Azlogos
  • Kimlər var
  • Bizi tanı

"Rusiyanın hərbi texnikası dünyanın ən yaxşısıdır..." Siz gicdıllaqsınız? Covid-19 və konspirasiya nəzəriyyələri. Fake-news ehtiyacımız Biz sivilizasiyaya tüpürmüşük S. Baycan: "Azərbaycanlıların dərdi toydur". Ə. Novruzov: "Allah yarasa yeyənlərin bəlasını versin" Homoseksuallıq və homofobiya. Made in Europa
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

İyrənmə

Orxan Adıgözəl Orxan Adıgözəl
Sərbəst
27 Dekabr 2019

Rejissor Roman Polanskinin 1965-ci ildə çəkdiyi “Repulsion” (“İyrənmə”) filmi psixodram janrındakı ən maraqlı filmlərdəndir. Filmin ssenarisi də adı qalmaqallarla yadda qalan rejissora məxsusdur. Hiss olunur ki, Polanski psixoanalizdən yaxşı anlayır. Həm də bu cür sənət əsərləri elə-belədən meydana çıxmır. Bunun arxasında rejissorun öz “doğma” uşaqlıq zədələri var.

Misal üçün danimarkalı rejissor Lars Von Trierin filmlərində qadınlara qarşı olan aşırı qəddarlığın nədən qaynaqlandığını öyrənmək üçün Trierin bioqrafiyasına göz atmaq və onun öz anası ilə vaxtı ilə hansı münasibətdə olduğuna baxmaq olar. Trier anasına olan nifrətini filmlərində başqa qadınları “əzməklə” proyeksiya etdirir. O, anasından öz bioloji atasının başqa adam olduğunu öyrənəndə dünya onun başına yıxılır. Bu məlumatı anası ona ölüm ayağında olanda bildirir. Bunu öyrənəndə isə Trierin doğma atası hesab etdiyi şəxs artıq həyatda deyildi. Xartman soyadlı alman əslli ata isə oğlunun onu axtarıb tapmasına heç sevinmədi. Hətta Larsla görüşə vəkillə gəlmişdi. Bütün bunlar fəsadsız ötüşə bilməzdi. Hələ nə yaxşı ki, bu travmanın təzahürü real həyatda yox, filmlərdə üzə çıxır. (Oxşar situasiya ilə üzləşən tanışım var ki, onun necə qəddar aktlarla, əsasən də özünə vurduğu zərbələrlə “rahatlıq” tapdığının şahidi olmuşam. Bu barədə artıq nəsə yazan deyiləm.)

Trierin 2018-ci ildə çəkdiyi “The Hause that Jack Built” filmində tükürpərdici səhnə var. Jack hündür bir yerdə dayanır və gənc bir qadını, azyaşlı iki uşağı ilə birgə snayperlə öldürür. Məhvedici səhnəni izləyən şəxs rejissoru lənətləyə bilər, ancaq orada Trier məhz özünü “öldürür”. “Kaş məni və anamı belə yox edərdilər.” Filmin məhz bu səhnəsini xatırlayanda rejissorun iztirablarını düşünür və çox üzülürəm.

Qayıdaq Polanskinin filminə. Belə baxanda “Repulsion”-ın süjet xətti elə də mürəkkəb deyil. Əksinə hər şey sadə hadisələr əsasında qurulub. Hardasa 20-22 yaşı olan gözəl, sarışın manikürçü Kerol öz böyük bacısı ilə kirayədə yaşayır (Kerolun rolunu fransız aktrisa Catherine Deneuve canlandırır). Onun psixi halı artan sürətlə ağırlaşır. Əvvəl bunu ümumiyyətlə heç kəs sezmir (əslində bu hal sona qədər davam edir). Onun tez-tez dırnağını yeməsi, qəribə şəkildə barmağı ilə burnunun kənarına əlini sürtməsi bu “sakit” qızın daxilindəki fırtınaların ilkin nişanələridir. O, küçədə yeriyərkən ətrafdan təcrid olunmuş şəkildə gəzir və heç nə onun diqqətini çəkmir. Kişilərin ona söz atması, göz zilləməsi Kerola heç bir hiss gətirmir. Bu laqeydliklə bərabər, ondan xoşu gələn Kolin adlı gənc kişinin Kerola olan marağı, diqqəti də qarşılıqsız qalır. İki dəfə görüşdükləri vaxtın ikisində də Kerol özünü qeyri-adekvat və qəribə aparır.

Sonuncu görüşdə Kolin avtomobildə qızı dodağından öpür. Qız onu itələyir, evə qaçır və ağzını su kranına tutub yumağa başlayır. Kerol iyrəndiyini büruzə verir. Bundan sonra onun vəziyyəti lap pisləşməyə doğru gedir. İyrənmənin miqyası getdikcə çoxalır. O, bacısının sevgilisinin hər davranışını ikrah hissi ilə qarşılayır və bunu açıq şəkildə nümayiş etdirir. Bunun üstündə bacısı ilə Kerolun konfliktləri də yaranır. Sonra bacısı öz sevgilisi ilə bir həftəlik səyahətə çıxır və Kerolu evdə tək qoyurlar. Məhz bu andan onda dəhşətli qarabasmalar başlayır. Kerol tez-tez yuxuda hansısa kişi tərəfindən cinsi təcavüzə uğradığını görür. Evin içində çatlar peyda olur və bütün bu paranoyalar gənc qıza çox əziyyət verir. Həmin çatlardan gözlər və kişi əlləri çıxır və Kerolu incitməyə başlayır. Bir gün Kolin onun evinə gəlir və qızı uzun zaman görmədiyi üçün narahat olduğunu bildirir. Kerol isə heç bir səbəb olmadan evinə gələn bu kişini öldürüb hamam vannasının içinə atır. Ardınca ev sahibi kirayə haqqını almaq üçün gəlir və Kerolu açıq paltarda görüb ona təcavüz edir. Kerol onu da öldürür. Filmin sonunda onun qəddar davranışlarının və qeyri-adekvat hərəkətlərinin səbəbinin kökü məlum olur. Düşünürəm ki, anlayışlı və mühakimədən uzaq izləyici həmin səbəbi öyrənəndən sonra Kerolun niyə belə olduğunu başa düşər və onu “pis insan” adlandırmaz.

Əslində pis adam yoxdur. İnsanların uşaq vaxtı aldığı travmalar onların gələcəkdəki həyatının davranış mexanizmini formalaşdırır. Kerolun uşaqlığı ilə bağlı yaşanan bir nüans onun bütün həyatını necə alt-üst etdiyi faktını üzə çıxarır. Ona görə kimlərinsə davranışlarına baxarkən tez-bazar mühakimə etməzdən əvvəl onun keçmişi ilə bağlı olayları təhlil etmək lazımdır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
Bildschirmfoto 2021-02-23 um 10.38.37
Sərbəst

Urbanizasiya və onun problemləri – 1

23 Fevral 2021
Data-Journalism
.

Data jurnalistikası

23 Fevral 2021
bicycle-clock-1200x700
.

“Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi”

21 Fevral 2021
EICHMANN
.

Adolf Ayxman: Mossadın nasist ovu

20 Fevral 2021
800px-Flag_of_Nakhichevan_ASSR_(1937-1940).svg
.

Naxçıvan MSSR-in qurulması (İkinci hissə)

20 Fevral 2021

Redaktorun seçimi

Tuata De Danann: Nəzarətdən çıxan siyasi sifariş

Tarlabaşının son rəqsi – Rəna Əfəndi təqdim edir

Məsud Aşina: “Gələcəyimizi qururuq”

Süni ət – gələcəyin qidası

Azərbaycanda ən yüksək maaşı kim alır?

Mehdi Hüseynin ölümü – 2

Qaynana obrazı

Belə bir şey necə ola bilər?

AzLogos müsabiqə elan edir

“Qəhbə” sözünün yaratdığı beyin partlayışı

Olmayan iş otağı

Pandemiyanın qazananı…

Avropanın oğurlanması 2.0

Robert Köçəryanın erməni təbliğatına vurduğu zərbə

Coğrafiyamızın dərdi

Qışda Azərbaycan ordusu məğlub olacaq?

İxrac: 25 il əvvəl

Mexanizm

Beethoven – 250

Avropadan niyə inciyirik?

Londonda azərbaycanlı vəkil

İsgəndərin ağıllı logistikası

Hər kəs üçün dizayn

Naftalin qoxulu ritorika

“Marmara Forum” ticarət mərkəzində uşaq oyun meydançası

Romansız Azərbaycan

AzLogos Frankfurt avto-sərgisində

İmtina mədəniyyəti nədir?

Azərbaycanlıların mühacirət mediası

Mühacirlərin missiyası

İyrənmə

Orxan Adıgözəl Orxan Adıgözəl
Sərbəst
27 Dekabr 2019

Rejissor Roman Polanskinin 1965-ci ildə çəkdiyi “Repulsion” (“İyrənmə”) filmi psixodram janrındakı ən maraqlı filmlərdəndir. Filmin ssenarisi də adı qalmaqallarla yadda qalan rejissora məxsusdur. Hiss olunur ki, Polanski psixoanalizdən yaxşı anlayır. Həm də bu cür sənət əsərləri elə-belədən meydana çıxmır. Bunun arxasında rejissorun öz “doğma” uşaqlıq zədələri var.

Misal üçün danimarkalı rejissor Lars Von Trierin filmlərində qadınlara qarşı olan aşırı qəddarlığın nədən qaynaqlandığını öyrənmək üçün Trierin bioqrafiyasına göz atmaq və onun öz anası ilə vaxtı ilə hansı münasibətdə olduğuna baxmaq olar. Trier anasına olan nifrətini filmlərində başqa qadınları “əzməklə” proyeksiya etdirir. O, anasından öz bioloji atasının başqa adam olduğunu öyrənəndə dünya onun başına yıxılır. Bu məlumatı anası ona ölüm ayağında olanda bildirir. Bunu öyrənəndə isə Trierin doğma atası hesab etdiyi şəxs artıq həyatda deyildi. Xartman soyadlı alman əslli ata isə oğlunun onu axtarıb tapmasına heç sevinmədi. Hətta Larsla görüşə vəkillə gəlmişdi. Bütün bunlar fəsadsız ötüşə bilməzdi. Hələ nə yaxşı ki, bu travmanın təzahürü real həyatda yox, filmlərdə üzə çıxır. (Oxşar situasiya ilə üzləşən tanışım var ki, onun necə qəddar aktlarla, əsasən də özünə vurduğu zərbələrlə “rahatlıq” tapdığının şahidi olmuşam. Bu barədə artıq nəsə yazan deyiləm.)

Trierin 2018-ci ildə çəkdiyi “The Hause that Jack Built” filmində tükürpərdici səhnə var. Jack hündür bir yerdə dayanır və gənc bir qadını, azyaşlı iki uşağı ilə birgə snayperlə öldürür. Məhvedici səhnəni izləyən şəxs rejissoru lənətləyə bilər, ancaq orada Trier məhz özünü “öldürür”. “Kaş məni və anamı belə yox edərdilər.” Filmin məhz bu səhnəsini xatırlayanda rejissorun iztirablarını düşünür və çox üzülürəm.

Qayıdaq Polanskinin filminə. Belə baxanda “Repulsion”-ın süjet xətti elə də mürəkkəb deyil. Əksinə hər şey sadə hadisələr əsasında qurulub. Hardasa 20-22 yaşı olan gözəl, sarışın manikürçü Kerol öz böyük bacısı ilə kirayədə yaşayır (Kerolun rolunu fransız aktrisa Catherine Deneuve canlandırır). Onun psixi halı artan sürətlə ağırlaşır. Əvvəl bunu ümumiyyətlə heç kəs sezmir (əslində bu hal sona qədər davam edir). Onun tez-tez dırnağını yeməsi, qəribə şəkildə barmağı ilə burnunun kənarına əlini sürtməsi bu “sakit” qızın daxilindəki fırtınaların ilkin nişanələridir. O, küçədə yeriyərkən ətrafdan təcrid olunmuş şəkildə gəzir və heç nə onun diqqətini çəkmir. Kişilərin ona söz atması, göz zilləməsi Kerola heç bir hiss gətirmir. Bu laqeydliklə bərabər, ondan xoşu gələn Kolin adlı gənc kişinin Kerola olan marağı, diqqəti də qarşılıqsız qalır. İki dəfə görüşdükləri vaxtın ikisində də Kerol özünü qeyri-adekvat və qəribə aparır.

Sonuncu görüşdə Kolin avtomobildə qızı dodağından öpür. Qız onu itələyir, evə qaçır və ağzını su kranına tutub yumağa başlayır. Kerol iyrəndiyini büruzə verir. Bundan sonra onun vəziyyəti lap pisləşməyə doğru gedir. İyrənmənin miqyası getdikcə çoxalır. O, bacısının sevgilisinin hər davranışını ikrah hissi ilə qarşılayır və bunu açıq şəkildə nümayiş etdirir. Bunun üstündə bacısı ilə Kerolun konfliktləri də yaranır. Sonra bacısı öz sevgilisi ilə bir həftəlik səyahətə çıxır və Kerolu evdə tək qoyurlar. Məhz bu andan onda dəhşətli qarabasmalar başlayır. Kerol tez-tez yuxuda hansısa kişi tərəfindən cinsi təcavüzə uğradığını görür. Evin içində çatlar peyda olur və bütün bu paranoyalar gənc qıza çox əziyyət verir. Həmin çatlardan gözlər və kişi əlləri çıxır və Kerolu incitməyə başlayır. Bir gün Kolin onun evinə gəlir və qızı uzun zaman görmədiyi üçün narahat olduğunu bildirir. Kerol isə heç bir səbəb olmadan evinə gələn bu kişini öldürüb hamam vannasının içinə atır. Ardınca ev sahibi kirayə haqqını almaq üçün gəlir və Kerolu açıq paltarda görüb ona təcavüz edir. Kerol onu da öldürür. Filmin sonunda onun qəddar davranışlarının və qeyri-adekvat hərəkətlərinin səbəbinin kökü məlum olur. Düşünürəm ki, anlayışlı və mühakimədən uzaq izləyici həmin səbəbi öyrənəndən sonra Kerolun niyə belə olduğunu başa düşər və onu “pis insan” adlandırmaz.

Əslində pis adam yoxdur. İnsanların uşaq vaxtı aldığı travmalar onların gələcəkdəki həyatının davranış mexanizmini formalaşdırır. Kerolun uşaqlığı ilə bağlı yaşanan bir nüans onun bütün həyatını necə alt-üst etdiyi faktını üzə çıxarır. Ona görə kimlərinsə davranışlarına baxarkən tez-bazar mühakimə etməzdən əvvəl onun keçmişi ilə bağlı olayları təhlil etmək lazımdır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
Bildschirmfoto 2021-02-23 um 10.38.37
Sərbəst

Urbanizasiya və onun problemləri – 1

23 Fevral 2021
Data-Journalism
.

Data jurnalistikası

23 Fevral 2021
bicycle-clock-1200x700
.

“Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi”

21 Fevral 2021
EICHMANN
.

Adolf Ayxman: Mossadın nasist ovu

20 Fevral 2021
800px-Flag_of_Nakhichevan_ASSR_(1937-1940).svg
.

Naxçıvan MSSR-in qurulması (İkinci hissə)

20 Fevral 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel