Azlogos
  • Kimlər var
  • Bizi tanı

Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası Tənqid trendi “Stansiya” - Oasys AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili Ara Papyan: "Azərbaycan xərcləri bizə yükləyəcək"
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Nobel – Şnobelin özüdür!

Elnur Astanbəyli Elnur Astanbəyli
., Kültür
09 Dekabr 2019

Bəlkə də çoxları bilmir ki, hər il Nobel mükafatı ilə yanaşı, “ən absurd elmi nailiyyətlər və qeyri-standart ideyalara görə” Şnobel mükafatı (Ig Nobel Prize) da verilir.

Mükafat Mark Abrahams və “Qeyri-adi tədqiqatlar annalı” adlı yumoristik jurnalı tərəfindən 1991-ci ildən təsis edilib. Təqdimetmə mərasimi isə ABŞ-ın Harvard Universitetində keçirilir. Nobel mükafatına parodiya kimi düşünülən mükafatın qaliblərinə isə 10 trilyon Zimbabve dolları (0,40 ABŞ dollarına yaxın) təqdim olunur. Bunun özü də xeyli ironikdir: məsələ burasındadır ki, Zimbabve dolları dünyanın ən dəyərsiz valyutalarından biridir.

Şnobel mükafatının qalibləri hər il oktyabrın əvvəllərində, Nobel mükafatı laureatlarından öncə açıqlanır.

İndiyədək Şnobel mükafatı xüsusi təlim keçən göyərçinlərin Pikasso və Monetin rəsmlərini ayıra bilmələri üçün tətbiq olunan üsulun kəşfindən tutmuş banan qabığı tapdadığı zaman yaranan sürtünmə qüvvəsinin hesablanmasınadək müxtəlif gülməli icadlara verilib.

Biz hələ “qızardılmış çörəyin daha çox yağ sürtülən üzünün yerə düşməsini müəyyən edən üsulun” yaradılmasına, ya da baş qaşıyarkən yaranan xoş hislərin cədvəlini hazırlamağa görə Şnobel alanları demirik.  

Bəli, Şnobel Nobelə parodiyadır, ancaq zaman keçdikcə şübhələnməyə başlayırsan: parodiyalıq bir şey qalıbmı? Nobel özü artıq getdikcə Şnobelə çevrilmir ki?! Bu iki mükafat arasında artıq hansısa sərhədlər varmı?

Ağrılıdır, ancaq deyəsən, Nobel elə Şnobelin özüdür.  

Elə ədəbiyyat üzrə son mükafatçını – avstriyalı yazıçı Peter Handkeni götürək.

1990-cı illərdə Balkan müharibəsi zamanı minlərlə günahsız insanın amansızlıqla öldürülməsində günahlandırılan, XX yüzilliyin ən qəddar cəlladlarından biri hesab edə biləcəyimiz Slobodan Miloşeviçin böyük heyranı olan Handkenin nobeliata çevrilməsi sadəcə, dəhşət doğurur.

Bir zamanlar başqa bir Nobelçi – Orxan Pamukun bu ödülə layiq görülməsində siaysi faktor qabardılırdı. İddia edilirdi ki, o, yalnız bədii kriteriyalarla deyil, həm də siyasi faktorlarla, xüsusilə də, öz ölkəsini, yəni Türkiyəni vaxtilə “30 min kürd və bir milyon erməni öldürülməsində” günahlandırdığına görə Nobel laureatına çevrilib.

İndi isə bütün zamanların ən dəhşətli genosidlərindən olan, saysız-hesabsız körpə və uşaqla birlikdə 8 mindən çox məsum insanın öldürülməsi ilə nəticələnmiş Srebrenitsa qətliamının (iyul, 1995-ci il) əsas suçlularından sayılan Miloşeviçi göylərə qaldıran, belə bir qətliamın olduğunu isə ümumiyyətlə inkar edən biri Nobelə layiq görülür.

Handke Miloşeviç və Srebrenitsa qətliamı barədə qalmaqallı fikirlərini uzun illər öncədən dilə gətirməyə başlamışdı. Düşünmək olardı ki, həmin vaxtlar bu insanlıq dramı və onda əli olanların kimliyi barədə gün işığına çıxmayan çox şey vardı, avstriyalı yazıçı da bu mənada yanlış qənaətlərdən çıxış etmişdi.

Ancaq aradan keçən zamanda ən azından:

– 2007-ci ildə Müharibə Cinayətləri üzrə Beynəlxalq Hərbi Tribunal Srebrenitsadakı kütləvi qətliamı soyqırımı kim tanıyıb;

– 15 yanvar 2009-cu ildə Avropa Birliyinin Parlamenti böyük səs çoxluğu ilə (556 leyhinə, 9 əleyhinə və 22 tərəfsiz) 11 iyulun Avropa Birliyi ərazisində Srebrenitsa soyqırımı günü kimi yad edilməsi ilə bağlı qətnamə qəbul edib;

– 2010-cu ilin mart ayının sonlarında, Serbiya Parlamenti Srebrenitsa qətliamını qınayan və faciənin qarşısını almaq məqsədilə Serbiya rəhbərliyinin daha çox şey etmədiyi üçün üzr istəyən qətnamə qəbul edib;

– 25 aprel 2013-cü ildə, Serbiyanın o vaxtkı rəhbəri Tomislav Nikolits Srebrenitsa qətliamına görə rəsmən üzr istəyib: “Mən diz çökür və Serbiyanın Srebrenitsada baş verən qırğın üçün bağışlanmasını xahiş edirəm”.

Lakin hətta bütün bunlar belə, Handkenin Miloşeviçə və Srebrenitsa soyqırımına münasibətini dəyişməyə kifayət etməyib.

Əvəzində isə o, ədəbiyyat üzrə Nobelə layiq görülür.

Bu təkcə adıçəkilən mükafatın növbəti dəfə gülləni öz ayağına sıxması, ona qarşı artan tənqid və ironiyalar üçün yeni zəmin hazırlaması deyil, bu eyni zamanda ədəbiyyatın mənəvi gücünə dəhşətli zərbədir.

Bundan əvvəl Nobel Komitəsi həmin zərbəni Bob Dilanı ədəbiyyat nominasıyası üzrə qalib elan edərkən vurmuşdu.

Handkenin ödülləndirilməsi eyni zamanda yaşadığımız çağda mənəvi aşınmanın nə qədər qorxunc miqyas aldığını göstərir. Bəşəri dəyərlər qarşısıalınmaz sürətlə arxa plana keçir.

Trampların, putinlərin şəkilləndirdiyi yeni dünya düzənindən başqa nə gözləmək olar ki?!

P.S. Növbəti – 2020-ci ildə Şnobel mükafatının ən layiqli qalibi Nobel mükafatının özü olmalıdır.

Sülh nominasiyası da olan bir ödülün ədəbiyyat üzrə qalib kimi Miloşeviç aşiqi və soyqırım inkarçısı olan bir yazıçını elan etməsinə görə!

Ədalətli olan da elə budur.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021
72bf790de768
.

Mərkəzi Bankın yeni binası

18 Yanvar 2021
567
.

Tənqid trendi

18 Yanvar 2021
Bildschirmfoto 2021-01-18 um 08.06.01
.

“Stansiya” – Oasys

18 Yanvar 2021
2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021

Redaktorun seçimi

Erməni anam-bacım

Evdəki allah

Penisimə baxmalısan

İtmiş kitabın axtarışında

Qərib “cinlər” diyarında

Bərpa işləri neçəyə başa gələcək: Cocuq Mərcanlı nümunəsi

Qadın dar ağacına gedirsə, tribunaya çıxmaq haqqı da olmalıdır

Azərbaycanlılar həqiqətənmi memuar yazmır?

“Böyük sıfırlama” nə vaxt baş verəcək?

Sonuncu “Molla Nəsrəddin”çinin ABŞ yolu

ArtPress: “Maşında partlayan qadın”

Freddi Merkurinin misilsiz markaları

“Netflix”iniz var?

Luis Bunüel-dən amansız səmimiyyətlə dolu xatirələr

Azərbaycanın 100-illik iqtisadiyyatı: sabitlik və stabillik

Hərbi texnika qəbirstanlıqları

Azərbaycan və İrlandiya

Dəvədən böyük fil

Yeddi dəvə istərəm

Sosial beyinə doğru

Məsud Aşina: “Heç vaxt mükafat haqda düşünməmişəm”

İnsanlıq tarixinin dəhşətli epidemiyaları

Yüngül atletika maneji əvəzinə “Zumray Palace”

İlham Əliyevin Rusiyaya verdiyi dərs

Rüstəm Hüseynov – Bakı etüdləri

O, bir fenomen idi

Gürcüstanı yenidən yaradan şəxs

Xalaoğlunun genomu, zibil DNT və Diz qapağı

Ermənistan-Azərbaycan münaqişəsində Fransa

Milli elmin eybəcərlikləri

Nobel – Şnobelin özüdür!

Elnur Astanbəyli Elnur Astanbəyli
., Kültür
09 Dekabr 2019

Bəlkə də çoxları bilmir ki, hər il Nobel mükafatı ilə yanaşı, “ən absurd elmi nailiyyətlər və qeyri-standart ideyalara görə” Şnobel mükafatı (Ig Nobel Prize) da verilir.

Mükafat Mark Abrahams və “Qeyri-adi tədqiqatlar annalı” adlı yumoristik jurnalı tərəfindən 1991-ci ildən təsis edilib. Təqdimetmə mərasimi isə ABŞ-ın Harvard Universitetində keçirilir. Nobel mükafatına parodiya kimi düşünülən mükafatın qaliblərinə isə 10 trilyon Zimbabve dolları (0,40 ABŞ dollarına yaxın) təqdim olunur. Bunun özü də xeyli ironikdir: məsələ burasındadır ki, Zimbabve dolları dünyanın ən dəyərsiz valyutalarından biridir.

Şnobel mükafatının qalibləri hər il oktyabrın əvvəllərində, Nobel mükafatı laureatlarından öncə açıqlanır.

İndiyədək Şnobel mükafatı xüsusi təlim keçən göyərçinlərin Pikasso və Monetin rəsmlərini ayıra bilmələri üçün tətbiq olunan üsulun kəşfindən tutmuş banan qabığı tapdadığı zaman yaranan sürtünmə qüvvəsinin hesablanmasınadək müxtəlif gülməli icadlara verilib.

Biz hələ “qızardılmış çörəyin daha çox yağ sürtülən üzünün yerə düşməsini müəyyən edən üsulun” yaradılmasına, ya da baş qaşıyarkən yaranan xoş hislərin cədvəlini hazırlamağa görə Şnobel alanları demirik.  

Bəli, Şnobel Nobelə parodiyadır, ancaq zaman keçdikcə şübhələnməyə başlayırsan: parodiyalıq bir şey qalıbmı? Nobel özü artıq getdikcə Şnobelə çevrilmir ki?! Bu iki mükafat arasında artıq hansısa sərhədlər varmı?

Ağrılıdır, ancaq deyəsən, Nobel elə Şnobelin özüdür.  

Elə ədəbiyyat üzrə son mükafatçını – avstriyalı yazıçı Peter Handkeni götürək.

1990-cı illərdə Balkan müharibəsi zamanı minlərlə günahsız insanın amansızlıqla öldürülməsində günahlandırılan, XX yüzilliyin ən qəddar cəlladlarından biri hesab edə biləcəyimiz Slobodan Miloşeviçin böyük heyranı olan Handkenin nobeliata çevrilməsi sadəcə, dəhşət doğurur.

Bir zamanlar başqa bir Nobelçi – Orxan Pamukun bu ödülə layiq görülməsində siaysi faktor qabardılırdı. İddia edilirdi ki, o, yalnız bədii kriteriyalarla deyil, həm də siyasi faktorlarla, xüsusilə də, öz ölkəsini, yəni Türkiyəni vaxtilə “30 min kürd və bir milyon erməni öldürülməsində” günahlandırdığına görə Nobel laureatına çevrilib.

İndi isə bütün zamanların ən dəhşətli genosidlərindən olan, saysız-hesabsız körpə və uşaqla birlikdə 8 mindən çox məsum insanın öldürülməsi ilə nəticələnmiş Srebrenitsa qətliamının (iyul, 1995-ci il) əsas suçlularından sayılan Miloşeviçi göylərə qaldıran, belə bir qətliamın olduğunu isə ümumiyyətlə inkar edən biri Nobelə layiq görülür.

Handke Miloşeviç və Srebrenitsa qətliamı barədə qalmaqallı fikirlərini uzun illər öncədən dilə gətirməyə başlamışdı. Düşünmək olardı ki, həmin vaxtlar bu insanlıq dramı və onda əli olanların kimliyi barədə gün işığına çıxmayan çox şey vardı, avstriyalı yazıçı da bu mənada yanlış qənaətlərdən çıxış etmişdi.

Ancaq aradan keçən zamanda ən azından:

– 2007-ci ildə Müharibə Cinayətləri üzrə Beynəlxalq Hərbi Tribunal Srebrenitsadakı kütləvi qətliamı soyqırımı kim tanıyıb;

– 15 yanvar 2009-cu ildə Avropa Birliyinin Parlamenti böyük səs çoxluğu ilə (556 leyhinə, 9 əleyhinə və 22 tərəfsiz) 11 iyulun Avropa Birliyi ərazisində Srebrenitsa soyqırımı günü kimi yad edilməsi ilə bağlı qətnamə qəbul edib;

– 2010-cu ilin mart ayının sonlarında, Serbiya Parlamenti Srebrenitsa qətliamını qınayan və faciənin qarşısını almaq məqsədilə Serbiya rəhbərliyinin daha çox şey etmədiyi üçün üzr istəyən qətnamə qəbul edib;

– 25 aprel 2013-cü ildə, Serbiyanın o vaxtkı rəhbəri Tomislav Nikolits Srebrenitsa qətliamına görə rəsmən üzr istəyib: “Mən diz çökür və Serbiyanın Srebrenitsada baş verən qırğın üçün bağışlanmasını xahiş edirəm”.

Lakin hətta bütün bunlar belə, Handkenin Miloşeviçə və Srebrenitsa soyqırımına münasibətini dəyişməyə kifayət etməyib.

Əvəzində isə o, ədəbiyyat üzrə Nobelə layiq görülür.

Bu təkcə adıçəkilən mükafatın növbəti dəfə gülləni öz ayağına sıxması, ona qarşı artan tənqid və ironiyalar üçün yeni zəmin hazırlaması deyil, bu eyni zamanda ədəbiyyatın mənəvi gücünə dəhşətli zərbədir.

Bundan əvvəl Nobel Komitəsi həmin zərbəni Bob Dilanı ədəbiyyat nominasıyası üzrə qalib elan edərkən vurmuşdu.

Handkenin ödülləndirilməsi eyni zamanda yaşadığımız çağda mənəvi aşınmanın nə qədər qorxunc miqyas aldığını göstərir. Bəşəri dəyərlər qarşısıalınmaz sürətlə arxa plana keçir.

Trampların, putinlərin şəkilləndirdiyi yeni dünya düzənindən başqa nə gözləmək olar ki?!

P.S. Növbəti – 2020-ci ildə Şnobel mükafatının ən layiqli qalibi Nobel mükafatının özü olmalıdır.

Sülh nominasiyası da olan bir ödülün ədəbiyyat üzrə qalib kimi Miloşeviç aşiqi və soyqırım inkarçısı olan bir yazıçını elan etməsinə görə!

Ədalətli olan da elə budur.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021
72bf790de768
.

Mərkəzi Bankın yeni binası

18 Yanvar 2021
567
.

Tənqid trendi

18 Yanvar 2021
Bildschirmfoto 2021-01-18 um 08.06.01
.

“Stansiya” – Oasys

18 Yanvar 2021
2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel