Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Koronavirus əleyhinə ilk vaksin vuruldu

AzLogos AzLogos
., Covid-19
27 Mart 2020
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
960x0
Paylaş

Koronavirusa qarşı vaksinin insan üzərində ilk kliniki sınağı başlayıb. 

Martın 16-sı ABŞ-ın Seattle şəhərində SARS-Cov2 virusuna qarşı hazırlanmış mRNA-1273 vaksinini ilk insana – iki uşaq anası, 43 yaşlı Jennifer Hallerə inyeksiya ediblər. Time jurnalına müsahibəsində Jennifer bildirib ki, o ümid edir ki, sınaqlarda iştirakı vaksinin qısa zamanda hazırlanmasına səbəb olacaq və insanlar ən qısa zamanda gündəlik həyatına qayıdacaqlar.

Experimental COVID-19 vaccine test begins as U.S. volunteer receives first shot https://t.co/xpBVudj30u pic.twitter.com/KSAfOSEEOv

— TIME (@TIME) March 16, 2020

Moderna biotexnologiya şirkəti və ABŞ-ın Milli Sağlamlıq İnstitutunun birgə əməkdaşlığı nəticəsində yaradılan vaksini ilk dəfə Seattledə yerləşən Kaiser Permanente Washington Health Research Institute-da insan üzərində tətbiq ediblər.

Qeyd edək ki, hazırda həyata keçirilən, kliniki sınaqların yalnız birinci mərhələsidir. Bu mərhələdə 45 nəfər 18-55 yaşları arasında sağlam şəxsə mRNA-1273 vaksininin yeridilməsi nəzərdə tutulub. Sınaqların iştirakçıları 28 gün aralıqlı fasilə ilə 2 doza vaksin qəbul edəcəklər. Bu zaman vaksinin təhlükəsizliyi və hansı immun reaksiyalara səbəb olduğu öyrəniləcək. Söhbət orqanizmin SARS-Cov2 virusunun üzərini örtən zülal çıxıntılarına qarşı immunitetin formalaşmağından gedir.

İnsan üzərində ilk sınaqlar çinli mütəxəssislərin virusu sekvensiya etməsindən cəmi 65 gün sonra başlayıb. Bu özünəməxsus rekorddur.

Kliniki sınaqların ikinci mərhələsinə mümkün qədər qısa müddətdə keçidlə bağlı ABŞ-ın qida və dərmanlar administrasiyası (FDA) ilə danışıqlar gedir. İkinci mərhələdə vaksinin daha geniş insan çevrəsi üzərində sınaqları nəzərdə tutulub.

mRNA-1273 vaksini adətən olduğu kimi virusun zəiflədilmiş forması deyil, yalnız onun genetik materialının bir hissəsindən ibarəd peyvənddir. Daha sadə desək virusun xarici səthini örtən çıxıntılardan biridir. Bu protein çıxıntıları virusun insan hüceyrəsi ilə təmasa girməsini təmin edir. Amma virusdan ayrı şəkildə xəstəlik törətmək qabiliyyətinə malik deyil. Beləliklə həmin çıxıntıları peyvənd şəklində orqanizmə yeritdikdə, orqanizmin immun sistemi bu yad cismləri təyin edəcək və onlara qarşı antitellər yaradacaq. Növbəti dəfə artıq əsl virusa yoluxma baş verdikdə orqanizmdə onu vaxtında məhv etmək üçün yetərli sayda immun hüceyrəsi olacaq.

Amma bütün bunlar hələ ki, təxminlərdir. Kliniki sınaqlar bu təxminləri doğrultsa və hər şey planlaşdırıldığı kimi getsə, vaksinin ilk kütləvi istehsalına il yarımdan sonra başlanıla bilər.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör