Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Nobel mükafatçısını bütün fəxri adlardan məhrum ediblər

AzLogos AzLogos
Elm
12 May 2019
Oxuma vaxtı:2 dəqiqəyə oxunur
12WATSON articleLarge
Paylaş

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı, DNT-nin strukturunu çözmüş görkəmli bioloq  James D. Watson Cold Spring Harbor Laboratoriyasının (CSHL)  fəxri rəhbəri adından, Chancellor Emeritus, Oliver R. Grace Professor Emeritus, və Honorary Trustee stipendiyalarından məhrum edilib. 

Bu barədə Cold Spring Harbor Laboratoriyasının rəsmi saytında məlumat verilib. Səbəb isə Watson`un çoxsaylı irqçi çıxışlarıdır. O, iddia edir ki, qara dərili insanların intellektual qabiliyyətləri daha aşağıdır.

Qeyd edək ki, hələ 2007-ci ildə Watson The Times-a verdiyi müsahibəsində demişdi ki, o, Afrikanın gələcəyini qaranlıq görür, çünki bütün sosial siyasət afro-amerikanların ağdərililərlə eyni intellektual qabiliyyətlərə malik olması üzərində qurulub. Halbuki, əslində bütün tədqiqatlar onu göstərir ki, bu belə deyil. Bu müsahibədən sonra Watson rəhbər vəzifələrdən qovulmuşdu.

Cold Spring Harbor Laboratoriyasının bəyanatında deyilir ki, Dr.James D. Watson`un fikirlərinin tamamilə qəbulolunmazdır, onların heç bir elmi əsası yoxdur və Cold Spring Harborun mövqeyi ilə qəti uzlaşmır.

Hələ 2014-cü ildə Watson öz Nobel medalını hərracda sataraq əldə etdiyi pulu elmi tədqiqat institutlarının və universitetlərin dəstəklənməsinə sərf etmişdi.

1928-ci ildə Chicago`da anadan olmuş James D. Watson 1962-ci ildə Maurice Wilkins və Francis Crick`lə birgə DNT-nin ikili zəncir strukturunu ilk dəfə izah etdiyinə görə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülmüşdü.

Watson həmçinin insan üzərində gen mühəndisliyinin tətbiqinin alovlu tərəfdarı kimi tanınır.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Akademi Ödülü Kazananlar TR
.

Prof. Məsud Aşina Türkiyənin nüfuzlu mükafatına layiq görüldü

AzLogos
07 Dekabr 2021
Neuralink
.

Super süni zəka nəyimizə lazımdır?

Hacı Hacıyev
17 Avqust 2021
Ca 1214NID Brain Bank online 1140x570
.

Miqren tədqiqatlarında qlobal tendensiyalar – Prof. Məsud Aşina siyahıda üçüncüdür

AzLogos
28 İyun 2021
Getty 177226897 2000133320009280339
.

Həyat mübarizəsi – uğur, şans və səs-küy

Niyyət Bayramzadə
15 İyun 2021
SCIENCE IS A COMMUNAL SUBPOENA
.

Elm nədir və nə deyil? Elm konsepsiyası ilə preliminar tanışlıq

Nicat Əsədullayev
19 May 2021
Bildschirmfoto 2021 04 09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

Vüsal Quliyev
09 Aprel 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör