Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Radiasiya – çoxlarını qorxuya salan söz (info-animasiya)

Hacı Hacıyev Hacı Hacıyev
., Elm
07 İyun 2019
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
Cover site
Paylaş

Çernobıl ətrafı bölgələrdə yaşayan insanların çoxu radiasiyadan çox radiasiya qorxusundan əziyyət çəkir. Bəs radiasiya nə deməkdir? O həqiqətənmi bu qədər qorxuludur?

Özümüz daxil, bizi əhatə edən bütün materiya atomlardan ibarətdir. Atomlar neytron və protondan ibarət nüvədən və onun ətrafında fırlanan elektrondan təşkil olunub. Stabil maddələrdə bu hissəciklər sabitdir, amma radioaktiv maddələrin atomları parçalanmağa və enerji buraxmağa meyllidir. Beləliklə, əgər atom proton və neytron buraxırsa, bu, alfa şüalanma, elektron buraxırsa, bu, beta şüalanma, yalnız enerji şüalandırırsa, bu, qamma şüalanma adlanır.

Bu şüaları çox xırda güllələr kimi təsəvvür edə bilərik. Bu güllələr bədənimizi təşkil edən atomlara dəyərək, onlardan hissəciklər qoparıb, bu atomları iona çevirir. Buna görə, radioaktiv şüalanmaya ionlaşdırıcı şüalanma da deyilir.

İonlar atomlardan fərqli olaraq, kimyavi aktiv hissəciklərdi. Ona görə də, məsələn, bədənimizin əsasını təşkil edən su atomlarının radioaktiv güllələrlə ionlaşmasından yaranan OH ionları yağlar, zülallar və başqa vacib bioloji molekullarla reaksiyaya girərək, onların strukturunu dəyişir və çox vaxt onları zəhərə çevirir.

Bundan başqa radiasiya güllələri genetik aparatımız olan DNT-ni də sıradan çıxarır. Nəticədə strukturu dəyişmiş hüceyrələrimiz ya ölür, ya da xərçəng hüceyrələrinə çevrilir.

Radiasiyadan tamamilə qorunmaq mümkün deyil. Bizi əhatə edən bütün əşyalar müəyyən qədər radioaktivdir. Hətta insan özü də.

Bir yataqda yatdığımız şəxsdən gecə ərizində 0,05 mikrozivert radiasiya alırıq. Bir banandan isə bundan iki dəfə çox yəni 0,1 mikrozivert. Gün ərizində insan 10 mikrozivertə yaxın radiasiya udur. Döş qəfəsinin rentgeni zamanı isə iki gündəlik doza şüa qəbul edirik. Təyyarə ilə iki saatlıq uçuş zamanı 40 mikrozivertə hazır olun. Amma heç nə etmədən, sadəcə evdə oturmaqla da, divarlardakı daş və sementdən 70 mikrozivert radiasiya alırıq. Bütün bunlar öz bədənimizdə olan kalium atomlarından aldığımız radiasiyanın yanında heç nədi. Belə ki, bu rəqəm gündəlik 390 mikrozivertdir. İl ərizində insan bədəni 3000 mikrozivertə yaxın radioaktiv şüalar udur.

Bu rəqəm Yaponiyanın Fukuşima AES-ində baş vermiş qəza zamanı, o bölgədə yaşayan insanların aldığı şüalanmadan 3 dəfə çoxdur.

Biz adi tomoqrafiya çəkdirəndə belə iki illik şüalanma dozasından daha çox radiasiya alırıq.

Sağlamlıq üçün təhlükəli şüalanma dozası 100 min mikrozivertdən başlayır. Ölümcül şüalanma miqdarı isə 5 milyon mikrozivert və ya 5 min millizivertdir.

Odur ki, kiçik dozalarda radiasiya orqanizm üçün təhlükəli deyil. Hətta guman edilir ki, radiasiya təkamülə və yer üzərində həyatın yaranmasına səbəb olan əsas faktorlardan biridir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör