Azlogos
  • Qaydalar
  • Kimlər var

488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət? Mesud Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim - Məsud Aşina Tənha insanın monoloqu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Liberal-pederastiyanın həzin sonu

Sevda Sultanova Sevda Sultanova
., Mövqe
20 Mart 2021
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
5760
Paylaş

2011-ci ildə Lars Fon Trierin Kannda dediyi “Mən nasistəm və Hitleri anlayıram. O, çox şeyi doğru etməyib, müharibəni başlayıb. Amma ümumən onu başa düşürəm və bir az rəğbət duyuram” fikri, Qərbə şok effekti yaşatmışdı. Çünki Trier avropalıların cəsarət edə bilmədiyi bir fikri demişdi. Onda da, indi də əminəm ki, Trierin fikirlərinin kökündə azadlığı qısnayan politkorrektliyə üsyan, ruhi vəziyyətinin hayqırtısı dayanırdı. Rejissor filmlərində Boqomolovun ortaya atdığı mürəkkəb insan konsepsiyasından çıxış eləyir və onun politkorrektliyə qarşı çıxan qəhrəmanları cəmiyyətin komfort zonasındakı çəki-düzəni pozaraq maksimal azadlığa can atırlar.

Hələ 2013-cü ildə News24UA saytında Şərqi Avropa və Beynəlxalq münasibətlər üzrə ekspert, alman Yan Yagiello Şonfelder yazdığı məqaləsində qeyd edirdi ki, Almaniyada sözün birbaşa mənasında senzura yoxdur, bununla belə o, uğurla sükutla əvəzlənib. Nəticədə “Sərhədsiz reprotyorlar” təşkilatı Avropada söz azadlığının səviyyəsinə görə Almaniyanı 17-ci yerə qoymuşdu. Onun fikrincə, söz azadlığının məhdudlaşdırılmasında ən vacib faktor müəyyən mövzulara qoyulmuş tabulardır. Misal üçün, maliyyə böhranı fonunda avronu tənqid edən adam artıq sosiumda özünü narahat hiss eləməliydi. Çünki o, “avro sülhün və avropalıların qarşılıqlı anlaşmasının təminatıdır” aksiomasına qarşı çıxır.

Hələ ötən əsrin 70-ci illərinin əvvəllərində məsələni araşdıran sosioloq Elizabet Noel Noymanın fikrincə, insanlar düşündüklərini dilə gətirdiyi halda sosial izolyasiya ilə üzləşməkdən çəkinirlər. Politkorrekt olmamaq nüfuzunu, vəzifəni itirmək deməkdir.

“Political correctness”, yəni düzgün siyasi danışıq özünün sərhədlərini genişləndirərək, cəmiyyətin hər qatına nüfuz edir. Sən düşündüyün fikirləri deməməlisən, irqçi, etnik, seksual azlıq, feminizm və s. mövzularda danışanda mümkün qədər ehtiyatlı olmalı, dəqiq sözlər seçməlisən. Başqa cür desək, politkorrektlik cəmiyyətdə mühüm məsələlərin müzakirəsini çətinləşdirir.

Bildschirmfoto 2021-03-20 um 14.00.03Keçənlərdə sosial mediada siyasətçi Yadigar Sadıqlının statusuna göstərilən aqressiya və dözümsüzlük bir daha politkorrektliyin təhlükəli tendensiya olduğunu göstərdi. Statusun məğzi ondan ibarət idi ki, qadına münasibətdə cəmiyyətin reallıqları istər-istəməz nəzərə alınmalıdır. Çünki, əslində, kişilər də qadınlar kimi cəmiyyətin basıqısı altındadır, qaydaların qurbanıdır və cinayətlər toplumun təzyiqi ilə baş verir. Ona görə kişi də qadın qədər azad deyil.

Məsələ müəllifin yanaşmasının səhv və ya doğru olmasında deyil. Məsələ liberalların “sən bunu yazmamalıydın, sən belə düşünməməliydin, sən kimsən ki, bu mövzuda danışırsan, nə haqla bunu yaza bilirsən” kimi debil, cəfəng düşüncəni diktə cəhdində və ifadə azadlığına təzyiqdədir.

Qəribə paradoks meydana gəlir: fərdin söz azadlığının vacibliyindən danışan liberal kəsim onları təmin etməyən fikirlərə qarşı dözümü itirir və fərqli fikirə qarşı hər səviyyədə həyasızlıqdan, sırtıqlıqdan faydalanır. Yəni başqa cür desək, politkorrektlik və tolerantlıq bir araya sığmır artıq.

Liberalizmin etik diktaturası vəziyyəti absurdizmə qədər aparır. Dəqiq xatırlamıram harada oxumuşdum, Qərb ölkələrindən birində, məktəb kafesində yeməyə pis demək politkorrekt deyil, əvəzində “bu qida həzm sistemi üçün uyğun deyil” deməlisən.

Politkorrektlik totalitarizmin başqa formasıdır.

Politkorrektlik fərdi riyakarlığa, özünüsenzuraya məcburiyyətdir; individuallğı, rənagrəngliyi məhv etməkdir.

Politkorrektlik partriarxal, totalitar ritorikaya qarşı demokratiya örtüyü altında kollektiv düşüncəni qoymaqdır.

Liberalların qaşınmayan yerdən qan çıxarması, hər yerdə seksizm, homofobiya axtarmaq cəhdləri ikrah hissi doğrur.

Dostlarım bilir, xətrini çox istədiyim adamların da bilməsini istəyirəm: mənimlə üzr istəmədən cinsi diskriminasiya mövzusunda zarafatlar, fikirlər deyə bilərsiniz, anekdotlar danışa bilərsiniz, seksist, homofob, millətçi, mühafizəkar olduğunuzu rahatlıqla açıqlaya bilərsiniz.

O ki, qaldı liberal kəsimə qarşı necə davranmağa. AzLogos-dakı “Liberal-pederastiya diktaturası, yoxsa dünyanın anal böhranı” yazıma görə bir liberal sırtıqça hikkəylə yazmışdı ki, filan yerdə sənə yazdığım cavabımı oxu. Təbii ki, oxumadım və yazdım ki, sən də, fikirlərin də mənə maraqlı deyil, özünü isə blokladım.

Liberal pederastiyanı iqnor edin, bloklayın, görməzdən gəlin. Eşitmirsiniz, görmürsünüz, duymursunuz. Onların həzin sonunu hamılıqla müşahidə edirik. Bütün maskalar artıq düşüb.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Tenha Insan
.

Tənha insanın monoloqu

Sevda Sultanova
21 Avqust 2024
17233651831262236500 1200x630
.

Rəhilə Həsənova – Mükəmməl tarazlığa doğru

Vəfa Abbasova
14 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: [email protected]

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör