bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Millət nədir?

AzLogos AzLogos
Sərbəst
04 Yanvar 2020
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
A939
Paylaş

11 mart 1882-ci ildə fransız yazıçı, tarixçi və arxeoloqu Ernest Renan-ın Sorbonda oxuduğu məruzəni İlahə Ucaruhun ixtisarlı tərcüməsində təqdim edirik.

…Millət quruculuğunun ən əsas amili – unutmağı bacarmaqdır, başqa sözlə — tarixi yanlışlıqdır, bu səbəbdən də tarixi araşdırmaların tərəqqisi əksər hallarda millət üçün təhlükə kəsb edir. Gerçəkdən də, tarixi tədqiqatlar, bütün siyasi təşkilatlanmaların astanasında baş vermiş zorakılıq faktlarına (nəticələri çox faydalı olsa belə) işıq salır. Birlik həmişə güc ilə yaradılır; Quzey və Güney Fransanın ittifaqı, təxminən bütöv bir əsr davam edən qırğın və terrorun nəticəsidir. Belə demək mümkünsə, bir əsr ideal kristallizator olmuş Fransa kralı, dünyada ən yaxşı milli birlik yaratmışdı, daha yaxından tədqiq edildiyində isə kral öz nüfuzunu itirmişdi; yaratdığı millət ona lənət oxuyur, hal-hazırda onun əhəmiyyətinin və etdiklərinin mənasını ancaq təhsilli insanlar bilir…

 …Habsburg evi fərqliliyini, bəzən hətta qarşılıqlı düşmənliyini də qorudu. Bohemiyada çex və alman elementləri bir stəkandakı yağ və su kimi bir-birinə qarışmırdı. Türklərin millətlərin dinlə ayrılması siyasətinin çox ciddi nəticələri var: Şərqin məhvinə səbəb oldu. Salonik və ya Smirna kimi bir şəhər təsəvvür edin; orada hər birinin öz xatirələri olan və demək olar bir-biri ilə heç bir əlaqəsi olmayan beş-altı icma tapa bilərsiniz. Milli mahiyyət – məhz fərdlərin ortaq nöqtələrinin yetərli olmasıdır, bir çox şeyləri isə ümumiyyətlə unutmaq zərurətidir. Heç bir fransız əslinin burqund, alan, yoxsa vestqot olduğunu bilmir; Fransanın hər bir vətəndaşı Varfolomey gecəsini[1], XIII əsrdə Cənubda baş vermiş qətlləri unutmalıdır. Fransız mənşəyini sübut etmək üçün Fransada 10 soyad belə mövcud deyil. Sübutlar olsa da, minlərlə naməlum qan calaqları nəticəsində bütün geneoloji sistemləri darmadağın edə biləcək sübutlar yetərli olmayacaq…

 …Ən böyük ölkələr – İngiltərə, Fransa, İtaliya, qanın ən çox qarışdığı ölkələrdir. Almaniya bu baxımdan bir istisnadırmı? Tamamilə Alman ölkəsidirmi? Necə də böyük yalnışlıqdır! Bütün cənubi Gallis, Elbe-dən başlayaraq şərqi slavyanlardan ibarət idi. Bəs sırf alman hesab olunan hissəsi? Vacib sualların birinə gəldik. Müasir xalqların təşkilində etnoqrafik fərqlərin əhəmiyyəti yox idi. Keltlər, iberilər, almanlar Fransaya, almanlar, keltlər, slavlar isə Almaniyaya girmişdilər. Etnoqrafik mənzərə bütün digər ölkələrə nisbətən İtaliyada daha da qarışıqdır. Orada qallar, etrusklar, pelasqlar, yunanlar mürəkkəb bir qarışıq təşkil edirdi. Bütövlükdə ingilis adaları, seltik və alman qanının bir hissəsi, əlaqələrinin müəyyən edilməsi olduqca çətin olan qarışıqlıq kimi görünür.

…Müasir millət – eyni istiqamətdə fəaliyyət göstərən bir sıra faktların tarixi nəticəsidir.

Birlik – gah sülalə (Fransa), gah bilavasitə əyalətin istəyi ilə (Hollandiya, İsveçrə, Belçika), gah feodalizmin kaprizlərinə tədricən qalib gələn ümumi ruhla (İtaliya, Almaniya) realizə edilir. Bu cür quruluşların hər zaman dərin bir səbəbi olub. Bənzər hallarda prinsiplər tamamilə gözlənilməz təsadüflər kimi təzahür edir. İtaliyanı birləşdirən onun öz məğlubiyyətləri olduğunu, Türkiyənin isə öz qələbələri ilə taqətdən düşdüyünü bu günlərdə görürük. Hər bir məğlubiyyət İtaliyanı irəliyə aparır, hər bir qalibiyyət isə Türkiyəni məhv edirdi, çünki İtaliya millət, Türkiyə isə (Kiçik Asiyanı çıxmaq şərtilə) millət deyil. Fransanın şöhrəti ondadır ki, Fransa inqlabı zamanı o, millətin öz iradəsi ilə var olduğunu bəyan etmişdi. Kimlərinsə özünü bizə bənzətmək istəyini pis saymamalıyıq. Millətlərin prinsipi – bizim prinsipimizdir. Lakin millət nədir? Niyə Hollandiya millətdir, Hannover və Böyük Parm isə millət deyil? Özünün yaratdığı prinsipin yoxa çıxmasına baxmayaraq, Fransa özünü millət hesab etməyə necə davam edə bilər? Niyə üç dilli, iki dinli, üç və ya dörd qəbilədən ibarət olan İsveçrə millətdir, bu qədər eyniliyi olan Taskana isə millət deyil? Niyə Avstriya millət yox, dövlətdir? Millətlər prinsipi irqlər prinsipindən nə ilə fərqlənir? Hər bir şüur sahibi özü ilə təzadda olmamaq üçün bu suallara aydınlıq gətirməyə can atır. Bu dünyanın işləri daha belə mülahizələrlə idarə edilmir; lakin səthi ağıl çaşqınlığına son qoymaq naminə şüurlu insanlar bu sahəyə də işıq salmaq istəyirlər…

…Millət – ruhdur, ruhani prinsipdir. Mahiyyətcə eyni olan iki şey bu ruhu, bu ruhani prinsipi təşkil edir. Biri – keçmişdə, digəri – gələcəkdədir. Biri – zəngin xatirələr irsinə ümumi sahib olmaqdır, digəri – ümumi razılıqdır, birgə yaşamaq, əcdadlardan qalan bölünməmiş mirasın razılaşdırılaraq birgə istifadəsinə davam etmək istəyidir. Əziz cənablar, insan birdən-birə yaranmır. Millət də, fərdlər kimi, davamlı səylərin, qurbanların, fədakarlıqların nəticəsidir. Əcdad kultu – bütün kultların ən qanunisidir; hal-hazırda bizim belə olmamız əcdadların əməlləridir. Milli ideyanın bünövrəsini təşkil edən əsas kapital bunlardır: şücaətli keçmiş, böyük insanlar, əzəmət (lakin səmimi). Keçmişdə ortaq şan-şöhrətə, gələcəkdə ortaq arzulara malik olmaq, birgə böyük işlərə qol qoymaq, onları gələcəkdə də istəmək – xalqolmanın əsas şərtləri bunlardır. Verilmiş qurbanlara mütənasib sevərlər; taleyə düşmüş və yaşanılmış bəlalara mütənasib sevərlər. Bir vaxtlar birgə tikilmiş, sonralar isə uçurulmuş evi sevərlər. Belə bir Sparta mahnısı var: “Siz nə idinizsə, biz də oyuq; indi siz nəsinizsə – biz də o olacağııq.” Bu, sadə olduğu qədər də hər bir vətən üçün keçərli olan ən yaxşı himndir…

…Keçmişdəki ortaq şöhrəti və ortaq peşmanlıqları paylaşmaq, gələcəkdə eyni proqramı həyata keçirmək, birlikdə əzab çəkmək, ləzzət almaq, ümüd etmək, ümumi gömrük və sərhədlərdən, müvafiq strateji mülahizələrdən daha yaxşıdır; irq və dil fərqlərinə baxmayaraq məhz bunlar nəzərdə tutulur. İndicə “Birlikdə əzab çəkmək” dedim. Bəli, ümumi iztirablar ümumi sevinclərdən daha çox birləşdirir. Milli yaddaş məsələsində matəm zəfərdən daha böyük məna daşıyır: zəfər – məsuliyyət yükləyir, matəm – ümumi səylərə səbəb olur. Fərdin mövcudluğu – həyatın daima təsdiqi olduğu kimi, millətin mövcudluğu da, belə demək mümkünsə, gündəlik plebisitdir (gündəlik referendumdur, xalq seçimidir.—Tərc.) 

…Özünün çeşidli, çox vaxt əks qabiliyyətləri ilə millətlər, sivilizasiyanın ümumi işinə xidmət edirlər; onların hamısı bəşəriyyətin böyük konsertinə öz səslərini qatır. Ümumilikdə bəşəriyyət, nail olduğumuz ən ali ideal gerçəklikdir. Ayrı-ayrılıqda onların hər birinin zəif tərəfləri var. Lakin bütün bu özəl dissonanslar bütövlükdə yoxa çıxa bilər. Yazıq bəşəriyyət! Başın nə qədər bəlalar çəkib! Hələ qarşıda səni neçə-neçə sınaqlar gözləyir! Yoluna səpələnmiş saysız-hesabsız bəlalardan qorunmaq üçün müdriklik ruhu rəhbərin olsun!

…Fikirlərimi ümumiləşdirirəm. İnsan – nə irqin, nə dilin, nə dinin, nə çay axarlarının, nə dağ silsilələrinin qulu deyil. Sağlam məntiqli və yanar ürəkli insanların böyük toplumlara yığılması millət adlanan mənəvi şüur yaradır.

…İndiki zəmanədə qeyri-müasir olmaq cəsarəti – bəlli dövrlərdə gələcəyə haqqı olmanın yeganə vasitəsidir.

Ernest Renan

[1]. Varfolomey gecəsi—Fransada dini müharibələrin nəticəsində 23 avqust 1572-ci ildə Parisdə baş vermiş hadisə. Bu dəhşətli gecə barədə filmlər çəkilmiş və bədii əsərlər yazılmışdır. “Varfolomey gecəsi” ifadəsi bir çox xalqların dilinə daxil olaraq, mənfi çalar qazanmış və müqavimətə gücü çatmayan günahsız insanların kütləvi halda qətlə yetirilməsi mənasını almışdır (Tərc.)

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
426483665 0 109 1960 1212 1920x0 80 0 0 d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

Tural Həmid
18 Fevral 2026
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör