Azlogos
  • Qaydalar
  • Kimlər var

Məhəbbət üçün ürəkbulanma Daşaltı əməliyyatı (1992) Xankəndinin (Kərkicahanın) işğalı (1992) Toksik pozitivlik Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Sülh – hər iki hökumətin ona nə qədər ciddi yanaşmasından asılıdır

Zamirə Abbasova Zamirə Abbasova
Sərbəst
18 Yanvar 2019

Konfiktoloq Zamira Abbasova: «Bizim insana «sülh» deyəndə, torpaqların güzəşt edilməsini başa düşür»

Bu günlərdə ATƏT-in Minsk qrupu həmsədrlərinin, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşlərindən sonra yayılan bəyanata əsasən, hər iki ölkənin nazirləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə ediblər və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılması zəruriliyi barədə razılığa gəliblər.

Nəzərə alsaq ki, bu razılıq, son 25 ildə iki ölkə arasında aparılan diplomatik müzakirələrin yeni bir mərhələsidir, o zaman «sülhə hazırlama» prosesinin nə qədər vacib olması, bu prosesin necə həyata keçirilməsi, xalqların sözügedən prosesə nə qədər hazır olub-olmaması barədə xeyli suallar yaranır.

Konfliktoloq Zamira Abbasova bu istiqamətdəki suallarımıza cavab verir.

– Zamira, gəlin ondan başlayaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin razılığa gəldiyi «xalqları sülhə hazırlamaq» üçün addımlar gözlənilən idimi? Yəni bir konfliktoloq olaraq, siz belə bir şeyin indi olacağını gözləyirdinizmi?

 

– Əslində, gözlənilən bir addım idi. Həm Ermənistandakı Parlament seçkilərindən sonra, həmçinin də dekabr görüşündən sonra məlum idi ki, pozitiv və həll yönümlü müzakirələr davam etdiriləcək. Düzdür, bir az hipokratik səslənir hazırda bu razılığın əldə olunması. Çünki illərdir davam edən nifrət mesajları iki cəmiyyətin ikisində də bir neçə nəslin düşüncəsinə işlədilib. İstər-istəməz insanda inamsızlıq hissi yaratsa da hər halda atılan addım müsbət nəticələr verə bilər. Buna görə də, düzgün addımların atılması gecikdirilməməlidir.

– Sülhə hazırlama məsələsində hansı lokal, regional və dünyavi proseslərin təsiri var?

– Sülhə hazırlanma prosesi, elə də asan əldə oluna bilən bir proses deyildir. Bu istiqamətdə köklu, davamlı, inamlı addımlar atılmalıdır. Müharibə görmüş reqressiv bir xalqın sülhə hazırlanması prosesi əslində daha çox lokal qüvvələrdən asılıdır. Çünki, hakimiyyət nə qədər prosesə açıq olsa, azad sülh yönümlü fikirlərin səslənməsinə, bu istiqamətdə ixtisaslaşmış peşəkarların bir araya gətirilməsinə, dərsliklərdə və digər təhsil proqramlarında nifrət mesajlarının aradan qaldırılmasına, sərhədlərin ən azından bu sahənin peşəkarlarının Ermənistandan Azərbaycana, Azərbaycanda da Ermənistana gedə bilməsinə şərait yaratmasa, onda regional və beynəlxalq təsirlərin iştirakından və ya iştirakının effektivliyindən söz gedə bilməz.

Təbiidir ki, əgər hökümətlər bu addımı atırsa, deməli bütün bu məsələlərin həlli tələsdirilməli, beynəlxalq sülh peşakarlarının ölkəyə dəvəti prosesi asanlaşdırılmalıdır.

Xarici sülhpərəst qüvvələrin rolu əslində sülhün davamlılığı üçün vacib məsələdir. Amma sülhün bərqərar olması və ya bu yolda addımların atılması hökümətin nə qədər məsələyə ciddi yanaşmasından asılıdır.

– Xalqlar sülhə nə qədər hazırdır? Sülhə hazırlaşma prosesi nə qədər çəkə bilər? Bu proses, ümumiyyətlə, hansı addımlardan ibarətdir?

– Xalq sülhə hazırdır. Nəzərə alsaq ki, nifrət hissinin də təsir qüvvəsi davamlı qorxu və travmatik ictimai beyinyumadan asılıdır, sadaladığım halların aradan qaldırıldığı halda xalqın hazırlığı prosesi tezləşəcək. Bütün media vasitələri davamlı olaraq erməni hərbi qüvvələrinin atəşkəsi pozması haqqında xəbərlər paylaşdığı, əsgər ölümlərinin davam olunduğu bir zamanda təbii ki, nəticələrin sürətlə əldə olunması mümkünsüzdür. Beynəlxalq təcrübəyə əsasən atəşkəs əldə olunan andan sülhə hazırlıq prosesi getməlidir. İnsanları davamlı olaraq, müxtəlif ictimai tədbirlərə cəlb edib, hər iki tərəfin azad kommunikasıyasına şərait yaradılmalıdır. Travmatik keçmiş elə bir şeydir ki, bir neçə nəsli rahat əhatə edir. Holokost təcrübəsinə baxsaq, görərik ki, onilliklər  keçməsinə baxmayaraq, hələ də travma davam edir. Belə dərin transformativ cəhətdən baxsaq, xalq hələ bir neçə onillik buna tamamilə hazır olmayacaq. Səbirlə işləmək lazımdır. 

– Aydındır ki, hər iki xalq Qarabağ məsələsində güzəştə getmək istəmir. Bu güzəşt yoxsa, sülh prosesi necə mümkündür?

– Əslində, tərəflər indi sülhün bərqərar olmasını deyil, sülhə hazırlıq prosesini müzakirə edirlər. Biz azı 25 il gecikmişik bu prosesi başlamağa. Biz indi hələ də ən azı 20 il öncə başlamalı olan, vertolyot hadisəsindən sonra dayandırılmış prosesi davam eləməyə çalışırıq. Hələ güzəşt və ya sülhdən danışmaq tezdir.

– Ermənistandakı inqilabların, seçkilərin və yeni hakimiyyətin bu sülh prosesinə təsiri nə qədərdir?

– Paşinyan, digər rəqiblərinə baxanda, daha dünyəvidir. Onun beynəlxalq sülh anlayışı daha qərbyönümlüdür. Bu baxımdan, onun iqtidarı altında xalqın hazırlığı digərlərinə nisbətdə daha sivil keçəcək deyə, düşünürəm. Belə baxanda, ermənilər sülh prosesinə azərbaycanlılardan daha çox hazırlıqlıdır. Onlarda sülh sözü bizdəki kimi tabu olmayıb. Müharibəni udan tərəf olaraq, həmişə asan cəlb olunub sülh hazırlıqlarına. Bizdə bu cəhətdən münbit şərait olmadığı üçün, bizim üçün çətin, ağrılı, emosional prosesdir. Bizim insana «sülh» deyəndə, torpaqları güzəşti nəzərdə tuturlar. Əslində, sülhə hazırlıq deyəndə, definitiv sülh deyil, sadəcə münaqişənin transformasiyası istiqamətində atılan addım başa düşülməlidir. Bu sülh deyil, transformativ bir təşəbbüsdür. Bu, bir prosesdir.

– Siz bir konfliktoloq kimi uzun illərdir ki, sülhpərvər tədbirlərdə iştirak edir və hər iki tərəfin müxtəlif mövqelərini dinləyirsiniz. Sizi bu prosesdə narahat edən şeylər varmı, təcrübənizdən çıxış edərək, nəyi misal gətirə bilərsiniz ki, o çətin və ya imkansız olacaq?

– Nəzərə çarpan çətiliklər o qədərdir ki, bilmirəm hansından başlayım, hansından bitirim. Bir tərəfdən, hərbi büdcənin artırılması və davamlı hərbi potensialı ilə öyünməklə sülhə hazırlaşmaq arasındakı kontrast, medianın dayanmadan erməniləri «düşmən» deyə təsvir etməsi, hərbi xidmətə hazırlığın əslində müdafiə məqsdəli deyil, nifrət üsulu ilə həyəta keçirilməsi, müstəqil medianın olmaması, QHT haqqında qanunun olmaması və buna görə təşəbbüs qruplarının azad təşkilatlana bilməməsi və s kimi çətinliklər mövcuddur.  Amma, proses başlamalıdır. Hazırda, ən vacib olanı budur.

Söhbətləşdi: Günel Mövlud

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022
dil-iltihabi-1
.

Dilimizdə dz və ts devrimi

23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

21 Dekabr 2022

Redaktorun seçimi

Daşlaşmış stereotiplər

Vaksinasiya əleyhdarlarının axmaqlığı

Dövlət yazıçıya niyə pul verməlidir?

Rəsulzadə o yazısına başqa bir başlıq qoya bilməzdimi?

Xüsusi insan tipi

Çin, bəşər tarixində ilk dəfə Ayın qaranlıq tərəfinə missiya göndərib

Elm məbədindən zorakılıq ocağına

“De Rerum Natura”

“Oğurlanan” Qərbin qaytarılması

“Mimino” filmində azərbaycanlı obrazı almasatan olmalı imiş

Kopenhagenin üzən adaları

Məşədi İbad olduğu kimi

Son 100 ildə təkamül etmiş 9 it cinsi

Garry Winograndın qadınları

Konspiroloji nəzəriyyələr: nədir və kim yaradır

Haqq verilmir, alınır!

Propaqandanızı yesinlər

Yazıçılar Birliyində region davaları

Antinatalizmin əhəmiyyəti

Azadlığı azadsızlıqda tapanlar

Vaxt və pul – ikisi eyni anda bitməməlidir

Havana: Between Here and Paradise – Rəna Əfəndi təqdim edir

Bir maşın kubik və xalqın partiyası

İrəvan Xanlığının unudulmuş dövrü – Xəzinə xəritəsi

Bədbəxtlər üçün motivasiya kitabları

Qarabağ filmləri barədə

Obrazların yenilənməsi və qaralama

Harvarda necə qəbul olmaq olar?

Bonsai sənəti

Həyat və yaradıcılığımın gözümdən düşməsi haqqında

Sülh – hər iki hökumətin ona nə qədər ciddi yanaşmasından asılıdır

Zamirə Abbasova Zamirə Abbasova
Sərbəst
18 Yanvar 2019

Konfiktoloq Zamira Abbasova: «Bizim insana «sülh» deyəndə, torpaqların güzəşt edilməsini başa düşür»

Bu günlərdə ATƏT-in Minsk qrupu həmsədrlərinin, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşlərindən sonra yayılan bəyanata əsasən, hər iki ölkənin nazirləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə ediblər və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılması zəruriliyi barədə razılığa gəliblər.

Nəzərə alsaq ki, bu razılıq, son 25 ildə iki ölkə arasında aparılan diplomatik müzakirələrin yeni bir mərhələsidir, o zaman «sülhə hazırlama» prosesinin nə qədər vacib olması, bu prosesin necə həyata keçirilməsi, xalqların sözügedən prosesə nə qədər hazır olub-olmaması barədə xeyli suallar yaranır.

Konfliktoloq Zamira Abbasova bu istiqamətdəki suallarımıza cavab verir.

– Zamira, gəlin ondan başlayaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin razılığa gəldiyi «xalqları sülhə hazırlamaq» üçün addımlar gözlənilən idimi? Yəni bir konfliktoloq olaraq, siz belə bir şeyin indi olacağını gözləyirdinizmi?

 

– Əslində, gözlənilən bir addım idi. Həm Ermənistandakı Parlament seçkilərindən sonra, həmçinin də dekabr görüşündən sonra məlum idi ki, pozitiv və həll yönümlü müzakirələr davam etdiriləcək. Düzdür, bir az hipokratik səslənir hazırda bu razılığın əldə olunması. Çünki illərdir davam edən nifrət mesajları iki cəmiyyətin ikisində də bir neçə nəslin düşüncəsinə işlədilib. İstər-istəməz insanda inamsızlıq hissi yaratsa da hər halda atılan addım müsbət nəticələr verə bilər. Buna görə də, düzgün addımların atılması gecikdirilməməlidir.

– Sülhə hazırlama məsələsində hansı lokal, regional və dünyavi proseslərin təsiri var?

– Sülhə hazırlanma prosesi, elə də asan əldə oluna bilən bir proses deyildir. Bu istiqamətdə köklu, davamlı, inamlı addımlar atılmalıdır. Müharibə görmüş reqressiv bir xalqın sülhə hazırlanması prosesi əslində daha çox lokal qüvvələrdən asılıdır. Çünki, hakimiyyət nə qədər prosesə açıq olsa, azad sülh yönümlü fikirlərin səslənməsinə, bu istiqamətdə ixtisaslaşmış peşəkarların bir araya gətirilməsinə, dərsliklərdə və digər təhsil proqramlarında nifrət mesajlarının aradan qaldırılmasına, sərhədlərin ən azından bu sahənin peşəkarlarının Ermənistandan Azərbaycana, Azərbaycanda da Ermənistana gedə bilməsinə şərait yaratmasa, onda regional və beynəlxalq təsirlərin iştirakından və ya iştirakının effektivliyindən söz gedə bilməz.

Təbiidir ki, əgər hökümətlər bu addımı atırsa, deməli bütün bu məsələlərin həlli tələsdirilməli, beynəlxalq sülh peşakarlarının ölkəyə dəvəti prosesi asanlaşdırılmalıdır.

Xarici sülhpərəst qüvvələrin rolu əslində sülhün davamlılığı üçün vacib məsələdir. Amma sülhün bərqərar olması və ya bu yolda addımların atılması hökümətin nə qədər məsələyə ciddi yanaşmasından asılıdır.

– Xalqlar sülhə nə qədər hazırdır? Sülhə hazırlaşma prosesi nə qədər çəkə bilər? Bu proses, ümumiyyətlə, hansı addımlardan ibarətdir?

– Xalq sülhə hazırdır. Nəzərə alsaq ki, nifrət hissinin də təsir qüvvəsi davamlı qorxu və travmatik ictimai beyinyumadan asılıdır, sadaladığım halların aradan qaldırıldığı halda xalqın hazırlığı prosesi tezləşəcək. Bütün media vasitələri davamlı olaraq erməni hərbi qüvvələrinin atəşkəsi pozması haqqında xəbərlər paylaşdığı, əsgər ölümlərinin davam olunduğu bir zamanda təbii ki, nəticələrin sürətlə əldə olunması mümkünsüzdür. Beynəlxalq təcrübəyə əsasən atəşkəs əldə olunan andan sülhə hazırlıq prosesi getməlidir. İnsanları davamlı olaraq, müxtəlif ictimai tədbirlərə cəlb edib, hər iki tərəfin azad kommunikasıyasına şərait yaradılmalıdır. Travmatik keçmiş elə bir şeydir ki, bir neçə nəsli rahat əhatə edir. Holokost təcrübəsinə baxsaq, görərik ki, onilliklər  keçməsinə baxmayaraq, hələ də travma davam edir. Belə dərin transformativ cəhətdən baxsaq, xalq hələ bir neçə onillik buna tamamilə hazır olmayacaq. Səbirlə işləmək lazımdır. 

– Aydındır ki, hər iki xalq Qarabağ məsələsində güzəştə getmək istəmir. Bu güzəşt yoxsa, sülh prosesi necə mümkündür?

– Əslində, tərəflər indi sülhün bərqərar olmasını deyil, sülhə hazırlıq prosesini müzakirə edirlər. Biz azı 25 il gecikmişik bu prosesi başlamağa. Biz indi hələ də ən azı 20 il öncə başlamalı olan, vertolyot hadisəsindən sonra dayandırılmış prosesi davam eləməyə çalışırıq. Hələ güzəşt və ya sülhdən danışmaq tezdir.

– Ermənistandakı inqilabların, seçkilərin və yeni hakimiyyətin bu sülh prosesinə təsiri nə qədərdir?

– Paşinyan, digər rəqiblərinə baxanda, daha dünyəvidir. Onun beynəlxalq sülh anlayışı daha qərbyönümlüdür. Bu baxımdan, onun iqtidarı altında xalqın hazırlığı digərlərinə nisbətdə daha sivil keçəcək deyə, düşünürəm. Belə baxanda, ermənilər sülh prosesinə azərbaycanlılardan daha çox hazırlıqlıdır. Onlarda sülh sözü bizdəki kimi tabu olmayıb. Müharibəni udan tərəf olaraq, həmişə asan cəlb olunub sülh hazırlıqlarına. Bizdə bu cəhətdən münbit şərait olmadığı üçün, bizim üçün çətin, ağrılı, emosional prosesdir. Bizim insana «sülh» deyəndə, torpaqları güzəşti nəzərdə tuturlar. Əslində, sülhə hazırlıq deyəndə, definitiv sülh deyil, sadəcə münaqişənin transformasiyası istiqamətində atılan addım başa düşülməlidir. Bu sülh deyil, transformativ bir təşəbbüsdür. Bu, bir prosesdir.

– Siz bir konfliktoloq kimi uzun illərdir ki, sülhpərvər tədbirlərdə iştirak edir və hər iki tərəfin müxtəlif mövqelərini dinləyirsiniz. Sizi bu prosesdə narahat edən şeylər varmı, təcrübənizdən çıxış edərək, nəyi misal gətirə bilərsiniz ki, o çətin və ya imkansız olacaq?

– Nəzərə çarpan çətiliklər o qədərdir ki, bilmirəm hansından başlayım, hansından bitirim. Bir tərəfdən, hərbi büdcənin artırılması və davamlı hərbi potensialı ilə öyünməklə sülhə hazırlaşmaq arasındakı kontrast, medianın dayanmadan erməniləri «düşmən» deyə təsvir etməsi, hərbi xidmətə hazırlığın əslində müdafiə məqsdəli deyil, nifrət üsulu ilə həyəta keçirilməsi, müstəqil medianın olmaması, QHT haqqında qanunun olmaması və buna görə təşəbbüs qruplarının azad təşkilatlana bilməməsi və s kimi çətinliklər mövcuddur.  Amma, proses başlamalıdır. Hazırda, ən vacib olanı budur.

Söhbətləşdi: Günel Mövlud

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022
dil-iltihabi-1
.

Dilimizdə dz və ts devrimi

23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

21 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel