Azlogos
  • Qaydalar
  • Kimlər var

Daşaltı əməliyyatı (1992) Xankəndinin (Kərkicahanın) işğalı (1992) Toksik pozitivlik Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində Şeytan ayələri
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Korrupsiya taledir?

Yalçın İslamzadə Yalçın İslamzadə
., Mövqe
18 İyul 2022

Korrupsiyanın zərərləri olduqca dar çərçivədə, sırf qeyri-qanuni bir əməlin maddi qarşılığı kimi qiymətləndirilir. Əslində hər hansı korrupsiya, uzun bir ədalətsizlik, haqsızlıq, çürümə, tənəzzül zəncirinin ilk halqasıdır.

“General  əsgərlərə çatmalı olan siqaret payını oğurladığına görə həbs edildi”.

Deməli, kondisionerli otaqda oturan bir gömrük generalı, səngərdə şəhid olan Polad Həşimovun əsgərlərinin siqaretini oğurlayır. Əvvəla, gömrük işi belə mürəkkəb əməliyyatların aparılmalı olduğu, hansısa potensial rəqibə (hərbidə olduğu kimi düşmən, polisdə olduğu kimi cinayətkar dəstə) qarşı mürəkkəb tədbirlər kompleksinin hazırlanıb aparıldığı sahədir ki, burada əməliyyata rəhbərlik edən general rütbəli kimsə olmalıdır?

İkincisi, oğurlanan vəsait sadəcə bir bank hesabında duran maddi miqdar deyil. Asanlıqla bu qədər pul əldə edən biri sosial statuslar almağa başlayır. Məsələn, düşünür ki, niyə də dəniz kənarında bir ərazini hasarlayıb villa tikməsin? Xalqı “mənə dəniz verin” mahnısını yada salıb “heyf deyildi sovetin vaxtı, dənizi heç kim hasarlamırdı” kimi nostalgiyalara qərq edir. Burada müstəqilliyin, azadlığın dəyərinə kölgə düşür. Sonra o məmur şəhərin mərkəzində onlarla ev alır, bazarda qiymətlər qalxır. Əziyyətlə-zəhmətlə pul qazananlar üçün əl çatmaz olur. Daha sonra baxır ki, bəzi məhsullar “xadavoydu”, qohumun adına şirkət açır, o məhsuldan çox miqdarda, daha ucuza idxal edir  və digər oyunçuları sıradan çıxarır. Azad rəqabət mühiti yox olur. Üstəlik, başqa yozlaşmış sahələrə eyni prinsiplərlə öz yaxınlarını dürtə bilir. Nəticədə bir neçə sahədə haqsız qazanc əldə edir, tək kompitensiyası bilgi və bacarıq olan şəxsləri iqtisadi mühitdən çıxarır.

Əslində, bazar iqtisadiyyatında mütəxəssislər məmurlardan daha çox qazanmalıdırlar. Sovet dövründə tarlada zülüm çəkənlərə bu zülmü romantikləşdirən, “nə gözəldir tarla qızları” şerləri yazan sosrealizm sənətkarları mükafatlandırılırdı, indi korrupsiya elə insanları yüz il qabağa çəkir ki, öz bacarıqları ilə mövsümlük işlərdə belə işləyə bilməzlər.

Dəyərlərini aşağılatdırdıqları Qərbdə yəqin ki, belə deyil. Yoxsa işlətdiyimiz bütün məhsullar orda istehsal olunmazdı. Korrupsioner məmurlar belə avantajlar qazanarkən, əziyyət çəkib təhsil alan, dişiylə-dırnağı ilə nəsə etmək istəyən mütəxəssislərlə nə baş verir?

Məsələn, elektrik-elktronika mühəndisi, uzun illər xaricdə ciddi layihələrdə işləmiş bir dostumuz şirkət qurur, layihə ala bilmir, aldığı kiçik layihələrin ödənişi edilmir. Çünkü, bu layihələri verənlər ordan korrpsiya maraqları güddükləri üçün ancaq müəyyən şirkətlərlə işləyirlər. İki azyaşlı uşağı olan dostumuz öz ölkəsində işləyə bilmir, ailəlikcə xaricə köçür.

Nədənsə cəmiyyətdə yaxşı mütəxəssislərin işlərinin qarşılığını verməmək prinsip məsələsi sayılır.

Başqa bir misal: milyonlarla qrantdan üçü-dördü belə “itaparan olsun” deyib yiyəsiz, amma faydalı layihələrə verilmir.

Və ya, xarici bir şirkət yerli şirkətin bir tədbirini maliyyələşdirir, bütün pozisiyalar üzrə. Şərt qoyur ki, bu tədbir pulsuz olmalıdır və çox sayda insan faydalanmalıdır. Şirkətin sahibi nə edir? Sinxron tərcüməni öz işçilərinə etdirir, o pozisiyanın pulunu mənimsəyir. Axı ölkədə sinxron tərcümə ilə də məşğul olanlar var və onlar da necəsə qazanmalıdırlar? Onlar da belə işlərdən qazanırlar, burda belə korrupsiya varsa, o şirkətlər sifarişi hardan alacaqlar? Ya da həftəsonu səhərdən axşama sinxron tərcümə işi gördürdüyün işçilərinə əlavə ödəniş etməlisən, o həftə sonları onların haqqıdır, sənin istismar etməyin üçün ayrılmış zaman deyil.

Korrupsiya o qədər normal davranış sayılır ki, bir çox sahibkar hamının potensial oğru olduğunu düşünüb ətrafına qohumlarını yığır. Qohum, yaxşı oğlan isə mütəxəssis demək deyil.

Gecə 2-də biri panika ilə zəng eləmişdi, cüzi bir büdcə ilə böyük bir sistemə təklif istəyirdi. Sonradan məlum oldu ki, şirkət sahibi olan qohumunun ona həvalə etdiyi büdcəyə korrupsioner yanaşıb və işi təhvil verməli olanda ayılıb ki pulları mənimsəyib.

Yaxşı maaş verməmək, paketlə, korrupsiya izni ilə bunu kompensasiya edərlər düşüncəsi də başqa çürümə zəncirlərini tətikləyir.

Bir müəssisəyə tam kompetent yerli mütəxəssisin istədiyi maaş, təklif olunandan bir neçə yüz manat çoxdur deyə, xaricdən mütəxəss gətirdilər, dəfələrlə artıq maaşla, nəqliyyatla, evlə təmin elədilər, “abi, abi” dedikləri isə 8 ay yedi-içdi, sonra da sakitcə aradan çıxdı.

Yeni yaranmaqda olan, böyüyən sahibkarlıq müəssisələrində belə hallara tez-tez rast gəlinir. Bunlar aradan qaldırılmadan azad rəqabətdən, inkişafdan, böyüyən şirkətlərdən danışmaq mümkün deyil. Xaricdən mütəxəssis dəvət etmək də, işə, bilgiyə yanaşma dəyişmədən alınmayacaq.

Sahibkarların bəzilərində qəribə yanaşma var – intellektual işi iş hesab etmirlər, ona lazımlı ödəniş etməyə can çəkirlər. Nəticədə nə baş verir? Yerli mütəxəssislər daha yaxşı şərait təklif edən xaricə üz tuturlar. Onların yerinə expatlar gəlir. Ekspatlara isə istədikləri hər şəraiti yaradırlar. Burda bilgiyə hörmətsizliklə bərabər, status məsələsi də var. Yoxsa hər iki mütəxəssisin bilgisini ölçmək, müqayisə etmək mümkündür. Ancaq “yerli mütəxəssisə niyə istədiyi ödənişi edim? ingilisə, türkiyəliyə, almana, fransıza isə edərəm” yanaşması elə vəziyyət yaradacaq ki, bütün yerli mütəxəssislər gedəcək, onların əvəzinə 10 dəfə artıq maddi vəsaitlə təmin olunan ekspatlar gələcək.

Xaricdə yaşayan bir tanış arada yazır və ölkədəki ədalətsizlikdən bəhs edir, getməsinin niyə doğru qərar olduğunu təkrarlayır. Növbəti dəfə yazanda, ona qrant aldığını ancaq bir manatını belə təyinatı üzrə xərcləmədiyini, ittiham etdiklərindən fərqli davranmadığını yazacam. Ədalət hamı üçündür, insanlar öz xeyirlərinə olanda ədalətsizliyi tale, qismət, “bacarana can” qurban kimi görməməlidirlər. Dəyərlər bayram təbriklərində yada düşməməlidir, gündəlik həyatda qərarlara təsir eləməlidir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022
IMG-20221228-WA0082
.

Şeytan ayələri

30 Dekabr 2022

Redaktorun seçimi

Xudbin

Ermənilər kimdir?

“Vanilli səma” filmi barədə

Oxudu, oxudu oldu… başdanxarab

Məişətin fantastik dünyası

Feministlərin ciddi səhvləri

Müasir meymunlar da təkamül edir – Bir qrup meymun Daş dövrünə keçib (Video)

“Arşın mal alan” Türkiyədə

İnqilabdan sonrakı İran kinosu

Düşünməyin ağrıları

Qadınların qara paltarı – Milan Kunderanın etirafı, Ramiz Rövşənin arzusu

Degenerat deputat

Ac əllərə isti çörək

Şəhərə toxunmaq

İnformasiya çatışmazlığı sindromu

Ədəbiyyat üzrə Nobel mükafatını kim ala bilər?

Epidemiyaların ədəbiyyatdakı yeri və gələcəyə dair ehtimallar

Erix Fromm. «Psixoanaliz və din» kitabından seçmələr.

Ürəkbulanma üçün Şvartsman – Cavab

Sosial Tədqiqatlar Mərkəzi: üç ilin barometri – STM ictimai rəyin güzgüsündə

Azərbaycan SSR-nın ilk hökuməti və onun taleyi

Bayağı tarix haqda esse

Baş ağrıları sahəsində 2018-ci ilin əsas nailiyyətləri

Atomik Türkiyə 

AzLogos müsabiqənin nəticələrini açıqlayır

Virus+Virus

Azərbaycanlılar niyə memuar yazmır?

Cin atına minmək

Oğru “demokratlar”

İbrət dərsləri olmayan tarix

Korrupsiya taledir?

Yalçın İslamzadə Yalçın İslamzadə
., Mövqe
18 İyul 2022

Korrupsiyanın zərərləri olduqca dar çərçivədə, sırf qeyri-qanuni bir əməlin maddi qarşılığı kimi qiymətləndirilir. Əslində hər hansı korrupsiya, uzun bir ədalətsizlik, haqsızlıq, çürümə, tənəzzül zəncirinin ilk halqasıdır.

“General  əsgərlərə çatmalı olan siqaret payını oğurladığına görə həbs edildi”.

Deməli, kondisionerli otaqda oturan bir gömrük generalı, səngərdə şəhid olan Polad Həşimovun əsgərlərinin siqaretini oğurlayır. Əvvəla, gömrük işi belə mürəkkəb əməliyyatların aparılmalı olduğu, hansısa potensial rəqibə (hərbidə olduğu kimi düşmən, polisdə olduğu kimi cinayətkar dəstə) qarşı mürəkkəb tədbirlər kompleksinin hazırlanıb aparıldığı sahədir ki, burada əməliyyata rəhbərlik edən general rütbəli kimsə olmalıdır?

İkincisi, oğurlanan vəsait sadəcə bir bank hesabında duran maddi miqdar deyil. Asanlıqla bu qədər pul əldə edən biri sosial statuslar almağa başlayır. Məsələn, düşünür ki, niyə də dəniz kənarında bir ərazini hasarlayıb villa tikməsin? Xalqı “mənə dəniz verin” mahnısını yada salıb “heyf deyildi sovetin vaxtı, dənizi heç kim hasarlamırdı” kimi nostalgiyalara qərq edir. Burada müstəqilliyin, azadlığın dəyərinə kölgə düşür. Sonra o məmur şəhərin mərkəzində onlarla ev alır, bazarda qiymətlər qalxır. Əziyyətlə-zəhmətlə pul qazananlar üçün əl çatmaz olur. Daha sonra baxır ki, bəzi məhsullar “xadavoydu”, qohumun adına şirkət açır, o məhsuldan çox miqdarda, daha ucuza idxal edir  və digər oyunçuları sıradan çıxarır. Azad rəqabət mühiti yox olur. Üstəlik, başqa yozlaşmış sahələrə eyni prinsiplərlə öz yaxınlarını dürtə bilir. Nəticədə bir neçə sahədə haqsız qazanc əldə edir, tək kompitensiyası bilgi və bacarıq olan şəxsləri iqtisadi mühitdən çıxarır.

Əslində, bazar iqtisadiyyatında mütəxəssislər məmurlardan daha çox qazanmalıdırlar. Sovet dövründə tarlada zülüm çəkənlərə bu zülmü romantikləşdirən, “nə gözəldir tarla qızları” şerləri yazan sosrealizm sənətkarları mükafatlandırılırdı, indi korrupsiya elə insanları yüz il qabağa çəkir ki, öz bacarıqları ilə mövsümlük işlərdə belə işləyə bilməzlər.

Dəyərlərini aşağılatdırdıqları Qərbdə yəqin ki, belə deyil. Yoxsa işlətdiyimiz bütün məhsullar orda istehsal olunmazdı. Korrupsioner məmurlar belə avantajlar qazanarkən, əziyyət çəkib təhsil alan, dişiylə-dırnağı ilə nəsə etmək istəyən mütəxəssislərlə nə baş verir?

Məsələn, elektrik-elktronika mühəndisi, uzun illər xaricdə ciddi layihələrdə işləmiş bir dostumuz şirkət qurur, layihə ala bilmir, aldığı kiçik layihələrin ödənişi edilmir. Çünkü, bu layihələri verənlər ordan korrpsiya maraqları güddükləri üçün ancaq müəyyən şirkətlərlə işləyirlər. İki azyaşlı uşağı olan dostumuz öz ölkəsində işləyə bilmir, ailəlikcə xaricə köçür.

Nədənsə cəmiyyətdə yaxşı mütəxəssislərin işlərinin qarşılığını verməmək prinsip məsələsi sayılır.

Başqa bir misal: milyonlarla qrantdan üçü-dördü belə “itaparan olsun” deyib yiyəsiz, amma faydalı layihələrə verilmir.

Və ya, xarici bir şirkət yerli şirkətin bir tədbirini maliyyələşdirir, bütün pozisiyalar üzrə. Şərt qoyur ki, bu tədbir pulsuz olmalıdır və çox sayda insan faydalanmalıdır. Şirkətin sahibi nə edir? Sinxron tərcüməni öz işçilərinə etdirir, o pozisiyanın pulunu mənimsəyir. Axı ölkədə sinxron tərcümə ilə də məşğul olanlar var və onlar da necəsə qazanmalıdırlar? Onlar da belə işlərdən qazanırlar, burda belə korrupsiya varsa, o şirkətlər sifarişi hardan alacaqlar? Ya da həftəsonu səhərdən axşama sinxron tərcümə işi gördürdüyün işçilərinə əlavə ödəniş etməlisən, o həftə sonları onların haqqıdır, sənin istismar etməyin üçün ayrılmış zaman deyil.

Korrupsiya o qədər normal davranış sayılır ki, bir çox sahibkar hamının potensial oğru olduğunu düşünüb ətrafına qohumlarını yığır. Qohum, yaxşı oğlan isə mütəxəssis demək deyil.

Gecə 2-də biri panika ilə zəng eləmişdi, cüzi bir büdcə ilə böyük bir sistemə təklif istəyirdi. Sonradan məlum oldu ki, şirkət sahibi olan qohumunun ona həvalə etdiyi büdcəyə korrupsioner yanaşıb və işi təhvil verməli olanda ayılıb ki pulları mənimsəyib.

Yaxşı maaş verməmək, paketlə, korrupsiya izni ilə bunu kompensasiya edərlər düşüncəsi də başqa çürümə zəncirlərini tətikləyir.

Bir müəssisəyə tam kompetent yerli mütəxəssisin istədiyi maaş, təklif olunandan bir neçə yüz manat çoxdur deyə, xaricdən mütəxəss gətirdilər, dəfələrlə artıq maaşla, nəqliyyatla, evlə təmin elədilər, “abi, abi” dedikləri isə 8 ay yedi-içdi, sonra da sakitcə aradan çıxdı.

Yeni yaranmaqda olan, böyüyən sahibkarlıq müəssisələrində belə hallara tez-tez rast gəlinir. Bunlar aradan qaldırılmadan azad rəqabətdən, inkişafdan, böyüyən şirkətlərdən danışmaq mümkün deyil. Xaricdən mütəxəssis dəvət etmək də, işə, bilgiyə yanaşma dəyişmədən alınmayacaq.

Sahibkarların bəzilərində qəribə yanaşma var – intellektual işi iş hesab etmirlər, ona lazımlı ödəniş etməyə can çəkirlər. Nəticədə nə baş verir? Yerli mütəxəssislər daha yaxşı şərait təklif edən xaricə üz tuturlar. Onların yerinə expatlar gəlir. Ekspatlara isə istədikləri hər şəraiti yaradırlar. Burda bilgiyə hörmətsizliklə bərabər, status məsələsi də var. Yoxsa hər iki mütəxəssisin bilgisini ölçmək, müqayisə etmək mümkündür. Ancaq “yerli mütəxəssisə niyə istədiyi ödənişi edim? ingilisə, türkiyəliyə, almana, fransıza isə edərəm” yanaşması elə vəziyyət yaradacaq ki, bütün yerli mütəxəssislər gedəcək, onların əvəzinə 10 dəfə artıq maddi vəsaitlə təmin olunan ekspatlar gələcək.

Xaricdə yaşayan bir tanış arada yazır və ölkədəki ədalətsizlikdən bəhs edir, getməsinin niyə doğru qərar olduğunu təkrarlayır. Növbəti dəfə yazanda, ona qrant aldığını ancaq bir manatını belə təyinatı üzrə xərcləmədiyini, ittiham etdiklərindən fərqli davranmadığını yazacam. Ədalət hamı üçündür, insanlar öz xeyirlərinə olanda ədalətsizliyi tale, qismət, “bacarana can” qurban kimi görməməlidirlər. Dəyərlər bayram təbriklərində yada düşməməlidir, gündəlik həyatda qərarlara təsir eləməlidir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022
IMG-20221228-WA0082
.

Şeytan ayələri

30 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel