Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Vegetarianlığı bəşəriyyət üçün “məhvedici” adlandırdılar

AzLogos AzLogos
Elm
12 May 2019
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
Co3dwhYXYAAHaSL
Paylaş

Kaliforniya Universitetinin professoru Frank M. Mitloner (Davis, ABŞ) hesab edir ki, ətdən kütləvi imtina ətraf mühitə mənfi təsiri nəinki azaltmır, əksinə artırır. Onun məqaləsini Science Alert dərc edib. 

Bir çox fəallar və ətraf mühit müdafiəçiləri, insanları daha az ət yeməyə, hətta ət məhsullarının istehlakını azaltmaq məqsədilə, hökumətləri əlavə rüsumlar tətbiq etməyə səsləyirlər. Onlar hesab edirlər ki, bununla ekoloji vəziyyəti düzəltmək və təbii ekosistemin yükünü azaltmaq mümkün olacaq. Arqumentlərdən biri isə budur ki, heyvandarlıq nəqliyyatdan daha çox parnik qazlarına səbəb olur. Lakin Mitloner, bu iddianı əsassız sayır. 

Alim, ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin məlumatlarına istinadən bildirir ki, parnik qazlarının antropogen tullantılarının yalnız 9 faizi kənd təsərrüfatının payına düşür. Liderlər isə bunlardır – elektrik enerjisi istehsalı (28 faiz), nəqliyyat (28 faiz) və ağır sənaye (22 faiz). Heyvandarlığın payına düşən isə, sadəcə 3.9 faizdir. 

Ət və ət məhsulları istehsalının nəqliyyatdan artıq tullantılara malik olduğuna dair yanlış qənaət, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən, 2006-cı ildə nəşr olunan, heyvanların iqlimə təsirinin səhv qiymətləndirildiyi hesabatından sonra formalaşıb. Bu hesabatda ekspertlər, ət istehsalı ilə bağlı olan bütün faktorları, o cümlədən gübrə istehsalını və yabanı ekosistemlərin otlaqlara çevrilməsini də nəzərə almışdılar. Halbuki onlar, nəqliyyat vasitələrilə heyvandarlığı müqayisə edəndə, avtomobillər üçün ehtiyat hissələrinin istehsalını və yolların salınmasını heç nəzərə almamışdılar. Bu isə araşdırmanın nəticələrini təhrif edirdi. 

Mitloner qeyd edir ki, hətta bütün amerikalılar heyvan məhsullarından imtina etsələr belə, onlar parnik qazlarının səviyyəsini yalnız 2,6 faiz azalda bilərlər. Eyni zamanda, yeni texnologiyaların tətbiqi 1961-ci ildən ət sənayesinin ətraf mühitə ümumi təsirini 11,3 faiz azaltmaqla yanaşı, ət istehsalını da iki dəfə artıb. Ətdən qlobal imtina, ərzaq təhlükəsizliyinə böyük zərbə vura bilər. Bitki əsaslı qidalar insanın kalori ehtiyacını ödəyə bilmir, çünki insan orqanizmi otyeyən canlılardan fərqli olaraq, lifi həzm etmək iqtidarında deyil. Bundan əlavə, heyvandarlıq təxminən bir milyard insanın dolanışığını təmin edir.

Dünyada vegetarianlığa kütləvi keçid olsa, yeni əkinçilik əraziləri tələb olunacaq. Dünyada isə torpağın yalnız 30 faizi, becərilən bitkilərin yetişdirilməsi üçün yararlıdır. 2050-ci ilə qədər Dünya əhalisi 9.8 milyarda çatacaq, bu vəziyyətdə isə, ətin istehlakı əkin sahələrinin genişləndirilməsindən daha az ətraf mühitə zərər verəcək.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Akademi Ödülü Kazananlar TR
.

Prof. Məsud Aşina Türkiyənin nüfuzlu mükafatına layiq görüldü

AzLogos
07 Dekabr 2021
Neuralink
.

Super süni zəka nəyimizə lazımdır?

Hacı Hacıyev
17 Avqust 2021
Ca 1214NID Brain Bank online 1140x570
.

Miqren tədqiqatlarında qlobal tendensiyalar – Prof. Məsud Aşina siyahıda üçüncüdür

AzLogos
28 İyun 2021
Getty 177226897 2000133320009280339
.

Həyat mübarizəsi – uğur, şans və səs-küy

Niyyət Bayramzadə
15 İyun 2021
SCIENCE IS A COMMUNAL SUBPOENA
.

Elm nədir və nə deyil? Elm konsepsiyası ilə preliminar tanışlıq

Nicat Əsədullayev
19 May 2021
Bildschirmfoto 2021 04 09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

Vüsal Quliyev
09 Aprel 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör