40 il bundan öncə yazılmış “Xanəndənin taleyi” (bəstəkar Cahangir Cahangirov, 1978) operasının baş qəhrəmanının prototipi Seyid Mirbabayevin acı taleyindən götürülüb.
Seyid (Mir Tağı) Mirbabayev (1867-1953) çox qəribə bir tale yaşamış xanəndə və milyonçu idi.
Onun haqqında görkəmli yazıçı, arxivist Manaf Süleymanov “Azərbaycan milyonçuları: Haci Zeynalabdġn Tağiyev” (1996) kitabında yazmışdı:
“Bəxt ulduzu birdən parlayan neftxudalardan biri də Seyid Mirbabayev idi.
Çox məlahətli səsi varmış, musiqi duyumu yaxşı imiş. Dövlətlilər bir-birinin bəhsinə onu toya dəvət edər, güclü pul, qiymətli hədiyyələr verərdilər. Varşavada səsini qramofon vallarına yazıb, çox baha qiymətə satırdılar; çox vaxt birə iki, birə üç qiymətə. Hacı Zeynalabdin Tağıyev həmişə ona tapşırarmış ki, “Ağa, səsindən muğayat ol, korlanmasın. O səs Allahın elə nemətidir ki, ələ düşməz; pulla almaq mümkün olmayan nemət. Allah bəxşişidir.”
Mirbabayevin varlanıb böyük dövlət sahibi olmasının maraqlı tarixi var. Bir dəfə Bakının adlı-sanlı, zəngin bir ailəsi əziz-xələf oğlanlarının toyuna Mirbabayevi çalğıçıları ilə çağırırlar. Çoxlu təmtəraqlı kef və toy məclisləri görmüş, püxtə, sərraf, arif xanəndə və sazəndələr o dəqiqə məclisin nəbzini tutub baĢa düĢürlər ki, bura ayrı aləmdir. Qonaqlar qızıl-cavahirat içində üzür, təkcə xəncər, beybut və tapançalarının qızıl-gümüşünə neçə-neçə göydələn, imarət tikdirmək olar.
Mirbabayev o dərəcədə məclisi şənləndirir ki, hər havanı oxuyub qurtaranda dəf dolusu əskinas, qızıl şabaş toplayır. Neftxudalar, tacirlər, gəmi sahibləri, ticarət mülk sahibləri bəhsəbəhs varını, səxavətini, toy sahiblərinə hörmətini gözə çarpdırıb üstün olmağa cəhd edirlər.
Xanəndə ilhamla, böyük ustalıqla segah muğamı üstündə bəyi tərifləməyə başlayır:
[…]
Görüm, a bəy, toyun mübarək olsun,
Atan, anan, bacın, dayın sağ olsun.
[…]
Oğlanın gözəl libaslı, belində qızıl kəmər, qızıl xəncər, tapança, boynundakı qızıl zəncirdən brilyant sallanmış dayısı yerindən qışqırır:
“Seyid, ana babamdan mənə miras qalmış “Bala Ģoranlıq”da qazdırdığım quyunu sənə xələt verirəm… Nə çıxsa, sənin bəxtinə, quyu başa çatana qədər xərci mənim boynuma. Cəddinə qurban olum, oxu, təriflə!”
Belə töhfədən sonra Seyid sağ əlini qoyur qulağı qənşərinə, adsız barmağındakı üzüyünün iri brilyant qaşı bərq vurur. (Seyid brilyant sərrafı və aşiqi imiş; əla nümunələri yığırmış), daha da cuşa gəlir, qavalı atıb-tutur, elə fəsahətlə, ilhamla davam edir ki, məclisdəkilər heyran qalır:
Xoşum gəlir söhbətindən, sözündən,
Xələti istərik bəyin özündən,
Görüm, a bəy, toyun mübarək olsun,
Sağdışın, soldışın bizə borc olsun.
[…]
Birdən xəbər gəlir ki, “Bala Ģoranlıq”dakı quyu fontan vurub. Yeri-yurdu
qızıl seli bürüyür, xanəndə Seyid bir anda dönür olur milyonçu Seyid… Neftxuda.
Varşavada səsi salınmış valları bir-bir baha qiymətə alıb sındırır ki, guya əsl sənəti
olan xanəndəliyi indiki milyonçuluğuna əskiklik gətirir, şan-şöhrətini azaldır.
Seyid Mirbabayev onu yüksəldib zirvələrə qaldıran, bu mərtəbəyə ucaldan
Allah vergisinə, xoş səsinə, xoş avazına pullanandan sonra həqarətlə baxır.
[…]
Seyid Mirbabayevdən sonra qarabağlı xanəndə Seyidi səsini yazmaq üçün Varşavaya dəvət edirlər. Gedir oxuyur və səsi vala düşür; adını soruşanda deyir ki, Seyid. Məəttəl qalırlar və deyirlər ki, Seyid adlı adamın səsi bizdə var. Necə olar, o da Seyid, sən də Seyid? Xeyli götür-qoydan sonra iki Seyidi bir-birindən ayırd etmək üçün qərara gəlirlər ki, ikinci Seyidə Şuşinski adını əlavə etsinlər.”
Seyid Mirbabayev 1920-ci ilə kimi ona məxsus olan, hazırki “AzNeft”in binasında yaşamışdı. Bolşeviklərin Azərbaycana gəlişindən sonra məcbur qalıb Fransaya, Parisə köçür və Seyidin sərvəti bir neçə ilə burada tükənir. Muflisləşmiş milyonçuya Parisdə Teymur bəy Aşurbəyli rastlayır və onun ağır vəziyyətinə acıyaraq Tehrana aparır. 1953-cü ildə, keçmiş milyonçu və xanəndə, qeyri-adi tale yaşamış Seyid Mirbabayev, Tehranda, mühacirətdə vəfat edir.