bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Müalicə üçün xaricə getməyə ehtiyac yoxdur

AzLogos AzLogos
Sərbəst
19 Dekabr 2019
Oxuma vaxtı:9 dəqiqəyə oxunur
63622540 6932 4ae6 a569 8bc5a2eebb55
Paylaş

Nüfuzlu Lundbek Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülən Dünya Baş Ağrıları Cəmiyyətinin sədri, Danimarkada yaşayan azərbaycanlı həkim, professor Məsud Aşinanın “Report”a müsahibəsi:

– Məsud bəy, uzun müddətdir ki, Danimarkada yaşayır və fəaliyyət göstərirsiniz. Necə oldu ki xaricə getmək qərarına gəldiniz?

– Mən 1965-ci ildə Bakıda doğulmuşam, bakılıyam. 20 nömrəli məktəbdə təhsil almışam. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirəndən sonra qərara gəldim ki, ya Avropaya, ya da Amerikaya gedib işləyəcəm. Tələbəlik illərindən də nevrologiyaya marağım vardı. Fikirləşdim ki, Avropa və ya Amerikada elmi işlə məşğul olmaq üçün daha çox imkanlar var. Elə o zaman yolum, tam təsadüf nəticəsində Danimarkaya düşdü. Yəni, mənim Danimarkaya köçmək planım yox idi. 1989-cu ildə kiçik qardaşımla birlikdə – ikimiz Danimarkaya köçdük və qardaşım Kohenhagen Tibb Universitetində təhsil almağa başladı. Mən də öz diplomumu təsdiq etdirmək üçün 4 imtahan verdim və sonra işləməyə başladım. Karyeram da buradan başladı. İnternaturadan sonra 4 ilimi baş ağrı mövzusunda elmi işlərə həsr etdim. Yazdığım iki dissertasiyanın birini 2000-ci ildə, digərini 2003-cü ildə müdafiə etdim. Sonra urologiya sahəsində rezidenturanı bitirəndən sonra uroloq oldum. 2006-cı ildə, təxminən, dosent səviyyəsində professor müavini işlədim. 2014-cü ildən isə professoram.

– Bəs niyə Azərbaycana qayıtmadınız?

– İşlərim hamısı alındı deyə daha Azərbaycana qayıtmadım. Həm də mən artıq Danimarkada fəaliyyətə başlamışdım və məni gələcəkdə üzərində işləyəcəyim elmi işlər gözləyirdi. Fəaliyyətim artıq orada davam edir.

– Azərbaycana tez-tez gəlib-gedirsiniz?

– Azərbaycana tez-tez gəlirəm. Hər dəfə gələndə vaxtdan asılı olaraq mühazirələr də oxuyuram. Mənim burada çox yaxşı əlaqələrim var.

– Bəs, Bakıda yaşayan qohumlarınız varmı?

– Əlbəttə, mənim qohum-əqrəbamın əksəriyyəti Bakıda yaşayır. Eyni zamanda, burada dostlarım yaşayır. Ona görə tez-tez gəlməyə məcburam.

– Məsud bəy, 30 ildir Danimarkada yaşayırsınız. Orada Azərbaycan diasporu varmı? Siz azərbaycanlı olaraq bu ölkədəki həmyerlilərimizin durumunu necə qiymətləndirirsiniz?

– Danimarkada çox fəal Azərbaycan diasporu var. Azərbaycan üçün əlamətdar günlərdə, bayramlarda Azərbaycan diasporunun nümayəndələri tez-tez bir araya toplaşır və birlik nümayiş etdirirlər. Görüş yerlərimizdən biri də azərbaycanlıların toylarıdır.  

– Bəs, sizin fikrinizcə Danimarkadakı azərbaycanlı gənclərin fəaliyyəti hansı səviyyədədir?

– Danimarkada yaşayan azərbaycanlı gənclər daha fəaldırlar. Onlar cəmiyyətə daha çox inteqrasiya ediblər və mən inanıram ki, onların səsi Azərbaycana da gəlib çatacaq. Onların fəaliyyəti Azərbaycan üçün də xeyirli olacaq. Çünki onlar Danimarkada doğulsalar belə, Azərbaycana bağlıdırlar. Mən öz oğlumun simasında da bunun şahidi olmuşam. Çünki bu gənclər Azərbaycanı və azərbaycanlıları sevirlər.

– Doktor, hazırda dünyada nevrologiya sahəsində vəziyyət necədir?

– Nevrologiya çox böyük bir hərəkətdədir. Bu gün insanlar daha çox yaşayır. Gələcəkdə bu da çox böyük problemlərə yol aça bilər. Çünki çox yaşayanda neyrodeqenerativ xəstəliklər daha da çoxalacaq. Bu xəstəliklər qoca insanlarda əmələ gəlir. Ona görə dünyanın böyük şirkətləri bu məsələ ilə ciddi məşğuldurlar və həmin xəstəliklərin qarşısının alınması üçün təbii dərmanlar tapmaq istəyirlər. Çünki bu, böyük bir problemdir. Ona görə də nevrologiya sahəsi dünyada çox əhəmiyyətli sahədir.

– Bəs Azərbaycanda vəziyyət necədi? Nevrologiya sahəsində çalışan alim və həkimlər dünyadakı yeniliklərlə ayaqlaşa bilirlərmi?

– Azərbaycanda da çox gözəl nevroloqlar var. Mən bu dəfə Bakıya gələn kimi ilk olaraq gənc nevroloqlarla görüşdüm və ilk müzahirəni oxudum. Sevindirici haldır ki, Azərbaycanda bu sahədə işləyən gənclərin potensialı böyükdür. Gənclərimiz çox ağıllı və savadlıdırlar.

– Azərbaycanlılar bir çox hallarda müalicə üçün xaricə üz tuturlar. Buna birmənalı yanaşma yoxdur. Bəziləri hesab edir ki, bu, bütün dünyada gedən prosesdir, digərləri isə düşünürlər ki, Azərbaycanda həkimə inam olmadığına görə vətəndaşlarımız müalicə üçün xarici gedirlər. Siz bunu necə qiymətləndirirsiniz?

– Əslində elə deyil, sadəcə olaraq Azərbaycanda müalicə üçün xaricə getmək bir trendə çevrilib. Mən hesab edirəm ki, bu, bir fobiyadır. Axı Azərbaycanda istənilən tibb sahəsi üçün çox savadlı mütəxəssislər var. Bilirsiniz ki, mənim böyük təcrübəm var və hər dəfə Azərbaycandakı tanıdığım həkimlərlə görüşəndə 5 dəqiqə ərzində onların hansı potensiala sahib olduğunu müəyyənləşdirə bilirəm. Ən əsası odur ki, bizim azərbaycanlı həkimlərimiz geridə qalmırlar və daim öz üzərlərində işləyirlər. Ona görə də hesab edirəm ki, müalicə üçün xaricə getməyə ehtiyac yoxdur, buradakı həmkarlarımız kifayət edər.

– Bəs Danimarkada hər hansı şəxs müalicə üçün xarici ölkələrə gedirmi?

– Yox, bizdə elə şey yoxdur (gülür).

– Sizin Azərbaycanda yaxın qohumlarınıza məsləhət gördüyünüz həkimlər varmı?

– Mənim qohum-əqrəbalarım bəzən mənə zəng edib deyirlər ki, filan sahəni bilən həkim lazımdır. Kimi məsləhət bilirsiniz? Mən də dərhal yönləndirirəm. Çünki mənim Azərbaycanda peşəkarlığına, savadına güvəndiyim həkimlər var. Yönləndirdiyim qohum-əqrəbalarımız hamısı razı qalıblar.

– Məsud bəy, siz nə vaxtsa Azərbaycana gəlib burada həkim kimi fəaliyyət göstərmək istərdinizmi?

– Açığı deyim ki, belə bir planım yoxdur. Çünki mənim böyük bir işçi qrupum var. Biz həm də 5 illik planlar üzrə fəaliyyət göstəririk. Bu planlar üzrə o qədər görüləsi işlər var ki, inanın, vaxtımız yoxdur. Mən Bakıya gələndə heç vaxt müraciət edən xəstəyə baxa bilmirəm. Təbii ki, mühazirə üçün xəstəliyi izah edərkən praktiki olaraq hər hansı xəstənin üzərində müşahidələr apara bilərik. Amma bu, sırf bizim elmi fəaliyyətimizə bağlıdır. Yəni, elə vaxtım yoxdur ki, burada müraciət edən xəstələri müayinə edim.

– Bu yaxınlarda Danimarkada 5,3 milyon avro məbləğində mükafat almısınız. Gözləyirdinizmi? Bunu necə qarşıladınız?

– İlk olaraq, onu deyim ki, bu mükafat yalnız Danimarkada verilir. Hər bir professor da çalışdığı sahə üzrə nominasiyasını müsabiqəyə təqdim edə bilir. Bu, böyük bir prosesdir. Eyni zamanda, bu qrant yalnız professorlara verilir. Bu dəfə bu mükafata sahib olmaq üçün də 53 namizəd vardı. Hər bir namizədin toplanan bütün sənədləri beynəlxalq səviyyədə təsdiq edilməlidir. Hər bir professor üçün 3 nəfər lisenziya yazır. Namizədlər lisenziya yazanların kimlikləri barədə heç bir məlumata malik deyillər. Çünki bu, anonim olur. Lisenziyaya verilən cavab müsbət olarsa, namizəd müsahibəyə çağırılır. Mən də bütün proseslərdən uğurla keçdikdən sonar bu ilin noyabrın 5-də müsahibəyə çağırıldım. Beynəlxalq münsiflər heyətinin iştirakı ilə müsahibədən uğurla keçdim. 53 nəfər namizəddən yalnız 16-sı müsahibəyə dəvət almışdı. Onlardan da yalnız 6-sı mükafata sahib oldu.

– Mükafat alan digər 5 alimlə tanışsınızmı?

– Onların birini çox yaxşı tanıyıram. Həmin professorla bizim aramızda işbirliyimiz olub. Onun çox maraqlı elmi işləri var. O, beyində xərçəng xəstəliyini və onun diaqnostikasını daha dəqiq araşdırmaqla məşğuldur.

– Bəs, mükafatı necə istifadə etməyi qərarlaşdırmısınızmı?

– Bu vəsaitin hamısı elmi işlərə sərf olunacaq. 6 illik proqram çərçivəsində görüləcək işlər var və onlara xərclənəcək. Bu mükafat məni həm də ona görə sevindirir ki, qrupumuzun üzvlərinin sayını genişləndirmək və onların maaşlarını vermək imkanımız olacaq. Yəni maliyyə elmi fəaliyyətin həyata keçirilməsinə sərf olunacaq. Bu, fərdi bir mükafat deyil. Bu, sadəcə olaraq çox böyük prestijli bir qrant layihəsidir. Bu məbləğdə mükafat ilk dəfədir ki, miqrenə verilir. Belə bir qranta layiq olmaq məni çox sevindirir.

– Necə düşünürsünüz: Sizin Nobel almaq şansınız varmı?

– Kimlərinsə mənim Nobel mükafatına layiq görülməyimi arzu etməsi mənə stimul verə bilər. Amma bir alim kimi deyə bilərəm ki, insan Nobel mükafatı almaq üçün çalışıb alim olmur. O proseslər öz-özünə gəlir. Təbii ki, mükafat – gördüyün işə dəyər vermək deməkdir, bu stimul ola bilər.

– Məsud bəy, bayaqdan fikir verirəm, həm konfrans, həm də müsahibə ərzində tez-tez su içirsiniz. Bu bir vərdişdir, yoxsa tibbi əsası var? 

– Su içmək insan sağlamlığı üçün mühüm qidadır. Bilirsiniz ki, mən baş ağrıları ilə məşğulam. Hər zaman xəstələrimə tövsiyə edirəm ki, çox su içsinlər. Çünki az su içmək bu cür xəstəliklərin müalicəsinin qarşısını ala bilər. Fərqi yoxdur ki, soyuq və ya isti olsun. Əsas odur ki, normal temperaturda olsun.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
426483665 0 109 1960 1212 1920x0 80 0 0 d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

Tural Həmid
18 Fevral 2026
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör