Azlogos
  • Kimlər var
  • Bizi tanı

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri Gürcü ədəbiyyatında azərbaycanlılar Şərqdən Qərbə. Söz və göz mədəniyyəti Allaha ən sadə və ən səmimi yalvarış məkanı Çağdaş kinematoqrafiyada əsas trendlər Etibar qazanmağın vacibliyi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Herbert Wells: İbtidai düşüncə (əvvəli)

AzLogos AzLogos
., Kültür
29 Aprel 2019

Tərcüməçidən: Böyük ingilis yazıçısı və fikir adamı Herbert Wells`in “Tarix Qeydləri” (The Outline of History) kitabı elə 1919-cu ildəki ilk nəşrindən başlayaraq qlobal miqyasda böyük əks-səda doğursa da, müəllif 1930-ların sonuna qədər kitaba əlavələr etməyə, təkmilləşdirməyə davam etmişdir. Kitab, dünyanın Böyük Partlayışla yaranmasından 1930-cu illərə qədərki dövrünə nəzər salır, həm təbiətin, həm də müxtəlif cəmiyyətlərin yaranmasını və inkişafını izləyir. İlk nəşrinin üzərindən düz bir əsr keçməsinə baxmayaraq, indiyədək özünə qarşı marağı saxlamaqda davam edən kitabdan qədim insanlarda düşüncənin, dilin və dinin yaranmasına həsr olunmuş “İbtidai düşüncə” adlanan bölümü dilimizə çevirmək və azlogos.eu oxucularına təqdim etmək qərarına gəldik.

Herbert Wells. “Tarix Qeydləri” kitabından

X. Ibtidai düşüncə

1. İbtidai dünyagörüşü

6000-7000 il əvvəl insanların ilkin şəhərlərə necə yığışmağa başlaması və o zamana qədərki ən yüksək siyasi birlikləri olan dağınıq tayfalardan daha üstün bir şey yaratmaları barədə danışmazdən əvvəl, Pitekantrop mərhələsindən bəri 600.000 illik dövrdə yüksəliş və inkişafını izlədiyimiz bu növün beyinində o zaman nələrin baş verdiyindən söhbət açılmalıdır.

O uzaq keçmişdə insan özü və dünya barədə nə düşünürdü?

Əvvəllər o, yalnız təcili şeylər barədə, özü də qısaca düşünə bilirdi. Onu belə şeylər düşündürürdü: “Burada ayı var; nə etməliyəm?” Ya da “Orada sincab var, onu necə ələ keçirim?”

Dil inkişaf edib müəyyən mərhələyə çatmazdan əvvəl, düşüncə mövcud təcrübə çərçivəsindən çox az kənara çıxırdı. Bir işdə mühasibat nəyə yarayırsa, dil də düşüncə üçün eyni vasitə rolunu oynayır. O, qeyd edir, yadda saxlayır və düşünmək üçün get-gedə daha mürəkkəb ideyalara imkan yaradır. Dil düşüncənin tutan və saxlayan əlidir.

İbtidai insan danışa bilməzdən əvvəl güman ki, çox iti gözə, ifadəli mimikaya malik idi. O, jestlərdən istifadə edir, gülür, rəqs edir və dünyaya niyə gəlməsi barədə suallardan hələ ki, uzaq yaşayırdı. Şübhəsiz, qaranlıqdan, göy gurultularından, iri heyvanlardan, başqa qəribəliklərdən və xəyalına gələn digər şeylərdən qorxur və sözsüz ki, qorxduğu şeyləri razı salmaq üçün bir şeylər etməyə; o cümlədən uğur gətirməsi üçün daşlarda, heyvanlarda və ya çaylardakı xəyali gücləri razı salmağa çalışırdı. O, hələ ki, canlı və cansızı bir-birindən aydın şəkildə ayıra bilmirdi; budaq ona dəyirdisə, o da budağa vurur; çay daşıb sel gətirirdisə, bunu qəsd-qərəz kimi qavrayırdı. Onun düşüncəsi çox güman ki, dörd ya beş yaşlı müasir diribaş uşaq səviyyəsində idi. O da oxşar incə nəqli məntiqsizlik və məhdudluğa malik idi. Fəqət söz ehtiyatının azlığından, ya da ümumiyyətlə danışa bilmədiyindən o, öz təsəvvürlərini ötürmək, həmçinin onlarla bağlı ənənə yaradaraq kollektiv hərəkət etmək üçün çox az şey edə bilirdi.

Hətta Son Paleolit insanın mağara rəsmlərində belə onun günəşə, aya, ya da ağaclara diqqət etməsi barədə heç bir işarə nəzərə çarpmır. O zamanlar onun fikri-zikri ancaq insanlar və heyvanlarda idi. Çox güman ki, o, gecə və gündüzə, günəş və ulduzlara, ağaclar və dağlara da xüsusi əhəmiyyət vermir, onları ən təbii şeylər kimi qavrayırdı – necə ki, uşaqlar onlara verilən yeməyin haradan gəldiyinin, ya da uşaq baxçasındakı pilləkənlərin necə düzəlmiş olduğunun fərqinə varmır. Göründüyü qədəri ilə o, nə fantaziyalarını, nə ruhları, nə də bunlara bənzər başqa şeyləri çəkmirdi. Qədim şimal maralı ovçularının mağara rəsmləri oxşar mövzulardan xalidir; onlarda hər hansı dini, ya fövqəltəbii duyğular barədə heç bir işarə yoxdur. Bəlkə də ona elə gəlirdi ki, heyvanın rəsmi heyvanın özünü gətirə bilər – bu baxımdan, o rəsmlərdə ovu uğurlu edə biləcək cadu niyyəti ola bilər, amma qətiyyən sitayiş məqsədi ilə çəkilmiş rəsmlərə bənzəmirlər. Onlarda dini, ya da mistik simvol kimi qəbul edə biləcəyimiz nəyəsə rast gəlmək demək olar mümkün deyil.

Şübhəsiz, onun həyatında fetişizm adlandıra biləcəyimiz şeylərdən də müəyyən qədəri mövcud idi; ola bilər arzularının həyata keçməsi üçün bizim indi məntiqsiz hesab edəcəyimiz bəzi işlər görürdü – bütün bunlar fetişizmdir; amma bunlar sadəcə təxminlərə və ya yanlış bənzətmələrə əsaslanmış xürafat idi və öz təbiəti etibarı ilə dindən tamamilə fərqlənirdi. Şübhəsiz, gördüyü yuxular onu həyəcanlandırır və ayıq vaxtdakı təəssüratlarla qarışaraq onu çaşdırırdı. Son dövr neandertallardan başlayaraq ölülərin torpağa, özü də qida və silahla basdırılmasına görə iddia olunur ki, ola bilər onlar ölümdən sonrakı həyata da inanırmış. Amma bunun, onların ruhun ölməzliyinə dair inanclarından deyil, ölümə əmin olmamaları və onları tərk edənlərin həyatlarını davam etdirəcəkləri ilə bağlı arzularından qaynaqlanmasını güman etmək olar. Ola da bilər ki, onlar ölülərin nə vaxtsa xortlaya biləcəyini ehtimal edir və onları məmnun etmək istəyirdilər.

Şimal maralı ovçusu kifayət qədər bizə bənzədiyi və kifayət qədər ağıllı olduğu üçün hesab olunur ki, o, lap da dilsiz deyildi, amma çox güman bu, sadə ifadələrdən və ya hadisənin sadə nəqlindən başqa bir işə yaramırdı. O, neandertallardan daha geniş icma şəklində yaşayırdı; amma nə qədər geniş, biz bilmirik. Gəlhagəlli ov mövsümləri istisna olmaqla başqa vaxtlarda icmalara çoxsaylılıq sərf etməzdi – ac qala bilərdilər. Labradorda (müasir Kanadanın şimal-şərq ucqarında yarımada-tərc.) vəhşi maraldan asılı qızıldərililərin yaşadığı şərtlər Şimali Avropadakından fərqli idi. Vəhşi marallar qida arxasınca ətrafa yayılanda onlar da kiçik ailə qrupları şəklində səpələnir, marallar mövsümi miqrasiyalar zamanı bir yerə yığılanda isə qızıldərililər də bir yerə toplaşırdı. Bu, eyni zamanda onlar üçün ticarət, bayram və evlilik mövsümü sayılırdı.

Sadə Amerika qızıldərililəri o dövrdə öz avropalı həmcinslərini təxminən 10.000 il qabaqlayırdı, amma ola bilər ki, Avropadakı ovçularda da bu cür səpələnmə və toplaşmalar mövcud idi. Fransadakı Solutrédə böyük düşərgə və bayram yerlərinin izi görünməkdədir. Şübhəsiz, orda xəbər mübadiləsi də baş verirdi, amma əhəmiyyətli fikir alış-verişinə bənzər nəyinsə baş verməsi şübhəlidir. O həyat tərzində nə ilahiyyata, nə fəlsəfəyə, nə xurafata, nə də nəzəriyyələrə yer qalmırdı. Qorxular – vardı, amma bunlar qeyri-sistematik qorxular, xəyali təsəvvürlər və qəribəliklər idi – özü də fərdi və qısamüddətli. Mümkündür ki, bu yığıncaqlarda həmin təəssüratlar da paylaşılsın. Gerçək qorxunun nəql edilməsi üçün bir-iki kəlmə bəs edir; sözlərlə tənzimlənmiş qavramlar daha rahat ötürülür.

İbtidai düşüncə və din barədə bu suallara cavab axtararkən, xatırlatmaq yerinə düşər ki, çağdaş dövrdə mövcud olan geridəqalmış və ibtidai qəbilələr inkişaf etmiş dilə sahib olmazdan əvvəlki dövr insanının ruhi vəziyyətinə çox az işıq sala bilir. Dil inkişaf etməzdən əvvəl ibtidai insan demək olar ki, ənənə yarada bilmirdi. Bu günün geridəqalmış və ibtidai insanlarının canına isə minilliklərin ənənələri hopub. Onlar çox uzaq əcdadlarınınkına bənzər silahlara və oxşar metodlara sahib ola bilər; amma əcdadlarının düşüncələrində yüngül və səthi təəssürat buraxan şeylər ötən əsrlərin aşınmalarından keçərək, nəsillərdən nəsillərə ötürülərək onların beynində dərin və qarmaqarışıq qırışlara çevrilmişdir.

2. Dində Tayfa Başçısı

Dil yaranmazdan əvvəl insanların beynində artıq bir çox fundamental şeylər dolaşa bilərdi. Alt Paleolit insanının əqli fəaliyyəti bizimkinə yaxın idi və bizimki kimi o da qədimdə yaşamış daha azsaylı, daha vəhşi, meymunabənzər əcdadınkının əsasında formalaşmışdı. Sürətlə inkişaf edən psixoanaliz elmi bizim yuxularımız, qeyri-ixtiyari hərəkətlərimiz, uşaqlıq ideyalarımız və ümumiyyətlə, ibtidai düşüncənin müəyyən edilə bilən digər qalıqları arasında bizim təməlimiz olan o primitiv varlığın zatını araşdırır və bu araşdırmalar vasitəsilə bizim duyğularımıza aydınlıq gətirilməsi prosesini sürətlə inkişaf etdirir.

Təbiətdə yetkin meymunlar cütləşir və azyaşlıları böyüdür. Gənclər yaşlı erkəkdən qorxur və əgər onun qısqanclığına səbəb olsalar dərhal öldürülür və ya sürüdən atılır. Dişilər isə yaşlı erkəyin qoruduğu kölələr statusunda olur. Sürüylə yaşayan bütün heyvanlarda münasibətlər bu cür təşkil olunur və ibtidai insanlarda bunun başqa cür olmasını sanmaq üçün heç bir səbəb yoxdur.

İctimai mərifətin də kökündə yaşlı erkəkdən – Tayfa Başçısından qorxu dayanır. Mağaradakı gənclər bu qorxu ilə böyüdülürdü. Onunla bağlı əşyalara toxunmaq çox güman ki, qadağan idi. Onun nizəsinə toxunmağa, ya da yerində oturmağa heç kəsə icazə verilmirdi; necə ki, müasir dövrdə uşaqlara atasının qəlyanına əl dəyməyə, ya da kreslosunda oturmağa icazə verilmir. Bütün qadınlar da çox güman ona aid idi. Kiçik icmaların gəncləri bunu unutmamalıydı. Bunu onlara anaları öyrədir və tayfa başçısından qorxmağı, hörmət etməyi və hesablaşmağı aşılayırdı.

Nəyəsə qadağa qoyulması; toxunmağın, baxmağın yasaqlandığı şeylər – yəni tabu, görünür ki, insan beyninə artıq çox erkən mərhələdə, özü də yaxşıca oturdulmuşdu. J.J.Atkinson öz Primal Law əsərində dünyanın dörd tərəfində yaşayan sivilizasiyadan uzaq qəbilələrin arasında rast gəlinən ibtidai tabuları ustalıqla təhlil edərkən, qardaşla bacının ayırılması və ögey anayla məsafə saxlamaq tabularını bunların fundamentalları kimi qeyd edir. Yalnız bu ibtidai qanunlara riayət etməklə gənc erkək özünü tayfa başçısının qəzəbindən qoruya bilərdi.

Tayfa başçısı öldükdən sonra ona lütfkarlıq edilməsi də tamamilə başa düşüləndir. O, bir çoxlarının yuxularına girə bilər, ya da kimsə onun öldüyünə şübhə edə bilərdi. Bəlkə o sadəcə yatıb, ya da özünü ölülüyə vurub? Onun ölümündən uzun müddət keçdikdən, artıq onu yalnız torpaq təpəsi və ya daş abidədən başqa heç nə xatırlatmayan zamanlarda da, qadınlar onun necə heybətli və möhtəşəm olduğunu gənc nəsillərə ötürməyə davam edirdi. Əgər öz kiçik qəbiləsi hələ də onun vahiməsi altında qala bilirdisə, demək başqalarına, ya da düşmən qəbiləyə də asanlıqla gücü çata bilərdi. Axı diri olarkən öz tayfasına zülm etsə də həm də onun uğrunda döyüşürdü; indi öləndən sonra bunu niyə etməsin ki? Göründüyü kimi, Tayfa başçısı ideyası ibtidai düşüncə üçün çox təbii idi və gələcəkdə inkişaf etdirilmə potensialı vardı. Sonralar bu qorxu hiss edilmədən öz yerini Tayfa Tanrısı qorxusuna verdi.

Tayfa başçısının əksi Ana idi; o, kömək edir, qoruyur və öyüd verirdi. Uşaqları itaətə və qorxuya sövq edən də o idi. O, künc-bucaqda pıçıltı ilə danışır və bildiyi sirləri öyrədirdi. Psixoanalistlər Freud və Jung insan düşüncəsinin ictimai ehtiyaclara uyğunlaşdırılmasında ata qorxusu və ana məhəbbətinin hələ də necə böyük rol oynamasını anlamağımıza kömək üçün böyük işlər görüb. Uşaqlıq və gənclik xəyalları və fantaziyaları üzərində onların etdiyi ətraflı araşdırmalar ibtidai insanın ruhunu təsəvvür etməyə böyük kömək göstərir. Bu, qeyd etdiyimiz kimi diribaş uşaq ruhuna bənzəyirdi. O, ətrafa ailə başçısının nəzər-nöqtəsindən baxırdı. Onun başçıdan qorxusu və gücsüzlüyü sonralar ətrafdakı təhlükəli heyvanlardan qorxusu ilə də bir-birinə qarışmışdı.

Qadın ilahələr isə daha xeyirxah və daha zərif təbiətli idi. Onlar kömək edir, qoruyur, fərəhləndirir və ovundururdu. Amma eyni zamanda onlar Tayfa Başçısının bayağı qəddarlığı ilə müqayisədə daha mürəkkəb və sirliydi. Bu səbəbdən ibtidai insan üçün Qadın da müqəddəs qorxu əbasına bürünmüşdü. İlahələrdən qorxurdular. Onlar sirli işlərlə məşğul idi.

3. Dində qorxu və ümid

Digər fundamental ideya – murdarlıq və lənətlənmişlik ideyası bəşəriyyətin beynində çox güman ki, infeksion xəstəliklərlə tanışlıqdan sonra yaranmış, beləliklə hansısa məkandan və şəxsdən, ya da müəyyən sağlamlıq durumuna malik insandan aralı olmaq ideyası ortaya çıxmışdı. Bir qism tabuların da kökü məhz buradadır.

Ehtimal ki, insan əqli fəaliyyətinin ən ilkin çağlarından başlayaraq müəyyən yerlər və şeylərin lənətli ola biləcəyi təəssüratına malik olmalıydı. Bu hiss tələdən qorxan heyvanlarda da mövcuddur. Məsələn, pələng cəngəllikdə həmişə getdiyi yolun üzərində bir neçə pambıq ip görsə yolunu dəyişir. Azyaşlı uşaqlar da həkimlər və ya böyüklər tərəfindən asanlıqla nəyləsə qorxudula bilir. Başqa qism ideyaların, nəydənsə qaçmaq və çəkinmək ideyalarının insanlarda yaranması da labüd idi.

Nitq inkişaf etməyə başlar-başlamaz bu fundamental duyğular sistematikləşməyə və yadda saxlanılmağa başladı. İnsanlar danışaraq bir-birlərinin qorxularını möhkəmləndirməyə, qadağan olunmuş və lənətlənmiş şeylər barədə ümumi tabu ənənəsı yaratmağa başladı. Lənətlənmə ideyası ilə eyni zamanda təmizlənmə və lənətin götürülməsi ideyası da yaranırdı. Lənətin götürülməsi müdrik qoca və qarıların vasitəsi və onların idarəsi ilə baş verirdi; bunu ilkin kahinlik və cadugərliyin rüşeymləri saymaq olar. Lənətin qaldırılmasını, şərin qovulmasını əsaslı şəkildə etmək üçün təsirli işlərə ehtiyac vardı. Öldürməkdən, qan tökməkdən daha təsirli nəsə ola bilərdimi?

Nitq ilk vaxtlar dilsiz valideynlərin verdiyi dərslərə – kötəklərə təsirli əlavə ola bilərdi. Analar bununla uşaqlara təpinər və danlayardı. Nitq inkişaf etdikcə insanlar bunun güclü təsir vasitəsi olduğuna qərar verə, ya da bunu fərz edə bilərdilər. Bəlkə onlar bu barədə düşüncələrini sirr kimi də saxlayırdı.

İnsan düşüncəsində paralel gedən iki xətt mövcuddur: onlardan biri hiyləgər sirlilik, digəri – güman ki, daha gec yaranmışı –  başqalarını təəccübləndirmək və təəssürat yaratmaq xəttidir. Sirlər isə, necə deyərlər, sonradan paylaşılmaq üçün yaradılır. İbtidai insanların bu sirləri də müəyyən dərəcədə açıq və görklü qəbul mərasimlərində saf gənclərə ötürmək üçün gərəkli idi. Üstəlik, insan düşüncəsində müəllimlik ruhu da daim aşıb-daşır: “nəyi etməməyi öyrətmək” çoxumuzun sevdiyi işdir. Oğlanlar, qızlar, qadınlar üçün nəzərdə tutulmuş əhatəli qadağalar da çox güman ki, insanlıq tarixinin çox qədim çağlarında yaranmış və istismar üçün əlverişli vasitələrə çevrilmişdi.

Qurban ənənəsi özü də ikili mənşəyə malikdir. Bunlardan biri Tayfa Başçısını, ya da onun artıq Tayfa Tanrısına çevrilmiş halını razı salmaq, digəri isə ətrafdakılara güclü təsir buraxacaq fəaliyyət cəhdi idi. Çox güman ki, ikinci məqsədə doğrudan da nail olunur, insanlara böyük təsir göstərilirdi. Qurban nəyisə dəf edir, nəyisə qüvvətləndirir və düşünülürdü ki, bütün bunlar Tayfa Tanrısına çevrilmiş Tayfa Başçısı məmnun edildiyi üçün baş verir. Halbuki bu işlər sadəcə baş verməsi gərəkdiyi üçün baş verir, amma hər halda insanlara böyük təsir buraxırdı.

Ardı

İngiliscədən tərcümə: Firudin Allahverdi

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri
.

06 Mart 2021
borchalo1_d6e17ac8
.

Gürcü ədəbiyyatında azərbaycanlılar

05 Mart 2021
5e7d964a7152d82d90327cd8
.

Şərqdən Qərbə. Söz və göz mədəniyyəti

05 Mart 2021
Bildschirmfoto 2021-03-05 um 12.14.22
.

Allaha ən sadə və ən səmimi yalvarış məkanı

05 Mart 2021
39902
.

Çağdaş kinematoqrafiyada əsas trendlər

05 Mart 2021
Seymur
.

Etibar qazanmağın vacibliyi haqqında

04 Mart 2021

Redaktorun seçimi

Osmanlıları, Fransız inqilabını və “Starbucks”ı birləşdirən…

“Bəli, mən feministəm – mən pis qızam!”

Avropada qadına şiddət varmı? Norveç təcrübəsi.

Coğrafiyamızın dərdi

Seçkilər və doğrulmayan ümidlər

İşlətdiyimiz sözlərin anlamı

Heç hara aparmayan yol

Arzusuz yaşamaq mümkündürmü?

“Böyüt sat” prinsipi

Norveçdə yazıçı olmaq

Buyurun süfrəyə!

Həmrəylik günü. Təzadlar, təfsirlər.

Gürcü ədəbiyyatında azərbaycanlılar

Azlogos-da Çe Gevara davası. Günel Mövlud Ələkbər Əliyevə qarşı

İctimai təmayül kütləvi təhtəlşüur kimi

Demşiza kimdir, kimə deyilir?

Vudi Allenlə tanış olmaq

Seymurun iyrəndiyi qan

Milli emosionallıq, yoxsa “matışkə”lik

Geylərin daşlı protesti

Prof. Məsud Aşinanın müraciəti

Quş bazarı

Garry Winograndın qadınları

O dəhşətli üç hərf – GMO

Üçüncü Reyxdə Seks

Yüzbəyovun mesajları

Çətindir

Hitlerin sevimli qadınları

Beyin ölümü

Xalq artisti kəraməti

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel