Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“Yol”çuluq

Mirzə Mirzə
., Mövqe
07 İyun 2020
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
6
Paylaş

“De omnibus dubitandum est” (İnsan hər şeydən şübhələnməlidir).

K.Marks-ın sevimli ifadəsi

İnandığın, təsisi uğruna mübarizə apardığın ideyanı, ideyaya xidmət etmiş şəxsləri kultlaşdırdıqda, artıq sən o ideologiyanı yaşana biləcək ölkə qurmağı arzulayanlar üçün vasitədən çox, dinə çevirirsən. Bu “qutlu” din isə öz növbəsində “yol”u yaradır.

İdeologiya insana xidmət etməlidir. İnsan daima təkamül, inkişafda olduğu üçün, onun həyatına müsbət təsir edəcək ideologiyalar da tərəqqi etməli, öz dəyərlərini yeniləməlidir.

Əks təqdirdə biloji cəhətdən inkişafa, dəyişimə meyilli olan insan qəliblərin, ehkam halına salınmış şüuarların altında əziləcək. Artıq hər şey üçün gecdir, insan öz dəyərlərini sorğulaya bilmir. Ona görə bilmir ki, yola çıxdığı yüzlərlə, minlərlə adam ondan üz döndərər; müqəddəs amaldan qopsa, gerçək uğursuz “mən”i ilə baş-başa qalar və nəhayət pivəsini tək içər. Necə deyərlər, bunları gözə alacaq cəsarəti olmayanlar fəlsəfi intihara əl atıb olurlar “yol”çu.

Ağrılı nüanslardan biri odur ki, “yol”çular bildikləri, dərk etdikləri şeylər uğrunda yox, inandıqları dəyərlər uğrunda mübarizə aparmağa başlayırlar. İnanan insan inandığı dəyərləri despotik üsullarla müdafiə edəcək. Məsələn, Marks-ın qeyd etdiyi ümumbəşəri dəyərləri dərk etməyərək “yol”a qoşulan, iqtidara gəldikdən sonra isə milyonlarla insanı edam etdirən yoldaş Stalin kimi.

Həqiqətən, “yol”çular nəyə görə bu qədər despotik olur? Yeganə ümid yeri olan ideologiyanın boşa çıxmasından, yaxud başqalarında bu ideyaya qarşı ümidsizliyin, inamsızlığın yarana biləcəyindən bütün varlıqları ilə qorxduqları üçün ola bilərmi? Əlinə silah alıb özün kimi düşünməyənləri öldürməyə səni hazır edən qorxundur. Bir prosesə ümumbəşəri motivlərlə qoşulan gənc, beləcə olur şəriətçi, fanatik.

Sovetin ötən əsrin 30-cu illərində apardığı repressiya siyasətinin eynisini bugünki Stalin heyranlarının təkrar etməyəcəyinə, bürokratiyalarını qorumaq naminə yeni “Qulaq”lar yaratmayacağına, lazım gəlsə öz mübarizə yoldaşlarını belə qurban verməyəcəyinə zəmanət yoxdur. Əllərinə iqtidar keçsə, edəcəkləri iş budur. Sosial şəbəkədə adi bir polemika necə ağır mühakimələrə, ittihamlara səbəb olur, səni edamla hədələyirlər və düşünəndə ki, bu adamların əlinə bürokratik aparat keçsə nələr edərlər, adamın qanı donur.

İndi 1917-ci il deyil. Xalq uğrunda mübarizə apardıqlarını iddia edən adamlar, xalqın ən primitiv tələblərindən, istəklərindən xəbərsizdirlər. Bunun əvəzinə onlar Stalin-Trotski müzakirələri aparır, “Das Kapital”a Quran tək inanır, eyni zamanda da 21-ci əsrin solçu yazarlarından, nəşrlərindən, cərəyanlarından xəbərsiz yaşayırlar. Təsəvvür edirsiniz, bu, onları heç narahat etmir. Gülünc göründüklərinin fərqində deyillər. Əldə etdiyin bilikləri şəxsi mövqeyinə çevirə biləcək qabiliyyətə malik deyilsənsə, öz profilinə çəkilmiş, kənd kitabxanası təsiri bağışlayan adamdan başqası olmayacaqsan.

Azərbaycan xalqı isə müdrik xalqdır, gözü tərəzidir. Bu xalq onun sadə istəklərindən xəbərdar olan, onunla onun başa düşdüyü dildə danışan, qərəz ondan biri olanın idarəsi altında yaşamaq istəyir.

Azərbaycanlı olan qazanacaq. 

Yolumuz açıq olsun yoldaşlar!

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör