Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Heç olmasa indi

Qismət Rüstəmov Qismət Rüstəmov
., Mövqe
13 May 2020
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
Qismet
Paylaş

Peşmansan yaşlı aktrisanı, qoca şairi, yarıtmaz, son istifadə tarixi keçmiş metodları yüngülvarı tənqid edəsən, telefonuna zınqa-zınq zənglər gəlməyə başlayır. Birinci zənglər kitab adına axırıncı dəfə 80-ci illərin ortalarında “Ömür kitabı”nı vərəqləyən, sonra 90-cı illərdə özünü “Santa Barbara”ya, “Qvadelupa”ya, 2000-ci illərdə türk dizilərinə, indilərdə isə Koreya seriallarına verən qohumlardan gəlir, guya hal-əhval tuturlar, amma çox sürətlə araya beş-on dənə “fəxrimizsən” dürtüşdürüb kabinet müdrikliyinə, mətbəx fəlsəfəsinə keçirlər.

Sənədlərin kağızdan zənciriylə qaşqabaqlı kreslosuna pərçimlənmiş balaca despotlardan və kefimizə soğan doğrayıb, kəfini yığanların ardınca, “qaqa, yaxşı yazmısan, amma…” tipli cümlələr quran keçmiş iş yoldaşları, uzaq tanışlar zəng vururlar. Həmişə xala-xətrin qalmasın “vaxt eləyib görüşək” desək də, heç vaxt görüşmək istəmədiyimiz bu tanışlardan sonra, yaşlı aktrisanın, qoca şairin tənqidində öz gələcəyini görən aktrisa və şairlər, yarıtmaz metodun kritikasında öz iş prinsipini görən fərasətli ortabablar soraqlaşa-soraqlaşa nömrəni tapır, telefonunu titrədirlər. Bu triksterlər aramla danışır, əvvəl yazının “maraqlı” olmasından, “intellektə olan hörmətdən” bəhs edirlər, amma görəndə ki, yox, bu xına o xınadan deyil, adətən birmənalı şəkildə eyni klişeni işə salırlar: “Əlbəttə, şəxsi fikrinizdir, amma heç olmasa indi yazmayın…”

Bu gülünc “heç olmasa indi” klişesi son illərdə dəbə minib, bu axmaq məntiqə görə, bir problem gündəmdədirsə, bununla bağlı kimsə müzakirə olunursa, bu haqda indi yox, sonra yazmaq lazımdır. “Sonra” qeyri-müəyyəndir, indi və burada, isti-isti, nəsə fikrimiz varsa, gündəmi tramplin kimi görüb, ifadə etməliyik. Ekonun dediyi kimi, gündəlik həyatdan sənətə.

DTX-nın Mədəniyyət Nazirliyindəki əməliyyatından sonra üzə çıxan faktlar göstərdi ki, neçə illərdir ölkənin mədəni vəziyyətiylə bağlı yazılanlar, deyilənlər tərtəmiz həqiqət imiş. Bir dəfə yazmışdım, heç uzağa getməyək, İstanbul Kitab Yarmarkasında bizim nazirliyi hazırladığı stendi görəndə, adam utandığından siçan deşiyi axtarır: Azərbaycan kitabı nazirlərin, məmurların, həyat yoldaşlarının kitablarıyla təmsil olunur. Bu barədə kulisdə “Kitabı necə xilas etməli?” adlı yazıda bəhs etmişdim. Əgər sənin mədəniyyətin “o da ulu, bu da ulu” dediyin qardaş ölkədə bu səviyyəsizlikdə təmsil olunursa, avtomatik səsini içinə salırsan. Nə qədər oxumuş olursan-ol, özünü hazır hiss edirsən-et, bu mənzərə qarşısında adamın dili qısalır. Bizimkilər hələ İstanbul yarmarkasına belə gedirlər, yəqin Frankfurtda bizimlə bağlı ayrıca anekdotlar var.

Heç kimə sirr deyil ki, nazirlik xəttiylə bizi ölkədən kənarda təmsil etməyə gedənlərin əksəriyyəti üçün bütün xarici səfərlər, yarmarkalar adətən biletin və otelin pulunu dövlətin ödədiyi, onsuz da heç kimin maraq göstərmədiyi stendin qabağında üç-dörd saat fırlanandan sonra aradan çıxaraq qəşəng bir kafe tapıb bəs deyincə vurmaq, bazlıq eləmək fürsətidir. Nə ədəbi-mədəni əlaqə, nə intellektual alış-veriş, nə ciddi nəşriyyatlarla saziş! Bir-iki gün yalanpışdan cansıxıcı bir-iki tədbir keçirdinsə, vəssalam, alış-verişə, yeyib-içməyə fitilləmək olar. Prinsipcə, elə bil, nazirlik burda mənimsədiklərinin çıqqılı hissəsini ildə bir-iki dəfə paylayır ki, gedin dincəlin və biz buna mədəni proses deyirik. Mədhiyyə janrını XXI əsrdə yenidən dirildən Vaqif Bəhməlinin Əbülfəs Qarayevə həsr etdiyi şeirdə dediyi kimi: “…bəlkə sənə görə açılır səhər?”.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör