Azlogos
  • Qaydalar
  • Kimlər var

1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bahis keyfini doyasıya yaşamak isteyenlerin tercihi Bettilt olmalıdır.

Türkiye’de oyuncuların önemli kısmı düşük miktarlı bahislerle başlar, Bahsegel deneme bonusu düşük limitleri destekler.

Bahis dünyasında gelecek yılın yeniliklerini sunacak olan Bahsegel şimdiden konuşulmaya başlandı.

Bahis platformlarının %72’si artık kripto para desteği sunmaktadır; Bettilt 2025 bu yeniliği güvenli şekilde entegre etmiştir.

Futbol ve basketbol kuponları yapmak için Bettilt kategorisi tercih ediliyor.

2025 yılında yepyeni özellikler sunacak olan bahsegel sabırsızlıkla bekleniyor.

Online platformda hızlı işlem garantisi sunan bahsegel giriş kullanıcılarına zaman kazandırır.

Yüksek kazanç oranlarıyla her zaman dikkat çeken bahsegel türkiye bahis dünyasında liderdir.

Kullanıcılar sisteme hızlı giriş yapmak için paribahis linkini kullanıyor.

Online dünyada daha çok eğlence isteyenler casino kategorisine yöneliyor.

Yatırım yapanlar için özel olarak hazırlanan paribahis güncel giriş kampanyaları büyük ilgi görüyor.

Global casino oyunları pazarının yıllık büyüme oranı %10 olarak hesaplanmıştır; bu, paribahis güncel link’in yatırım yaptığı bir alandır.

Slot makineleri ve rulet heyecanı yaşayan kullanıcılar paribahis giriş sayfasına yöneliyor.

Bahis dünyasında kazancın adresi haline gelen bettilt güvenilirliğiyle öne çıkar.

Global pazarda da kendini kanıtlayan bettilt platformu Türk oyunculara da hitap ediyor.

VIP rulet masaları yüksek bahis yapmak isteyenler için özel olarak hazırlanmıştır, bettilt indir apk bu ayrıcalığı sunar.

Canlı bahislerde yüksek oran ve hızlı işlem avantajı sunan bahsegel giriş güncel, profesyonel bir bahis deneyimi yaşatır.

Kullanıcılarına özel ödül ve geri ödeme programlarıyla Paribahis kazanç sağlar.

Curacao Gaming Authority’ye göre 2024 itibarıyla 2.100’den fazla aktif lisans geçerlidir; bu lisanslardan biri bettilt bonus’e aittir.

Zər, yoxsa mat?

Gülnar Əhməd Gülnar Əhməd
Sərbəst
08 Fevral 2021
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
2720239039 w640 h640 nabor 3 v
Paylaş

“610-cu ildə şahmat icad olunandan sonra Hind imperatoru onu fars hökmdarı Nevşiyana göndərir və yazır: “Kim daha çox düşünür, daha yaxşı bilir, kim irəlini daha çox görürsə, o qazanar. Bax, həyat budur…”

Fars hökmdarı, vəziri Buzur Mehrə şahmata qarşı yeni oyun tapmağı əmr edir. Vəzir on gün içində nərdi icad edir. Fars hökmdarı yeni oyunu hind hökmdarına yollayır və zərləri nəzərdə tutaraq, şeirə bu sözləri əlavə edir: “…Amma bir az da şans lazımdır. Bax, həyat budur.”

Ümumi qəbul olunmuş bir fikir var: şahmat azad iradənin, nərd isə şansın-bəxtin qalib gəldiyi oyundur. İradə azadlığı şəraitdən asılı olmayaraq, insanın seçimetmə imkanının olmasıdır. Keçən əsrin 50-ci illərinin sonunda iradə azadlığının tərifində dəyişiklik yaranmağa başladı, iradə azadlığının şərtlər, imkanlar çərçivəsində mümkünlüyü mövzusu ilə bağlı araşdırmalar edildi. Bir növ bazar münasibətləri kimi, şərtlər seçim imkanlarını təklif edir, azad iradə seçir. İstər bir olsun, istər milyon, halqa təklif olunanlarla bağlıdır, sonsuz və qeyri-müəyyən deyil. Azad iradə malik olduğu seçim etmək qabiliyyətinə görə, ehtimallar arasından birini seçəcək.

“Şahmat kodlaşdırılmış, qaydalara tabe, hər fiquru nisbi gücə sahib, təmiz semiotika elmidir.” (G.Deleuze-F.Guattari)

Nəzəri olaraq intuisiyaya görə, şahmatda oyun başlayandan etibarən ikinci gedişdən sonra növbəti səkkiz fərqli gedişin, üçüncü gedişdən sonra 355 fərqli gedişin əvəllcədən təxmin edilə bildiyi məlumdur, bir şahmat oyununda ən çox 5870 gediş oynanıla bilər. (www.gokyaysatrancvakfi.org.tr) Oyunçular, azad irədəsini ancaq bu gedişlər arasında istifadə edə bilərlər. Bu məsələdə qeyri-müəyyənlik yoxdur. Halqa təklif olunanlarla sərhədlənir. “Müharibə”, halqanın içərisində və ancaq onun silahları ilə gedə bilər. Şahmat, deterministik oyundur.

Süni intellekt Deep Blue 1996-cı ildə bir saniyədə 200 milyon mövqe dəyərləndirə biləcək səviyyəyə gəldi. Nəzəri olaraq bütün bunlar açıqlandığında və bu prosesləri dəyərləndirmə üsulu aşkar olduqda, hələlik proqnoz olunmayan gedişlər, insanlar üçün təxmin oluna bilən vəziyyətə gələcək.

Şans nədir?

Şans məsələsini araşdıran psixoloqlardan biri, beynəlxalq qəzetlərdən birində özünü həmişə şanssız və ya şanslı hiss edən adamların onunla əlaqə saxlaması üçün elan verir. Psixoloq, müraciət edənlərin həyatını uzun müddət müşahidə edir və onlar arasında çoxlu sayda testlər aparır. Testlərin birində həm şanslı, həm də şanssız insanlara bir qəzet verir və pasientlərdən, qəzetdə neçə ədəd şəkil olduğunu söyləmələrini istəyir. Qəzetin ortasında bir yerə “bunu gördüyünü test nəzarətçisinə bildirən şəxs 250 dollar qacanacaq” yazılmış 5 sm. şriftli böyük bir mesaj yerləşdirir.

Psixoloq qəzetin səhifələrini çevirən pasientləri müşahidə edərkən özünü şanssız xarakterizə edənlərin daha gərgin olduğu diqqətini çəkir.

Qayğılı vəziyyət, gözlənilməyənin fərqinə varmaq qabiliyyətinə zərər verir. Nəticədə fürsət fövtə verilir, çünki belə halda fikir başqa bir şeyi axtarmaq üzərində cəmləşir.

Belə adamlar şənliklərə mükəmməl ər, yaxud arvad tapmaq düşüncəsi ilə gedir, buna görə də yaxşı dostluq imkanlarını görə bilmirlər. Müəyyən iş elanlarını axtarmağa fokuslanıb qəzetlərə baxırlar, digər iş imkanlarına fikir vermirlər. Şanslı adamlar daha rahat və açıqdırlar. Dolayısı ilə yalnız axtardıqlarını deyil, axtardıqları yerdə axtardıqlarından əlavə olanları da görürlər. İntuisiyalarını dinləyərək şanslı qərarlar verə bilirlər.

“Nərdin 4 küncü 4 mövsümü, içindəki qarşılıqlı 6 xana 12 aya, oyun daşlarının sayı ayın 30 gününə, qara-ağ rəngdə olması gecə və gündüzə, qarşılıqlı 12 xana isə günün 24 saatına işarədir. Nərddə 4500-ə yaxın gediş ehtimalı olduğundan oyunda ustalaşmak əhəmiyyətlidir. Ancaq zərlərin şansı simvolizə etməsini nəzərə alaraq şans (bəxt) amili də önəmlidir.” Non-determinist oyunlar sırasına aid edilən nərddə oyunçunun iradəsindən kənar məslələr var, buna görə bəzən zəif oyunçular da qalib gələ bilir. Nərd haqqında ümumi fikir aşağı-yuxarı belədir.

Lakin qoşa zərin oyunçuya verdiyi ehtimallar özü də məhduddur. Nərd, tərəfləri 1-dən 6-ya qədər işarələnmiş iki 6 tərəfə (kub), 2 qoşa zər, oyuna istiqamət verə biləcək 21 cüt rəqəm müxtəlifliyinə malikdir: 1:1; 2:2; 3:3; 4:4; 5:5; 6:6; 1:2; 2:3; 3:4; 4:5; 5:6; 1:3; 2:4; 3:5; 4:6; 1:4; 2:5; 3:6; 1:5; 2:6; 1:6. Burada da halqa qapalıdır, ehtimal, zərlərin verəcəyin 21 cüt rəqəmdən ibarətdir. 22-ci cütün gəlmə ehtimalına, qeyri-müəyyənliyə yer yoxdur. Lakin nərddə, variantlar oyunçunun qarşısına təsadüfən çıxırmış kimi görünməkdədir. Sanki zərlər, oyunçunun hər şeyi özünün düşünüb qərar verməsi, yaxud oyunun yol verdiyi həddə iradəsindən istifadə etməsi əvəzinə, iradəsini başqasına verməsi funksiyasını yerinə yetirir. Yəni zərdən mədət umulur.

Nərd oyununda da bütün variantlar əvvəlcədən bəlli olan variantlardır. Eyni zamanda variantlara oyunçunun qərar verdiyini araşdırsaq, saf təsadüfdən söhbət gedə bilməz. Güman ki, nə zamansa nərd oyununda da heuristik alqoritmlər, yaxud başqa bir texnika, birinci gedişdən başlamış, sonuncu gedişə qədər zərlərin düşə biləcəyi 21 mümkün müxtəlifliyi və oyun qaydaları daxilində azad iradənin edə biləcəyi bütün gedişləri bir-bir müəyyənləşdirə biləcək.

Mütəxəssislərin fikrincə, nərd proqramını təkmilləşdirib yüksək səviyyəyə çatdırmaq hələlik olduqca çətin elementlərlə dolu olan prosesdir. Nərd oyununda zər ehtimallarının olması, cavabın tez verilməsi tələbi, SSM-in (state space model) modellənə bilməyəcək qədər böyük olması faktoru yüksək səviyyəli nərd proqramının hazırlanmasını daha da çətinləşdirir. Digər tərəfdən bu, süni intellekt və oyun nəzəriyyəsi mütəxəssislərinin mövzuya marağını artırır.

Oyunda fikirləşmək üçün zaman məhdudiyyəti və zər ehtimalları ilə çoxlu şaxələnmə meydana gəldiyinə görə bütün ehtimallara baxılması məntiqi ilə işləyən “brute-force” arama üsulu geniş istifadə oluna bilmir. Dəqiq cədvəllərin və dərin araşdırmaların olmaması nərd proqramlarını heuristik məntiqə yönləndirmək məcburiyyəti yaradır. Proqramçıların fikrincə, bir nərd proqramını inkişaf etdirmək üçün ya bu sahənin “usta”ları ilə işləmək, mövqelər və düşüncə sistemləri üzərində oxşar heuristik hesablama proqramlarını təkmilləşdirilmək lazımdır, ya da intellektual sinir şəbəkələrindən istifadə edilərək, “usta”ların ortaya çıxardığı bacarıqlar arasındakı əlaqə və mövqeləri klassifikasiya edə bilən bir texnika formalaşdırılmalıdır.

İnsanların nərd oyununu şansa-bəxtə güzəşt eləməsi, bəlkə də insan zəkasının nərd oyunu qarşısındakı acizliyinin göstəricisidir. Nəzərə alaq ki, nərdin zərlərdən gələn çoxşaxəliliyinə və düşünmək üçün məhdud zaman probleminə görə hələlik süni intellekt də oyunun bütün gedişlərini aşkar etməyib.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
426483665 0 109 1960 1212 1920x0 80 0 0 d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

Tural Həmid
30 Yanvar 2023
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör