Azlogos
  • Kimlər var
  • Bizi tanı

Homoseksuallıq və homofobiya. Made in Europa İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir? Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail Rəqəmsal konslager
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Şəxsi lüstrasiya

Orxan Adıgözəl Orxan Adıgözəl
Sərbəst
17 Sentyabr 2019

Bir neçə ildir dost-tanışla vaxt keçirmək məsələsinə xüsusi həssaslıqla yanaşmağa başlamışam. Ümumiyyətlə dost seçmək cəhətdən çox selektiv olduğumu etiraf etməliyəm. Köhnə dostlarla, daha doğrusu yeniyetməlikdə sıx əlaqə yaradıb, dostluq bağları qurduğum insanlarla indi dostluq etmirəm. Onlarla il ərzində bir-iki dəfədən artıq görüşmürük. Bunun bəlli səbəbləri var. Yox, aramızda hansısa konfliktdən yaranan soyuma-filan yoxdur. 

Köhnə dostlarım vicdansız və əclaf insanlar da deyildilər, bu gün də deyillər. Məsələ mənimlə bağlıdır. Mənim maraq və zövqlərim dəyişdiyi kimi, həyata baxışım və dəyərlərim də dəyişib (dəyişir).

İndi ikinci təsnifat gedir. Çünki qərara gəlmişəm ki, şəxsi həyatımda yenidən lüstrasiya edim. Bu “təmizlənmə” aktı barədə çox düşünmüşəm. Hətta bu gün də düşünürəm. Əlbəttə qərarı qəbul etdikdən sonra bunu bir növ risk kimi dəyərləndirmişdim. Çünki faktiki olaraq şəxsi həyatımla bağlı radikal dəyişikliklərə başlayırdım. Açığı nəyə qərar verdiyimi aydın şəkildə dərk etdiyim üçün riskləri də nəzərə aldım və bu aktı həm fəal, həm də tədricən icra etməyə başladım. Risk etməli idim və etdim də. İndi həmin köhnə dostlar həyatımda əvvəlki kimi yer tutmurlar. Onları nostalgiya, keçmiş kimi xatırlayıram. 

Dostluğun həyatımıza qatdığı o qədər gözəl tərəflər var ki. Bu təbii ehtiyaclar sırasına daxildir. Bizim səmimi ünsiyyətə, şənlənməyə, dəstəyə ehtiyacımız çox vaxt dostlarımızın vasitəçiliyi ilə reallaşır. Bir şey var ki, bəzi dostlar bizi şərə, pis həyata sürükləməsələr də, inkişafdan saxlayırlar. İnkişafdan qalmaq da bir növ elə uçuruma sürüklənməkdir. Yazdıqlarım “şəxsi inkişaf” kitablarındakı “uğurlu” olmağa çağıran bəlağətli ifadələr kimi görünməsin. Elə ritorikadan uzaq durmağa çalışıram. Həmin kitabların əksəriyyəti adamları dolayı yolla eqoistliyə sövq edir. O kitabların fəal oxucularının çoxunun necə burnu dik, heç kimi bəyənməyən, özünü “dahi” hesab edənlərə döndüklərini müşahidə edirəm.

“Eqoistlik” məsələsinə elə-belə toxunmadım. Çünki bir ara köhnə dostlarımdan uzaqlaşmağı özüm üçün eqoist əməl kimi də qiymətləndirirdim. Fikirləşirdim ki, görəsən mənimlə görüşməyə can atanlara vaxt tapmamaqla insafsızlıq, haqsızlıq etmirəm ki?! Düşdüyüm, düşündüyüm hal məni narahat edirdi.

Buna görə Amerikada yaşayan dostum Azərlə danışmağa qərara gəldim. Azər məhz o dostlardandır ki, aramızdakı məsafə dostluğumuza təsir etməyib. Əksinə, hətta deyərdim, dostluq bağlarımız daha da möhkəmlənib. Azərin obyektivliyinə güvəndiyim üçün ona müraciət etmişdim. Dostum ilə dialoqumuzu bura köçürüb canınızı sıxmaq fikirindən uzağam.

Azər məni dəstəklədi və özü də zamanla bu aktı yerinə yetirdiyini bildirdi. Bu məsələnin mənim üçün aydınlaşması açıq suallarla konkretliyə çatdı.

  • Mənim üçün dostluqda, ümumiyyətlə insanda hansı keyfiyyətlər prioritet sayılır?

Təbii ki, baza sayılacaq sədaqət, mərhəmət və s. kimi özəlliklər öz yerində, bura ədalətli olmaq, dinləməyi bacarmaq, çətin anlarda yanında olmaq kimi defisitə çevirilmiş nüanslar da daxildir.

  • Filankəslə dostluq mənim həyatıma hansı mənaları qatır?

Söhbət emosianal, həm də fikir mübadiləsi vaxtı əldə olunan informasiyalardan gedir. Çünki kitab kimi adamlar var. Onlarla hər söhbət məndə yeni üfüqlər açır, düşüncələrim yenilənir.

Belə baxanda ortaya yenə eqoya xidmət edən xüsusiyyətlər çıxdı. Axı bu özü də təbiidir. Yaxınımız öləndə, sevdiyimiz şəxsləri itirdikdə belə biz özümüz üçün ağlayır, üzülürük ki, onlar daha yanımızda olmayacaqlar. Hər şey aydınlaşdı. Ona görə özümü mühakimə etməkdən artıq vaz keçdim.  

Atalar sözü var: dostunu göstər, deyim sən kimsən. Bizim barədə fikir həm də oturub-durduğumuz adamların xarakterləri ilə formalaşır. Biz necəyiksə, dostlarımız da demək olar elədir. “Özü yaxşıdır, ətrafı pisdir” ifadəsi mifdir. Belə şey olmur, olursa belə həmin adam özünə hörmət etmir. Dostları əsasən ortaq dəyərlər, ideyalar, həyata olan baxış bir araya gətirir.

Hə, həyat həm də zamandır. Vaxt itkisi mənim üçün çox ciddi sərfiyyat sayılır. Ona görə vaxtın idarə olunmasına indi çox həssaslıqla yanaşır və bu interpretasiyadan aldığım mesajları daha eqoist hal kimi qiymətləndirmirəm. Kitabxanamda oxunulmalı o qədər kitabım var ki. O qədər az bilirəm ki, buna görə xəcalət çəkirəm. Öyrənməli o qədər şey var ki… Ona görə də görüşdüyüm, vaxt keçirdiyim, ən əsası dostluq etdiyim insanları çılpaq məntiqlə, daha doğrusu rasional şəkildə seçməyə qərar vermişəm. Bu seçimi qarşı cinsdən olan ənənəvi partnyor sferasına da daşımışam. İnsan nə istədiyini aydın biləndə çox şey asanlaşır və həyat daha komfortlu olur.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
Bildschirmfoto 2021-02-23 um 10.38.37
Sərbəst

Urbanizasiya və onun problemləri – 1

23 Fevral 2021
Data-Journalism
.

Data jurnalistikası

23 Fevral 2021
bicycle-clock-1200x700
.

“Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi”

21 Fevral 2021
EICHMANN
.

Adolf Ayxman: Mossadın nasist ovu

20 Fevral 2021
800px-Flag_of_Nakhichevan_ASSR_(1937-1940).svg
.

Naxçıvan MSSR-in qurulması (İkinci hissə)

20 Fevral 2021

Redaktorun seçimi

“Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi”

Sülh! Nəhayət.

Seçim: monarxiya, yoxsa xalqın seçimi?

Teatrımızın tarixini nə vaxtdan hesablayaq?

Daşlaşmış stereotiplər

Putin adına saray: siyasi iqtisad və kütləvi qiyam etikası

2020 – Zamanın məhvərini dəyişmiş rəqəmlər

Onanizm və onun insan psixikasına təsiri

Araq, yoxsa siçan dərmanı?

Koronavirusdan sonra da qapalı məktəb

Qara dəlik

Misteriyalar

Kayfda olan adamın fikirləri

Konsert mövsümü “La Valse”la bitir

Azərbaycansayağı ölüpərəstlik

Mexanizm

Qartal qanadı taxmış qarğa

Biomimetika – təbiətdən ilham almaq

Bayrağımızın rəngləri

Əlvida, Avropa. Salam, Avropa

Zati-aliləri populizm!

Gürcü qambiti

450 milyon ədəd PlayStation

Avropadan niyə inciyirik?

İtil, ey büt!

Depressiya mifləri – siz, xəstə deyilsiniz

Müasir meymunlar da təkamül edir – Bir qrup meymun Daş dövrünə keçib (Video)

Charlie Chaplin-in qızına məktubu

“Qıraxdın” iqtisadiyyatı

Gizli nişan mərasimi

Şəxsi lüstrasiya

Orxan Adıgözəl Orxan Adıgözəl
Sərbəst
17 Sentyabr 2019

Bir neçə ildir dost-tanışla vaxt keçirmək məsələsinə xüsusi həssaslıqla yanaşmağa başlamışam. Ümumiyyətlə dost seçmək cəhətdən çox selektiv olduğumu etiraf etməliyəm. Köhnə dostlarla, daha doğrusu yeniyetməlikdə sıx əlaqə yaradıb, dostluq bağları qurduğum insanlarla indi dostluq etmirəm. Onlarla il ərzində bir-iki dəfədən artıq görüşmürük. Bunun bəlli səbəbləri var. Yox, aramızda hansısa konfliktdən yaranan soyuma-filan yoxdur. 

Köhnə dostlarım vicdansız və əclaf insanlar da deyildilər, bu gün də deyillər. Məsələ mənimlə bağlıdır. Mənim maraq və zövqlərim dəyişdiyi kimi, həyata baxışım və dəyərlərim də dəyişib (dəyişir).

İndi ikinci təsnifat gedir. Çünki qərara gəlmişəm ki, şəxsi həyatımda yenidən lüstrasiya edim. Bu “təmizlənmə” aktı barədə çox düşünmüşəm. Hətta bu gün də düşünürəm. Əlbəttə qərarı qəbul etdikdən sonra bunu bir növ risk kimi dəyərləndirmişdim. Çünki faktiki olaraq şəxsi həyatımla bağlı radikal dəyişikliklərə başlayırdım. Açığı nəyə qərar verdiyimi aydın şəkildə dərk etdiyim üçün riskləri də nəzərə aldım və bu aktı həm fəal, həm də tədricən icra etməyə başladım. Risk etməli idim və etdim də. İndi həmin köhnə dostlar həyatımda əvvəlki kimi yer tutmurlar. Onları nostalgiya, keçmiş kimi xatırlayıram. 

Dostluğun həyatımıza qatdığı o qədər gözəl tərəflər var ki. Bu təbii ehtiyaclar sırasına daxildir. Bizim səmimi ünsiyyətə, şənlənməyə, dəstəyə ehtiyacımız çox vaxt dostlarımızın vasitəçiliyi ilə reallaşır. Bir şey var ki, bəzi dostlar bizi şərə, pis həyata sürükləməsələr də, inkişafdan saxlayırlar. İnkişafdan qalmaq da bir növ elə uçuruma sürüklənməkdir. Yazdıqlarım “şəxsi inkişaf” kitablarındakı “uğurlu” olmağa çağıran bəlağətli ifadələr kimi görünməsin. Elə ritorikadan uzaq durmağa çalışıram. Həmin kitabların əksəriyyəti adamları dolayı yolla eqoistliyə sövq edir. O kitabların fəal oxucularının çoxunun necə burnu dik, heç kimi bəyənməyən, özünü “dahi” hesab edənlərə döndüklərini müşahidə edirəm.

“Eqoistlik” məsələsinə elə-belə toxunmadım. Çünki bir ara köhnə dostlarımdan uzaqlaşmağı özüm üçün eqoist əməl kimi də qiymətləndirirdim. Fikirləşirdim ki, görəsən mənimlə görüşməyə can atanlara vaxt tapmamaqla insafsızlıq, haqsızlıq etmirəm ki?! Düşdüyüm, düşündüyüm hal məni narahat edirdi.

Buna görə Amerikada yaşayan dostum Azərlə danışmağa qərara gəldim. Azər məhz o dostlardandır ki, aramızdakı məsafə dostluğumuza təsir etməyib. Əksinə, hətta deyərdim, dostluq bağlarımız daha da möhkəmlənib. Azərin obyektivliyinə güvəndiyim üçün ona müraciət etmişdim. Dostum ilə dialoqumuzu bura köçürüb canınızı sıxmaq fikirindən uzağam.

Azər məni dəstəklədi və özü də zamanla bu aktı yerinə yetirdiyini bildirdi. Bu məsələnin mənim üçün aydınlaşması açıq suallarla konkretliyə çatdı.

  • Mənim üçün dostluqda, ümumiyyətlə insanda hansı keyfiyyətlər prioritet sayılır?

Təbii ki, baza sayılacaq sədaqət, mərhəmət və s. kimi özəlliklər öz yerində, bura ədalətli olmaq, dinləməyi bacarmaq, çətin anlarda yanında olmaq kimi defisitə çevirilmiş nüanslar da daxildir.

  • Filankəslə dostluq mənim həyatıma hansı mənaları qatır?

Söhbət emosianal, həm də fikir mübadiləsi vaxtı əldə olunan informasiyalardan gedir. Çünki kitab kimi adamlar var. Onlarla hər söhbət məndə yeni üfüqlər açır, düşüncələrim yenilənir.

Belə baxanda ortaya yenə eqoya xidmət edən xüsusiyyətlər çıxdı. Axı bu özü də təbiidir. Yaxınımız öləndə, sevdiyimiz şəxsləri itirdikdə belə biz özümüz üçün ağlayır, üzülürük ki, onlar daha yanımızda olmayacaqlar. Hər şey aydınlaşdı. Ona görə özümü mühakimə etməkdən artıq vaz keçdim.  

Atalar sözü var: dostunu göstər, deyim sən kimsən. Bizim barədə fikir həm də oturub-durduğumuz adamların xarakterləri ilə formalaşır. Biz necəyiksə, dostlarımız da demək olar elədir. “Özü yaxşıdır, ətrafı pisdir” ifadəsi mifdir. Belə şey olmur, olursa belə həmin adam özünə hörmət etmir. Dostları əsasən ortaq dəyərlər, ideyalar, həyata olan baxış bir araya gətirir.

Hə, həyat həm də zamandır. Vaxt itkisi mənim üçün çox ciddi sərfiyyat sayılır. Ona görə vaxtın idarə olunmasına indi çox həssaslıqla yanaşır və bu interpretasiyadan aldığım mesajları daha eqoist hal kimi qiymətləndirmirəm. Kitabxanamda oxunulmalı o qədər kitabım var ki. O qədər az bilirəm ki, buna görə xəcalət çəkirəm. Öyrənməli o qədər şey var ki… Ona görə də görüşdüyüm, vaxt keçirdiyim, ən əsası dostluq etdiyim insanları çılpaq məntiqlə, daha doğrusu rasional şəkildə seçməyə qərar vermişəm. Bu seçimi qarşı cinsdən olan ənənəvi partnyor sferasına da daşımışam. İnsan nə istədiyini aydın biləndə çox şey asanlaşır və həyat daha komfortlu olur.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
Bildschirmfoto 2021-02-23 um 10.38.37
Sərbəst

Urbanizasiya və onun problemləri – 1

23 Fevral 2021
Data-Journalism
.

Data jurnalistikası

23 Fevral 2021
bicycle-clock-1200x700
.

“Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi”

21 Fevral 2021
EICHMANN
.

Adolf Ayxman: Mossadın nasist ovu

20 Fevral 2021
800px-Flag_of_Nakhichevan_ASSR_(1937-1940).svg
.

Naxçıvan MSSR-in qurulması (İkinci hissə)

20 Fevral 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel