bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

İbrahim Tatlısəsin oxşarı

Seymur Baycan Seymur Baycan
Sərbəst
16 Sentyabr 2019
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
Ibrahim tatlises turkey top 50
Paylaş

90-cı illərin ortalarında “28 May” metrostansiyasının yaxınlığında yerləşən yeraltı keçiddə ayaqqabı satırdım. Oranın necə bir yer olduğunu ifadə edə bilməyəcəm. O istedadın sahibi deyiləm. Bircə onu deyə bilərəm ki, tale məni vaxtından əvvəl cəhənnəmə atmışdı. Ülvi duyğularla yaşayan, xəyalpərəst, az-çox bəşəri dəyərlərdən artıq xəbər tutmuş bir gənc olaraq orada cəhənnəm əzabı çəkirdim. Maddi və ruhi vəziyyətim bərbad gündə idi. Müharibə nəticəsində hər şeyimizi itirmişdik və mənim kimi utancaq, çəkingən bir gənc yeraltı keçiddə tamam yad adamların arasında ayaqqabı satmağa məcbur olmuşdu.

Ruhi vəziyyət maddi vəziyyətdən də ağır idi. Rəğbət bəslədiyim siyasi lider siyasət meydanından biabırcasına birbaşa öz kəndinə qaçmışdı. Mənsub olduğum siyasi düşərgə davamlı olaraq məğlubiyyətə uğrayır və biz gülüş obyektinə çevrilirdik. 

Yeraltı keçiddə çox az adamla ünsiyyətdə olurdum. Orda bir tikə çörək uğrunda dəhşətli mübarizə gedirdi. Adamlar bir tikə çörək üçün bütün bəşəri dəyərləri, insanlığı ayaqlar altına atırdılar. Mənim üçün tamam yad olan mühitdə, artıq ədəbiyyatla yetərincə zəhərlənmiş bir gənc olaraq kiminləsə ünsiyyətdə olmaq, dərdləşmək, kiməsə inanmaq çətin idi. Ünsiyyət heç cür alınmırdı. Gözümün qarşısında iki-üç manat əldə etməkdən ötrü insanlar imam, peyğəmbər, ana, Quran, çörək, balalarımın canı deyib, hər şeyə yalandan and içirdilər. Cibgirlər gözümün qarşısında qoca qadınların, yaxud övladına məktəb bazarlığı etməyə gəlmiş kasıb adamların pulunu oğurlayırdılar. Axşam isə həmin pulla vağzal yaxınlığındakı kafelərdə yeyib-içirdilər. Bütün bu mənzərələri görəndə dəhşətə gəlirdim, heç cür bu mənzərələri həzm edə bilmirdim. Özümü aciz hiss edirdim. Bir sualdan çox qorxurdum – görəsən, mən də nə vaxtsa onlar kimi olacam?

Burda heç kimi xilas etmək mümkün deyildi. Sən görürsən ki, bir qadının çantasından pul çıxarıldı. Bir azdan o qadın ağlaya-ağlaya əbəs yerə pulunu axtarır. Üstəlik, bütün bu iyrəncliyə “bacarana can qurban” adı qoyulmuşdu.

İki-üç adamla salam-əleyküm səviyyəsində münasibətim vardı. Həmin adamlardan biri ilə günortalar bir yerdə nahar edirdik. Çünki lap əzəldən bir axmaq xasiyyətim var. Acından ölürəm, amma tək çörək yeyə bilmirəm. Həmsüfrəm sifətdən İbrahim Tatlısəsə oxşayırdı. Bunu ona tez-tez deyirdilər. İnsafən, o, başqalarından bir az seçilirdi. Onu başqalarından bir az fərqləndirən isə onun başqalarından bir az vicdanlı olması idi. Deyildiyi kimi, günahın böyüklüyü vicdanın həssaslığı ilə münasibdir. Vicdan nə qədər həssasdırsa, günah hissi bir o qədər böyük olacaq. Vicdanı olmayan adam heç bir əməli özünə günah hesab etməyəcək. Bəli, sifətdən İbrahim Tatlısəsə oxşayan həmsüfrəm bir az o birilərdən vicdanlı idi. Aldadırdı, amma kimi aldatmaq məsələsində bir az seçim edirdi.

Günlər keçdikcə o, İbrahim Tatlısəsə oxşamağına inanmağa başladı. Çünki İbrahim Tatlısəsə oxşadığını ona tez-tez deyirdilər. Belə olduğu halda həmsüfrəm özünü bir az da məşhur müğənniyə oxşatdı və nəticədə həyatında dəyişiklik baş verdi. O, asanlıqla qadınlarla tanış olurdu. Qadınlar onu görəndə açıq-aşkar deyirdilər: “Ona bax, necə İbrahim Tatlısəsə oxşayır”. Bu sözü deyənlərin arasında hər cür qadın vardı. İbrahim Tatlısəsin şöhrəti artdıqca həmsüfrəmin həyatındakı dəyişikliklər də asanlaşırdı. O, işə gec gəlib işdən tez gedirdi. Geyimi dəyişmişdi. Kökəlmişdi. Cavanlaşmışdı. Hər şey ona mümkün və asan görünürdü. Başına gələnləri mənə danışırdı. İbrahim Tatlısəsə oxşadığına görə onu evlərə qonaq çağırırdılar. O, müftə yeyib-içir və asanca pul qazanırdı. Qadınlar tez-tez onu sevindirirdilər. Bütün bunlar çox asanlıqla baş verirdi və bütün bunların asanlıqla baş verməsinin bir səbəbi vardı – o sifətdən İbrahim Tatlısəsə oxşayırdı.

Bir müddətdən sonra həmsüfrəm yeraltı keçidi tərk etdi. Zatən belə də olmalı idi. Proseslər buna doğru gedirdi. Mən onu çox sonralar gördüm. Kitab mağazasından çıxırdım. Çox az kitab satılmışdı, üstəlik, satılan kitabların pulunu da ala bilməmişdim. Xalqı, taleyimi, ümumiyyətlə bütün planeti lənətləyə-lənətləyə, söyə-söyə fikirli, qəzəbli bir halda yolu keçərkən bir qara maşın qarşımda dayandı. Siqnal verdi. Sürücü başını çıxarıb məni söydü. Bu, həmin adam idi. Sifətdən İbrahim Tatlısəsə oxşayan keçmiş həmsüfrəm. Yolun kənarında dayanan bir neçə adam necə ağır söyüş qazandığımı gördü. Növbə mənim idi. Qeyrətimi göstərməli idim. Lakin zorakılıq anlayışından uzaq olduğum üçün söyüşə söyüşlə cavab vermədim. Tez-tələsik kim olduğumu dedim, bir nəfəsə keçmiş günləri adama xatırlatdım. Bir olan Allaha şükürlər olsun ki o, məni tanıdı. Maşını qarşıda saxladı. Maşından düşdü. Hal-əhval tutdu. Söyüşə görə üzr istədi.

Soruşdu nə işlə məşğulsan? Dedim, nə bilim, jurnalist işləyirəm, işim yazmaqdı. Əlbəttə, bütün bunlar ona çox gülməli göründü. Məlum oldu ki, həmsüfrəm sifətdən İbrahim Tatlısəsə oxşamağını daha da qiymətləndirib və fəaliyyətini daha da genişləndirib. Allahın ona bəxş etdiyi lütfü bir şans kimi dəyərləndirməyi bacarıb. Onu toylara aparırlar. Toylarda o fonoqramla İbrahim Tatlısəsin bir-iki mahnısını ifa edir. İbrahim Tatlısəs kimi əl-qol atır. İbrahim Tatlısəs kimi danışır. Adamlar onunla şəkillər çəkdirirlər. Cibinə pul basırlar. Rusiyada yaşayan azərbaycanlılar onu öz övladlarının toyuna, ad gününə çağırırlar. O danışdıqca mən öz-özümə düşünürdüm: “İlahi, gör mən hansı insanların arasında yaşayıram. Bu, nə iyrənc bayağılıqdı? Hansı günahın yiyəsiyəm ki, bu adamların arasında yaşamağa məhkumam? Bu dərəcədə səviyyəsizlik olmaz…” Ürəyim bulanırdı. Birtəhər adamla sağollaşıb aralandım.

Bu görüşün üstündən təxminən bir il keçmiş olardı. Evdə çörək yeyirdim. Anam başda olmaqla iki-üç arvad toy kasetinə baxırdı. Ekranda görünən hər kadra münasibət bildirib boş-boş danışırdılar. Filankəsin gəlini arıqlayıb, filankəsə yubka yaraşmır, bu filankəsin nişanlısıdı, bu gömrükdə işləyir, bunu türmədən təzə buraxıblar, bunun nişanını qaytarıblar, yeməklər yaxşı deyildi, aşı gec gətirdilər, oğlan tərəfi özün vəhşi kimi aparırdı, qız tərəfin adamları varlı idilər, müğənni həvəssiz oxuyurdu… Qərəz, bildiyiniz söhbətlər. İş yox, güc yox.

Birdən mən ekranda keçmiş həmsüfrəmi gördüm. Onu toya çağırmışdılar. Doğrudan da tamada onu böyük təmtəraqla arenaya dəvət etdi. O, türk dilində toya gələnləri salamladı, bəylə gəlinə xoşbəxtlik arzuladi. Zalda alqışlar qopdu. Mən bu səhnələrə baxdıqca vəziyyətin ağırlığını dərk edirdim. Sifətdən İbrahim Tatlısəsə oxşayan keçmiş həmsüfrəm fonoqramla iki mahnı oxudu. Bütün bunlardan xəbərdar idim, keçmiş həmsüfrəm özü bunları danışmışdı, amma hardasa bunun belə olmadığına inamım vardı. Daha doğrusu, vəziyyətin bu dərəcədə ağır olmasına inanmaq istəmirdim. Dəhşətli kadrlar idi. Necə oldusa, bu adamı tanıdığımı dedim. Dedim ki, o vaxt onunla bir yerdə “28 May” metrosunda, “podzemka”da ayaqqabı satmışam. Sözün açığı, deyəsən, özüm də həyatda heç bir zibilə yaramadığımı, yanımda oturub toy kassetinə baxanlar üçün heç bir əhəmiyyət kəsb etmədiyimi artıq tamam dərk etmişdim. Ona görə bir balaca hörmət qazanmaq üçün sifətdən İbrahim Tatlısəsə oxşayan adamı tanıdığımı, həyatda görüşdüyümüzü, hətta bir neçə dəfə çörək yediyimizi ətraflı nəql etdim. Anam və xalam belə bir mübarək adamı həyatda şəxsən tanıdığıma görə xeyli sevindilər. Sonra anam ayağa qalxdı. Toyda çəkdirdiyi fotonu mənə verdi. Fotoda bir topa adam sifətdən İbrahim Tatlısəsə oxşayan keçmiş həmsüfrəmin başına yığışmışdılar. Anam da onların arasında idi və çox xoşbəxt görünürdü. Mən fotoya baxdım, baxdım, baxdım… Sonra başımı masanın üstünə qoyub, gözlərimi yumaraq öldüm…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
426483665 0 109 1960 1212 1920x0 80 0 0 d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

Tural Həmid
18 Fevral 2026
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör