“QANUN” nəşriyyatında Elmir Mirzəyevin “Totalitarizm və Avanqard” adlı esselər və məqalələr toplusu nəşr edilib.
“Totalitarizm və Avanqard” bəstəkar və kulturoloq Elmir Mirzəyevin son 15 il ərzində (2005-21) fərqli tarixi-ictimai-siyasi kontekstdə qələmə aldığı kulturoloji esselər və məqalələr toplusudur. Kitab müəllifin 2008-ci ildə qələmə aldığı eyni adlı esse ilə açılır.
Kitabı qanun.az saytından sifariş etmək və “Əli və Nino” kitab mağazaları şəbəkəsindən əldə etmək mümkündür.