Baş beyin neyronlarının daxili və xarici qıcığa qarşı qüsurlu cavab verməsi nəticəsində, kimyavi maddələr ifraz olunur ki, onların təsiri ilə beyin damarları şişir və genəlir. Genişlənmiş damarların ətrafında olan ağrı reseptorları qıcıqlanır və yaranmış qıcığı beynin ali ağrı mərkəzlərinə ötürür. Nəticədə ilkin nəbzvari ağrı hissiyatı əmələ gəlir ki, bu da miqrenin başlanğıcıdır.







