdan, Qalileyə qədər olanlara, ondan sonrakılara, həmin yenilikçi ideyaları yaradan və məşəl kimi daşıyan hər bir ziyalıya bütün bəşəriyyat minnətdar olmalıdır. 

Bu şəxslər qılınc və avtomatla yox, daha çox kitab və qələm vasitəsi ilə cəsarət göstəriblər.

– Mənəvi cəsarət

Mənəvi cəsarət göstərən adamlar öz qətiyyət və daxili gücləri hesabına həm fiziki, həm də başqa təzyiqlərdən çəkinmədən mübarizə aparanlardır. Bu cəsarətin kökündə yüksək əxlaq və alicənablıq durur.

Burda ilk ağlıma gələn nümunə Mahatma Qandi oldu. O, heç bir siyasi təsir və ordu olmadan Hindistanı azad etdi. Həmin an onun ancaq mənəvi cəsarəti vardı. Qandi hansı ideya və dəyər uğrunda mübarizəyə girdiyindən xəbərdardı. O, ölümü belə gözə alıb, təhdid və şantajlardan çəkinmədən sona qədər geri addım atmadı və istəyinə nail oldu.

Bəşəriyyətin fiziki, intellektual və mənəvi cəsur şəxsiyyətlərə həmişə ehtiyacı var. Məhz onlar tarixi irəli hərəkətə gətirir və sübut edir ki, insan vəhşi heyvanın inkişaf mərhələsinin növbəti pilləsi deyil. Yəni, insan təkcə yeyib, içib, çoxalmaqla kifayətlənən bioloji varlıq deyil.  

Cəsarət xüsusiyyəti əslində hamıda var. Onu daha çox impulslaşdıran kənar təsirlərdir. Kitablar, filmlər, tanıdığımız, tanımadıqlarımızın hansısa nitqi, çıxışı cəsarət duyğusunu qabarda bilər. Başlıca təsir isə çox vaxt evdən, ailədən gəlir. 

Daxilən azad valideynlər övladlarına cəsarət hissini bolluca ötürə bilirlər. Düzdür, əgər kiminsə valideyni onu cəsur böyütməyibsə də, bu  o demək deyil ki, həmin adam ömür boyu cəsarətsiz qala bilər. Hər bir kəs qorxularının üzərinə gedərək, özünü psixoloji olaraq inkişaf etdirib, cəsarət keyfiyyətini yüksəldə bilər. Bir şey var ki, bu xüsusiyyət mənəvi dəyərlər aşağı olanda itir, ya da özünə qara qütbdə yer seçir. Ona görə də dəyişmək istəyənlər özlərinə niyə və nə üçün dəyişmək istədikləri barədə suallar verməlidilər.

Unutmaq olmaz ki, cəsur kəs zalımların düşmənidir. Çünki o, qorxusunu boğur və mübarizədən vaz keçmir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

1623100562_132879_89
.

Donbassda milli düşüncə və tarixi proseslər (1917-2014)

27 İyul 2022
1782596528_0_0_1281_720_600x0_80_0_0_5e1bea2e8efa8471b7c6f2cfc1e0c9d0
.

Donbassda soyqırım iddiası

22 İyul 2022
Nietzsche_c_picture-allianceHeritage-Images_120332734_955
.

İnsan necə ağıllı ola bilər?

06 İyul 2022
14499020563061354277_1000x669
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində (1991-1993) – (3-cü hissə)

01 İyul 2022
2
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti (1991-1993) illərində – (2-ci hissə)

24 İyun 2022
15445403495c0fd0bd1ced00.18296051-750x375
.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində (1-ci hissə)

15 İyun 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel