Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

İlqar Məmmədovun «arvadları»

Mirzə Mirzə
., Mövqe
07 İyun 2020
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
Maxresdefault
Paylaş

Bir neçə gün öncə, sosial bir layihə çərçivəsində təşkil olunmuş seminarda iştirak edirdim. Spikerlik edən gənc bir qadın, ailə təzyiqlərinə qarşı müqavimətdən, xalqın diktaturası olan mentalitetin mənfi cəhətlərindən danışır, gəncləri bu diktaturaya qarşı mübariz olmağa səsləyirdi. Seminar ərzində üç gənc xanım çıxış etdi və hamısı eyni problemə toxundu.

Seminarın sonunda hər üçünə sual ünvanlanladım:

“Evə tez gəl xəbərdarlığını aldıqda, nə edirsiniz?”

Cavablar gözlənilən olsa da, yenə də məyus oldum. Xanımlar, bu tələbə etiraz etmədiklərini, müqavimət göstərmədiklərini, ümumiyyətlə ailə müdaxiləsinin valideyn sevgisindən qaynaqlandığını və bu qadağalara əməl etmələrinin, tabe olmalarının hörmətlə əlaqəli olduğunu bildirdilər.

Aramızda demək olar ki, bir saat davam edən diskussiya ərzində gənclər, bircə dəfə olsun ailə diktaturasından danışmadılar, bu haqda ümumiyyətlə düşünmədiklərini ifadə etdilər. Yəni, onların məntiqinə görə basqı, müdaxilə, diktatura – hamısı küçədədir, evin içində isə bunların heç biri yoxdur. Yerli-dibli. Ona görə də, bir az əvvəl azadlıqdan, mənfur mentalitetdən danışan gənclər, bu işdə bir paradoks görmürdülər.

Nəzəri biliklərə yiyələnib, mövzu haqda uzun-uzadı moizələr oxuyub, praktikada isə tam əksini etmək riyakarlıq deyilmi? Nə qədər yumşaq ifadə etmək istəsəm də, riyakarlıqdan savayı ağlıma söz gəlmir.

Riyakarlıq tək gənclərimizin problemi deyil əlbəttə, bütün cəmiyyət bu məsələdə olduqca yekdil və həmrəydir. Gəlin misallarla danışaq.

19 oktyabr aksiyasında «demokratiya», «ifadə azadlığı», «insan haqları» tələb edənlər sonrakı günlərdə İlqar Məmmədova belə bir «tənqid» ünvanladı:

«Kişi məclisinə gəlməyən İlqar, arvad məclisinə getdi»

«İfadə azadlığı», ümumiyyətlə azadlıq(!) tələb edən birinin seksist çuşkalığında qeyri-adi bir şey yoxdur, çünki bu adamlar demokratik dəyərləri sadəcə yüksək səslə bağırır, dəyərlərin özünün isə fərqində deyillər. Fərqindəlik çox-cox önəmlidir, yoldaşlar. Dilimizdə bir sürü parazit söz var, onlardan təmizlənməliyik. İnsan haqlarından danışıb, insan haqlarının nə olduğunu qanmırsansa, sus! Barı sözlər dəyərdən düşməsin, gülüş hədəfi olmasın. Dəyərlərin, anlamların doqma kimi qəbul olunması, sonda adamı mütləq və mütləq riyakarlığa gətirib çıxarır.

İlqar Məmmədov o gün ikiqat təzyiqlə üzləşdi – ona aid olmayan bir məclisə getmədiyinə görə təhqir edildi, qadın zorakılığı əleyhinə aksiyaya çıxdığı üçün isə, ələ salındı. Sanmayın ki, onu gözümçıxdıya salanlar təkcə çuşkalar idi, allah qoymasa aralarında oxumuşlar, eynəklilər də vardı.

Yenə çuşkaları başa düşmək olar – doqmatik təfəkkür başqa cür düşünməyə, danışmağa imkan vermir. İntellektual çuşkalar isə mainstream-in əleyhinə gedə bilmirlər, sfinkterləri jim-jim edir.  

İcazə verin status-kvonu dilə gətirim, «mus-mus» olmasın – Azərbaycanda İlham Əliyev diktaturası yoxdur, Azərbaycanda ictimai-sektor, mainstream, düşərgə diktaturası var.

Sizin diktaturanızı yıxmaq da, bizim borcumuz olsun.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör