Azlogos
  • Kimlər var
  • Bizi tanı

Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail "Kitabi-Dədə Qorqud"un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər? Rəqəmsal konslager Liberalların çirkin siması
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Onlar niyə boşanır?

Günel MövludGünel Mövlud
Sərbəst
18 Fevral 2019

“Niyə boşanmasınlar ki?” Sualıma aldığım cavablardan biri də belə oldu.

Statistikaya görə hər ikinci norveçli ailəsi boşanır. Amma nəzərə almaq lazımdır ki, bu statistikada təkcə rəsmi nikahı olanların ayrılması deyil, bir evdə yaşayan və ortaq büdcəyə sahib olan, amma rəsmi nikaha girməyən cütlüklər də nəzərə alınır. Norveçdə vətəndaş nikahında yaşayanlar “samboer”lərə rəsmi evlilərə şamil edilən haqq və öhdəliklərin təxminən hamısı şamil edilir.

Bəs bu boşanmalar niyə belə çoxdur?

Səbəblər müxtəlifdir. Amma ən böyük səbəb, boşanmaq üçün əngəllərin olmamasıdır. Əvvəlcə ondan başlayaq ki, norveçlilər boşanmaya faciə kimi deyil, iki insanın bir yerdə yaşamaq, bir həyatı, evi, məsuliyyətləri, hissləri və s. daha bölüşmək istəməməsi kimi baxırlar. Və düşünürlər ki, insanlar bunu istəmirsə, özlərini məcbur etmələrinin mənası yoxdur. Buna görə də, cəmiyyət də, dövlət də bir evdə yaşamaq istəməyənlərin, boşanmaq istəyənlərin qarşısında əngəllərin olmamasına çalışır. Çünki əks halda, vətəndaşlar bundan əziyyət çəkəcək, özlərinin əsəbləri, uşaqların psixologiyası pozulacaq.

Sosial səbəb

Dəfələrlə tanış, qohum, yad qadınlardan eşitmişəm ki, əslində imkanları, gedəcək yerləri, uşaqlarını saxlaya biləcəkləri peşələri olsaydı, boşanardılar. “Boşanım, hara gedim, balalarımı necə saxlayım?” ifadəsi bizim ölkədə bir kişi ilə məcbur ev, mətbəx, yataq bölüşən qadınların çarəsizlik nəğməsidir əslində. Norveçdə bu çarəsizlik yoxdur. Zira, dövlət uşaqlı tək anaya evli ananın haqqlarından daha çox dəstək tanıyır. İşləmədiyi halda qalmağa evi və dolanmağa pulu olacaq. Yaxın adamları olmazsa və ata uşağa baxmazsa, uşağa ayda iki dəfə bir neçə gün ana dincəlsin deyə baxan olacaq. Nə ana, nə də uşaqlar çarəsiz, pulsuz, tək qalmayacaqlar. Buna görə də, sırf ata evə pul gətirir, yanında qalaq söhbəti yoxdur. Amma sadaladıqlarım da son çarədir, çünki normalda Norveçdə ayrılan ananın yüksək maaşlı işi də olur, qalmağa evi də, özü yorulanda ya səfərə gedəndə uşaqlarına baxmağa babysitter tutmağa imkanı da. Bunlar olmayanda isə dövlət yardıma gəlir.

Uşağın rahatlığı

Burda boşanma uşağın travma alması, bir valideynlə böyüməsi, bizim lirik nəğmə “məktəbdə hamının atası var, balamın atası yoxdur, boynubükükdür” kimi problemlər aktual deyil. Əvvəla, ata-ana sakit, davasız ayrılır, düşmən olmur, hətta bir-birilərinə inciklikləri qalsa da, bunu uşağın yanında büruzə vermirlər. Qanuna görə 13 yaşına qədər hər bir uşaq ayrılan ata-ananın yanında bərabər zaman kəsiyində qalmalıdır. Yəni 3 gün yarım ata, 3 gün yarım ananın yanında. Heç bir tərəfin ixtiyarı yoxdu ki, uşağın bu haqqını məhdudlaşdırsın. 13 yaşdan sonra uşaq özü ata, ana ya ikisi ilə da qalmağı seçir. Bundan başqa, təbii ki, istisnalar olmaqla, boşanan ailələr adətən çox yaxşı münasibət saxlayır, ananın yeni sevgilisi ya əri, atanın yeni sevgilisi ya arvadı uşaqla yaxşı davranır, dostluq edir, ailələr bir-birinə qonaq gedib-gəlir, birlikdə xeyli vaxt keçirilər ki, uşaq darıxmasın, inciməsin və valideynlərinin boşanmasını ağrılı bir şey kimi qəbul etməsin.

Mental səbəb

Norveçdə boşanan qadına pis baxmırlar, ailə, yaxınlar təzyiq etmir. İş yerində qadının boşandığını bilən kimi direktor qadına seksual obyekt kimi baxmır, polisə şikayətə gedəndə polis, vəkilə işi düşəndə vəkil seksual obyekt kimi baxmır. Ata-qardaş, əmi-dayı oğulları, qonşu kişilər özündə “gəlinin qeyrətini çəkmək” kimi bir məsuliyyət hiss etmir, boşanan qadın başqa adamla münasibət quranda ona “fahişə” adı qoymur, partnyorlarını hesablamır, bir sözlə mənəvi-psixoloji terror etmirlər. Ümumiyyətlə, burda bir qadının boşanması ona olan hörmət, ehtiramı heç cür azalda bilməz. Boşanan qadının boşanmayandan heç bir fərqi yoxdur.

Bürokratik səbəblər

Norveç məhkəməsində əri ya arvadın birinin “mən bu adamla daha yaşamaq istəmirəm” deməsi, boşanma üçün yetərli əsas sayılır. Daha “arvadım gəzirdi”, “ərim narkomandır” kimi çox vaxt yalan, qarşı tərəfi günahkar çıxarmaq üçün əl atılan böhtanlara ehtiyac yoxdur. Yaşamaq istəmirsən bu adamla, buyur.

Bu maneələrin qarşısının alınması, boşanmanın maksimum rahatlaşdırılması eyni həyatı paylaşmaq istəməyən insanların qarşısında yeni həyata qapı açır və bu çox gözəldir.

Norveçlilərin boşanmadan söhbət düşəndə adətən işlətdikləri sözlər. “Bir yerdə yaşamaq istəmirlərsə, niyə boşanmasınlar ki?”, “uşaq ailədə böyüməlidir, amma uşaq sevgi dolu ailədə böyüməlidir”.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
Bildschirmfoto 2021-02-23 um 10.38.37
Sərbəst

Urbanizasiya və onun problemləri – 1

23 Fevral 2021
Data-Journalism
.

Data jurnalistikası

23 Fevral 2021
bicycle-clock-1200x700
.

“Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi”

21 Fevral 2021
EICHMANN
.

Adolf Ayxman: Mossadın nasist ovu

20 Fevral 2021
800px-Flag_of_Nakhichevan_ASSR_(1937-1940).svg
.

Naxçıvan MSSR-in qurulması (İkinci hissə)

20 Fevral 2021

Redaktorun seçimi

Starlink missiyası tamamdır

Ermənistan adlı qlobus

“Dövlətin gələcəyi barədə” – Martin van Creveld

Apostrof – Qadın olmaq

İnqilabdan sonrakı İran kinosu

Belarus iqtisadiyyatı haqqında miflər

XXI əsrdə ölümün anlamı və biz niyə ondan qorxuruq?

Ya TƏBİB-i

“Propaqandon”

Söyülmək və öyülmək arasında

Məşhur aktyorumuzun paltar oğurluğu və çətin seçimi…

Qadınlar barədə 30 fakt

Ziya – Ziyalılıq – Missiya

Dəlixanada keçən 40 il: yapon rəssamı Yayoi Kusama dünyanı necə dəli elədi

Dejavu. “1993”?

Andre Morua: “Mənəvi dəyərlər – çürük əxlaqçıların mənasız uydurması deyil”

Firudin Allahverdi: “Dövlətin incəsənətə müdaxiləsi ironik nəticə verir”

Coğrafiyamızın dərdi

Edam cəzası olsun, olmasın?

“Saçlarımı kəsdirməyə bərbərin evinə getdim”

Total “Düşərgə”. Weltschmerz

Bəşəriyyət tarixinin ən pis ili

Azərbaycan-İran münasibətləri

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

AzLogos müsabiqə elan edir

Tarlabaşının son rəqsi – Rəna Əfəndi təqdim edir

Elinanı öldürən əxlaq

“Xalqımızın duası, Türkiyənin puası, Raketlərin şüası…”

Facebook düşüncələri

Azərbaycanda və Ermənistanda yəhudi olmaq

Onlar niyə boşanır?

Günel MövludGünel Mövlud
Sərbəst
18 Fevral 2019

“Niyə boşanmasınlar ki?” Sualıma aldığım cavablardan biri də belə oldu.

Statistikaya görə hər ikinci norveçli ailəsi boşanır. Amma nəzərə almaq lazımdır ki, bu statistikada təkcə rəsmi nikahı olanların ayrılması deyil, bir evdə yaşayan və ortaq büdcəyə sahib olan, amma rəsmi nikaha girməyən cütlüklər də nəzərə alınır. Norveçdə vətəndaş nikahında yaşayanlar “samboer”lərə rəsmi evlilərə şamil edilən haqq və öhdəliklərin təxminən hamısı şamil edilir.

Bəs bu boşanmalar niyə belə çoxdur?

Səbəblər müxtəlifdir. Amma ən böyük səbəb, boşanmaq üçün əngəllərin olmamasıdır. Əvvəlcə ondan başlayaq ki, norveçlilər boşanmaya faciə kimi deyil, iki insanın bir yerdə yaşamaq, bir həyatı, evi, məsuliyyətləri, hissləri və s. daha bölüşmək istəməməsi kimi baxırlar. Və düşünürlər ki, insanlar bunu istəmirsə, özlərini məcbur etmələrinin mənası yoxdur. Buna görə də, cəmiyyət də, dövlət də bir evdə yaşamaq istəməyənlərin, boşanmaq istəyənlərin qarşısında əngəllərin olmamasına çalışır. Çünki əks halda, vətəndaşlar bundan əziyyət çəkəcək, özlərinin əsəbləri, uşaqların psixologiyası pozulacaq.

Sosial səbəb

Dəfələrlə tanış, qohum, yad qadınlardan eşitmişəm ki, əslində imkanları, gedəcək yerləri, uşaqlarını saxlaya biləcəkləri peşələri olsaydı, boşanardılar. “Boşanım, hara gedim, balalarımı necə saxlayım?” ifadəsi bizim ölkədə bir kişi ilə məcbur ev, mətbəx, yataq bölüşən qadınların çarəsizlik nəğməsidir əslində. Norveçdə bu çarəsizlik yoxdur. Zira, dövlət uşaqlı tək anaya evli ananın haqqlarından daha çox dəstək tanıyır. İşləmədiyi halda qalmağa evi və dolanmağa pulu olacaq. Yaxın adamları olmazsa və ata uşağa baxmazsa, uşağa ayda iki dəfə bir neçə gün ana dincəlsin deyə baxan olacaq. Nə ana, nə də uşaqlar çarəsiz, pulsuz, tək qalmayacaqlar. Buna görə də, sırf ata evə pul gətirir, yanında qalaq söhbəti yoxdur. Amma sadaladıqlarım da son çarədir, çünki normalda Norveçdə ayrılan ananın yüksək maaşlı işi də olur, qalmağa evi də, özü yorulanda ya səfərə gedəndə uşaqlarına baxmağa babysitter tutmağa imkanı da. Bunlar olmayanda isə dövlət yardıma gəlir.

Uşağın rahatlığı

Burda boşanma uşağın travma alması, bir valideynlə böyüməsi, bizim lirik nəğmə “məktəbdə hamının atası var, balamın atası yoxdur, boynubükükdür” kimi problemlər aktual deyil. Əvvəla, ata-ana sakit, davasız ayrılır, düşmən olmur, hətta bir-birilərinə inciklikləri qalsa da, bunu uşağın yanında büruzə vermirlər. Qanuna görə 13 yaşına qədər hər bir uşaq ayrılan ata-ananın yanında bərabər zaman kəsiyində qalmalıdır. Yəni 3 gün yarım ata, 3 gün yarım ananın yanında. Heç bir tərəfin ixtiyarı yoxdu ki, uşağın bu haqqını məhdudlaşdırsın. 13 yaşdan sonra uşaq özü ata, ana ya ikisi ilə da qalmağı seçir. Bundan başqa, təbii ki, istisnalar olmaqla, boşanan ailələr adətən çox yaxşı münasibət saxlayır, ananın yeni sevgilisi ya əri, atanın yeni sevgilisi ya arvadı uşaqla yaxşı davranır, dostluq edir, ailələr bir-birinə qonaq gedib-gəlir, birlikdə xeyli vaxt keçirilər ki, uşaq darıxmasın, inciməsin və valideynlərinin boşanmasını ağrılı bir şey kimi qəbul etməsin.

Mental səbəb

Norveçdə boşanan qadına pis baxmırlar, ailə, yaxınlar təzyiq etmir. İş yerində qadının boşandığını bilən kimi direktor qadına seksual obyekt kimi baxmır, polisə şikayətə gedəndə polis, vəkilə işi düşəndə vəkil seksual obyekt kimi baxmır. Ata-qardaş, əmi-dayı oğulları, qonşu kişilər özündə “gəlinin qeyrətini çəkmək” kimi bir məsuliyyət hiss etmir, boşanan qadın başqa adamla münasibət quranda ona “fahişə” adı qoymur, partnyorlarını hesablamır, bir sözlə mənəvi-psixoloji terror etmirlər. Ümumiyyətlə, burda bir qadının boşanması ona olan hörmət, ehtiramı heç cür azalda bilməz. Boşanan qadının boşanmayandan heç bir fərqi yoxdur.

Bürokratik səbəblər

Norveç məhkəməsində əri ya arvadın birinin “mən bu adamla daha yaşamaq istəmirəm” deməsi, boşanma üçün yetərli əsas sayılır. Daha “arvadım gəzirdi”, “ərim narkomandır” kimi çox vaxt yalan, qarşı tərəfi günahkar çıxarmaq üçün əl atılan böhtanlara ehtiyac yoxdur. Yaşamaq istəmirsən bu adamla, buyur.

Bu maneələrin qarşısının alınması, boşanmanın maksimum rahatlaşdırılması eyni həyatı paylaşmaq istəməyən insanların qarşısında yeni həyata qapı açır və bu çox gözəldir.

Norveçlilərin boşanmadan söhbət düşəndə adətən işlətdikləri sözlər. “Bir yerdə yaşamaq istəmirlərsə, niyə boşanmasınlar ki?”, “uşaq ailədə böyüməlidir, amma uşaq sevgi dolu ailədə böyüməlidir”.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
Bildschirmfoto 2021-02-23 um 10.38.37
Sərbəst

Urbanizasiya və onun problemləri – 1

23 Fevral 2021
Data-Journalism
.

Data jurnalistikası

23 Fevral 2021
bicycle-clock-1200x700
.

“Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi”

21 Fevral 2021
EICHMANN
.

Adolf Ayxman: Mossadın nasist ovu

20 Fevral 2021
800px-Flag_of_Nakhichevan_ASSR_(1937-1940).svg
.

Naxçıvan MSSR-in qurulması (İkinci hissə)

20 Fevral 2021
FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel