Azlogos
  • Kimlər var
  • Bizi tanı

Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail "Kitabi-Dədə Qorqud"un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər? Rəqəmsal konslager Liberalların çirkin siması
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Kayfizm – azərbaycanlıların gerçək dini

Ələkbər ƏliyevƏləkbər Əliyev
Sərbəst
05 Fevral 2019

İslamı unudun getsin. Azərbaycanlılar, ona yalnız zahirən etiqad edirlər. Onların elədiyi daha çox bu dinlə məzələnməkdir. Hərə öz bacardığı, imkanlarının fürsət verdiyi qədər məzələnir.

Bunun yaxşı, yoxsa pis olduğunu bilmirəm, amma fakt faktlığında qalır- azərbaycanlıların ən real, funksional və misterial dini islam yox, kayfizmdir. Bu din, bir inanc üçün lazım olan bütün atributlara və dayaqlara malikdir.

Çoxları ona, qətiyyən mahiyyətinə varmadan, kayfizmin sehrli qüdrətini dərk eləmədən etiqad eləyir. Yəni şüursuzcasına. Mənim borcum isə onların gözünü açmaqdır.

Kayfizm bizim xalqın emosional və psixoloji həyatında vacib rol oynayır. Bu din istənilən elmi, mənəvi və psixoloji tənqidə dözümlüdür..

Az qala, hər gün dualar, sitayiş, mədhiyyə və sair üsullarla əlaqə saxladığımız kayf Tanrısı bizə qarşı çox xeyirxah və mərhəmətlidir.

Kayf Tanrısının varlığına heç bir şübhə ola bilməz. Və onunla dini münasibətlər də immanent, sırf psixoloji, ya da ictimai fenomen deyil. Özü də bu Tanrı individualdı və həyatın heç bir sahəsində kollektivizmi qəbul eləmir. Nə qədər paradoksal səslənsə də, bu, belədi. Kayfizm individual və eyni dərəcədə də kollektiv dindir. Biz əkslikləri uzlaşdırmağı və imkansızı mümkün eləməyi bacarmışıq.

Kayfizm dininin fəlsəfəsi bizə izah eləyir ki, xüsusi Tanrının müqəddəsliyi dini kateqoriyası da, dini fəaliyyətlərin (özəlliklə ehtiram və sitayiş aktları) mahiyyəti də öz təbiəti etibarilə bizim, güya, iman gətirdiyimiz islam dinindən üstündür və bizi kayfist Mütləqin tamamilə fərqli gerçəkliyinə calayır.

Tanrının mövcudluğu dindarlarla ateistlər arasında qızğın müzakirələrin predmetidir, hərçənd milyonlarla vətəndaşımız kayfizm dinini müzakirəsiz, ya da dəlilsiz qəbul edirlər.

Orta əsrlərdə yaşamış islam alimi Əl-Qəzalinin dediyi kimi: “Əgər bir şey artıq varlıq qazanıbsa, onun mövcudluğunun bir səbəbi olmalıdır”.

Biz varlığa sahib oluruq və deməli, buna səbəbimiz var. Səbəb isə kayfdan ibarətdi.

Kayfizm dini özünü biz dünyanı tanımağa başladığımız anda büruzə verir. Əgər bu dindən imtina eləmək qərarına gəlsəniz, ictimai məhkəmə dərhal sizə hökm çıxaracaq və siz lənətlənəcəksiniz. Əlimizin altında konkret, mərhəmətli, cəzaverməyən kefkom Tanrı varkən, hansısa amorf, monoteist Allaha inanmağa nə ehtiyac var? Bizdə ilk nəhəng bütpərəst məbədinin – Şadlıq evinin nə vaxt tikildiyi məlum deyil. Biz o məbədlərdə özümüzə abstrakt suallar vermirik, böyük məbləğdə qurbanlar veririk. Hər məbəddə nəzir toplamaq üçün böyük bir qutu qoyulub.

İslam həmişəlik unudulub və basdırılıb. Kayfizmin bütpərəst magiyası daha sağlam çıxdı və ata-babalarımızın dininə qarışmadı. Bəlkə bircə yas mərasimlərində. Əfsus ki, orda hələ də islam elementləri ilə zəngin adətlər və ayinlər aktualdır. Lakin kayfın sayəsində “islam bütpərəstliyi” Azərbaycanın hər yerində geniş yayıla bilməyib.

Qarabağ müharibəsindən sonra Azərbaycan tənəzzül dövrü yaşayırdı – həm iqtisadi, həm də mənəvi baxımdan. Təbii ki, bu, kayfizmin tərəfdarları və ardıcılları, həmçinin onun mistik milliyyətçiliyi üçün çox məhsuldar dövr oldu. Onlar sürü təfəkkürlü xalqın arasında özlərinə çoxsaylı auditoriya tapdılar. Və bu, yaxşıdır. “Şadlıq evi” – ölkəmizin çoxsaylı tele-məbədləri üçün kahinlər istehsal eləyən fabriklərdir.

Kayfizm – ənənədi, insanı kamilləşdirməyi, onu tanrı səviyyəsinə qaldırmağı hədəfləyən xüsusi düşüncə tərzidi. O, evfemist və trialektikdi. Kayfizm – sehrli sistemdi: Ona kim inanırsa – onun işinə yarayır, ona kömək eləyir. Kayfizm bizim bütpərəst cəmiyyətin düşüncəsini hissolunmadan dəyişir və incəliklə nizamlayır.

Kayfizm – əslində heç bizim başa düşdüyümüz anlamda, məsələn, islam kimi din də deyil. Çünki din, ehkamlar sistemi üzərində qurulub, kayfizm isə insana seçim azadlığı verir. Kölə o kəsdir ki, başqalarının seçimlərinin köləsinə çevrilir – bu, monoteist və monoideoloji konsepsiyadı. Kayfizmdə isə seçimlər hər addımda dəyişir – iradə azadlığı da elə budu.

Kayfizm nə dövlət üçündü, nə də cəmiyyət üçün. O, hər bir insanın ayrı-ayrılıqda kamilləşməsinə yönəlib. Kayfizm dünyaya magik-mifoloji baxışları ilə daha güclüdü; Bu, insanı təkmilləşdirmək üçün gözəl yol, dərketmə üçün layiqli bünövrədi.

Düzünə qalsa, əslində bir dindən daha çox fəlsəfə olan kayfizm dini islamdan, elə digər mono və politeist inanclardan daha çox zorlayır, ağıllandırır, yalvarır və özünün əzəmətli müdriklik binasına daha inadla dəvət eləyir. Bizim dini məcburi qaydada, ya da anadangəlmə qəbul eləmək lazımdı. Ona müstəqil çatmaq olmaz, çünki insan, kayfçılardan əvvəl kafirlərin (bir qayda olaraq, müsəlmanların) tələsinə düşə bilər. Vətəndaşları dinə gətirmək məsələsində müasir bütpərəsətlik, kayfizm müdrik bir el məsəlinə əməl eləməyi daha məqsədəuyğun sayır: “istəməzsən, məcbur edərik.”

Əgər monodinlər, ən azından, nəzəri olaraq, vətəndaşları “yaradılışla bağlı düşünməyə” səsləyirsə, əksinə, kayfizm “düşünməyə yox, dərhal inanmağa” səsləyir. Başqa bir el məsəlində deyildiyi kimi: “Düşünən kəs xoşbəxtdir, amma inanan kəs güclüdür.” Kayfizm hesab eləyir ki, həyatın bütün sahələrində vətəndaşların savad səviyyəsini artırmağa, onlara xoşbəxtlik vəd eləyən hər nəzəriyyəyə inanmamağı öyrətməyə gərək yoxdur. Əks halda dinimizin məbədlərindəki daimi ziyarətçilərdən məhrum ola bilərik. O məbədlərdə ki, inşalarına çox vaxt elə vətəndaşların özlərindən dilənilərək toplanmış böyük məbləğdə pullar sərf olunub.

Yeri gəlmişkən, məbədlərdə oxunan kayfizm himni “Keyf eləyirik” mahnısıdı, onun kim tərəfindən və harda bəstələndiyi vacib deyil. Ən vacibi, onun harda daha geniş yayılmağıdı. O yer bizim doğma Azərbaycandır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
Bildschirmfoto 2021-02-23 um 10.38.37
Sərbəst

Urbanizasiya və onun problemləri – 1

23 Fevral 2021
Data-Journalism
.

Data jurnalistikası

23 Fevral 2021
bicycle-clock-1200x700
.

“Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi”

21 Fevral 2021
EICHMANN
.

Adolf Ayxman: Mossadın nasist ovu

20 Fevral 2021
800px-Flag_of_Nakhichevan_ASSR_(1937-1940).svg
.

Naxçıvan MSSR-in qurulması (İkinci hissə)

20 Fevral 2021

Redaktorun seçimi

Rafiq Hunaltay: “Xalq həmişə idarəedilən olub”

Millət nədir?

Yoxdan bir bayraq

Azərbaycan ərəbləri

Tarixin dolambacları

Rəsulzadə o yazısına başqa bir başlıq qoya bilməzdimi?

Mal və şöhrət hərisliyi barədə psevdosöhbət

Tolstoy və Şekspir

Ağ və qaranın 50 çaları

“Quqark” romanı Polşada nəşr edildi

Qarabağ filmləri barədə

Bala, sən qarışma!

Jazzman ölümləri

Seksuallıq nədir və necə dəyişir?

“Türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyasının ilk təşəbbüskarı kimdir?

Əsl kommunizm necə olur?

Yüzbəyovun mesajları

Zülfiyyə Qurbanova: “Bizim cəmiyyətdə qadının ən böyük düşməni elə qadındı”

Goranboy əməliyyatı

Əzilən qadınlar diyarı

Mehdi Hüseynin ölümü

Türkiyə və İrana məhkum Azərbaycan kinosu?

Psixoloji müqavimət

Natamamlıq – milli xarakter kimi

Gənc yazar damğası

Müsəlman İspaniyası: Avropada islam sivilizasiyası

Azərbaycanın ilk inqilabçıları

Tibbin gələcəyi

107 il öncə Bakını sarsıdan qətl

Millidən iki imtina: Yorğunluq, ya küskünlük?

Kayfizm – azərbaycanlıların gerçək dini

Ələkbər ƏliyevƏləkbər Əliyev
Sərbəst
05 Fevral 2019

İslamı unudun getsin. Azərbaycanlılar, ona yalnız zahirən etiqad edirlər. Onların elədiyi daha çox bu dinlə məzələnməkdir. Hərə öz bacardığı, imkanlarının fürsət verdiyi qədər məzələnir.

Bunun yaxşı, yoxsa pis olduğunu bilmirəm, amma fakt faktlığında qalır- azərbaycanlıların ən real, funksional və misterial dini islam yox, kayfizmdir. Bu din, bir inanc üçün lazım olan bütün atributlara və dayaqlara malikdir.

Çoxları ona, qətiyyən mahiyyətinə varmadan, kayfizmin sehrli qüdrətini dərk eləmədən etiqad eləyir. Yəni şüursuzcasına. Mənim borcum isə onların gözünü açmaqdır.

Kayfizm bizim xalqın emosional və psixoloji həyatında vacib rol oynayır. Bu din istənilən elmi, mənəvi və psixoloji tənqidə dözümlüdür..

Az qala, hər gün dualar, sitayiş, mədhiyyə və sair üsullarla əlaqə saxladığımız kayf Tanrısı bizə qarşı çox xeyirxah və mərhəmətlidir.

Kayf Tanrısının varlığına heç bir şübhə ola bilməz. Və onunla dini münasibətlər də immanent, sırf psixoloji, ya da ictimai fenomen deyil. Özü də bu Tanrı individualdı və həyatın heç bir sahəsində kollektivizmi qəbul eləmir. Nə qədər paradoksal səslənsə də, bu, belədi. Kayfizm individual və eyni dərəcədə də kollektiv dindir. Biz əkslikləri uzlaşdırmağı və imkansızı mümkün eləməyi bacarmışıq.

Kayfizm dininin fəlsəfəsi bizə izah eləyir ki, xüsusi Tanrının müqəddəsliyi dini kateqoriyası da, dini fəaliyyətlərin (özəlliklə ehtiram və sitayiş aktları) mahiyyəti də öz təbiəti etibarilə bizim, güya, iman gətirdiyimiz islam dinindən üstündür və bizi kayfist Mütləqin tamamilə fərqli gerçəkliyinə calayır.

Tanrının mövcudluğu dindarlarla ateistlər arasında qızğın müzakirələrin predmetidir, hərçənd milyonlarla vətəndaşımız kayfizm dinini müzakirəsiz, ya da dəlilsiz qəbul edirlər.

Orta əsrlərdə yaşamış islam alimi Əl-Qəzalinin dediyi kimi: “Əgər bir şey artıq varlıq qazanıbsa, onun mövcudluğunun bir səbəbi olmalıdır”.

Biz varlığa sahib oluruq və deməli, buna səbəbimiz var. Səbəb isə kayfdan ibarətdi.

Kayfizm dini özünü biz dünyanı tanımağa başladığımız anda büruzə verir. Əgər bu dindən imtina eləmək qərarına gəlsəniz, ictimai məhkəmə dərhal sizə hökm çıxaracaq və siz lənətlənəcəksiniz. Əlimizin altında konkret, mərhəmətli, cəzaverməyən kefkom Tanrı varkən, hansısa amorf, monoteist Allaha inanmağa nə ehtiyac var? Bizdə ilk nəhəng bütpərəst məbədinin – Şadlıq evinin nə vaxt tikildiyi məlum deyil. Biz o məbədlərdə özümüzə abstrakt suallar vermirik, böyük məbləğdə qurbanlar veririk. Hər məbəddə nəzir toplamaq üçün böyük bir qutu qoyulub.

İslam həmişəlik unudulub və basdırılıb. Kayfizmin bütpərəst magiyası daha sağlam çıxdı və ata-babalarımızın dininə qarışmadı. Bəlkə bircə yas mərasimlərində. Əfsus ki, orda hələ də islam elementləri ilə zəngin adətlər və ayinlər aktualdır. Lakin kayfın sayəsində “islam bütpərəstliyi” Azərbaycanın hər yerində geniş yayıla bilməyib.

Qarabağ müharibəsindən sonra Azərbaycan tənəzzül dövrü yaşayırdı – həm iqtisadi, həm də mənəvi baxımdan. Təbii ki, bu, kayfizmin tərəfdarları və ardıcılları, həmçinin onun mistik milliyyətçiliyi üçün çox məhsuldar dövr oldu. Onlar sürü təfəkkürlü xalqın arasında özlərinə çoxsaylı auditoriya tapdılar. Və bu, yaxşıdır. “Şadlıq evi” – ölkəmizin çoxsaylı tele-məbədləri üçün kahinlər istehsal eləyən fabriklərdir.

Kayfizm – ənənədi, insanı kamilləşdirməyi, onu tanrı səviyyəsinə qaldırmağı hədəfləyən xüsusi düşüncə tərzidi. O, evfemist və trialektikdi. Kayfizm – sehrli sistemdi: Ona kim inanırsa – onun işinə yarayır, ona kömək eləyir. Kayfizm bizim bütpərəst cəmiyyətin düşüncəsini hissolunmadan dəyişir və incəliklə nizamlayır.

Kayfizm – əslində heç bizim başa düşdüyümüz anlamda, məsələn, islam kimi din də deyil. Çünki din, ehkamlar sistemi üzərində qurulub, kayfizm isə insana seçim azadlığı verir. Kölə o kəsdir ki, başqalarının seçimlərinin köləsinə çevrilir – bu, monoteist və monoideoloji konsepsiyadı. Kayfizmdə isə seçimlər hər addımda dəyişir – iradə azadlığı da elə budu.

Kayfizm nə dövlət üçündü, nə də cəmiyyət üçün. O, hər bir insanın ayrı-ayrılıqda kamilləşməsinə yönəlib. Kayfizm dünyaya magik-mifoloji baxışları ilə daha güclüdü; Bu, insanı təkmilləşdirmək üçün gözəl yol, dərketmə üçün layiqli bünövrədi.

Düzünə qalsa, əslində bir dindən daha çox fəlsəfə olan kayfizm dini islamdan, elə digər mono və politeist inanclardan daha çox zorlayır, ağıllandırır, yalvarır və özünün əzəmətli müdriklik binasına daha inadla dəvət eləyir. Bizim dini məcburi qaydada, ya da anadangəlmə qəbul eləmək lazımdı. Ona müstəqil çatmaq olmaz, çünki insan, kayfçılardan əvvəl kafirlərin (bir qayda olaraq, müsəlmanların) tələsinə düşə bilər. Vətəndaşları dinə gətirmək məsələsində müasir bütpərəsətlik, kayfizm müdrik bir el məsəlinə əməl eləməyi daha məqsədəuyğun sayır: “istəməzsən, məcbur edərik.”

Əgər monodinlər, ən azından, nəzəri olaraq, vətəndaşları “yaradılışla bağlı düşünməyə” səsləyirsə, əksinə, kayfizm “düşünməyə yox, dərhal inanmağa” səsləyir. Başqa bir el məsəlində deyildiyi kimi: “Düşünən kəs xoşbəxtdir, amma inanan kəs güclüdür.” Kayfizm hesab eləyir ki, həyatın bütün sahələrində vətəndaşların savad səviyyəsini artırmağa, onlara xoşbəxtlik vəd eləyən hər nəzəriyyəyə inanmamağı öyrətməyə gərək yoxdur. Əks halda dinimizin məbədlərindəki daimi ziyarətçilərdən məhrum ola bilərik. O məbədlərdə ki, inşalarına çox vaxt elə vətəndaşların özlərindən dilənilərək toplanmış böyük məbləğdə pullar sərf olunub.

Yeri gəlmişkən, məbədlərdə oxunan kayfizm himni “Keyf eləyirik” mahnısıdı, onun kim tərəfindən və harda bəstələndiyi vacib deyil. Ən vacibi, onun harda daha geniş yayılmağıdı. O yer bizim doğma Azərbaycandır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
Bildschirmfoto 2021-02-23 um 10.38.37
Sərbəst

Urbanizasiya və onun problemləri – 1

23 Fevral 2021
Data-Journalism
.

Data jurnalistikası

23 Fevral 2021
bicycle-clock-1200x700
.

“Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi”

21 Fevral 2021
EICHMANN
.

Adolf Ayxman: Mossadın nasist ovu

20 Fevral 2021
800px-Flag_of_Nakhichevan_ASSR_(1937-1940).svg
.

Naxçıvan MSSR-in qurulması (İkinci hissə)

20 Fevral 2021
FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel