Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

İxrac: 25 il əvvəl

Toğrul Maşallı Toğrul Maşallı
., Bazar
20 Aprel 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Bildschirmfoto 2020 04 19 um 17.22.50
Paylaş

Böhran dərinləşdikcə iqtisadi göstəricilər keçmiş səviyyələrinə qayıdır. Günlər keçdikcə isə biz gələcəyə getmək yerinə, daha da keçmişə uzaqlaşırıq. Misal üçün, Beynəlxalq Energetika Agentliyinin aprel ayı üzrə hesabatında verdiyi məlumata görə, biz 1995-ci ilə qayıtmışıq. Belə ki, aprel ayında qlobal neft tələbatı illik əmsalda sutkalıq 29 milyon barrel azalacaq. Müvafiq səviyyədə tələbat isə son dəfə 1995-ci ildə müşahidə edilmişdi.

1995-ci il Azərbaycan üçün maraqlı il idi. Artıq “Əsrin müqaviləsi” imzalanmışdı, amma müvafiq razılaşmaların yerinə yetirilməsi vaxt aparacaqdı və 1995-ci il hələ ki, bu müqavilələrdən azad idi. Düzdür, indiki Azərbaycan iqtisadiyyatının bünövrəsi faktiki məhz 1994-1995-ci illərdə qoyulub, amma 1995-ci ildə vəziyyət necə idi? O zaman biz xaricə nə satırdıq? Hökumət adətən indiki iqtisadi problemlərin əsasını 90-ci illərdə görür. Nə dərəcədə düzgündür? Daxili iqtisadiyyat barədə biz “Azərbaycan iqtisadiyyatı 1996-ci ildə” adlı məqalədə danışmışıq. Ona görə bu dəfəxarici ticarəti, xüsusən də Azərbaycanın ixracatını təhlil edəcəyik.

Beləliklə, rəsmi məlumata görə, 1995-ci ildə Azərbaycanın illik ticarət dövriyyəsi 1 304,9 milyon ABŞ dolları təşkil edib. Müqayisə üçün hətta ixracatın zəiflədiyi keçən mart ayında xarici ticarət dövriyyəmiz 1 806,8 milyon dollar təşkil edib. Eyni zamanda 90-cı illərdə bizim xarici ticarətimizdə mənfi saldo mövcud idi. Belə ki, illik ixracatımız 637,2 milyon dollar təşkil etdiyi halda, idxal 667,7 milyon dollara bərabər idi. O dövrdə gömrükdə şəffaflıq barədə danışmağın nə dərəcədə düzgün olub-olmadığını nəzərə alsaq, idxalın bir qədər də çox olduğunu deyə bilərik (düzdür ixracın bir hissəsi gizli idi).

Ölkələr üzrə struktura baxdıqda daha maraqlı faktlar müşahidə olunur. Belə ki, indiki ixracda ilk onluq aşağıdakı kimidir: İtaliya, Türkiyə, İsrail, Hindistan, Almaniya, Çin, Rusiya, İspaniya, Çexiya və Gürcüstan. Göründüyü kimi ilk yerləri əsasən neft və qaz satdığımız ölkələr tutur. Eyni zamanda İtaliyanın payı misal üçün 2019-cu ilin nəticələrinə görə ikinci yerdə qərarlaşan Türkiyədən 2 dəfə çox idi. Bu da İtaliyanın indi Azərbaycan neftinin əsas istehlakçısı olması ilə bağlıdır. Azərbaycanın qeyri-neft sahəsinin ixracatı əsasən Rusiyaya gedir. O da göründüyü kimi 7-ci yerdədir. 1995-ci ildə neft satışı o qədər yüksək deyildi, ona görə ölkələrin onluğu tam başqa idi:

İran İslam Respublikası – 186 milyon

Rusiya Federasiyası – 100 milyon

Türkmənistan – 70,6 milyon

Böyük Britaniya – 48,5 milyon

Gürcüstan – 45,3 milyon

Ukrayna – 33,6 milyon

İsveçrə – 28,3 milyon

İtaliya – 26,4 milyon

Türkiyə – 26,4 milyon

Qazaxıstan – 20,5 milyon.

Göründüyü kimi, ilk onluğa 5 post-Sovet respublikası daxil idi. Ümumiyyətlə keçmiş Sovet respublikaları ilə münasibətimiz sıx idi. İlk 20 ölkə sırasına Litva, Özbəkistan, Moldova, Tacikistan, Belarus və Latviya da daxil idi. Yəni inersiyaya uyğun olaraq müvafiq respublikalar onlara lazım olan bəzi məhsulları Azərbaycandan alırdılar. Hansı məhsulları? Əlbəttə ki, əsasən neft. Amma maraqlı məqam da var. Belə ki, Azərbaycan ixracatının əmtəə strukturuna baxsaq, indikindən tam fərqli bir vəziyyəti görərik. Rəsmi məlumata görə, 58,4% yanacaq məhsulları təşkil edirdi. İndiki Azərbaycanda yanacaq-enerji kompleksinin məhsullarının ixracatı 90% təşkil edir. İkinci yerdə isə pambıq və pambıq məhsulları gedirdi. Maraqlıdır ki, 1995-ci ildə pambıq lifi və ipliyin ixracatı cəmi 193 milyon dollar təşkil etmişdi. 2019-cu ilin nəticələrinə görə müxtəlif növ pambıq məhsullarının ixracatı 158 milyon dollar təşkil etmişdi. Düzdür, fiziki həcmdə indi biz 108 min ton ixrac edirik, 1995-ci ildə isə 73 min ton idi. Növbət üç yerdə isə maşın və avadanlıq (6,2%), içkilər (1,7%) və meyvələr (1,6%) qərarlaşmışdı.

Yeri gəlmişkən, o dövrdə ixrac etdiyimiz yanacaq məhsulları əsasən MDB və İranda istifadə olunurdu. Belə ki, birinci yeri “ağır destilyatlar və ya digər məqsədlər üçün qazoyllar” tuturdu. Bu məhsul da əsasən keçmiş SSRİ neft-emalı zavodları üçün lazım idi. İndi biz bu məhsuldan da ixrac edirik, amma o dövr ilə dəyər cəhətdən müqayisədə ciddi fərq müşahidə olunmur. Əgər 1995-ci ildə Azərbaycan bu məhsulun ixracından 218 milyon dollar qazanmışdısa, 2019-cu ildə 341,6 milyon dollar idi. Eyni zamanda fiziki həcm cəhətdən ixrac 2,5 dəfə azalıb. İndi biz əsasən xam neft satırıq və o dövrdən fərqli olaraq bizdən nefti artıq MDB və İran yox, İtaliya və digər inkişaf etmiş ölkələr alır.

Lakin yuxarıda göstərilən siyahıda İtaliya da var. Bəs o zaman İtaliyaya biz nə satırdıq? Məlum oldu ki, İtaliyaya satdığımız əsas məhsul pambıq lifi idi. Ümumiyyətlə pambıq lifi bizim İtaliya, Braziliya, İspaniya, Türkiyə və bir sıra digər ölkələrə satdığımız məhsullar arasında əsas yer tuturdu. Azərbaycan hətta indi idxal etdiyi pambıq parçalarını belə o zaman Çinə satırdı.

Ən maraqlı transformasiyaya bizim Almaniyaya ixracatımız məruz qaldı. İndiki halda 931 milyon dollarlıq ixracatdan 905 milyonunu xam neft təşkil edir. 1995-ci ildə isə bizim Almaniyaya ixracatımız çox diversifikasiya olunmuş idi. O dövrdə Almaniyaya ixracatımız təxmini 16 milyon dollar cıvarında idi. Müvafiq olaraq strukturu belə idi: tərkibində metal olan müxtəlif qalıqlar – 8,6 milyon dollar, xalçalar – 2,9 milyon, alma şirəsi – 2,2 milyon dollar, pambıq parçaları – 1,1 milyon dollar. Əslinə struktura baxanda görünür ki, ölkədə nə var idisə, hər şey satılırdı. İndi kiməsə metal qalıqlarının satılması maraqlı gəlmir, amma o zaman deyəsən başqa variant da yox idi. Eyni zamanda yerli xalça sənayesinin o qədər həcmdə xalça istehsal etməsi belə mifik görünür. 1995-ci ildə biz Almaniyaya 38,7 ton xalça satmışdıq. İndi Azərbaycan çətinliklə 100 kvadrat metr xalça istehsal edir.

Başqa sözlə vaxtilə biz maraqlı neft-pambıq ixracına malik idik. Adətən inkişaf gedəndə, ixracat diversifikasiya olunur, yəni məhsulların sayı artır. Amma “Azərbaycansayağı inkişaf” nəticəsində biz əksinə bütün iqtisadiyyatımızı bir məhsula köklədik. Bunun da nəticəsini 20 il sonra 2015-ci ildə və 25 il sonra 2020-ci ildə kəskin şəkildə hiss etdik. Maraqlıdır ki, bir nəsil 25 il hesab olunur, yəni artıq 1995-ci ildən bu yana yeni bir nəsil formalaşıb. Yeni nəsil iqtisadiyyatımızı dəyişə bilərmi?

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör