Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Praqa səfəri

Orxan Adıgözəl Orxan Adıgözəl
Sərbəst
02 Oktyabr 2019
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
Cropped panoramic view of man using wheelchair with bag on street with sunlight

cropped panoramic view of man using wheelchair with bag on street with sunlight

Paylaş

Birinci yazı

2019-cu ilin iyul ayının 1-də Praqaya səfərim olmuşdu. Fellowship (xüsusi təqaüd) qazanmışdım. Koordinatorum birinci gündən məni xəbərdar edəndə ki, buranın yerli camaatı o qədər istiqanlı deyil və onlar məsafə saxlamağa öyrəncəlidilər (təbii ki, bu ümumiləşdirmə deyil), ona, bunu artıq bildiyimi dedim. Çünki bu mənim Praqaya ikinci səfərim idi. Bundan 1 il əvvəl bu gözəl şəhərdə olduğum üçün Praqa barədə müəyyən təəssüratlarım vardı.

Bu dəfə Praqada qazandığım təqaüd ilə iki aylıq sosial proqramda iştirak şansı əldə etmişdim. Proqrama əlillik və inklüziya sahəsini əhatə edən görüşlər və təlimlər daxil idi. Böyük həvəs və enerji ilə proqramın başlanğıcını gözləyirdim. Əslində, Praqaya may ayında gəlməli və burda üç ay müddətinə qalmalıydım. Sadəcə koordinator Praqada qalmağım üçün istifadə etdiyim əlil arabasına uyğunlaşdırılmış evi gec tapdığı üçün məcburən bura iyul ayında gəlməli oldum. Sentyabrda Azərbaycana geri dönməli olduğum üçün də, proqramdan bir ayı çıxdaş etməli olduq. Ancaq bu mənim üçün itki sayılmadı. Çünki iki ay demək olar səmərəli keçdi və mən Praqada əlillik sahəsi ilə bağlı olan əksər təşkilatlarla görüşə bildim.

Səfərin ilk 15 gününü razılaşmaya əsasən Praqanın Florenc adlanan ərazisində 4 ulduzlu oteldə qaldım. Oteli məxsusi seçmişdilər. Ona görə ki, ora arabam ilə rahat hərəkət etməyim üçün uyğunlaşdırılmışdı. Həm də Florenc şəhərin mərkəzinə olduqca yaxın idi. Qaldığım yerdən mərkəzə piyada getmək hardasa 15-20 dəqiqə vaxt aparırdı. Tramvay ilə bu 7-8 dəqiqəyə başa gəlirdi.

Yeri gəlmişkən, Praqada ictimai nəqliyyat çox yaxşı təşkil olunub. Aldığım bir nəfər üçün olan bir aylıq biletlə metrodan, tramvaydan, trolleybusdan, avtobusdan istifadə edirdim. Həmin bilet funikulyor və bərədən istifadə də üçün keçərlidir, ancaq onlardan istifadə ehtiyacım yaranmamışdı. Bir aylıq biletin qiyməti 550 çex kronuna əldə olunur və o, hardasa 40 manata yaxın pul eləyir (əlbəttə satışda bir gedişlik, sutkalıq və 3 günlük biletlər də var). Həmin bilet bütün ictimai nəqliyyatı əhatə edir və sən həmin bilet ilə istənilən nəqliyyata daxil ola bilərsən. Buna görə hər dəfə sürücüyə və ya maşinistə bileti göstərmək məcburiyyətində deyilsən.

Ancaq hər an nəzarətçi konduktor peyda ola bilər və bileti göstərməyi tələb edə bilər. Əgər konduktor sizi biletsiz tutsa cərimələnəcəksiniz. Ya yerindəcə birbaşa konduktora cəriməni ödəyəcək, ya da 800 kron (58 AZN) pulu 15 gün ərzində xüsusi terminallara ödəyə bilərsniz. 15 gün ərzində həmin pul ödənilməsə, cərimənin qiyməti 1500 krona (109 AZN) qalxacaq. Ümumiyyətlə əhalinin çoxu, əsas da turistlər ictimai nəqliyyatdan istifadəyə üstünlük verirlər. Belə olduğu halda təbii surətdə avtomobil istifadəsi passiv şəkil alır. Bu, həm də ekoloji çirklənmənin qarşısını alır.

Beləliklə, bu yay bolluca ictimai nəqliyyatdan istifadə etdim. Azərbaycanda (daha doğrusu Bakıda) müəssər, giriş-çıxış üçün pandusu olan yeganə ictimai nəqliyyat ancaq avtobus olduğu halda, əlil arabası istifadəçiləri üçün Praqada çoxsaylı ictimai nəqliyyat imkanları əldə etmək olur.

Praqa metrosunun yarısından çoxuna əlil və uşaq arabası ilə rahat daxil olmaq olur. Uyğunlaşdırılmış metroların hər birində 2 hətta 4 ədəd liftə rast gəlmək olur. Digər qeyri-müəssər stansiyalar da arabadan istifadə edən insanlar üçün uyğunlaşdırılır. Onlara lift və ya alternativ giriş-çıxış yolları quraşdırılır.

Bir dəfə orda Praqa şəhərinin yenidənqurma və memarlıq idarəsinə getmişdim. Məsul şəxs mənə gördükləri işdən, yaxın zamanla bağlı planlarından, əsas da şəhərin əlil insanlara daha əlçatan olması üçün etdikləri və edəcəkləri işdən danışırdı. Sonra söhbət metrodan düşdü. Sual verdi ki, Bakıda metro stansiyaları necədi, onlardan istifadə edirəmmi?! Dedim ki, Bakıdakı 25 metro stansiyasından yalnız birində – “Avtovağzal” adlanan stansiyada arabaları nəzərə alıb, ora lift yerləşdiriblər. Bakı metrosu əlil arabası istifadəçiləri üçün “yeraltı muzey” sayılır. Sən ora yeganə giriş və çıxışı olan Avtoğazal stansiyasından girirsən, muzeyi dolaşıb, gəzir və geri qayıdırsan. Ora bir yerdən girir, ancaq başqa heç yerdən çıxa bilmirsən. Haqqımızda elə-belə, boş yerə “analoqsuz inkişaf” edən ölkə deyilmir ki…

Bir dəfə orda fellowship keçən iştirakçılarla Çexiya Respublikasının Xarici İşlər Nazirliyində müəyyən regionlar üzrə işləyən məsul yetkililər ilə görüşümüz oldu. Orda nazirliyin İnsan Hüquqları və Transformasiya Siyasəti üzrə direktoru ilə fikir mübadiləsi apardıq. Ona digər iştirakçıların etdiyi kimi öz ölkəmizdəki mövcud vəziyyətdən danışmadım. Məsul şəxslə üzbəüz oturmuşdum və o, danışılanları nəzakət xətrinə dinləyirmiş kimi göstərir, arada qarşısındakı kağıza nələrsə qeyd edirdi. Hiss olunurdu ki, diplomatiya ilə bağlı dərslərdə qarşıdakı şəxslərin problemlərinə diqqətlə dinləməyin imitasiyalarından da geninə-boluna öz dərsini almışdı diplomatımız. Ondan hansısa gözləntim də yox idi. Nə ola bilərdi ki?! Hələ də o qədər adamın öz ölkələrindən ağızdolusu danışdığını xatırlayanda qəribə hisslər keçirirəm. Axı bu boşboğazlıq adi vaxt itkisindən başqa şey deyildi.

Vallah özümü dahi-filan saymıram. Hətta deyim ki, ordakı təqaüdçülərin çoxunun sosial və ictimai fəallıqla bağlı bioqrafiyaları mənimkindən qat-qat zəngindir.

Xülasə, nazirliyin yetkilisinə bildirdim ki, ölkəmizdəki vəziyyətdən onsuz da xəbərdarsınız. Belə şeylərlə vaxtınızı almayacam. Sizdən bir xahişim olacaq ki, Bakıdakı səfirliyinizi islahatlara və yumşalmağa dəvət edəsiniz. Çünki onlar təkcə mənə yox, bir çox vətəndaşlarımıza keyfiyyətli xidmət göstərmirlər (detalları yazmıram). Nazirliyin işçisi bununla maraqlanacağına söz verdi.

Ümumiyyətlə çətin olsa da etiraf etməliyəm ki, hər dəfə müxtəlif təşkilatlarla görüş vaxtı aldığım informasiyalar çexlərə qarşı qibtə hissimin oyanması ilə bərabər üzülməyimə gətirib çıxarırdı. Onların gördüyü işlər, ümumi inkişafları ilə bağlı fikirlər sanki havaya qalxır, sonra da böyük daşa çevirilib başıma düşürdü. Məyusluqdan üzərimə o qədər ağırlıq çökürdü ki, bilmirdim neyləyəm. İnanın mübaliğəyə və dramatikləşdirməyə yol vermirəm. Bunlar hisslərimin bir parçasıdır. Ən zəhləm gedən şeylərdən biri də özünü aciz və müti göstərməyə çalışmaqdır. Qətiliklə belə obrazı, o cür təsəvvürləri rədd edirəm.

İstər-istəməz inkişafı, inklüzivliyi gördükcə, fikirimdə öz yaşadığım məmləkətlə bağlı müqayisə və paralellər aparır və “niyə bu əjdahadan bizdə olmamalıdır” sualı ətrafında düşünməli olurdum. Bu qədər neft, sərvət olduğu halda cırtdan boyda Respublikada öz vətəndaşlarının ən təbii haqlarını Qodzilla kimi nəhəng lığ bağlamış ayaqlarınla tapdala, onlara şərait yaratma ki, sırf fiziki məhdudiyyətləri var. Ədalətsizlik adamı incidir. Ha istəyirsən ki, danışığını şikayət frekanslarına kökləməyəsən, alınmır.

Avropaya yolu düşənlər orda əksər yerlərdə çöldə-bayırda, bir sözlə ictimai yerlərdə əlilliyi olan adamlarla tez-tez rastlaşırlar. Məlumatsız adamın ilk ağlına gələn o olur ki, həmin ölkələrdə, Azərbaycandan daha çox əlilliyi olan adam var. Halbuki, bu belə deyil. Rəsmi rəqəmlərə görə ölkəmizdə 600 mindən çox əlilliyi olan vətəndaş yaşayır. Yarım milyon insan – bu bizim üçün balaca rəqəm deyil. Bizdə sırf əlverişsiz şərait imkan vermir ki, həmin adamlar ictimai yerlərdə fəal şəkildə görünə bilsinlər. Yoxsa Tural Yusifov demişkən bizim xalqın döyüşkən spartalılar kimi hipersağlam genləri yoxdur ki, burda məhdudiyyəti olan adam tapılmasın.

Bir də ki, bütün bu məyusluğum o qədər çox çəkmədi. Gördüklərim daha da fəallaşmağım üçün mənə stimul verdi. İçimdə işləmək üçün böyük ehtiras yarandı.

Ardı olacaq…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
426483665 0 109 1960 1212 1920x0 80 0 0 d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

Tural Həmid
18 Fevral 2026
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör