Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Hökumətin həzin utancaqlığı

Firudin Allahverdi Firudin Allahverdi
., Mövqe
28 Avqust 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
4221396001 5823385337001 5823387456001 vs
Paylaş

Bakıda UEFA kubokunun yaxınlaşan final oyunu qabağı hökumət xalqa işarə vurdu ki, həmin günlər şəhər mərkəzində çox gəzib-dolaşmasınlar. Sözsüz, mənsub olduğu xalqın təəssübünü çəkən azsaylı qruplar üçün bu, çox təsirli xəbər oldu və sosial şəbəkələrdə bir qədər müzakirə edildi.

Bu yazını oxuyursunuzsa böyük ehtimalla siz də azərbaycanlısınız və yəqin siz də ən az mənim qədər düşünürsünüz ki, görəsən həmin günlərdə bizim şəhərə çıxmağımız niyə arzu olunmur?

Bəlkə hökumət narahat olur ki, birdən biz ingilislərlə dalaşarıq?

Çətin. Yəqin bütün dünyaya məlumdur ki, biz o qədər də davakar xalq deyilik; hətta bəlkə bir az utancağıq.

Utancaqlıq demişkən, bəlkə hökumət bizdən utanır?

Bu bir az ağlabatandır. Yuxarıda qeyd etdiyim kimi, utancaqlıq bizə xas keyfiyyətlərdəndir – xüsusilə də belə məqamlarda, yəni qapımıza qonaq-qara gələndə. Demək, hökumətin utancaqlığının da dərin etno-psixoloji kökləri var.

Atılan başqa addımlarda da bu özünü göstərib. Məsələn içəri məhəllələr görünməsin deyə yolların kənarlarının çəpərlənməsi və s.

Bu psixoloji durum böyük dramaturqumuz Cəfər Cabbarlının “Sevil” əsərində Balaş surətinin timsalında gözəl təhlil edilib. Balaş da qonaqlara öz ailəsini göstərməkdən çəkinir, utanır. C. Cabbarlı bu utancaqlığın səbəbini açmasaydı, bəlkə də biz ona böyük dramaturq deməzdik. Əsərin sonlarına yaxın Balaşın bacısı Gülüşün dili ilə bu utancaqlığının səbəbinin qorxaqlıq olduğu nəticəsinə gəlinir.

Şübhəsiz, burada söhbət banal fiziki qorxaqlıqdan getmir. Nə pyesdə qonaqların Balaşı ailəsinə görə, nə də real həyatda hökumətimizi bizə görə heç kimin döymək fikri yoxdur. Bu bir növ mental qorxaqlıqdan doğan utancaqlıqdır ki, adını “Balaş sindromu” qoya bilərik.

Amma hökumət şəxs deyil, qurumdur. Qurum isə adətən bir deyil, çoxlu sayda insanlardan ibarət olduğundan onun fəaliyyəti əvvəlcədən yazılmış, razılaşdırılmış şərtlərlə tənzimlənir. Bu şərtlər adətən Qanun, Nizamnamə və s. adlanır. Mən inanmıram ki, dövlətin hansısa qurumunun nizamnaməsində “xalqa görə utanmaq” bəndi olsun. Belə bir bənd yazılı şəkildə yoxdusa, amma hansısa qurum bunu özünə dərd edirsə, demək lazımsız və özünə aid olmayan iş görür.

Əlbəttə, UEFA hökumətlə şərt kəssəydi ki, finalın Bakıda keçirilməsinə razıdır, amma azərbaycanlılar şəhər mərkəzində görünməsin; bunu başa düşmək olardı. Başa düşərdik ki, bu biznesdir, şoudur və bunu həyata keçirən tərəflərin razılaşmasında bizim şəhərə çıxmamağımız da qeyd olunub və biz də gərək buna hörmət edək. Uzaqbaşı bu final bitəndən sonra gələcəkdə ola biləcək oxşar hadisələr zamanı özümüzü necə aparmaq barədə hökumətdən təlimat istəyərik, o da hazırlayıb verərdi. Amma indiki halda çaş-baş qalırıq, sosial şəbəkələrdə də hərə ağlına gələni yaza-yaza çaşqınlığımızı lap artırır.

Bu baxımdan hökumət yaxşı olar ki, yazılı şəkildə müəyyən olunmuş işləri görsün – onun gücü də burdadır. O gərək utanmaq, hirslənmək, gülmək və ya ağlamaq kimi insana xas sifətlərdə görünməsin. Sən asayişi təlimata uyğun, professionalca qoru, şuluq salanı tut, nəqliyyat qrafikini bu hadisəyə görə xüsusilə sazla; lap qoy bizi görsünlər, desinlər ki, özləri bir şey deyildi, amma hökumətləri yaxşı idi. Bir də ki, bizi niyə ingilisdən gizlədirsən, guya ingilis bizi tanımır? Adamlar neçə əsrlik kolonial təcrübəyə və bu təcrübənin təhsil vasitəsilə nəsillərə ötürülməsi sisteminə malikdir. Lap tutaq ki, fanatlar məktəbdə dərslərini oxumayan, avara kontingentin mənsublarıdır: o zaman bizim günahımız nədir? Bəlkə hökumət onların bizim tərbiyəmizi pozacağından narahatdır? Əbəs yerə. Tarixi mətnlərlə bu günümüzü müqayisə edəndə bir xeyli adət-ənənəmizin arxaik dövrlərdən bəri çox da dəyişmədiyi müşahidə olunduğuna görə demək olar ki, bizim tərbiyəmizi dəyişmək çox çətin məsələdi və çətin ki, ingilis fanatları üç-beş günə bu işin öhdəsindən gələ bilələr. Zatən düşünmürəm ki, bura gəlməkdə əsas niyyətləri bu olsun.

Sosial şəbəkələrdəki təəssübkeşləri narahat edən məsələlərdən biri də budur ki, bəs 28 may – Respublika gününü qeyd edə bilməyəcəyik. Doğrusu, bu narahatçılığın da əsassız olduğunu düşünürəm. 101 il əvvəl bu hadisə baş verəndə xalq olaraq bu hadisədə iştirak etməmişdik. Nəinki iştirak etməmişdik, heç xəbərimiz olmamışdı. (Əslində o vaxta kimi özümüzü müəyyən bir etnos olaraq da görmürdük – həm özümüz, həm də başqaları üçün “Qafqazın müsəlman əhalisi” sayılırdıq.) Növbəti bir əsrin ¾-ü də SSRİ kimi anormal siyasi mühitdə keçdiyindən bu apolitikliyimiz lap əcaib hal aldı.

Paradoksal hal burdadır ki, 1918-ci il 28 may günü Tiflisdə Respublikanı elan edən on-on beş ziyalımız da həmin ayın sonlarına doğru əllərindən gələni edirdi ki, Azərbaycan Respublikası adlı qurum mövcud olmasın. Onlar Qafqazın vahid dövlət şəklində qalmasını israr edir və bu ideyadan vaz keçən gürcüləri fikirlərindən döndərməyə çalışırdılar. Amma bu məqsədlərinə çatmadılar və mayın 26-da gürcülər müstəqilliklərini elan edəndən iki gün sonra çar-naçar Azərbaycan Respublikası adlı qurum yarandığını elan etdilər.

Biz isə bu məsələlərə o qədər biganəyik ki, onların həm daxildə, həm xaricdə ifadə etdikləri Azərbaycan Respublikası adına da məhəl qoymur, onu səhvən gah Azərbaycan Xalq Cümhuriyyəti (AXC), gah da Azərbaycan Demokratik Respublikası (ADR) adlandıraraq özümüzü onların birbaşa varisi olmaqdan məhrum edirik – hansısa mənada onları özümüzdən yadlaşdırırq. Halbuki o quruma uzağı 1-ci Respublika deməliyik. Bir az da detallara varsaq, Azərbaycan SSR 2-ci, indiki isə 3-cü Respublika adlana bilər.

Biz həmin xalqıq ki, 20 Yanvar hadisəsindən cəmi bir il sonra “Yenilənmiş İttifaq Müqaviləsi” referendumunda SSRİ-də qalmağa 93,3%-lə “Hə” demişik. İndi 28 May gününü qeyd etsək nə olar, etməsək nə.

P.S. Düşünürəm ki, gələn qonaqlara bir əsr əvvəlin Azərbaycan-Britaniya münasibətləri barədə kiçik, şəkilli broşürlər paylanılsa çox yaxşı olar, buralar onlara çox da yad yer kimi görünməzdi.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör