Əziz oxucular. Sizə təqdim etdiyim bu fotoları, bu günlərdə İsveçrənin Bern Kantonu tərkibindəki turistik mərkəz – Grindelwald-da çəkmişəm. Bura Alp dağlarının turistik yerləri içində seçilən mərkəzlərdən biridir.
Mən inanıram və ümüd edirəm ki, 44 günlük müharibəmizdən sonra azad edilmiş ərazilərimizdə, xüsusilə Qafqaz dağlarının ətəklərində, bu cür turistik mərkəzlər yaradılacaq və bu mərkəzlər yerli insanlarımızla yanaşı, dünyanın bir çox yerindən qış turizmi həvəskarlarını özünə cəlb edəcək. Bunun üçün kifayət qədər təbii resurslar mövcuddur.
Bir gün bu cür fotoları Kəlbəcər, Şuşa, Laçın dağlarında çəkmək ümidi ilə, sizə xoş seyirlər arzulayıram.