Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Zaman nədir?

AzLogos AzLogos
Elm
08 Fevral 2021
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
RawImage
Paylaş

Zaman – hər gün əlaqədə olduğumuz və keçmiş, bu gün və gələcək kimi xarakterizə etdiyimiz substansiyadır. Zamanın irəliləməsi təcrübəmizdə təcəssüm tapır, gələcək bu günə, indiki zaman isə keçmişə çevrilir. Zaman anlayışı və onun proqressiyası olmadan hərəkət və dinamika haqqında danışmaq faktiki qeyri-mümkündür. Bu, kosmik fəzanı qavrayışımıza bənzəyir.

Bir hadisə haqqında danışarkən onun harada və nə zaman baş verdiyini soruşmaq tamamilə realdır. Zaman da, məkan koordinatları kimi, hadisələri müəyyənləşdirmək üçün bir markerdir. Bununla birlikdə, zamanın məkandan fərqi, onu gündəlik həyatda necə qavradığımıza bağlıdır. Məkan koordinatları üzərində biz istənilən istiqamətdə sərbəst irəliləyə biliriksə, zamanla bağlı bizim yeganə istiqamətimiz irəlidir və temp dəyişməz olaraq qalır. Nə etsək də, saatın əqrəbi həmişə eyni tempdə hərəkət edəcək. Gələcək indini əvəz edəcək, o da öz növbəsində keçmişə çevriləcəkdir. Zamanın bu cür, yəni bir istiqamətdə irəliləmə kimi qavranılması, təbiətin fundamental təsviri ilə təsdiqlənmir və bu sual nəzəri fizikanın ən mürəkkəb sirlərindən biri olaraq qalır.

Klassik fizika və kvant mexanikasında zaman

Klassik fizikada zaman mütləq və dəyişməzdir. Bütün saatlar eyni sürətlə hərəklət edir və bütün insanlar vaxtı eyni cür qavrayırlar. Zaman konsepsiyası bizim onu gündəlik qavrayışımıza çox oxşayır. Bununla belə, klassik fizika zaman oxunu seçmir. Zamanın əks istiqamətdə axışı fizikada, adi zaman axışına tamamilə tən olan bir fenomendir. Klassik fizikaya görə, küçədə qabağa getmək, küçədə geriyə getməklə eyni şeydir.

Zaman konsepsiyasına gəlincə, kvant mexanikası da klassik fizika ilə həmfikirdir. Zaman sabit sürətlə hərəkət edir və hadisələr markerinin işarələnməsində istifadə olunur. Dalğalı funksiyanın kollapsı konsepsiyası kvant mexanikasının mərkəzi tənliyi, T-simmetrik olan Şrödinger tənliyi ilə yanaşı gəlir. Bu, sistemin vəziyyətinin kənar müşahidəçinin müşahidə aparması və kvant mexanikasını klassik mexanikadan fərqləndirməklə müəyyənləşdirməsini nəzərdə tutan ideyadır. Beləliklə, dalğalı funksiyanın kollapsı – kvant qeyri-müəyyənliyinin həll olunduğu prosesdir. Bu T-simmetrik proses kimi görünür. Lakin, dalğa funksiyasının kollapsı mexanizmi zəif araşdırıldığından, bu mexanizmin zaman oxunu təyin edən mexanizm olduğunu iddia etmək çətindir. Xüsusilə, bu prosesin T-simmetrik olduğunu güman etmək üçün inandırıcı arqumentlər mövcuddur.

Zaman və nisbilik nəzəriyyəsi

Eynşteynin nisbilik nəzəriyyəsi zamanı qavrayış paradiqmamızı tamamilə dəyişdirir. Nəzəriyyə zamanın proqressiyasının universal olmadığını və onu kimin dəyişdirməsindən asılı olduğunu müdafiə edir. Belə olan halda saat, onu kimin taxmasından asılı olaraq müxtəlif sürətlərdə irəliləyir.

Sürəti artırmaqla, yaxud güclü cazibə qüvvəsinə (məsələn, qara dəliklərə) yaxın olmaqla zaman axışının sürətini dəyişdirmək, hətta onu dayandırmaq, geri döndərmək mümkündür. Nəzəriyyə belə deyir. Məsələn, qara dəliyin içində olan bir insan üçün məkan və zaman bir-birini əvəz etməyə başlayır, ona görə də qara dəliyə enmək, eynilə də qara dəlik xaricində zamanın sonrakı axışı qaçılmaz olur. Digər tərəfdən, zaman sağ və ya sol kimi istiqamətlərdən bir istiqamətə çevrilir. Nisbilik, zamanı vərdiş etdiyimiz məkan oriyentirləri ilə bir sıraya qoyur. Beləliklə, zaman da, universal olmayan məkan oriyentirləri kimi “əyilə” bilər. Bu əyriliyin ölçüsü zamanın axışının sürətidir. Buna baxmayaraq, nisbilik nəzəriyyəsində də tənliklər T-simmetrikdir. Bu o deməkdir ki, onlar hər hansı bir zaman oxuna üstünlük vermirlər.

Zaman oxu

Klassik, kvant və nisbi mexanikanın zamanla bağlı ortaq xüsusiyyətlərindən biri də nəzəriyyələrin heç birinin zaman oxunun tərifini verə bilməməsidir. Əlbətdə, bu tənliklərin həlli T-simmetriyanı poza bilər, lakin nəzəriyyələrin özləri də T-simmetrikdir. Bəs, T-simmetriya haradan çıxıb? T-simmetriyanın böyük hissəsi termodinamikanın nəticəsidir. Xüsusilə, termodinamikanın ikinci qanunu deyir ki, sistemin entropiyası zamanın axışı ilə artır. Məsələn, bu qanunun nəticəsi olaraq, siz heç bir zaman günəşdə əriyən və buz parçasına çevrilərək ətrafı qızdıran bir yağış gölməçəsi görməyəcəksiniz. Nəzərə alınmalıdır ki, bu qanun fundamental fizika tənliyindən alınan ciddi bir riyazi nəticədən daha çox statistik fərziyyədir. Bəs, nə üçün belə bir statistik qanun həqiqət olmalıdır və o, fizikanın fundamental qanunları ilə necə əlaqəlidir? Məhz bu sual hazırda “zaman oxu problemi”ni təşkil edir.

Mehdi Qodazqar, Nəzəri Fizika doktoru, Cambridge Universiteti

Serious Science

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Akademi Ödülü Kazananlar TR
.

Prof. Məsud Aşina Türkiyənin nüfuzlu mükafatına layiq görüldü

AzLogos
07 Dekabr 2021
Neuralink
.

Super süni zəka nəyimizə lazımdır?

Hacı Hacıyev
17 Avqust 2021
Ca 1214NID Brain Bank online 1140x570
.

Miqren tədqiqatlarında qlobal tendensiyalar – Prof. Məsud Aşina siyahıda üçüncüdür

AzLogos
28 İyun 2021
Getty 177226897 2000133320009280339
.

Həyat mübarizəsi – uğur, şans və səs-küy

Niyyət Bayramzadə
15 İyun 2021
SCIENCE IS A COMMUNAL SUBPOENA
.

Elm nədir və nə deyil? Elm konsepsiyası ilə preliminar tanışlıq

Nicat Əsədullayev
19 May 2021
Bildschirmfoto 2021 04 09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

Vüsal Quliyev
09 Aprel 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör