Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Rüfət Həsənovun postu, dostu və mənasız müsahibəsi

Sevda Sultanova Sevda Sultanova
., Kültür
11 Sentyabr 2021
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
4f198605 c3c9 4f71 a86a 3e2b1b05e910
Paylaş

Tətildə olduğumdan, avqustun 2-si Milli Kino günü münasibətilə Mədəniyyət Nazirliyinin kino şöbəsinə xüsusi diqqət ayıra bilmədiyim üçün üzr istəyirəm. Arada buraxılmış boşluğu doldurmağa çalışacam…

Azərbaycan hökuməti son 15-20 ildə kino sahəsinə milyonlarla vəsait ayırıb. Bu mənada kinematoqrafla bağlı dövlət öz öhdəliyini yerinə yetirmiş sayıla bilər. Lakin məmur işinin yarıtmazlığı səbəbindən kinoda gözlənilən proqress alınmadı. Bir neçə il öncə AzLogos-a hazırladığm vloqlardan birində qeyd etdiyimi yenidən təkrarlayım: kinodakı durğunluq təkcə məmurların yarıtmaz siyasəti ilə bağlı deyildi. Burada daha çox günahkar yaradıcı şəxslərdir. Çünki ayrı-ayrı vaxtlarda məqsədləri naminə məmurlara etiraz etməyiblər, filmləri kəsiləndə susublar, büdcə kəsiri ilə qarşılaşanda susublar, biri digərinin ayağını tapdalayb ki, təki layihəsi qabağa keçsin. Korrupsiya da baş veribsə, onlar birbaşa bu qanunsuzluqda susaraq iştirak ediblər, zəruri prinsipiallıq nümayiş etdirməyiblər…

Kino günü münasibətilə kinematoqrafiya şöbəsinin rəhbəri Rüfət Həsənovun “Mədəniyyət” qəzetinə müsahibəsini oxudum. Həsənov demək olar ki, bütün müsahibələrində iş görmək təəssüratı yaratmağa çalışır və əhəmiyyətli nəsə demir. Fəaliyyət görüntüsü yaradan prioritet mövzuları isə bunlardır: dövlət dəstəyi ilə çəkilən bir neçə tammetrajlı film, alınan yeni avadanlıqlar, müəyyən təmir işləri (bu, yeri gəlmişkən Müşfiq Hətəmovun da prioriteti idi), “tam şəffaf” (Həsənova aid olduğu üçün dırnaqda yazılıb) “Böyük qayıdış” müsabiqəsi, pitçinq metodu, festivallarda iştirak, layihələrin beynəlxalq film marketinə seçilməsi…

Həsənov kinomuzun inkişafını şərtləndirən mühüm faktordan yayınır və bu haqda ötəri danışır. Yəni nə etməli ki, ölkədə film istehsalatı işə düşsün, kinosənayesi formalaşsın? Müsahibəsinin əvvəlində o, deyir: “Birinci istiqamət normativ-hüquqi bazanın təkmilləşdirilməsidir. Burada müəyyən dəyişikliklərə ehtiyac var ki, bu da daha rahat, sərbəst və müasir şəkildə kino sənayesinin inkişafına şərait yaradacaq”. Keçmiş rəhbərlik də bu haqda danışırdı: kino haqqında qanunun təkmilləşdirilməsi, vergi güzəştlərinin tətbiqi və s. Həsənov da çox ümumi danışır. Məsələn, biz bilmirik kino sənayesinin dirçəldilməsi istiqamətində şöbənin hansı konkret təklifləri, təşəbbüsləri var, nə kimi mexanizm təklif edir, strateji plan varmı və bunun reallaşması məqsədilə indiyədək nə kimi addımlar atıb, hansı publik müzakirələr keçirib, mövzunun gündəmdə qalması üçün ümumiyyətlə nə edilib? Yoxsa mövzunun canlanması üçün maliyyə naziri vaxtaşırı danışmalıdır?!

Həsənovun müsahibəsində vurğuladığı digər məqamların heç biri kino sənayesinin formalaşmasına töhfə verəcək gücdə deyil. “Böyük qayıdış” müsabiqəsinin özəl sektorun inkişafında, istehsalatın yaranmasında əsas amillərdən biri kimi qeyd edilməsi illüziyadır. Çünki film mütləq gəlir gətirməli, kassa yığmalıdır. Qısa film formatı isə bunun üçün yararlı deyil. Çəkiləcək qısa metrajlıların hansısa ölkəyə satılıb satılmayacağı da qeyri müəyyəndir. Yadıma düşmüşkən, müsabiqə ilə bağlı bir məqamı deyim. Ötən yazılarımın birində yazmışdım: bəzi nüansları nəzərə almasaq, pitçinqin keçirilmə prosesi obyektiv görünürdü, jürinin sədri Vaqif Mustafayev isə dəqiq və peşəkar suallar verirdi. Görürəm ki, Həsənov müsabiqə ilə bağlı “tam şəffaf” sözünü tez tez işlədir, ona görə bəzi nüanslardan birini deyim. Misalçün, jürinin sədri Vaqif Mustafayev bəzən neytrallığını qorumurdu. Bir özəl şirkəti təmsil edən iştirakçını sorğu suala tutaraq, sənədli materialları necə verəcəklərinı, hansı yeniliyin olacağını, filmi necə təsəvvür etdiklərini soruşur.

Amma “Debüt” studiyasından layihə təqdim edən Mələk Bayramlıya o sualların heç birini vermir. İxtisasca kinoşünas olsa da, bir əhəmiyyətli məqaləsi olmayan, film çəkməyən Mələk Bayramlıya Vaqif Mustafayev arxayınlıqla deyir: ”Mələk xanım çox ağllı, istedadlı insandır, mən tanıyıram, mövzusunda daha dərinə gedəcək, dərin film çəkəcək”.

Maraqlıdır ki, Mustafayev bir rejissor işi olmayan Mələk Bayramlının rejissorluq istedadına inamı hardan alır? Bəlkə ona görə ki, Bayramlı Rüfət Həsənovun yaxın dostlarından biridir?!

Həsənovun çox tutunduğu festivallara gəlincə, Taliban rejiminin Əfqanıstanda hakimiyyətini bərpa etdiyi günlərdə müasir əfqan kinosu ilə bağlı kiçik araşdırma eləmişdim. Əfqan rejissorları, kino mütxəssisləri birmənalı olaraq bu fikirdədirlər ki, son 14 ildə əfqan kinosu nüfuzlu beynəlxalq festivallarda müəyyən uğurlar əldə eləsə də, bu, daxili kino bazarının inkişafına təkan vermədi.

Nazirliyin sabiq rəhbərliyinin dövründə də filmlərimiz A kateqoriyalı festivallara düşür, hətta bəzən mükafat da alırdı. Təcrübə isə göstərdi ki, festivallarda iştirak amili kino istehsalına təsir edə bilmir. Nazirliyin dəstəyi ilə çəkilən filmlərin heç biri bugünədək daxili bazarda kassa yığmayıb, xarici bazarda yüksək məbləğə satılmayıb. Daxili kino bazarının inkişafı fərqli siyasət, şərtlər tələb edir. Və maliyyə naziri Samir Şərifov “Vəsaitlər ayrılır, ancaq nəticədə hər hansı ekran əsərlərini görmürük. Bunu da hamımız bilirik və deyirik. Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir” deyəndə, dövlət hesabına çəkilən filmlərin gəlir gətirməməsini, kino sənayesinin formalaşmamasını nəzərdə tuturdu.

Ona görə Həsənovun “Son illərdə ölkəmizin kino sektoru tərəfindən istehsal olunan filmlərin dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında iştirakı və mükafatlandırılması, habelə film çəkilişinə özəl vəsait qoyuluşunun həcminin artması və tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir” cümlələri manipulaytiv, boş sözçülükdən başqa nəsə deyildir. Başqa bir məqam, dövlət dəstəyi ilə istehsal olunan bir film belə Kann, Venesiya, Berlin festivallarının əsas müsabiqəsinə düşməyib.

Həsənov daha sonra “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunacaq “Mərmər soyuğu” film layihəsinin Rusiyanın dövlət film təşkilatı “Roskino” və Trieste Film Festivalının (İtaliya) beynəlxalq film marketinə seçilməsini uğur sayır. Hər hansı beynəlxalq film marketinə seçilmək xüsusi uğur deyil. Uğur odur ki, seçilən film həmin marketdə maliyyə tapsın. Əgər belədirsə, o zaman konkret faktlarla danışmağı təklif edirəm.

Müsahibədə daha sonra deyilir: “Bütün bu işləri operativ və cəld həyata keçirmək üçün bizə alət lazımdır. Həmin alət isə Kino Agentliyi ola bilər. Kino Agentliyi bizim müxtəlif istiqamətlərdə iddialı layihələri reallaşdırmağa bir vasitədir”. Kino Agentliyi yarancaqmı, idarəetməsi necə olacaq, kinomuzun inkişafına köməyi dəyəcəkmi, yoxsa bu strukturun yaradılmasına xərclənən pullar nəticə verməyəcək? Bütün bunlar cavabı dəqiq olmayan suallardır.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör