Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı, DNT-nin strukturunu çözmüş görkəmli bioloq James D. Watson Cold Spring Harbor Laboratoriyasının (CSHL) fəxri rəhbəri adından, Chancellor Emeritus, Oliver R. Grace Professor Emeritus, və Honorary Trustee stipendiyalarından məhrum edilib.
Bu barədə Cold Spring Harbor Laboratoriyasının rəsmi saytında məlumat verilib. Səbəb isə Watson`un çoxsaylı irqçi çıxışlarıdır. O, iddia edir ki, qara dərili insanların intellektual qabiliyyətləri daha aşağıdır.
Qeyd edək ki, hələ 2007-ci ildə Watson The Times-a verdiyi müsahibəsində demişdi ki, o, Afrikanın gələcəyini qaranlıq görür, çünki bütün sosial siyasət afro-amerikanların ağdərililərlə eyni intellektual qabiliyyətlərə malik olması üzərində qurulub. Halbuki, əslində bütün tədqiqatlar onu göstərir ki, bu belə deyil. Bu müsahibədən sonra Watson rəhbər vəzifələrdən qovulmuşdu.
Cold Spring Harbor Laboratoriyasının bəyanatında deyilir ki, Dr.James D. Watson`un fikirlərinin tamamilə qəbulolunmazdır, onların heç bir elmi əsası yoxdur və Cold Spring Harborun mövqeyi ilə qəti uzlaşmır.
Hələ 2014-cü ildə Watson öz Nobel medalını hərracda sataraq əldə etdiyi pulu elmi tədqiqat institutlarının və universitetlərin dəstəklənməsinə sərf etmişdi.
1928-ci ildə Chicago`da anadan olmuş James D. Watson 1962-ci ildə Maurice Wilkins və Francis Crick`lə birgə DNT-nin ikili zəncir strukturunu ilk dəfə izah etdiyinə görə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülmüşdü.
Watson həmçinin insan üzərində gen mühəndisliyinin tətbiqinin alovlu tərəfdarı kimi tanınır.