bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

The Beatles qeydləri – (II yazı)

Firudin Allahverdi Firudin Allahverdi
., Kültür
22 Oktyabr 2019
Oxuma vaxtı:14 dəqiqəyə oxunur
Thebeatlesbeatlesforsale
Paylaş

Yazının 1-ci hissəsi

Qrupun yaradıcılığının “studiya dövrü” adı verilən ikinci mərhələsi birinci mərhələsindən kəskin fərqlənir. Musiqidə əvvəlki sadə akkordlardan, sözlərdə əvvəlki sadə mövzulardan, səslənmədə isə əvvəlki sadə “rəqs meydançası qrupu” səslənməsindən demək olar ki, əsər-əlamət qalmır. The Beatles nəinki mahnıların sözlərinə, akkordlarına ya da melodiyalarına, hətta albomun özünün bütöv konsepsiyasına, nəhayət albomun üzqabığına belə sənət prizmasından baxmağa başlayır. Ona görə də bu dövrü onların “bədii dövrü” də adlandıra bilərik.

Əslində qrup üzvlərinin əvvəllər də ciddi sənətlə epizodik bağlantıları olmuşdu. Paul’un atası klassik musiqi və caz həvəskarı olmuş, John bir neçə il Liverpuldakı rəssamlıq məktəbinə getmiş, həmçinin qrup üzvləri populyarlıqlarından öncə Hamburqda mövsümi musiqiçi işlədikləri zaman gənc alman underground sənət adamları ilə dostluq etmişdilər. Amma cəmi bu qədər. İndi isə konsert fəaliyyətini dayandırdıqdan və sərbəst qrafiklə yalnız studiyada işlədiklərindən onların yüksək sənətlə daha dərindən tanış olmağa vaxtları və şansları yaranmışdı.

Bu baxımdan ən çox bəxti gətirən Paul’u saymaq olar. O, rəfiqəsi aktrisa Jane Asher sayəsində Londonun yüksək sənət camiəsinə girmiş, onlarla birgə Britaniya paytaxtında baş verən mühüm sənət hadisələrində iştirak etmiş; italyan rejissor Michelangelo Antonioni, amerikalı rəssam Andy Warhol, yazıçı Harold Pinter və dövrün digər mühüm incəsənət xadimləri ilə şəxsən tanış olmuşdu. Bu tanışlıqların kulminasiyasi isə yəqin ki, Bertrand Russell’ə olan görüşü hesab etmək olar. Böyük filosof onu evinə dəvət etmiş, ona qrupun dünyadakı populyarlığından sülh uğrunda istifadə etmələrinin bəşəriyyət üçün yaxşı nəticələrə verə biləcəyi ilə bağlı söhbət etmişdir. Paul The Beatles’in ictimai aktivizminin məhz bu görüşdən başladığını desə də, bu görüşdən bir neçə il əvvəl ABŞ-da turne zamanı şəhərlərin birində qaradərililər üçün zala girişin qadağan olduğunu bildikdən sonra orada konsert verməkdən imtina etmələri faktı da var.

Eyni zamanda John yapon əsilli amerikalı avanqard sənətçi Yoko Ono ilə tanış olmuş, onun vasitəsilə dünyadakı ən avanqard sənət axınları və hadisələri ilə bağlı biliklərini artırmışdı. Bu tanışlıq onun şəxsi həyatına da böyük təsir göstərmiş, bir zamanlar hamilə olduğuna görə evləndiyi Cyntia’dan boşanaraq Yoko ilə evlənmişdi.

Qrupun digər üzvü George Harrison isə axtarışlarını Şərqdə davam edir, Hindistan mədəniyyəti – yoqa, meditasiya və hind musiqisi ilə məşğul olmağa başlayırdı.

Bütün bu hadisələr qrupun sadəcə mahnılarını deyil, ümumiyyətlə musiqiyə baxışını dəyişmişdi. Onlar studiyada hər cür eksperimentlər aparır, genişlənmiş zehnləri və dünyagörüşlərini işlərində tətbiq etməyə çalışırdılar. Eyni zamanda onların dünyaya baxışlarında sanki hər şeyə yenidən baxmağa cəhd də hiss edilirdi. Ətrafdakı hər şeyi yenidən dərk etmək və qiymətləndirməyə çalışmağın gətirdiyi çətinliklərdən biri, “Help!” mahnısında belə ifadə olunub:Mən indikindən daha gənc olanda

Kimsənin köməyinə ehtiyac hiss etməzdim.

Amma indi özgüvənim itmiş,

Düşüncələrim dəyişmiş,

Qapıları isə açıq buraxmışam.

Bacarırsansa kömək et,

Nə yaxşı yanımdasan,

Kömək et ayağa qalxım,

Xahiş edirəm, kömək et.

Yeri gəlmişkən, rock sənətinə xarakterik olan – mahnı mətnlərində öz şəxsi təcrübəsindən bəhs etmək, qrupun yaradıcılığında demək olar həmişə izlənilir.

Karyeraların yeni, daha bədii dövründə The Beatles həm də xarici görünüşcə dəyişmişdi. Təmiz kostyumlu, səliqəli saç düzümlü yeniyetmələrin yerini uzun bığ-saqqallı, rəngarəng paltarlı ekstraqavant “filosof”lar tutmuşdu.

The Beatles qrupunun ikinci mərhələsinin – “studiya dövrü”nün ilk albomu kimi “Rubber Soul”u saymaq olar. Albomda ilk gözə çarpan məqamlardan biri mahnıların melodiyalarında kontinental Avropanın – xüsusilə də klassik musiqi ilə eyni köklərə malik olan italyan və fransız pop musiqi intonasiyalarının açıq-aşkar təsiridir. Bu təsir ən çox “Girl”, “In my life” və “Michelle” kimi indi öz janrının klassikası və şedevr hesab olunan mahnılarında hiss olunur.

Yeri gəlmişkən sonuncu mahnının yaranması prosesi qrupun yaradıcılıq metodlarından birinin səciyyəvi epizodu kimi nəzərdən keçirilə bilər.

McCartney’in dediyinə görə o, fransız dili mütəxəssisi olan tanışından fransızca istənilən mövzuda – əlaqəli-əlaqəsiz nəsə danışmağı və “saxla” deyəndə dayanmağı xahiş edir. Fransızca demək ola heç nə bilməyən McCartney’nin planı qulağına ən xoş gələn cümlədən mahnıda istifadə etmək idi. Seçilən cümlə “sont les mots qui vont très bien ensemble” (“bu iki söz bir-birinə uyğundur”) olur. Nəticədə mahnının birinci bəndi belə bir maraqlı forma alır:

Michelle, ma belle.

These are words that go together well

Michelle, ma belle

Sont les mots qui vont tres bien ensemble

(Michelle, gözəlim.

Bu iki söz bir-birilə uyğundur (ingiliscə)
Michelle, gözəlim.

Bu iki söz bir-birilə uyğundur (fransızca))

“Sont les mots qui vont très bien ensemble” cümləsinin ingilis qulağı üçün bir az da “Sunday monkey won’t play piano song” (Meymun bazar günü pianoda mahnı çalmayacaq) kimi səslənməsi isə bu söz oyunlarına ayrı bir duz qatırdı.

“Michelle” mahnısını qrupun yaradıcılıq prosesinin başqa xarakterik nümunəsi kimi də göstərmək olar: Paul’un yazdığı, yuxarıda bəhs olunan hissəyə John “I love you, I love you..” ilə başlayan hissəni əlavə etmiş, mahnının ortasında və axırında səslənən melodiyanı isə prodüsser George Martin bəstələmişdir.

McCartney deyir ki, onlar qarşılarına demək olar hər mahnıda əvvəllər etmədikləri nəsə etmək məqsədi qoymuşdular. O illərdə qrup tanış olduqları bütün musiqi alətləri və onlardan ibarət müxtəlif tərkibləri, həm bəstəkarlıq, həm də də səsyazma texnikalarını öz işlərində sınaqdan keçirməyə başlayır.

Musiqi alətlərindən klassik simli alətlər (Eleanor Rigby və s.), valtorn (For No One), arfa (She’s leaving home), klarnet triosu (When Im sixty four), Avropa barok dövrü musiqisinə xas pikkolo-truba (Penny Lane), Hindistan ənənəvi alətləri (Norvegian Wood, Love You To və s.) kimi Qərb kütləvi musiqi janrlarında istifadə olunmayanları göstərmək olar.

Əvvəllər mahnıları yalnız sadə bənd-nəqarat formasından və sadə akkordlardan ibarət olan qrup artıq daha mürəkkəb formalara və akkord ardıcıllıqlara üz tutur, mahnılara ayrıca giriş və sonluqlar yazır, populyar musiqidə o dövrə qədər demək olar rastlanmayan modulyasiyalar (Here, There and Everywhere və s.), eyni mahnının daxilində müxtəlif ölçülərdən istifadə (We Can Work It Out və s.) etməyə başlayır. Bu eksperimentlər onları həddən artıq uzağa, dövrün ən ultramüasir sənət musiqisi bəstəkarlarının istifadə etdikləri “musique concrète” (Revolution 9), aleatorika (A Day In The Life) texnikalarına aparıb çıxarır. Onların bütün bu yenilikləri dahi müasirlərin nəzərindən qaçmırdı: XX əsrin ən böyük musiqiçilərindən amerikalı dirijor L. Bernstein onlar haqqında “Schubert’in zamanından bəri bu oğlanlar kimi mahnı yazan yox idi” fikrini söyləmişdi.

Studiyada edilən maraqlı eksperimentlərdən gitar notları yazılmış lentləri tərsinə oxutmaq (I’m Only Sleeping və s.), vokalı Leslie Speaker’dən (əsasən elektro orqanda istifadə olunan, səsi “dalğalandıran” mexanizm) keçirərək lentə almaq (Tomorrow Never Knows və s), hazır lent yazılarından kollaj şəklində mahnıda istifadə etmək (I Am The Walrus və s.) təcrübələrini nümunə kimi göstərmək olar. Sonralar studiyalarda bir neçə onillik aktiv istifadə olunan ADT (Artificial Double Tracking) texnologiyası da The Beatles’in mahnılarını yazdığı Abbey Road studiyasının mühəndisləri tərəfindən yaradılıb. O dövrdə səsi lentyazısında daha tutumlu göstərmək üçün müğənni bir mahnını iki dəfə eyni şəkildə oxuyur, sonra bu yazılar birləşdirilirdi. Lennon’un bir mahnını iki dəfə dəqiq, eyni şəkildə oxumaqdan xoşu gəlməməsi studiyanın mühəndislərini bu işi avtomatik edə biləcək texnika yaratmağa yönləndirir.

Rock araşdırmaçılarının fikrincə məhz The Beatles yaradıcılığının ikinci mərhələsində gələcəkdə Psixodelik Rock (Strawberry Fields Forever və b. mahnılar), Heavy Metal (Helter Skelter), Progressive Rock (Happiness Is A Warm Gun) adlanacaq janrların mühüm təməli atılır.

1967-ci ildə buraxılan “Sgt. Pepper’s Lonely Hearts Club Band” albomunu populyar musiqi araşdırmaçıları təkcə The Beatles’in deyil, ümumiyyətlə dünya musiqisinin ən mühüm albomlarından biri hesab edir. Albomun əsas fərqliliyi onun konseptuallığında idi. Konsept ondan ibarət idi ki, guya bu albomda səslənənlər xəyali bir qrupun – Serjant Pepper’in Tənha Qəlblər Klubu qrupunun konsertidir. Albomun ilk – eyniadlı mahnısı alətlərin köklənməsi və zalın səs-küyü ilə başlayır. Mahnı özü isə əvvəl aparıcının qrupu, sonra isə qrupun özünü təqdim etməsindən ibarətdir. Bu təqdimatlar isə zalın alqışları ilə müşaiyət olunur. Sonra albomun bütün mahnıları bir-birinə birləşmiş halda davam edir. Sondan əvvəlki mahnıda isə qrup eyni mahnının daha qısa forması ilə auditoriya ilə sağollaşır. Bütün mahnılar bitdikdən sonra isə qısa pauzadan sonra əsasən insan qulağının eşitmədiyi, daha çox heyvanların, xüsusilə itin həssas olduğu 15 525 Hz tezliyində ton səslənir.

Albomun üz qabığı da o dövr üçün inqilabi idi. Üz qabığında 70-dən çox tarixi şəxsiyyətin insan boyunda düzəldilmiş karton fiqurundan istifadə olunmuşdu. Bunların arasında Karl Marx, Merilin Monroe, Siegmund Freud, Albert Einstein və onlarla başqa tarixi şəxsiyyət var. Sanki onlar hamısı Serjant Pepperin “Tənha Qəlblər” qrupunun üzvləriymiş, ya da qrupla xatirə fotosu çəkdirirlərmiş kimi.. İlkin versiyada onların arasında Hitler, Mahatma Gandi və İsa Məsih fiqurları da varmış, amma sonda müxtəlif səbəblərdən onların üz qabığında görünməsindən vaz keçilib. Qrup üzvləri isə mərkəzdə – rəngli paltarlarda – amma adı çəkilən xəyali qrupun üzvləri kimi. “Tarixi” The Beatles isə  – onların sağında, Madamme Tusso’nun mum fiqurları ilə göstərilib.

Qrup dağılandan sonra üzvlərin mətbuata danışdıqlarından belə məlum olurdu ki, onlar əvvəldən bu işə “ömürlük The Beatles olmaq” kimi yanaşmayıblar. Onların planı həyatlarının sadəcə bir dövründə bir yerdə olmaq imiş. Bəlkə də artıq 1967-ci ildə, tanışlıqlarının üstündən 10 il keçdikdən sonra artıq “The Beatles olmaq”dan yorulub başqa bir adla – “Serjant Pepper’in Tənha Qəlblər Klub Qrupu” adı ilə çıxış etmək istəyiblər. Amma bütün bu cəhdlərə baxmayaraq məhz bu albomda onlar artıq vahid qrup kimi səslənmirlər – hansı mahnının qrupun hansı üzvü tərəfindən bəstələndiyi açıq-aydın bilinir və buna görə albomun mahnıları bir-birindən kəskin surətdə fərqlənir. Artıq o dövrdə qrup üzvlərinin maraq dairələri bir-biri ilə demək olar toqquşmur, eyni zamanda yaşları da artıqca hər biri necə deyərlər öz həqiqətini tapmağa çalışırdı. Bütün bunların fonunda qrupun içində Paul’un dominasiyası və dostlarına qarşı tələbkarlığı artır, o, demək olar qrupun qeyri-rəsmi bədii rəhbərinə çevrilirdi. Sonradan qrup üzvləri deyirdilər ki, o zaman kəsiyində özlərini qrup üzvü kimi yox, Paul McCartney’nin musiqiçiləri kimi hiss etməyə başlamışdılar.

1969-cu ildə qrup “Get Back” adlı albom çıxarmağı qərara alır. Plana görə albom studiyada canlı çalınmalı və bu ifalar videoya çəkilərək həm film, həm də musiqi albomu kimi buraxılmalıydı. Amma nəticə qrupu qane etmir və bu işi yarıda qoyurlar. Yazılan mahnılar isə yalnız qrup dağılandan sonra, özü də “Let İt Be” adı ilə albom kimi buraxılır. Bu albomda artıq qrupun ifa texnikasının mahnıların özünün bədii səviyyəsindən xeyli aşağıda olduğu hiss edilir. Görünən odur ki, artıq onların əllərinin sürəti beyinlərinin sürətinə çatmır. “Across The Universe” kimi şedevri onlar kifayət qədər qeyri-kamil şəkildə ifa edirlər.

“Get Back” ideyasını kənara qoyan, eyni zamanda artıq birlikdə gediləcək yolun sonuna gəldiklərindən hər biri ayrı-ayrılıqda əmin olan qrup üzvləri günün birində gözlənilmədən prodüser George Martin’in yanına gələrək tam yeni materialla, sıfırdan, özü də “köhnə vaxtlardakı kimi” yeni bir albom yazmaq istədiklərini deyirlər. İşinin ustası, amma artıq ulduz olan yetirmələrinin kaprizlərindən zaman-zaman yorulan prodüserin cavabı “bir şərtlə ki, sözümə qulaq asacaqsınız” olur. Beləliklə qrupun bir yerdə işlədiyi son albom – “Abbey Road” albomunun yazılışına başlanılır. Bu albomda George Harrison’un da mahnı yazmaq vərdişlərinin xeyli inkişaf etdiyi hiss olunur. Albomda Harrisona aid “Something” mahnısı məşhur “Yesterday”dan sonra qrupun ən çox cover olunan (başqa ifaçılar tərəfindən oxunan) mahnısıdır. Ümumilikdə 17 həftə hit-paradlarda 1-ci yeri saxlayan albom həm ifa, həm də səslənmə baxımından qrupun ən kamil işlərindən biri hesab oluna bilər. Ötən ay (sentyabr, 2019) albomun ilk buraxılışının 50 illik yubileyi münasibətilə yeni texnologiyalarla təmizlənmiş və miks olunmuş versiyası satışa çıxarılanda yenidən hit-paradlarda 1-ci yeri fəth etməsi də diqqətəlayiq faktdır.

Qrupun dağılmasının əsas səbəblərindən biri barədə artıq danışmış sayılarıq: onların maraq dairələri get-gedə bir-birindən daha çox fərqlənirdi. Hamısı ailə həyatı qurduqlarından əvvəlki vaxtlardakı kimi günlərlə, həftələrlə birgə vaxt keçirmirdilər. Bir başqa mühüm səbəb isə yəqin ki, qrupun meneceri, uğurlarının əsas müəlliflərindən biri Brian Epstein’ın gözlənilmədən vəfatı idi. Həddən artıq yuxu dərmanı qəbul etdiyinə görə vəfat etdiyi deyilən menecerin qrupun disiplinli işləməsində böyük əməyi vardı və görünür ki, o sağ olsaydı The Beatles macərası hələ bir az da uzana bilərdi. Epstein’in vəfatı həm də dolayısı ilə qrupun dağılmasına gətirən başqa səbəbə aparıb çıxardı. Yeni menecer axtarışları zamanı Paul həyat yoldaşı Lindanın atası Lee Eastman’ı təklif edir, digər üç üzv isə Allen Klein adlı bir amerikalını seçir. Uzun və dadsız mübahisələrdən, gərginlikdən sonra Klein seçilir. Sonradan həm qrupun, həm də qrup üzvü George Harrison’un öz solo karyerası zamanı Klein’dən ağzı yansa da, olan-olmuş və o zaman baş verən gərginliklər qrupun dağılmasında ciddi rol oynamışdı.

Ən populyar səbəblərdən biri kimi göstərilən – Yoko Ono’nun John’a təsiri və onu “dostlarından uzaqlaşdırması”nda isə qismən həqiqət payı var; amma unutmayaq ki, bu John’un könüllü, sevərək etdiyi bir seçim idi və bundan peşman olması ilə bağlı həyatının sonuna qədər heç bir işarə görünməyib. Yoko ilə bağlı başqa bir səbəb isə deyilənlərə görə onun yazılışlar zamanı studiyada iştirakıdır. Məsələ burasındadır ki, qrup üzvlərinin ilk gündən özlərinə qoyduğu şifahi qadağa – “studiyada iş zamanı özlərindən və texniklərdən başqa içəridə heç kəs olmamalıdır” John tərəfindən pozulmuşdu. Yoko demək olar bütün məşqlərdə və səsyazılarında studiyada olurdu. Bir müddət sonra, yavaş-yavaş (bəlkə də acığa) qrupun başqa üzvlərinin də həyat yoldaşlarının studiyaya ayaq açması əvvəlki yaradıcı-intim atmosferi pozur, konsentrasiyanı dağıdırdı.

Bütün hallarda, 1969-cu ilin sentyabr ayından faktiki olaraq dağılan qrup planetin musiqi tarixində kolossal iz buraxır və Qərb gəncliyinin estetik zövqünün inkişafında müstəsna xidmətlər göstərir. Bu xidmətin xronologiyası və mexanizmi təxminən belə baş vermişdi: Liverpullu 4 gənc 1962-65-ci illər ərzində ifa etdikləri sadə rock’n’rolla planetdə milyonlarla gəncin ürəyini və qulağını fəth edir. Əvvəllər heç bir artistin əldə etmədiyi fanat kütləsi onların hər albomunu, hər mahnısını, hər müsahibəsini acgözlüklə izləyir. Paralel olaraq qrup üzvləri öz üzərlərində işləyir, dünyagörüşlərini genişləndirir, intellektlərini isə “liverpullu dörd qaqaş”la müqayisədə kosmik ölçüdə inkişaf etdirərək bədii sənət nümunələri yaratmağa girişirlər. Beləliklə bir zaman sadə rock’n’rolla qulaq asan və buna görə The Beatles fanatı olan milyonlar, qrupla birgə mahnı-mahnı, albom-albom Avropa klassik musiqisi, Hind ənənəvi musiqisi, Şərq fəlsəfəsi, dövrün ən ultra-müasir sənət axınları, həm mətn, həm musiqidə baş verən eksperimentlərlə tanış olaraq estetik zövqünü inkişaf etdirmiş olur.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör