Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Son 100 ildə təkamül etmiş 9 it cinsi

AzLogos AzLogos
Elm
29 Aprel 2019
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
Deutsche Schäferhund
Paylaş

Bu yazıda söhbət bir tərəfdən təkamülün hətta qısa zaman kəsiyində də necə effektiv işləməsinin əyani sübutları, digər tərəfdən isə itlərin insanın gözəllik və dəb şıltaqlıqlarının qurbanları olmasından gedəcək. Belə ki, son 100 ildə bir çox it cinsi fiziki olaraq ciddi dəyişiklikliyə uğramışdır.

1. Bull Terrier

Günümzün Bull Terrierləri süni seçmədən ən çox əziyyət görmüş it cinslərindəndir. Böyümüş çənə sümükləri, iri və sayca çox dişləri güclə sığdırır. Nəticədə bu itlər həm də aqressiv olurlar və öz quyruqlarını qovalamağa meyllidirlər.

2. Alman Ovçarkası

Şəkildən də göründüyü kimi müasir ovçarka arxa ətraflarının qısalığı səbəbindən, bu orqanları ilə problem yaşamaqdadır.

3. Pug (Mops)

Mops, ona duyulan yüksək tələbat nəticəsində ciddi genetik modifikasiyaya uğrayıb. Bu cinsin müasir populyasiyası xüsusilə ürək-damar sistemi problemləri yaşamaqdadır.

4. Bokser

Bu günün Bokserləri bütün itlər arasında ən çox xərçəng xəstəliyinə düçar olan cinslərdən biridir. Onların həmçinin bədən temperaturunu tənzimləmə problemi də mövcuddur. Bokserlər xüsusən ətraf mühit temperaturunun yüksəlməsinə çox həssasdırlar. Çox isti havada bu itlər ölürlər.

5. Saluki

Müasir Salukilərin skelet quruluşu xeyli təkmilləşsə də bu ürək-damar problemlərinin artması iə müşayət olunur.

6. Dachshund (Taksa)

Bu şəkillər estetizmin dəhşətli tərəfinin rəmzi də ola bilər. Qıraqdan yiyəsinin yanınca yeriyən taksa gülməli görünsə də onlar, əslində əziyyət çəikirlər. Seleksiya nəticəsində sıxılıb uzadılmış taksaların onurğa problemləri riski digər cinslərdən daha çoxdu.

7. Bəyaz Terrier

Bir zamanlar çox funksional idman itləri olan Bəyaz Terrierlər bu gün yanlış cinsalmadan əziyyət çəkirlər.

8. Saqqallı Kolli

İndi aydın olur ki, saqqallı kolli də uğursuz seleksiya qurbanıdır. Belə ki, genetik səhvlər nəticəsində bu cinsin fərdləri allergiyalara çox meyllidirlər.

9. Saint Bernard

Senbernarlar da gözəl görünüşə qurban gediblər. Onların müasir populyasiyaları seleksiya nəticəsində sifətlərinin yastılanmasının səbəb olduğu tənəffüs problemlərindən əziyyət çəkirlər.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Akademi Ödülü Kazananlar TR
.

Prof. Məsud Aşina Türkiyənin nüfuzlu mükafatına layiq görüldü

AzLogos
07 Dekabr 2021
Neuralink
.

Super süni zəka nəyimizə lazımdır?

Hacı Hacıyev
17 Avqust 2021
Ca 1214NID Brain Bank online 1140x570
.

Miqren tədqiqatlarında qlobal tendensiyalar – Prof. Məsud Aşina siyahıda üçüncüdür

AzLogos
28 İyun 2021
Getty 177226897 2000133320009280339
.

Həyat mübarizəsi – uğur, şans və səs-küy

Niyyət Bayramzadə
15 İyun 2021
SCIENCE IS A COMMUNAL SUBPOENA
.

Elm nədir və nə deyil? Elm konsepsiyası ilə preliminar tanışlıq

Nicat Əsədullayev
19 May 2021
Bildschirmfoto 2021 04 09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

Vüsal Quliyev
09 Aprel 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör