bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Karantin sancıları. Xalqın Bakı küçələrinə doğuşu

Gülnar Əhməd Gülnar Əhməd
Sərbəst
22 İyul 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
113365017 bbc
Paylaş

Bizim kəndin ortasından qonşu kəndə ordan da sərhədə çatan asfalt yol keçir. Yolun uzunluğu uzağı üç kilometr olar. On il əvvələ qədər o yol, şoran torpağı çınqıla qarışmış çala çuxurla dolu olardı. Uşaqlıqda maşının o yoldan bizi nə vaxtsa silkələmədən apardığını xatırlamıram. Amma on il əvvəl yol təmir olunana qədər, sərvəti əl dəyişən ölkənin küskün adamları sovet dövrü üçün darıxanda deyirdilər, “sovetin vaxtında bu yol asfalt idi, sonra tanklar yolu xarab elədi. Tanka nə var, hardan istəsə gedər.”

Bu yol mənim üçün, yəqin o yoldan keçən hamı üçün yadda qalan yoldur. Uşaqlıq illərimdə atamla birlikdə gedib yuxarı Malakan kəndindən toyuq, yumurta aldığım günləri çıxsam, xatirələrimdə o yoldan silah gedər, əsgər keçər, tank uğuldayar, hərbi maşınların arxasında yan-yana oturmuş gənc əskərlərlərin yorğun gözləri baxar.

Bir də yuxarı kənddə atışma olanda sakinlər bu yolla üzüaşağı axışar. Bir qışqır-bağır olar, qulaq batar. Ağlayan kim, dizinə döyən kim, yorğan döşəyini özü ilə gətirən kim..

Bu yolda yadda qalan üçüncü hadisə də var. Sərhəddə güclü döyüş başlayandan bitənə kimi qonşu rayon-şəhərlərin sakinləri bu yolu doldurar. Düzdür, aralarında döyüşmək istəyən könüllülər də olur. Fəqət çoxu özü evdə fikri səngərdə olan bu adamlar, əsgərlərə təşəkkürünü onlara yemək gətirməklə, qutularla siqareti, pivəni kənarda dayanıb döyüşdən qayıdan əskərlərə atmaqla bildirər. Həmişə fikirləşirəm, yəqin müharibədə ölməyə gücləri çatmadığı üçün utanır bu adamlar, heç olmasa bu yolla bir az təskinlik tapırlar.

Uzun preambulamın məqsədi sərhəddə baş verənlərlə böyüdüyümü, müharibəni əyani gördüyümü diqqətinizə çatdırmaq idi. Bu otuz il ərzində çox şey gördüm. Hətta gecə qaranlıqda atılan mərmilərin səsindən qorxmağı unudub, “göydə yana-yana keçən” silah atışlarını da saydım. Səhər məktəbə gedəndə ürəyimdə küçədə gördüyüm tanış əsgərlərdən “görən bu gün dərsdən çıxanda hansının dəfninə gedəcəyik” deyib, sonra fikrimdən utandığım da oldu. Bu yazdıqlarım gördüklərimin, yaşadıqlarımın yanında “dəvədə qulaq” qalar. Amma nə o illərdə nə də sonra rastlaşmadığım bir şey vardı, xalqın kütləvi şəkildə səfərbərliyə axını.

İyul döyüşlərinə xalqın fərqli reaksiyası haradan gəlirdi? Şəhid verməkdirsə, biz il boyu şəhid veririk. Dörd il əvvəl yüzdən çox şəhid verdik. Niyə bu qəzəb Aprel döyüşlərində belə aşıb daşmadı. Qəzəb, otuz illik müharibə həsrətininmi törəməsi idi? Bəlkə Bakı, 14 iyula karantin rejiminin dözülməz əzabından hamilə idi!? Axı aylardır xalq evinə qapanıb. Əsas sosiallaşdığı toy yox, yas yox, doğru dürüst kafe-restoran yox. Məhdud büdcəli insanların ölkə daxilində dağ, dəniz, kənd, heç olmasa bulvar görmək imkanı da sıfır. Sosial problemlər bir tərəfə, adamlar aylardır icazə ilə bir neçə saatlıq çöl-bayır görür. Sosial şəbəkələr isə həyati ehtiyacları qarşılamaq imkanında deyil.

Üstəgəl, xalq ona həmişə yalan danışan KİV-in pandemiya təhlükəsi haqda dediklərinə də inanmadı. Bu dəfə ölkə, “yalançının evi yandı, heç kim inanmadı” oyununa düşdü. Bundan başqa məşhurların lüks həyatı, onların tətilinə yaradılan şərait, ikili standartlar xalqın inandığı xırda bütləri də dağıtdı. Xalqın stabillik axtarışına dayanan iradəsi bu dəfə emosiyasını zəbt edə bilmədi. Bu qəzəb, bu hirs haradansa çıxmalı idi!

Və general öldürüldü.

Xalq, dilində “Əsgər irəli”, “Səfərbərlik istəyirik” dedi. Gözlərindən “baxın sizdən icazə almadan küçələrə çıxırıq” xəbərdarlığını püskürüb küçələrə axışdı. Xalq, səngərdə düşmənə qarşı döyüşməyi evdə tənbəl-tənbəl internetin qarşısında oturmaqdan üstün bildi. Xalq bir-birinə baxıb güc aldı. Və bir-birinin yanına düşüb, bir-birini naraht eləmədən birlikdə addımlaya bildiyini dərk elədi. Birlikdə hərəkət edəndə cərimələnmədiyini gördü. Aylardır onun azadlığını məhdudlaşdıranlara, “baxın bizə müdaxilə edə bilmədiniz” dedi. Güman ki, qeyzinin səbəbini xalq özü də anlamadı. Amma Aprel döyüşləri kimi dəhşətli döyüşün nəticələrinə belə konkret mövqe bildirməyən xalqı başqa hansı səbəb səfərbərlik tələbi ilə küçələrə tökə bilərdi? Xalq yorulmadan on kilometrlərlə yol yeridi, evdə oturmaqdan yorulan ayaqlarına azadlıq verdi, onu sağa-sola çapdı. Azad küçələrin əsl sahibi kimi Bakını dolaşdı. Hərəkətsizlikdən qəzəbli addımlarını doyunca Bakının torpağına vurdu. Xalq stresini atdı. Aylardır icazəli çıxışın heyfini Bakı küçələrindən və öz ayağından aldı.

Amma xalq unutduğu bir şeyi təkrar xatırladı, O, birlikdə hərəkət edə bilirdi və O, birlikdə hərəkət edəndə daha güclü idi.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
426483665 0 109 1960 1212 1920x0 80 0 0 d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

Tural Həmid
18 Fevral 2026
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör