bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

İnsan ölməmişdən qabaq onun xatirələri ölür

Rafiq Hunaltay Rafiq Hunaltay
Sərbəst
28 Aprel 2019
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
040aab77ed3aae36
Paylaş

“Düz yoldan azıb nabələd ünvanlara düşənlərin” gündəliyi

Uşaq olursan, yavaş-yavaş böyüyürsən. Uşaqlıqda məhlədəki, qonum-qonşuda tanıdığın qoca adamların çoxu sənin böyümə ərəfəndə ölür. Hələ tam olaraq ölümü dərk etmirsən. Elə bilirsən, hamı ölə bilər, amma sənin əzizlərin yox. Hələ öz ölməyini demirəm, ona heç ehtimal vermirsən. Elə bilirsən ki, ancaq qocalar ölür. Bir az yaş artır, həyatı təzə-təzə dərk etməyə başlayanda gözləmədiyin halda kiminsə cavan yaşda rəhmətə getməsini eşidirsən. Və ya kimisə cavan yaşında avtomobil qəzasından sonra yerdə ölü görürsən. Görürsən ki, yox, bu nəsə düz olmadı axı. Sən ölüm deyəndə belə başa düşmürdün. O sənin təsəvvüründə başqa cür idi. Hanı bəs qocalar ölürdü ancaq? Evdə elə demişdilər axı. Bəs indi niyə belə oldu?! Hələ cavan yaşda rəhmətə gedən çox yaxınındırsa, qəribə hisslər yaşayırsan. Sözlə ifadə etmək çətindi. Necə deyim, məsələn, elə bil kimsə gedir, sən nə getmə səbəbini bilirsən, nə qal deyə bilirsən, nə buna gücün çatır, nə də nə baş verdiyini anlamırsan. Keyimə olur, donub qalırsan. Amma bu da keçir. Bir müddət sonra həyat axarında düşür. 

Yaş ildırım sürətilə artır. Yaşın artdıqca xatirələrin də çoxalır. Bağçada, məktəbdə, universitetdə, ailədə, dost çevrəndə, iş həyatında saysız-hesabsız xatirələr yığılır. Hərdən yeyib-içəndə, hərdən də həssas vaxtlarında hər dəfə bir xatirəni baş verdiyi zamandan irəli gətirib onu xatırlayır, əzizləyir və sonra geri yerinə qaytarırsan. Paketlənib bir kənara atılmış xatirələri hərdən niyə xatırladığını da bilmirsən, bəlkə də dərk etmirsən. Məsələn, başa düşmürsən ki, niyə birdən-birə ürəyin qrup yoldaşlarını bir yerə yığıb söhbət eləmək istədi, keçmişə getmək istədi, hətta bir az bəlkə kövrəlmək istədi. Deyim niyə?! Ona görə ki, böyüdükcə xəyalların kiçilir, şübhələrin artır. Seçməkdə çətinlik çəkirsən, risk edib seçib səhv etməkdənsə, fakt səni əvvəldə xoşbəxt edən anları geri çağırmaq istəyirsən. Əminsən, bilirsən ki, o hisslər səmimi olub, doya-doya yaşanıb, hər anı beynində həkk olunub.

Yaş elə bir həddə çatır ki, sən özün artıq kiminsə uşaqlıq xatirəsi olursan

Öz övladının, qonşunun uşağının, qohumun balasının və s. Qayğıların artır, başın qarışır. Həm də elə qarışır ki, bir da ayılırsan ki, ətrafın xəzan yarpaqları kimi “dənəbir-dənəbir tökülür”. Uşaqlıqdan tutmuş son anına kimi, yəni A-dan Z-yə bütün xatirələrin sanki bir anın içində növbə ilə yox olurlar. Bir az sərt desəm, ölürlər. Bəli, ölürlər. Xatirələrin tədricən ölməyə başlayır. Bir gün 11 il bir partada oturan qrup yoldaşın ölür, bir gün bağçada elə hey dalaşdığın uşaqlıq dostunun öldüyünü eşidirsən, bir gün də valideynlərin. Bəli, valideynlər. Ən çətin an yəqin ki, bu an olur. İnsan ölümün acı dadını mənə elə gəlir ki, bu anda hiss edir. Xatirələrin darmadağın olur. Ölümü ciddiyə almağa başlayırsan. Elə bir zəmanəyə gəlmişik ki, ölüm insanın gözündə çox ucuzlaşıb, adiləşib. Ən məşhur insanın belə ölümü maksimum 1 ay gündəm olur. Valideynlərini də itirəndən sonra, özünü bir təhər toparlayıb həyatın qabağına özün tək çıxırsan. Bacara bildiyin qədər mübarizə aparırsan, uşaqların üçün, sevdiklərin üçün məhz bu anda öz ölümünə belə razı olacağını hiss edirsən. Başa düşürsən ki, nəsə yaxınlaşır. Bir gün başın ağrıyır, bir gün halın xarab olur. Yavaş-yavaş təslim olduğunu hiss edirsən. Əvvəl-əvvəl qəbul etməsən də, bir müddətdən sonra məcbur qalıb həqiqəti olduğu kimi qəbul edirsən. Bəli, sən də öləcəksən, ey insan. Səndən əvvəlkilər kimi, səndən sonrakılar kimi. 

Aydın Xırdalanlının ölüm xəbərini bugün eşitdim. Məsələ odur ki, öləcəyini də bilirdim hamı kimi. Amma sanki həm də ölməyəcəkdi kimi hiss edirdim. Amma öldü. Sözü, söz sənətini çox sevirəm. Bu yazını da gündəm xarakterli yazmıram. Sadəcə içimdən gəldi və yazım qalsın istədim. Aydın mənim uşaqlıq xatirələrim idi. Və mənim uşaqlıq xatirələrimdən daha biri rəhmət getdi, artıq yoxdur. Hüseyn Dəryanın ilk klipi bizim məhləmizdə çəkilmişdi. Uşaq idik, yolun kənarından kameralara falan həsədlə baxırdıq. O rəhmətə gedəndə, sanki o xatirələr də itib gedir. Sözlə yaradıcı şəkildə oynaya bilən adamlar azdı. Onlardan biri də Aydın idi. Onun musiqiyə aid qəzəlini cümlə-cümlə dəftərimə yazmışdım o vaxt. “Tanrı vermiş bəşərə zövqü-səfa müsiqini, mənəvi adə qida, qəlbə ziya musiqini”.

Əziz insanlar, xüsusən istedalı insanlar. İstedadınız Sizi məşhur edəndə, Sizi zəngin edəndə onun parıltısına çox aldanmayın. Zirvədə qalmaq çətindir, zirvədə simanı qorumaq da çətindir. Çox istedadlı insanlarımız özlərini məhv etdilər. Çox cılız səhvlər buraxdılar, dərk edəndə isə gec oldu. Həyat bizə görün nə qədər örnəklər verir. Gərək elə Siz də öləsiniz ki, dərk edəsiz?! İstedadlı insanlar dünyadan gedəndə təkcə özlərinə ziyan eləmirlər, həm də cəmiyyəti şikəst qoyurlar, dala salırlar. Bu dünyada hər öz seçdiyi yola uyğun missiyasını dərk edib ona maksimum sadiq qalmalıdır. Yarı yolda qoymaq olmaz. Sizin günahınızdan yarı yolda qalıb gedirsinizsə, cəmiyyət həm Sizi sevdiyi üçün acıyacaq, həm də qəlbində Sizə qəzəbli olacaq. 

Bəli, insan ölməmişdən qabaq xatirələri ölür. “Ölmədən ölməyi bacarmaq” isə hər adama qismət olmur. Ölüm haqqdır. Haqq isə ədalətlidir. 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
426483665 0 109 1960 1212 1920x0 80 0 0 d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

Tural Həmid
18 Fevral 2026
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör