Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Xərçənglə mübarizədə Mansurov imzası

AzLogos AzLogos
Elm
14 Aprel 2020
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
MyCollages
Paylaş

Çikaqo Universitetinin (University of Chicago) alimləri xərçəngə qarşı yeni immunopreparat hazırlayıblar. Komandada azərbaycanlı alim də var. Bu haqda APA xəbər verir.

İmmunoterapiya bədənin ağ qan hüceyrələrini, əsasən də T limfositlərini, xərçəngə qarşı aktivləşdirən innovativ müalicə növüdür. İnterlikin-12 (IL-12) T limfositlərinin böyümə və differensiyasına səbəb olan zülaldır və xərçənglə mübarizədə böyük potensiyala malikdir. Lakin, bu zülalın bir sıra yan təsirləri mövcud olduğundan insanlarda tədbiqi mümkünsüz idi. Alimlər, IL-12 zülalını genetik yolla dəyişdirib, onu sağlam orqanlara deyil, məhz xərçəng hüceyrələrinə yönəltməyə nail olublar.

Bu texnologiya IL-12 zülalının effektivliyini qat-qat artırıb, yan təsirlərini tamamilə aradan qaldırıb.Bu tədqiqat, biomühəndislik və biotexnologiya sahəsində ən prestijli jurnallardan biri olan, Nature Biomedical Engineering jurnalında çap olunub.

Qeyd etmək lazımdır ki, öncəki tədqiqatlarda bu immunopreparat, toksikliyinə görə, birbaşa şiş nahiyyəsinə yeridilib. Bu isə, xərçəng xəstələri üçün bir sıra fəsadlara gətirib çıxarıb. Yeni tədqiqatda, IL-12 molekulu qan dövrani sisteminə (venadaxili) yeridilib xərçəng hüceyrələrinə yüksək effektivliklə təsir göstərir və, həmçinin, IL-12 immunopreparatının toksikliyini dəfələrlə azaldır. Alimlər qeyd olunan molekulu bir il ərzində müxtəlif xərçəng növləri (dəri, süd vəzi, ağ ciyər) daşıyan siçanlarda yoxlayıblar və müalicəni alan sıçanların böyük hissəsi xəstəlikdən tamamilə sağalıb. Digər tərəfdən, xərçəngə qarşı ənənəvi mübarizə yollarından olan kimyəvi və şüa terapiyaları, eyni xərçəng növlərini daşıyan sıçanlarda heç bir təsir göstərməmişdir. Bu, tədqiqatçıların hazırladığı immunopreparatın standart müalicələrdən üstün olduğunu göstərir. Elmi qrupun üzvləri yaxın zamanda IL-12 preparatını insanlarda yoxlanılması barədə öz planlarını açıqlayıblar.

Qeyd edək ki, elmi təcrübələri yerinə yetirən və məqalənin birinci müəllifi, həmyerlimiz Aslan Mansurovdur. Aslan Mansurov hal-hazırda Çikaqo Universitetinin molekulyar mühəndislik fakültəsinin doktorant tələbəsidir. Aslanın elmi qrupunun rəhbəri Jeffrey Hubbell, bioloji materiyallar və biomühəndislik sahəsi üzrə dünyanın ən aparıcı ekspertlərindən biridir. Jeffrey Hubbell ABŞ-ın Milli Tibb Akademiyasının (National Academy of Medicine) və Milli Mühəndislik Akademiyasının (National Academy of Engineering) seçilmiş üzvüdur.

Aslan Mansurov 2013-cü ildə “Qafqaz” Gimnaziyasını qızıl medalla bitirib. 2017-ci ildə ABŞ-ın Minnesota Universitetinin (University of Minnesota) kimya mühəndisliyi dərəcəsini fərqlənmə ilə bitirib və hal-hazırda Çikaqo Universitetinin Pritzker Molekulyar Mühəndislik İnstitutunda (Pritzker School of Molecular Engineering) doktorantdır.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Akademi Ödülü Kazananlar TR
.

Prof. Məsud Aşina Türkiyənin nüfuzlu mükafatına layiq görüldü

AzLogos
07 Dekabr 2021
Neuralink
.

Super süni zəka nəyimizə lazımdır?

Hacı Hacıyev
17 Avqust 2021
Ca 1214NID Brain Bank online 1140x570
.

Miqren tədqiqatlarında qlobal tendensiyalar – Prof. Məsud Aşina siyahıda üçüncüdür

AzLogos
28 İyun 2021
Getty 177226897 2000133320009280339
.

Həyat mübarizəsi – uğur, şans və səs-küy

Niyyət Bayramzadə
15 İyun 2021
SCIENCE IS A COMMUNAL SUBPOENA
.

Elm nədir və nə deyil? Elm konsepsiyası ilə preliminar tanışlıq

Nicat Əsədullayev
19 May 2021
Bildschirmfoto 2021 04 09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

Vüsal Quliyev
09 Aprel 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör