Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Şəhərə toxunmaq

Sahil Qənbərli Sahil Qənbərli
., Dizayn
06 Yanvar 2021
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Bildschirmfoto 2021 01 06 um 11.00.43
Paylaş

Rusiyada keçirilən Landşaft Memarlığı layihə yarışması başa çatdı.

Studio 44 və WEST 8, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Tuchkov Buyan Park Yarışmasında qalib gəldi.

Tuchkov Buyan Parkı üçün Memarlıq Landşaft Dizayn Konsepsiyası üzrə Beynəlxalq Müsabiqənin nəticələri açıqlandı. WEST 8 ilə konsorsiumda yer alan Studio 44-ün təklifi birinci, Herzog & de Meuron ilə konsorsiumda JV Vogt ikinci, KARAVAN konsersiumu ilə AB CHVOYA üçüncü yeri tutdu.

Bildschirmfoto 2021-01-06 um 10.59.37

DOM.RF Fondu tərəfindən təşkil edilən və Strelka KB tərəfindən idarə olunan “Tuchkov Buyan Park Yarışması” ilk olaraq 2019-cu ilin sentyabr ayı ərzində Sankt-Peterburq Hökuməti tərəfindən təsis edildi. Bu müsabiqə vasitəsilə Tuchkov Buyan şəhərə birbaşa çaya çıxışı olan ilk park olacaqdı. Bu “süni müdaxilə” eyni zamanda şəhərin yaşıl sahələrinin vahid, fasiləsiz bir piyada marşrutu ilə birləşməsinə imkan verəcəkdir: Mars və Yay Bağlarından Trinity Meydanı və Alexandrovsky Parkına, ordan da adalara. Tuchkov ilə Akademik Lixaçov Meydanı arasındakı sahil də dəyişdiriləcəkdir.

Yarışda iştirak etmək üçün 50 ölkədən 229 komanda müraciət etdi, onlardan 8-i təklif hazırlamaq üçün seçildi. Münsiflər heyətində memarlıq, landşaft dizaynı və şəhərsalma sahələrində 14 beynəlxalq mütəxəssis təmsil olundu.

QALİB – Studio 44

Bildschirmfoto 2021-01-06 um 10.59.42

Qalib konsept, romantik mənzərə görünüşləri yaratmağa və panoramik şəhər mənzərələrini təmin etməyə yönəldilmişdir. Gəzinti zamanı bir küncə dönəndə və ya bir təpəyə qalxanda qarşınızda hansı mənzərənin açılacağını təxmin etmək mümkün deyil. Belə sürpriz məkanlar yaratmaq landşaft memarlarının ən gözəl xüsusiyyətidir. Bura uzun gəzintilər və gündoğumunu və qürubları seyr etmək, dəyişən fəsillərə şahid olmaq, günəşin və ayın parıltısını izləmək üçün bir parkdır. Parkda canlı təbiətin cansız, ruhsuz şəhər həyatı ilə birləşdirildiyi müxtəlif yerlər də var.

Bildschirmfoto 2021-01-06 um 10.59.45

Bildschirmfoto 2021-01-06 um 10.59.48 Bildschirmfoto 2021-01-06 um 10.59.50 Bildschirmfoto 2021-01-06 um 10.59.52 Bildschirmfoto 2021-01-06 um 10.59.55 Bildschirmfoto 2021-01-06 um 10.59.58 Bildschirmfoto 2021-01-06 um 11.00.01 Bildschirmfoto 2021-01-06 um 11.00.03

İkinci yer – JV Vogt, Herzog & de Meuron ilə konsorsiumda

Bildschirmfoto 2021-01-06 um 11.00.10Bu konsept mənim daha çox xoşuma gəlmişdi, nə yalan deyim. Konsept ərazinin tarixi kimliyini vurğulayır. İştirakçılar ‘buyan’ sözünün mənasını mövcud olmayan bir nağıl mənzərəsi kimi təsvir edirlər: görünməz, əfsanəvi ada. Tarix boyu ərazinin relyefi hər zaman dəyişir. Malaya Neva ilə adanın bütün topoqrafik təbəqələrini birləşdirərək üst-üstə qoymaqla iştirakçılar keçmiş sahil xəttinin təbii xüsusiyyətlərini canlandıran bir vadinin konturlarını əldə etdilər. Bu vadi ‘buyan’ sözünün təcəssümüdür.

Bildschirmfoto 2021-01-06 um 11.00.20 Bildschirmfoto 2021-01-06 um 11.00.25 Bildschirmfoto 2021-01-06 um 11.00.35 Bildschirmfoto 2021-01-06 um 11.00.39 Bildschirmfoto 2021-01-06 um 11.00.43

Üçüncü yer – AB CHVOYA, KARAVAN landskapsarkitekter ilə konsorsiumda

Parkın əsas məqsədi şəhərdə fasilə verib, dincəlməyə imkan yaratmaqdır. Mənzərədən zövq alaraq istirahət etmək və düşünmək üçün hazırlanmış sakit bir park təəssüratı yaradır. Bütün funksiyalar, məkanlar bu məqsəd üçün hazırlanmışdır. 20-ci əsrin ortalarına qədər bu yer şəhərin mərkəzində davamlı dəyişən mənzərə anomaliyası idi. Bir bataqlıq, bir yarımada ən nəhayət, Petroqradskaya Bölgəsinin bir hissəsi idi. Layihə ərazinin su ilə əlaqələrinin bütün tarixini əks etdirir. Bitkilərin bolluğu və çoxsaylı təbəqələr məkanı şəhərin tarixi və təbiəti ilə davamlı əlaqəli saxlayır.

Bildschirmfoto 2021-01-06 um 11.00.47 Bildschirmfoto 2021-01-06 um 11.01.02 Bildschirmfoto 2021-01-06 um 11.01.09

Bildschirmfoto 2021-01-06 um 11.00.55Diqqət etdinizmi, bilmirəm. Əgər deyilsə, bir də yuxarıya baxın. Hər üç layihə özündə şəhərin tarixini, kimliyini, homogen əhalinin mədəniyyətini birləşdirməyi bacarmışdır. Ümumiyyətlə “şəhər kimliyi” landşaft memarlığında tabudur. Bu tabunu yıxmaq, onu heçə sayıb nəzərə almamaq proyektin qeyri-funksional işləməsinə gətirib çıxarır. Paytaxtımızda yeni salınan (gülmək smayliki) parkların əksəriyyətində bu problem çox gözə batır. Hər nə olur olsun, park olsun məqsədli salınan heç bir yeni proyektlərdə şəhərin kimliyi nəzərə alınmamışdır. Beləcə ortaya karikaturaya bənzər işlər (iş demək mümkünsə. Çünki iş müəyyən hədəfə xidmət etməlidir) çıxır. Bunun ən böyük səbəbi landşaft memarlığının gözardı edilməsi, “nə var ki, ağacdır, əkdin, fantandır, qoydun məsələ bitdi” zehniyyətidir. Ümid edirəm ki, bu qisim insanlar ən yaxın vaxtda məsul vəzifələrdən bir daha dönməmələri şərti ilə uzaqlaşdırılacaqdır. Şəhərin “brend” olması təkcə ticarət yollarının üstündə inşa edilməsi ilə deyil, onun həm də silueti və landşaftı ilə ölçülür.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör