Britaniyanın CHIME teleskopu bizdən 1.5 milyard işıq ili uzaqlığında yerləşən bir qalaktikadan gələn qəribə sinalları aşkar edib. Siqnalın dəqiq mənşəyi və mənbəyi bəlli olmasa da, bu cür siqnalı alimlər artıq ikinci dəfədir ki, fiksə edirlər. Qəbul edilmiş 13 gücləndirilmiş radio sıçrama (FRB – fast radio burst) arasında biri çox fərqli və qəribə təbiətə malik olub. Bu siqnal təkrarlanıb və kainatın eyni yerindən gəldiyi təstilənib.
Belə bir hadisə bundan əvvəl yalnız bir dəfə, başqa teleskop tərəfindən aşkar edilmişdi. Bu haqda daha ətraflı buradan oxuya bilərsiniz.
Britaniya Kolumbiya Universitetinin (UBC) astrofiziki Inqrid Stairs bildirir ki, siqnalın təkrarlanması ondan xəbər verir ki, həmin istiqamətdə axtarsaq, daha çox məlumat toplaya bilərik. Əgər bu istiqamətdə daha çox tədqiqatlar və elmi mənbələr olsa, biz bu kosmik tapmacanın sirrini aça bilərik. Siqnalların mənbəyi və mənşəyi haqda daha dolğun bilgilər əldə edərik.
CHIME rəsətxanası Britaniya Kolumbiyasında, Okanagan vadisində yerləşir və 4 100 metr uzunluğunda yarım-silindrik radioteleskopdan ibarətdir ki, bu teleskop da hər gün fəzanın şimal istiqamətini skan edir.

İstifadəyə verildiyi keçən il ərizində CHIME artıq 13 gücləndirilmiş radio sıçrama fiksə edib ki, haqqında danışdığımız qəribə, təkrarlanan siqnal da bunlardan biridir.
Bu tədqiqat işi artıq Nature jurnalında dərc olunub.







